ŞİRİn xanim kəRİMBƏYLİ ŞADİman kitabın sponsoru həyat yoldaşım



Yüklə 3.16 Mb.
səhifə1/19
tarix03.07.2017
ölçüsü3.16 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19
ŞİRİN XANIM KƏRİMBƏYLİ ŞADİMAN
Kitabın sponsoru həyat yoldaşım

Abdulov Əli Əli oğlu

KÖNÜL HARAYI
(Seçmələr)

Bakı-2008

Kərimbəyli Şirin xanım Ağabala qızı (Şadiman)

1955-ci ildə Siyəzən bölgəsinin Tağay kəndində

anadan olub.Orta məktəbi Tağay kəndində və Siyəzəndə bitirib. 1978/83-cü illərdə ADU-nun Kitabxanaçılıq fakültəsində əyani şöbəsində təhsilini başa vurub. Dörd kitab müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

QURANDA ŞAİRLƏR HAQQINDA AYƏ


Şairlər surəsi şəfəqdi Ayə,

İki yuz iyirmi yeddi ayəbəayə.

***

Quranda şairlər haqqında ayə-



Deyir haqq yolunda düşsəndə vayə,

Əgər salmasalar sözünü sayə,

Zənn etmə gedibdi əməyin zayə,

Ol, düzlük yolunda sağ ikən dayə,

Axsa da göz yaşın dönsə də çayə,

Yetişər çaldığın qələmin hayə,

Mən sənə vermişəm ilhamı qayə,

Eylə ömrün boyu haqqı himayə!

Əyrini vəsf edən şeytandır, ayə,

Şərdən yoğrulubdu kökündə mayə!

Səvabı, günahı vur günə, ayə,

O haqq dünyan üçün dönəcək sayə.

Yükləmə günahı belinə tayə,

Yüklədin nə qalar səndən dünyayə?!…

Şadiman, dönübdü qəm oxa, yayə,

Haray sal, ahını aləmə yayə!

Saldığın harayın tutar daş-qayə,

Dirikən zavallı, yetiş ah-vayə!

Pirallahı/ 6.12.2006

BÖYÜK YARADANA


Ey böyük Yaradan, ey qadir Allah!

Doğulduq…İşlətdik nə qədər günah?


Coşdu içimizdə saysız diləklər,

İblis hiylələrlə doldu ürəklər.


Öncə nizə, qalxan, qılınc yaratdıq,

Ov tək bir-birinin köksünə atdıq.


Əsirlər ötdükcə coşdu ehtiras,

Vəhşi əlimizlə quruldu min yas.


Bizə Əzrayılla əcəl göndərdin,

Miskin cəsədləri torpağa sərdin.


Böldün bəndələri neçə qisimə,

Sonda məzar qıydın yalnız cisimə.


Anlaya-anlaya öləriyik biz,

Tanrı hüzurunda qatlamadıq diz.


Vəhşi tək hey qırdıq biri-birini,

Sən bizdən qorudun haqqın sirrini.


Böyük Yaradanım, səbr ilə yerə,

Hey dinlər göndərdin inansın hərə.


Sonuncu dininsə oldu pak İslam!

Müqəddəs peyğəmbər Mühəmməd-salam.


O gül çöhrəsinə nur bəxş eylədin,

Quranı köksünə Sən nəqş eylədin.


Ərəb səhraları, Məkkə, Mədinə,

Tapındı rəhminə, tapındı dinə.


İslamın işığı dünyanı tutdu,

Diz çöküb səcdənə, özün unutdu.


Fəqət, parçalandı cahanda dinlər,

İnsan da bu sitəm içində inlər…


Xaçpərəst, müsəlman, yəhudi, yezdi…

Torpaq, su üstündə el-eli əzdi.


Böyük Yaradanım, töküldü qanlar,

Məzara gömüldü əcəlsiz canlar.


Sənsə yüksəklikdən baxıb bəndənə,

Saldın ölərləri çox çəndən-çənə.


Qopartdın yerlərin min yol bağrını,

Məzara döşədin acı, ağrını.


Neçə yurd torpağın altında qaldı,

Hökmünlə bəndələr min yol alçaldı.


Gah sellər yaratdın, gahsa zəlzələ,

Qurdun ölərlərə, ey Tanrım, tələ.


Unudub qəzəbi, coşdular yenə,

Bəzən xor baxdılar Haqqa və Dinə.


Qılınclar gülləylə əvəz olundu,

Tanklarla, toplarla qeyrət alındı.


Basıldı vicdanlar raketlər ilə,

Cahanda hökm etdi iblis və hiylə.


Sənsə qəh-qəh çəkdin ünsüz fələkdən,

Güldün bəndələrə min yol ürəkdən.


İnsanlar dinlərlə fitnə qurdular,

Savaşa yollandı saysız ordular.


Qanlar su yerinə axdı dünyada,

Atdılar namusu, qeyrəti oda,


İsanın, Musanın müqəddəs ruhu,

Böyük Mühəmədin(s) naləsi, ahı.


Qırdı dünyamızı hey qəzəb ilə,

Məzara göndərdi min əzab ilə.


Bizsə unutqanlıq yolunu tutduq,

Allahı, Quranı, Haqqı unutduq.


Özümüzü səndən qüdrətli bildik,

Sildik içimizdən inamı, sildik.


Namus da, qeyrət də qiymətdən düşdü…

Bəndənin ayağı hər dəm sürüşdü.


Ölüm-qapımızda gülləyə döndü,

Söndü evimizin çırağı, söndü.


Böyük Yaradanım, adil hökmünlə,

Döndərdin ağılı, ürəyi külə.


Allahım, ey Tanrım, yuvam-məmləkət,

Başının üstündə qara fəlakət.


Yağı evimizə tökür gülləni,

Qurur torpağıma min bir hiyləni…


Yanır diri-diri ana, bacılar,

Dolaşır yurdumda ağrı-acılar.


Sitəmdən usanmış, könlümüz talan,

Yenə taxtı-tacda oturub yalan.


Hökmylə namərdi bütə döndərir

Tülkünü quduza, itə döndərir.


Adilim, Kərimim, Haqqım, İlahi,

Qoyma məhkəməsiz naleyi-ahi,


Müqəddəs hökmünlə özün divan qur,

Yalanın, fitnənin sən boynunu vur.


Bir azca işıq ver qaranlıq yurda,

Amandır, quzunu tapşırma qurda.


Hökmü-fərmanınla zülmət nur olsun,

Yetər, içimizə halallıq dolsun.


Böyük Yaradanım, ümidim sənə,

Şahlıq quşu göndər sadiq ölkənə.


Ayılıb binəva millət yuxudan,

Özün qurtar onu qara-qorxudan.


Bu Şadiman sənə sadiq bəndədi,

Özün də görürsən yaman gündədi.


Gəl qoluzorluğu vermə yetənə,

Son qurbanlıq eylə məni Vətənə!


Hazıram, cismimi məzara göndər,

AZƏRBAYCANIMA AZADLIQ GÖNDƏR!!!


13.12.1991

NƏ OLA YETİŞƏM SƏNƏ, ALLAHIM

Gecədən sübhədək səcdələrimlə,

Dualar içində gələr sabahım.

Sinəmdə alışan müjdələrimlə

ola yetişəm sənə, Allahım.
Bu başsız dünyanın qəmini atıb,

Gözdə yuva salan nəmini atıb,

Ah, nalə gətirən dəmini atıb

Nə ola yetişəm sənə, Allahım.


Ən uca dağların qalxam başına,

Baxam buludların axan yaşına,

Dönüb bircə anda Simurq quşuna

Nə ola yetişəm sənə, Allahım.


Alışan bağrımın odundan çıxıb,

Adəmin insanlıq adından çıxıb,

Dünyanın biryolluq yadından çıxıb

Nə ola yetişəm sənə, Allahım.


Bəşər dönük olub, İlahi, sənə,

Çoxu səcdədədir yalandan dinə,

Yuxuda olsa da gələm Kəbənə,

Nə ola yetişəm sənə, Allahım.


Gəlmir bu dünyadan Haqqın qorxusu,

Yoxdu heç Adəmin səndən qorxusu,

Gələ gözlərimə ölüm yuxusu…

Nə ola yetişəm sənə, Allahım.


27.09.1998 / Pirallahı
BİR TAN­RI VAR...
Qı­rı­lar­kən ta­le­yi­nin ömür sa­pı,

Ru­hun çı­xıb ay­rı­la­caq bə­də­nin­dən.

Bir Tan­rı var, bir kör­pü var, bir də qa­pı,

Ta­ma­hın da ça­pı­la­caq gö­də­nin­dən.

İla­hi­nin hü­zu­ru­na ye­tiş­mək­çin,

Haq­la­ya­caq aya­ğı­nı o dar kör­pü.

O dün­ya­da əzab­la­rın bi­tiş­mək­çin,

Ürə­yin­dən alı­na­caq hik­kə kö­pü.

O kör­pü­dən ke­çə bil­sə ayaq­la­rın,

Sa­nar­san ki, dar qa­pı­ya çat­dın da­ha.

Bə­də­nin­də tit­rə­yər­sə da­yaq­la­rın,

Ru­hun yet­məz o dün­ya­da heç Al­la­ha.


Yet­sən əgər o qı­fıl­lı göy qa­pı­ya,

Onu aç­maq mə­qa­mı­na haq­qın ye­tər.

Çat­san, tə­ləs iki­əl­li döy qa­pı­ya...

Açıl­ma­sa, ahın ər­şin bağ­rın ütər.


O qa­pı­dan ye­tə bil­sən dər­ga­hı­na,

Elə bil­mə ru­hu­na o sı­ğal çə­kər.

Han­sı üz­lə ge­də­cək­sən Al­la­hı­na?

Ru­hun özü qoş­qu­sun­dan çıx­mış tə­kər.


Ürə­yi­ni haqq dər­ga­ha qo­ya­caq­san,

Ca­va­bı­nı su­al­lar­la yo­ra­caq­lar.

Çı­xan ca­nı əzab­lar­la oya­caq­san,

Əməl­lə­ri bi­rər-bi­rər so­ra­caq­lar...

Gü­nah bol­sa, dər­din aşıb dağ ola­caq,

He­sab­la­rı çə­ki­lə­cək o ba­şı­nın.

San­ki bə­dən öl­mə­miş ­tək sağ ola­caq,

Qu­lu olar bə­bək­lə­rin göz ya­şı­nın.

Or­da rüş­vət, or­da da­yı ol­ma­ya­caq,

Or­da kim­sə, bir-kim­sə­ni vur­ma­ya­caq.

Or­da cib­lər ha­ram pul­la dol­ma­ya­caq,

Kim­sə ki­min ar­xa­sın­da dur­ma­ya­caq.


Or­da bə­şər öz haq­qı­na ça­ta­caq­dı,

Fər­qi yox­du han­sı din­də do­ğu­la­caq.

Tə­miz ru­hun tən­dən ay­rı ya­ta­caq­dı,

Or­da hik­kə, or­da ta­mah da­ğı­la­caq.


Ey in­san­lıq mər­tə­bə­sin unu­dan­lar!

Ağır olur o dün­ya­nın tar­pa-ta­pı...

Za­lım­la­rın əl­lə­rin­də qan udan­lar,

Bir Tan­rı var, bir kör­pü var, bir də qa­pı!...

01.07.2001.

YA­RA­DA­NIM

Can sə­nə bağ­lı­dır, ey Ya­ra­da­nım,

Əm­rin­lə öl­çü­lür də­qi­qəm, anım.

Bü­tün ka­ina­tı sən ver­din bi­zə,

Sən işıq ve­rir­sən ge­cə, gün­dü­zə.

Sən gö­yə qal­dır­dın mə­nə­viy­ya­tı,

Sə­nin əlin­də­dir in­san hə­ya­tı.

Aç haq­qın üzü­nə kor gö­zü­mü­zü,

Ta­nı­yaq, qı­na­yaq öz-özü­mü­zü.

Qay­tar bu dün­ya­nı tan­rı yo­lu­na,

İb­lis­lər vur­ma­sın zən­cir qo­lu­na.

Sə­nin­lə bağ­lı­dır sə­adə­ti­miz.

Öc alır eş­qin­dən hə­qi­qə­ti­miz.

Sən­dən ulu sa­yan özün, ey Xa­liq,

Yal­nız lə­nə­ti­nə ola­caq la­yiq.

Sə­nin işı­ğın­dır dün­ya­nı tu­tan,

O bö­yük rəh­min­dir biz­lə­rə ça­tan.

Şə­rə­fə yetirik mər­hə­mə­tin­lə,

Dün­ya­dan kö­çü­rük biz rəh­mə­tin­lə.

Ol­ma­yır hər kə­sin o da nə­si­bi,

Öl­sə də lə­nət­di mə­za­rın di­bi.

Sə­nin əlin­də­dir yer, göy, ey Xa­qan,

Əm­ri­nə, hök­mü­nə ta­be­dir hər can.

Dün­ya­da nə qə­dər in­san qis­mi var,

Sə­nin hü­zu­ru­na qə­də­ri qo­var.

Sən­də­dir hər qəl­bin, bəx­tin aça­rı,

Rəh­mə ye­ti­rər­sən son­da na­ça­rı.

Giz­lə­nə bi­lər­mi sən­dən heç bə­şər?

Hök­mün ürə­yi­nin ba­şı­nı de­şər.

Sən­dən can giz­lə­dən olub­mu söy­lə?

Hər kə­sin ca­nı­na ha­kim­sən öy­lə.

Bir sə­nə bəl­li­dir gü­nah­la­rı­mız,

Hök­mün­lə açı­lar sa­bah­la­rı­mız.

Kim­sə­yə var­mı yol sən­dən oya­na,

Kim əy­mib ba­şı­nı de Ya­ra­da­na?

Ki­min ürə­yin­də qor­xu his­si yox,

Önün­də qu­lun­dur, həm ac, həm də tox.

Sən hə­yat bəxş et­din o in­san­lı­ğa,

Hər ca­nın yo­lu var o di­van­lı­ğa.

Özün uca sa­yan sən­dən aşa­ğı,

Ey nur­lar çeş­mə­si, hə­yat işı­ğı!

Kim say­dı özü­nü sən­dən də ali,

Çox kə­dər­li ol­du so­nun­da ha­li.

Var­mı de elə bir bə­şər öv­la­dı?

Sən­dən uca­lı­ğa qal­dı­ra adı.

Keç­sə də his­sin­dən, ağ­lın­dan elə,

Qo­pa­rıb ba­şın­dan ver­mi­sən ye­lə.

Yox elə bir qüv­və dün­ya­da, Al­lah,

Qop­ma­sın kök­sün­dən, si­nə­sin­dən ah,

Önün­də əyi­lib dua et­mə­sin,

Sə­nin hü­zu­run­da əf­və get­mə­sin.

Bü­tün ka­ina­tın sa­hi­bi özün,

Hə­ya­ta can ve­rər o nur­lu üzün.

Sə­nin qu­lu­nuq biz, Bö­yük Ya­ra­dan,

Son­da hü­zu­ru­na qa­yı­da­caq can!...

27-29/ 11. 1999

  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə