20
Səni sevə
-
sevə
Səni sevə
-
sevə böyüyürəm mən,
Çıxıram biryolluq uşaqlığımdan,
Qorxmuram dünyada sanki, heç nədən,
Hər ağrı
-
acıya hazıram hər an!
Səni sevə
-
sevə güc alıram mən,
Dağı dağ üstünə qoyuram, inan,
Səni sevə
-
sevə ucalıram mən,
Qovu
şur gözümdə yerlə asiman!
Səni sevə
-
sevə, sevə
-
sevə mən,
Keçirəm ömrün
hər bənd
-
bərəsindən,
Dözürəm taleyin hər sınağına,
Çatıram
ömrümün xoşbəxt çağı
na!
Səni sevə
-
sevə, sevə
-
sevə mən,
Sevinnəm ürəkdən, gülləm ürəkdən!
Səni sevə
-
sevə bil, gülüm, hər an
Qəm
-
kədər deyilən nə varsa
, yalan!
05. 04. 2006.
21
Mən ağlamaq istəyirəm
Mən ağlamaq istəyirəm
sənsiz ötən günlərimi,
Sənsiz düşən axşamımı,
sənsiz gələn səhərimi
,
Sənsiz olan sevincimi
,
sənsiz olan kədərimi.
Mən ağlamaq istəyirəm
Sənsiz keçən hər bir anı,
Sənsiz mənə bəxş edilən
uc-
bucaqsız bu dünyanı.
Mən ağlamaq istəyirəm
Sənsiz ötən
gənclik adlı xoş çağımı,
Sənsiz gülən taleyimi
sənsiz yanan ocağımı.
Mən ağlamaq istəyirəm
sənsiz baxan gözlərimi,
Sənsiz gedən ayağımı,
sənsiz düşən izlərimi
Mən ağlamaq istəyırəm!
Mən ağlamaq istəyirəm
sənsiz vuran ürəyimi,
Sənsiz guya fəth etdiyim
hər arzumu, diləyımı,
mən ağlamaq istəyırəm..
.
Gülüm, axı sənsiz arzu
arzu deyil,
Sənsiz d
i
lək
dilək deyil,
Sənsiz axı bu dünyada
h
eç nə mənə gərək deyil!
13. 11. 2005.
22
Sən deyilsən
Get, daha sən
Sən deyilsən!
Get, get, daha,
məndən döndər üzünü sən,
Bir sözünlə ürəyimdə öldürmüsən,
dəfn etmisən özünü sən!
Sən əgər sən olsa idin
Bəlkə dünya
başqa dünya olacaqdı,
Bəlkə ruhum bir ölməzlik,
əbədiyyət bulacaqdı?
Necə batdın bu günaha,
Mənimçün yox oldun daha!
Bir sözünlə mən taleyin
yolunda bərk
yıxılmışam,
Bu yolun toz-
dumanında
sənlə birgə yox olmuşam...
01. 09. 2005.
23
Get, sevgilim
Get, sevgilim,
Su tək duru bir sevdadan,
Sevgi dolu bir dünyadan,
Ağrımadan,
Acımadan
bir anda əl götürdün sən.
Bir səadət qapısında
Varın olan, yoxun olan,
Sənə səndən yaxın olan
bir aşiqi itirdin sən!
Bir gerçək eşq dastanını
başlamamış bitirdin sən!
Get sevgilim,
O aşiqi bir də harda görəcəksən?
Nə küçədə, nə tinlərdə
,
nə yollarda görəcəksən.
Görməsən də, bilməsən də
Yenə hər an o səninlə yaşayacaq,
Uzun ömür yollarında
Qəm yükünü səndən alıb daşıyacaq.
Görməsən də, bilməsən də
Ağlayanda göz yaşını
silən əlin mən olacam,
Dərd içində son təsəlli kəlməsini
deyən dilin mən olacam.
Görməsən də, bilməsən də
Qəmlərini sovuşduran,
Səni sənə qovuşduran,
Ümidini alışdıran,
Hey güldürüb
-
danışdıran
bir xoş baxış mən ol
acam,
Toz-
dumanlı yollarına
yağan yağış mən olacam.
24
Bir xoş, həzin nəğmə səsi
Qəmlərini bircə anlıq unutdursa
həmin o səs mən olacam,
Həyatına məna verən
sevgi
, həvəs mən olacam.
Görməsən də, bilməsən də
Tale yolun bağlananda
Rastına bir cığır çıxsa,
həmin cığır mən olacam,
Taleyində çatdığın hər
sevinc, uğur mən olacam.
Tanımadın, tanı məni,
Səni sənsiz sevə
-
sevə
sonda dönüb sən olacam
!
29. 08. 2005.
25
Mənə çıx get deyən gözəl
Mənə “çıx get” deyən gözəl,
Sonra “niyə aramırsan?”
deyərək inciyən gözəl,
Sanma səni unutmuşam,
Sənsiz keçən hər günümü
ürəyimdə yas tutmuşam,
Qəlbin həsrət yanğısını
göz yaşımla soyutmuşam!
Gecə
-
gündüz göz yaşımı
şəlalə tək axıtmışam,
Mən xəyallar axınında
yüz yol sənə qayıtmışam,
S
anma səni unutmuşam!
Ağlamışam, ağlamışam,
çeşmələri qurutmuşam,
Ürəyimin tellərində
Qəm nəğməsi çaldırmışam,
qəm nəğməsi oxutmuşam,
Sanma səni unutmuşam,
Sanma səni unutmuşam!
Unudara
m bu dünyada
hər acımı, fəryadımı,
Unudaram qəlbimdəki
hər arzumu, muradımı,
Unudaram öz adımı,
Unutmaram səni bir an,
Heç nə səni silə bilməz
bil ki, mənim yaddaşımdan!
Avqust, 2005.
26
Sənsiz bu dünya ki heç gəlir mənə
Sənsiz bu dünya ki heç gəlir mənə,
Sənsiz həyatımın mənası nədir?
Hər arzum, diləyim bağlıdır sənə
Mənim xoşbəxtliyim səndə, səndədir!
Tək sən ol, daha
nə gərəyimdi ki?
Varlığın ömrümə yetər ki mənim,
Eşqinlə yaşayan ürəyimdi ki,
Dayansa bu ömrüm bitər ki mənim!
Gülüm
,
bu dünyada nədən keçsə də
Ürək heç keçərmi öz sevgisindən?
Yox, çətin bu sevda başımdan gedə,
Mənim varlığımda, özümdəsən sən!
24. 07. 2005.
27
Mənim biganə sevgilim
Bu könlüm gör nələr söylər
Mənim biganə sevgilim.
Səni arif bilər söylər,
Mənim biganə sevgilim.
Könül kamdan dönərmi heç,
Səmalardan enərmi heç,
Eşq atəşi sönərmi heç?
Mənim biganə sevgilim!
Qaçıb gözdən itər oldun,
Nə tez məndən gedər oldun,
Eşqdə bura qədər oldun?
Mənim biganə sevgilim!
Aramızda sədd nə boyda,
Sən o tayda, mən bu tayda,
Sən nə hayda, mən nə hayda,
Mənim biganə sevgilim!
Bildinmi “eşq” sözü nədir,
B
u həyatın özü nədir,
Seçdinmi ən düzü nədir?
Mənim biganə sevgilim!
Könül yanıb
-
alışacaq,
Xəyallara qarışacaq.
O kimlə söz danışacaq?
Mənim biganə sevgilim!
28
Sənsiz deyib
-
gülməz idim,
Heç özümə gəlməz idim,
Səni belə bilməz idim
Mənim biganə sevgilim!
May, 2005.
Adi bir insan tək tapmışdım səni
Adi bir insan tək tapmışdım səni,
İndi mələk kimi çıxdın əlimdən.
Yoox, yoo
x, sən bu eşqə
saldınsa
məni,
Mənlə olmasan da, yenə mənimsən!
Könül biganədir özgəyə, bil, sə
n,
Eşqim səmasında tək süzəsisən,
Yoox, yoo
x, sən adi bir insan deyilsən,
Allahın yerdəki möcüzəsisən!
Amma işlətdiyin o “yox” kəlməsi
Taleyimdə ağır qəzamdır mənim,
Bəlkə nə vaxtsa bir günah etmişəm,
Tanrıdan bu da bir cəzamdır mənim!
Bir ömür, bir həyat gedərmi hədər?
Belə qəm libası geyinməmişdim,
İtirəndə əzab çəkdiyim qədər
Heç səni tapanda sevinməmişdim!
21. 01. 2005.
29
Bir köhnə sevgi
Bu gün bir gözəli gördüm
,
qayıtdı
Bir köhnə məhəbbət, bir köhnə sevgi.
O ötən illərdən bir xoş həyatdı,
Nə qədər mehriban, nə qədər ülvi!
Aman Tanrım, on il keçməmiş sanki,
Yenə həmin gülüş, yenə həmin söz,
Qəlbim, hislərim də lap o zamankı,
Hər şey necə rəvan, hər şey necə düz.
O, həmin o idi, mən də həmin
mən,
Biz dəyişməmişdik, dəyişən ildi.
Daha xoşbəxt idim o günlərimdən,
Sanki könlüm daha nakam deyildi.
O, həmin o idi, mən də həmin mən,
Kim deyər ötən gün qayıtmaz geri,
İnsanlar sağ olsa hər an yenidən
Qaytarıb yaşayar ötən günləri!
Ona solmayan bir
çiçək demişdim,
Yenə solmamışdı, olsa da ana.
Mən elə bu cür də zənn eyləmişdim,
Gəlinlik nə gözəl yaraşmış ona!
07. 01. 2005.
30
Bir gözəl ağlar qoymuşam
Bir gözəl ağlar qoymuşam,
Daş ürəyim ağlamazmı?
O
qara gözlərin ahı
Gözlərimi dağlamazmı?
O bir qızdı qəlbi kövrək,
Sanki göydən enmiş mələk,
Məni kim sevər onun
tək?
Bu könlüm yas saxlamazmı?
Bir gün düşsə o dərd
-
sərə,
Nəzər salsa ötənlərə,
Nifrətindən vurub yerə
Şəklimi ayaqlamazmı?
Yanvar, 2004.
31
Bir an baxdım gül çöhrənə
Bir an baxdım gül çöhrənə,
Gözlərində məna gördüm.
Baxıb gülümsədin mənə,
Gülüşündə yenə gördüm.
Sən bir xəyal dünyasısan,
İçində bir sevda yanar,
Eşqə əsir olasısan,
Dodaq susar, dilin danar!
Dil sussa da bilərəm mən
Baxışların nələr deyər,
Könlün hər an aşiqindən
Bir ömürlük eşq istəyər!
Dekabr, 2003.
32
Küsən yar
Dörd günlük sükutdan sonrakı zənglə
Dəstəyi qaldıran əlinə qurban,
Səsimi eşidib tez mənə ərklə,
“Küsmüşəm” söyləyən dilinə qurban!
Səni bircə kərə küsdürüncə mən,
Yüz kərə küsərəm özüm özümdən,
Sənin tək bir yara biganə olmaq,
Bu eşq aləmində böyük bir günah!
Varmı bu qəlbimə bir özgə məlhəm,
Bircə gülüşündən, bircə sözündən?
De ki, bu dünyada doyarmı bir dəm,
Əllərim əlindən, gözüm gözündən?
09. 12. 2003.
33
T
aleyim veribdir bir kərə aman
Taleyim veribdir bir kərə aman,
Mən səni tapmışam səadətim tək!
İndi itirməkdən qorxuram yaman,
Qorxuram xəyala dönə bu gerçək!
Qorxuram bir daha görməyəm səni,
Bir də eşitməyəm incə səsini,
Bir daha süzməyəm gülər çöhrəni,
Bir daha duymayam gül nəfəsini!
Ürəyim səndədir, vermişəm sənə,
Köksündür əbədi ünvanım məni
m.
Heç nə bu dünyada yar olmaz mənə
Sənin heyranınam
,
heyranım mənim!
08. 11. 2003.
34
Tale ulduzlarımız
Hara getsə görüşəcək
Yollarımız bir gün yenə.
Harda olsan alıb fələk,
Rast edəcək səni mənə!
Harda olsan, ordayam mən,
Harda olsam, ordasan sən
Yola çıxsaq yoldaşıq biz,
Birdir olan səfərimiz!
Add
ımbaşı qoşayıq biz,
Etmə heyrət, sorma “nədən?”
,
Axı göydə ulduzumuz
Qoşa yanır biz bilmədən.
Sənin üzün mənə doğru,
Mənim yönüm sənə sarı,
Tale tez-
tez qoşa salar
Ulduzu cüt olanları!
Sentyabr, 2002.
35
Çixart gözündən eynəyi
Çıxart gözündən eynəyi,
Görüm qara gözlərini.
Eynək sənin qənimindir
Örtüb bir cüt gövhərini.
Gözlərində qara eynək
Varsa ne
cə görüm səni?
Gözlərimdə bir pərdə tək
Eynəyin kor edib məni!
Sənin o gözlərin ki var,
Gözəlliyin pəncərəsi.
Olmaz gözəlliklər aşkar
Qalxmasa qara pərdəsi.
Çıxart gözündən eynəyi,
Qatma nifrət məhəbbətə,
Sənin kimi bir mələyi
Eynək döndərər ifritə!
Sən eynəksiz bir mələksən,
Əzərsən şeytanı, şəri,
E
ynək taxsan çəkəcəksən
O simana iblisləri!
Oktyabr, 2001.
36
Tale bizi görüşdürdü.
Tale bizi görüşdürdü
Təsadüflər təsadüfü bildiyimiz,
Hər gün gedib
-
gəldiyim
iz
Bir məkanda.
Acı məktəb illərində
vurulduğum,
Nuruna qurban olduğum,
Ömrümə bir naxış olan,
İndi isə mənə çox
-
çox
doğma olan, tanış olan
O gözləri sezdiyimdə
Düşündüm öz
-
özdüyümdə:
“Tanrı səni yazsa mənim taleyimə
ölməz idim,
Nə dərd, nə qəm bilməz idim!”
Hətta dilim dayanmadı,
Söz də dedim,
Söz də yedim.
Fəqət sandım
Addımbaşı rasta çıxan,
Qəlbləri yandırıb yaxan
Yüz
-
yüz, min
-
min gözəllərdən,
biri də sən!
Bu sadəcə mən biləndi,
başqa idi tale bilən,
Tale bizi görüşdürdü
addımbaşı biz bilmədən!
Zaman keçdi, günlər ötdü,
Tale bizi yaxın etdi
İllər boyu bir partada
oturmaq tək
,
Lap əzəldən taleyimdə
yer etdiyin oldu gerçək!
37
Bu gözlərin o gözlərlə
Bir atası,
Bir anası
varmış demə,
Tale bir də o sevgini
qarşıma çıxarmış demə!
Mən ki səni
Əlim çatmaz,
Ünüm yetməz
Üfüqlər tək uzaqlarda
sanmış idim,
Öz bəxtimi danmış idim!
Gündüz Nur tək
başım üstdə yanırmışsan,
Gecə Ay tək
başıma dolanırmışsan!
İndi sənə budur sorum,
Gecə Ayım, gündüz Nurum,
Tanrı səni yazsa mənim taleyimə
ölərəmmi?
Səndən başqa kim iləsə
xoşbəxt ola bilərəmmi?
Sentyabr, 2001.
38
Qəzəl
Sən bilirsənmi mənimçün nə deməksən,
gözəlim?
Kim nə anlar ki, desəm, sən ki mələksən, gözəlim?
Tanrı çox şəxsə gözəllik yetirər, qəlb verməz,
Sən gözəlliklə də, qəlbinlə də təksən, gözəlim!
Mənə hey öylə gəlir ki, bu mələkliklə axır
Şəri
-
şeytanı əzib, məhv edəcəksən, gözəlim!
Sanki sevd
im səni hissimlə də, ağlımla da
mən,
Hava-
su tək mənə dünyada gərəksən, gözəlim.
Kim bilər, kim bilər aşiqliyimin hikmətini?
Bu “kobud dunyamız”
a i
ncə bəzəksən, gözəlim.
Sən bu Şirvaninin ömründə səadət naxışı,
Ürəyində ən uca arzu
-
diləksən, gözəlim!
Oktyabr, 2000.
39
Quşcığaz
Asudə, sevimli bir quşcığazsan,
B
udaqdan budağa
gəzərsən
hər an,
Qonduğun budaqlar əyilər həmən,
Titrəyər ağacın kökü yerindən!
Hər zaman maili duran bud
aqlar,
Sənin həsrətini içində saxlar,
O müti aşiqlər hazırdır hər gün,
Ayağın altında əyilmək üçün!
Müti aşiqlərin zövq verər sənə,
Əzib oynadarsan ayağın altda,
Səndən usanmazlar budaqlar yenə,
Onlar kam alarlar bundan həyatda!
Əzəldən dik duran budaqla
r da var,
Heç zaman əyilməz, məğrurdur onlar,
O
dik budaqlara qonmağın çətin,
Gərəkdir əyilsin sənin qamətin!
Sənə əyilməyən dik budaqlara
Qona bilməməyin yandırar sənı,
Bu dəmdə qəlbinə vurular yara,
Daha unudarsan köhnə peşəni.
Bilərsən aşiqlik nə cür olarmış,
Aşiqdə bütövlük, ləyaqət gərək,
Əsl aşiq olan məğrur olarmış,
Eşqin, mütisənsə, saxtadır demək!
Oktyabr, 2000.
|