Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi Xocalı soyqırımının 25-ci ildönümü Xocalı soyqırımı /metodiki vəsait



Yüklə 59,28 Kb.
tarix06.09.2017
ölçüsü59,28 Kb.
#29123

ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ
c:\users\user\desktop\c00f6736c9e5.jpg

Xocalı soyqırımının 25-ci ildönümü
Xocalı soyqırımı

/metodiki vəsait/


ŞİRVAN-2017
“Xocalı soyqırımı -25”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-də 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşdur.

Həmin hərbi- siyası təcəvüz zamanı 613 həmvətənimiz, o cümlədən106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdur.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hududlarından kənara çıxaraq Laçın,Kəlbəcər, Ağdam,Cəbrayıl,Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş,50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır .

Xocalı soyqrımına siyası qiymət verən və bu barədə dünyanın ən yüksək tribunaların-dan danışan ümummilli lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “biz toplaşıb Xocalı faciəsinin cavabını verək,şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. İnanıram ki, Azərbaycan Xalqı belə qüdrətə malikdir.”Xocalı soyqırının 25” ili tamam olur. Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqırımı törədilib.

Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətinə görə yollarda, keçidlərdə, meşələrdə ,təqib edərək vəhşicəsinə öldürüblər.Habelə azğınlaşmış erməni hərbiçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsüsi amansızlıqla ,işgəncə verərək qətlə yetiriblər Mühasirədən çıxıb qaçmağa müvvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilomertliyində və digər ərəzilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir göturulənlərdən 18 nəfəri Əsgəran rayon Daxili işlər şöbəsində işgəncə verilməklə oldürülüb.Hücüm zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgənclər verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb.

Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb 200 nəfər-dən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənlilər bina görə cavab verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək nəsillər bizi heç vaxt bağışlamayacaqdır. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqımı günü” elan etmişdir.Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalq Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir.

Doğma yurdlarından didərgin düşmüş və Azərbacanın 48 rayonuna səpələnmiş Xocalı sakimləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbay –cana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar.Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terorizim, etnik təmizləmə faktlarını pislə -mək barədə müraciətlər edirlər.

Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görüb. Dünyanın ,Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin,sərgilərin keçirilməsi və s. bu qəbildəndir.

Xocalı soyqırımına dair müxtəlif dillərdə Fond tərəfindən filmlər hazırlanıb, həmin film – lərin təqdimatı keçirilib. Həmçinin Xocalı soyqırımı ilə bağlı foto sərgilərin təqdimatı dün- yanın onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı ilə bağlı xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarının qələmə aldıqları məqalələrin sərgisi keçirilib. Bununla yanaşı,”Xocalı uşaqların gözü ilə”rəsm sərgisi və s. böyük tədbirlər təşkil olunub. Bun – lar hamısı Fonda və ələlxüsus Mehriban xanımın Xocalı soqırımının tanıdılması istiqa –mətində çox böyük xidmətləridir.

Özu də nəinki Xocalı soyqırımının, ümumilikdə bütün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu xidmətlər ölçüyə gəlməzdir. Eyni zamanda Leyla xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini erməni işğalçilarının Azərbaycan xalqına qarşı törətdikləri dəh – şətli cinayətlər haqqında obyektiv məlumatlara cəlb etmək, sözügedən faciələrə beynəlxalq səviyyədə siyası – hüquqi qiymət vermək, eyni zamanda,Azərbaycanın Qarabağ münaqişəsində milli maraqlarının müdafiyə olunması məqsədilə “Xocalı ədalət –Qarabağa azadlıq” devizi altinda beynəlxalq kompaniyanın keçirilməsi təşəbbüsü ilə çixış etmişdir. “Xocalıya ədalət!”- artıq dünyada bu kompaniyaya qoşulan insanların sayı günü gündən çoxalmaqdadır. Bu kompaniya daha da genişlənməkdədir. Bu baxım- dan çox güman ki, bu kompaniya və təbii ki, bu istiqamətdə görülən işlər bundan sonra da davam edəcək. Amma söhbət ondan gedir ki, bizim hər birimiz bu kompaniyaya dəstək verməliyik. Harada yaşamağından asılı olmayaraq –Azərbaycanda da, Azərbaycandan kənarda da.Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xocalı həqiqətlərinin təbliğ edilməsi , butövlükdə Qarabağ savaşında şəhid, əlil olmuş, yaralanmış qəhrəmanlarımızın, ümümən Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması isti- qamətində öz fəaliyyətini ortaya qoymalıdır. Tarix heç nəyi unutmur ! Allah bütün şəhid –lərə rəhmət eləsin !

Xocalı soyqırımının kitabxanalarda təbliği

Ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırıl – ması istiqamətində böyük işlər görülüb. Dünyanın, Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin təşkili və s.bu qəbildəndir. Bu il Xocalı soyqırımının 25 ili tamam olur. Bununla əlaqədar olaraq Xocalı həqiqətlərinin təbliğ edilməsi istiqamətində kitabxanalar da müəyyən işlər görməlidirlər. Belə ki, kitabxana – larda Xocalı faciəsinn özündə əks etdirən “Xocalıya ədalət” və s. başlıqla foto- güşələr, sərgilər hazırlanmalı, faciəyə həsr olunmuş məruzələr, mühazirələr olmalıdır. Tarix heç nəyi unutmayır !

Hər il fevralın 26-da 17:00-da Azərbaycan xalq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Tədbirlərin keçirilməsində aşağıdakı ədəbiyyatlardan istifadə etmək olar:

1.Abdullayev, Ə. Keçmisini unudan – gələcəyini itirər:(əsər Xocalı faciəsinin 22-ci ildönü –münə həsr edilmişdir):[ monoqrafiya ] / Ə. Abdullayev ; elmi red. H Cəfərov; [ baş red. İ.Səfərov; red. İ.Hüseynova ]; Azərb. Resp. Təhsil Naz. Azərb.Döv. İqtisad Un-ti. – Bakı: [İqtisad Universiteti ], 2015.- 157 s.

2. Xocalı soyqırımı / [ Qarabağ Azadlıq təşkilatı] : red. hey. A.Nağı [ və b.] :[ naşir N. Həbibov] – Bakı:[ s.n.] , 2014.- 36 s.

3. Xocalı soyqırımı: 24 il sonra – Bakı: 2016.-28 s.

4. Leyla Əliyeva “Xocalıya Ədalət!”: Beynəlxalq erməni teroruna qarşı strateji model: üç cilddə / V.Səmədov, R.Vəlizadə ; ön sözüm müəl. R.Hüseynov;baş elmi məsl.A.Musta –fayeva; elmi red.İ Quliyev,C.Bəhrəmov, red. İ. Məmmədov,S.Sadıxqızı; Azərb. MEA, İnsan Hüquqları İn-tu;”Xocalıya Ədalət ! “Beynəlxalq Təbliğat və Məlumatlandırma Kompaniyası;”Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyi-Bakı:[ s. n] .2014.- c.1.-341 s.;c.2.- 373 s.; 3.-476s.

5.Xocalı soyqımının iyirmi beşinci ildönümü ilə bağlı sərəncam imzalanıb- // Mədəniyyət.- 2017-.25 yanvar.-s.2



Tərtib etdi: metodist Heydərova T.
Yüklə 59,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin