Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 34.17 Kb.
Pdf просмотр
tarix22.05.2017
ölçüsü34.17 Kb.

 

 

ŞİRVAN ŞƏHƏR 

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ. 

 

 

 

 

 

 

                                                                                                      

 

                                                                                                                                               Xalq şairi Zəlimxan Yaqubun anadan                                                                                                                                                       

                                                                                                                                               olmasının  65 illik yubleyi  münasibəti ilə 

 

 



 

 

 

                                 

Vətən boyda şair – Zəlimxan Yaqub 

/metodiki vəsait/ 

 

 



 

 

 



 

 

 



 

 

 

Şirvan – 2015. 

 

 



 

 

 

 



Zəlimxan Yaqub – 65 

 

    Zəlimxan  Yusif  oğlu  Yaqubov  1950-ci  il  yanvarayının  21-də  Gürcüstanda,  Baolisi 



rayonunun  Bolris-Kəpənəkçi  kəndində  anadan  olmuşdur.  1967-ci  ildə  həmin  kənddə  orta 

təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 

     1968-1973-cü  illərdə  Azərbaycan  Dövlət  Universitetinin  (indiki  BDU)  Kitabxanaçılıq 

fakultəsində təhsil almışdır. 

    Əmək  fəaliyyətinə  1967-ci  ildə  fəhlə  kimi  başlamış,  1973-1984-cü  illərdə  “Azərkitab” 

Kitab-Ticarət Birliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1984-cü ildə “Yazıçı” nəşriyyatının 

müdiri vəzifəsində işləmişdir. 

    Ədəbi  fəaliyyətə  1966-cı  ildə  “Qələbə  bayrağı”  rayon  qəzetində  dərc  etdirdiyi  “Şota 

Rustaveliyə” adlı şeirlə başlamışdır. 

    1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

    1987-ci  ildə  Ağdam  Dövlət  Dram  Teatrında  “Aşıq  Ələsgər”  adlı  mənzum  pyesi 

müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 

    Görkəmli  şair  1992-1995-ci  illərdə  sərbəst  bədii  yaradıcılıqla  məşğul  olmuşdur. 

“Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasıyıq”, 

“Ziyarətin qəbul olsun”, “Şair harayı”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Bu yaşıl ağacın 

altı  bizimdir”,  “Zəlimxan  Yaqub”  (foto-albom),  gürcü  dilində  “Söz  camı”,  fransız  dilində 

“Şairin taleyi” kitabları böyük tirajla nəşr edilmişdir. 

    Zəlimxan  Yaqub  1995-2005-ci  illərdə  Azərbaycan  Respublikasının  Milli  Məclisinin 

deputatı seçilmişdir. 

    1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komisiyasının üzvüdür. 

    2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar 

Birliyinin sədri seçilmişdir. 

    2000-ci  ildə  Azərbaycanın  “Şöhrət”,  Gürcüstanın  “Şərəf”  ordenləri  ilə  təltif  olunmuş, 

2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülmüşdür. 

    2009-cu  ildə  Türk  dünyası  Araşdırmaları  Uluslararası  Elmlər  Akademiyasının  “Türk 

dünyasına hizmət” mükafatına layiq görülərək həmin akademiyanın fəxri doktoru seçilmişdir. 

    2012-ci  il  oktyabr  ayının  5-də  Amerika  Birləşmiş  Ştatlarında  fəaliyyət  göstərən 

Azərbaycan Nyu-York Assosasiyası xalq şairini Fəxri diplom və medalla təltif etmişdir. 

 

 

Həyat və yaradıcılığını əsas tarixləri 



 

    1950-ci il yanvar ayının 21-də Gürcüstanda, Bolnisi rayonunun Bolus-Kəpənəkçi kəndində 

anadan olmuşdur. 

    1967-ci il orta təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 

    1968-1973-cü il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq 

fakultəsində təhsil almışdır. 

    1967-ci il əmək fəaliyyətinə fəhlə kimi başlamışdır. 


    1973-1984-cü illərdə “Azərkitab” Kitab-Ticarət Birliyində müxtəlif vəzifələrdə 

çalışmışdır. 

    1984-cü ildə “Yazıçı” nəşriyyatının müdiri vəzifəsində işləmişdir. 

    1966-cı ildə ədəbi fəaliyyətə başlamışdır. 

    1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

    1992-1995-ci illərdə sərbəst bədii yaradıcılıqla məşğul olmuşdur. 

    1995-2005-ci  illərdə  Azərbaycan  Respublikasının Prezidenti  yanında  Əfv  Komissiyasının 

üzvüdür. 

    2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar 

Birliyinin sədri seçilmişdir. 

    2000-ci ildə Azərbaycanın “Şöhrət” və Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunmuşdur. 

    2005-ci ildə “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülmüşdür. 

    2009-cu  il  iyun  ayının  6-da  Türk  Dünyası  Araşdırmaları  Uluslararası  Elmlər 

Akademiyasının  “Türk  dünyasına  hizmət”  mükafatına layiq  görülərək həmin  akademiyanın 

fəxri doktoru seçilmişdir. 

 

 



Görkəmli şəxsiyyətlər Zəlimxan Yaqub haqqında 

 

    Zəlimxan Yaqub müasir Azərbaycan poeziyasının canlı klassikidir. 



İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

 

    Zəlimxan  şeiri  xalq  yaradıcılığına,  sazın  tellərindən  süzülüb  durulan  aşıq  poeziysaına 



söykəndiyi üçün onun dili kələkötürlükdən xali, axıcı və şəffafdır. 

Bəxtiyar Vahabzadə 

Xalq şairi 

 

    Müəllifin  şerləridil  sadəliyi,  səlisliyi,  fikir  aydınlığı  cəhətdən  oxucuya  güclü  təsir 



bağışlayır. Zəlimxan hələ gəncdir. Lakin o, doğru, düzgün yoldadır. 

Osman Sarıvəlli 

Xalq şairi 

 

    Zəlimxan  qoşqularında  vətən  mövzusu  mütləq  ölçülərlə  təsvir  olunmur,  ölçüsüzlüyə 



çevrilir. 

Xudu Məmmədov 

Akademik 

 

    Biz  bilməliyik  ki,  Azərbaycan  guşədası  türklükdür...  Bizim  Türkiyə  və  bütün  Türküstan 



dünyasına  güvənməyimizdir...  Böyük  salonlar  da  bu  eşqi  tərənnüm  eyləyir  Zəlimxan.  Ona 

görə də, Zəlimxanı... ictimai ürək kimi tanımalı, ondan ibrət götürməliyik. 

Xəlil Rza Ulutürk 

Xalq şairi 

 

 


 

 

Zəlimxan Yaqub şerlərindən aforizmlər 



 

...Dünya qədim bir kitab, oxunur varaq-varaq, 

Onu kim qurtardı ki, biz oxuyaq qurtaraq!.. 

 

* * * 



...Ömrün-günün mənasını anlayanda bilmişəm, 

Bir gün açan çiçəkmişəm, bir gün solan gülmüşəm... 

 

* * * 


Ay Zəlimxan, diz tökülər, üz batar, 

Qurduğunu bir-bir alan dünyadı... 

 

* * * 


Xatirələr dindirəndi, dinəndi, 

Hər nə varsa, xatirəyə dönəndi... 

 

* * * 


...Yazanda elə yaz kitabını sən, 

Qalından olmasın, qalandan olsun!.. 

 

 

Zəlimxan Yaqub irsinin kitabxanalarda təbliği 



 

    2015-ci  il  yanvar  ayının  21-də  xalq  şairi  Zəlimxan  Yaqubun  anadan  olmasının  65  illiyi 

tamam  olur.  Yubiley  ilində  kitabxanalar  Z.Yaqubun  əsərlərinin  və  onun  haqqında  çap 

olunmuş  kitabların,  həmçinin  dövrü  mətbuat  materiallarının  geniş  oxucu  kütləsinə 

çatdırılması üçün  əyani və şifahi təbliğatın bütün formalarından: kitab sərgilərindən, oxucu 

konfranslarından, məruzə və mühazirələrdən, kitab müzakirələrindən ədəbi-bədii gecələrdən 

və s. geniş istifadə etməlidirlər. Bütün kitabxanalarda “Zəlimxan Yaqub – 65” başlığı altında 

sərgi  düzəldilməlidir.  Əsasən  tədbirlərin  çoxluğuna  yox,  onun  keyfiyyətli  və  məzmunlu 

keçirilməsinə fikir verilməlidir. 

 

 



Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatlardan istifadə etmək olar: 

 

1. Əsərləri : on üç cilldə / Z. Yaqub ; tərt. ed. və red. M.Nəbioğlu. – Bakı : Şərq-Qərb, 2011-



2013. 

2. Biz niyə sevməyək bir-birimizi / Zəlimxan Yaqub. – Bakı: [s.n], 2011. – 255s. 

3. Mən öz dastanımı yazıb gəlmişəm / Zəlimxan Yaqub. – Təbriz: Razi, 2010 (1389 h.) – 263 

s. 


4. Mövlana poemalar / Zəlimxan Yaqub. – Bakı: [Vətən], 2012. – 194s. 

5. Özün basdırdığın ağaca söykən: iki cilddə / Zəlimxan Yaqub. – Bakı; Şərq-Qərb, 2010. – 

c. I. – 281 s. ; c. II – 293 s. 

6. Peyğəmbər: [poema] / Z. Yaqub; red. : M. Seyidzadə, A.Turan. – Bakı: Pedoqogika, 2009. 

– 319 s. 

7. Cəfərov, N. Zəlimxan Yaqub : [məqalələr] / Nizami Cəfərov. – Bakı: AzAta M. – 2014. – 

61 s. 


8.Zəlimxan Yaqub – 60 / tərt. M.Nəbioğlu; [Azərbaycan Respublikası Mədəniyyət və Turizm 

Nazirliyi]. / Bakı, [2010]. – 27s. 

 

 

 



 

Metodika və Bibloqrafiya şöbəsinin metodisti: Heydərova Tamilla 





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə