Şİmali amerikada iSTİqlaliYYƏt uğrunda mühariBƏ. abş ın- yaranmasi



Yüklə 47,91 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü47,91 Kb.
#39315
1   2   3   4
ŞİMALİ AMERİKADA İSTİQLALİYYƏT UĞRUNDA MÜHARİBƏ

Müstəmləkələrin daxili quruluşu.

İngiltərə müstəmləkələrinin bir hissəsi ilk dəfə onların əsasını qoyan şirkətlər tərəfindən idarə olunurdu. Həmin şirkətlər kral tərəfindən verilmiş xartiyaya əsasən idarə işlərini aparırdılar. Bura əsasən Yeni İngiltərə müstəmləkəsi daxildir. Başqa xartiyaları isə kral şəxsi adamlara verirdi. Bunlar da xüsusi mülkiyyət adlanan müstəmləkələr idi. Nəhayət, taxt-taca aid olan müstəmləkələr var idi ki, onları da kral qubernatorları idarə edirdilər. Müəyyən vaxt keçdikdən sonra taxt-taca aid olan müstəmləkələr əksəriyyət təşkil etdilər. Bütün müstəmləkələrdə varlılar tərəfindən seçilmiş orqanlar var idi. İngiltərənin Şimali Amerika müstəmləkələrində seçkilərdə iştirak etməkdə və vəzifə tutmaqda dini məhdudiyyətlər var idi. Massaçusetsdə və Yeni İngiltərədə puritanlar əksəriyyət təşkil edirdilər. Kilsələrə getmək onlara məcburi idi. Başqa dinə mənsub olanlar təqib edilirdilər.

Xüsusi mülkiyyət təşkil edən mütəmləkələrdə dini üsul-idarə mühüm dərəcədə mülkiyyətçinin şəxsiyyəti ilə müəyyən edilir. Məsələn, 632-ci ildə katolik Lord Baltimor tərəfindən əsası qoyulmuş Merilend müstəmləkəsində İngiltərədə təqib edilən katolik dini hakim din oldu. Lakin, qısa vaxtda bu müstəmləkəyə çox miqdarda protestantlar gələrək əhalinin əksəriyyətini təşkil etdilər. Bu zamandan yerli əhali və yuxarı təbəqələr arasında dini münaqişələr başlandı. 1681-ci ildə Uilyam Penna kral xartiyası ilə Pensilvaniyanı idarə edərkən buraya əvvəllərdə vahid dinə mənsub olan kvanerlər gəldilər. “Dostlar Cəmiyyəti” adlanan bu xüsusi təriqət İngiltərədə inqilab illərində təşkil edilərək demokratik xarakter daşıyırdı. Kvanerlər and içməyin tərəfdarı olmayıb, müharibənin və hətta özləri tərəfindən tətbiq edilən quldarlığın əleyhinə idilər. Onlar İngiltərədə tətbiq edildiyi kimi başqa müstəmləkələrdə də tətbiq edilirdilər. Yeni İngiltərədən onlar qovulur, cəzalandırılır və hətta edam edilirdilər. Marilenddə olduğu kimi Pensilvaniyada da katoliklər azlıq təşkil edirdilər.

İngiltərə müstəmləkələrində, Metopoliyada olduğu kimi ingilis kilsəsi ağalıq edirdi. Puritan Massaçusets də taxt-tac müstəmləkəsinə çevrildikdən sonra dini cəhətdən müstəsnalığı ləğv etməli idi. Ümumiyyətlə, anqlosakalar müstəmləkələrdə çox az idi, başqa protestant dinini davam etdirənlər isə sayca çox idi. Müstəmləkələrdə eləcə də İngiltərənin özündə xalq hərəkatı çox zaman dini formada gedirdi. XVII əsrin ortalarında Frodcer Uilyamsın başçılıq etdiyi çıxış belə bir hərəkat idi. O, independent cərəyanının ən radikal hissəsinə qoşularaq irqi mənsubiyyətdən asılı olmayaraq bütün insanlara bərabərlik təbliğ edirdi. O, kilsənin dövlətdən ayrılmasını mülki idarə işlərində xalqların suverenliyi ideyasını irəli sürürdü. Massaçusets hakimiyyəti Uilyamsı öz ərazisindən qovdu. O, özünün təliminə əsasən müdafiə etdiyi hinduların yanına getdi. Uilyams hinduların torpaqlarını qəsb etməyi günah hesab edirdi. Rod-Aylend müstəmləkəsini təşkil edən Uilyamsın tərəfdarları onun yolu ilə getdilər. Bu müstəmləkə Amerikada uzun müddət ən demokratik müstəmləkə oldu. Burada dini azadlıq verildi. On illərlə quldarlıq və məcburi nökərçilik qadağan edildi. Torpaqlar sahələrə bölündü və hindularla yaxşı əlaqə davam etdirildi. Amerika tarixçisi Herbert Apteker Rocer Uilyamsı “Amerika tarixinin tanıdıqları şəxsiyyətlər içərisində azadlığın ən mütərəqqi, möhkəm və enerjili mübarizəsi kimi” qələmə vermişdir.

Müstəmləkəçilər və hindular.

İlk İngiltərə müstəmləkəçilərini hindular dostcasına qarşıladılar. Yeni Plimutdan gəlmiş “Piliqrimlər” onların köməyi olmadan tamamilə məhv ola bilərdilər. Ilk müstəmləkəçilər Massaçusetsdə hindular ilə dinc şəraitdə yaşayırdılar. Sonralar isə onların arasında arası kəsilmədən mübarizələr başladı. İngiltərə müstəmləkəçiləri əsasən k/t-tı ilə məşğul olurdular və torpağa böyük ehtiyac hiss edirdilər. Torpaqları müstəmləkəçilər müxtəlif yollarla hindulardan alırdılar. Hindular Avropa müstəmləkəçilərinin həm hərbi düşməni, həm də hərbi müttəfiqi idilər. Müstəmləkəçilik dövründə Fransa-İngiltərə müharibələri tez-tez baş verirdi. Bu zaman hər iki tərəf hindu qəbilələri arasında baş verən çəkişmələrdən istifadə edib, onları öz tərəflərinə çəkir və hindulardan özləri müttəfiq tapmağa çalışırdılar. Avropa tarixində bu müharibələrdən uzun sürəni yeddi illik müharibə olmuşdur. Bu müharibədən sonra Fransızlar Şimali Amerikadakı müstəmləkələrindən məhrum edildilər. Həmin yerlər ingilislərin itaətinə keçdi. Ingilislər fransızlardan zülmkar oldular. Onlar fransızlar kimi hindulardan ancaq xəz almaqla kifayətlənmir, onları yaşayış mənbələrindən məhrum edib, torpaqlarını da əllərindən alırdılar.

Yeddillik müharibədə İngiltərənin Fransa Kanadasını alması onun Amerikadakı axrıncı işğalçılıq qələbəsi oldu. Atlantik okeanı ilə Appalaç dağları arasında İngiltərə 13 müstəmləkəyə malik idi. Ən şimalda yerləşən əhalisi fransızlardan ibarət olan Kvebek müstəmləkəsi idi.


Yüklə 47,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin