“Siyasi və sosial iqtisadi coğrafiya” fənnindən imtahan suallarının



Yüklə 282.8 Kb.
PDF просмотр
səhifə1/2
tarix23.06.2017
ölçüsü282.8 Kb.
  1   2

“Siyasi və sosial iqtisadi coğrafiya” fənnindən imtahan  suallarının 

cavabları. 

I kollokvium 

1.  Fənnin  predmeti:  dünya  dövlətlərinin  siyasi  –  iqtisadi  cəhətdən 

formalaşması  və  inkişaf    xüsusiyyətləri.  Məqsədi:  bütün  dünya  ölkələri  haqda 

məlumat, onların təbii resurs potensialı, əmək ehtiyatları, dünyada tutduqları siyasi 

ə

həmiyyəti və s. ilə əlaqədar araşdırmalar. Vəzifələri: Yerli ehtiyatlardan səmərəli 



istifadə  etməklə istehsalın  intensivləşdirilməsi; dünyada  və ayrı  –  ayrı  bölgələrdə 

bəşər  cəmiyyətinin  ərazi-təşkili  xüsusiyyətləri;  ölkələrin  tarixi  inkişafı 

xüsusiyyətlərini  nəzərə  almaqlaməhsuldar  qüvvələrin  səmərəli  yerləşdirilməsi; 

dünyada baş verən proseslər və s. 

2. stehsalın  yerləşmə  qanunauyğunluqları:  1)  ctimai  istehsalın  inkişafı 

ə

sasında  istehsalın  yeni  formalarının-ərazi–istehsal  komplekslərinin  (Ə K) 



yaradılması.  2)  Regionların  və  iqtisadi  rayonların  təsərrüfatlarının  kompleks 

inkişafı.  3)  Respublikaların,  ayrı  –  ayrı  rayonların    inkişaf  səviyyələrinin 

bərabərləşdirilməsi; 

stehsalın  yerləşmə  prinsipləri:   

1)  istehsalın  xammal,  yanacaq,  enerji 

mənbələrinə və istehlak rayonlarına yaxınlaşması. 2) beynəlxalq əmək bölgüsünün 

üstünlüklərindən istifadə etmək.  



stehsalın  ərazi  təşkilinin  əsas  tipləri: 

1)  texniki  –  iqtisadi  amillər  2)  təbii 

amillər. 3) tarixi amillər. 4) sosial, siyasi, hərbi – strateji və başqa amillər. 

3.  nsan cəmiyyətinin inkişafını əks etdirən dünyanın müasir siyasi xəritəsinin 

formalaşması  uzun  tarixi  yol  keçmişdir.  Siyasi  xəritə  bir  neçə  formalaşma 

mərhələlərinə bölünür. 1)  Qədim dövr-eramızın V əsrinə qədərki dövrü əhatə edir. 

2) Orta əsrlər dövrü-V-XV əsrləri əhatə edir. 3) Yeni dövr-XV – XVI əsrlərdən I-

Dünya Müharibəsinin qurtarmasına qədər olan dövrə uyğun gəlir. 4) Ən yeni dövr 

– I Dünya Müharibəsinin qurtarması və Rusiyada Oktyabr inqilabının qələbəsindən 

sonra  başlamışdır.  XX  əsrin  90-  cı  illərindən  SSR   daxilində  milli  –  azadlıq 

hərəkatının baş qaldırması ilə əlaqədar SSR  kimi qüdrətli dövlət dünyanın siyasi 


xəritəsindən  silinir,  müstəqil  dövlətlər  ortaya  çıxır.  Dünyanın  siyasi  xəritəsində 

dəyişikliklər hələ də davam edir. 

4.  Dövlətlər  iqtisadi  –  sosial  inkişaf  səviyyəsinə,  yəni  əhalinin    adambaşına 

düşən  ərzaq  və  sənaye  məhsulları,  təhsil  səviyyəsi,  nəqliyyatla  təminat,  tibbin 

keyfiyyəti və s-yə görə olan qruplara aid edilir.  

Dünya ölkələri 2:  nkişaf etmiş ölkələr  ( EÖ) və  nkişaf etməkdə olan ölkələr 

( EOÖ) qruplarına ayrılırlar.  EÖ - ə  60 – a qədər ölkə daxildir. Böyük 7 – lərə - 

ABŞ,  Yaponiya,  AFR,  Fransa,  Britaniya,  taliya  və  Kanada  aid  edilir.  Yüksək 

sosial  inkişaf  səviyyəsinə  çatmış  kiçik  ölkələrə  sveçrə,  Avstriya,  Belçika, 

Niderland,  Norveç,  və  s.  aid  edilir.  EOÖ  –  in  (inkişaf  etməkdə  olan  ölkələr) 

ə

ksəriyyətini  –  Asiya,  Afrika,  Latın  Amerikası  və  Okeaniyada  olan  keçmiş 



müstəmləkə  ölkələri təşkil edir. (160 – a yaxın ölkə.)  

5. Hal – hazırda dünyanın müasir siyasi xəritəsində 249 dövlət, xüsusi statuslu 

ə

razi, müstəmləkə mülkü və ərazi mövcuddur. Ərazi dedikdə - keç kim tərəfindən 



tanınmayan,  qondarma,  səlahiyyəti  olmayan  varlıq  nəzərdə  tutulur.  Məsələn  

Dağlıq  Qarabağ,  Kəşmir  və  s.  Bundan  başqa  Şərq  Avropada  –  Yuqaslaviyanın  5 

dövlətə  bölünməsi  və  Çexoslovagiyanın  2  yerə  ayrılmasının  yaddan  çıxarmaq 

olmaz. 


6.  Siyasi  xəritədə  dövlətlər  ərazilərinin  böyüklüyünü  və  kiçikliyinə  (böyük, 

orta,  kiçik  və  cırtdan  –  mikro  dövlətlər),  əhalisinin  sayına    (100  mly  –  dan  artıq 

ə

halisi  olan),  coğrafi    mövqelərinə  (materikdaxili,  dənizkənari;  yarimada,  ada, 



arxipelaq 

dövlətlərinə) 

okeana 

çıxışı 


olmayan 

dövlətlərə, 

idarəetmə 

formalaşmasına (respublika  və  monarxiya),  inzibati  -  ərazi quruluşuna  (Unitar və 

fedarativ)  və  iqtisadi  sosial  –  inkişaf  səviyyəsinə  ( EÖ  və  EOÖ)  görə 

qruplaşdırılmışlar. 

7.  Təbii resurslar cəmiyyətin tələbatının ödənilməsi üçün istifadə olunan təbii 

elemetlərdir.  Bura  –  insan  həyatı  və  məhsuldar  qüvvələrin  inkişafı  üçün  təbiətdə 

istifadə edilən və edilməsi mümükün olan resurslar daxildir.  Bu fəaliyyətdə  iştirak 

etməyən,  lakin  maddi  istehsal  və  qeyri  maddi  istehsal  sahələrində  zəruri  olan 

komponenetlərdə  var  ki,  o  da  təbii  şərait  anlayışıdır.  Təbii  resurslardan  səmərəli 


istifadə  bütün  dünya  ölkələrinin  başlıca  problemidir.  Təbii  resurslar  bəşəriyyət 

yaranmamışdan  əvvəl  mövcud  olmuş  və  onun  insanlara  ehtiyacı  yoxdur.  Lakin 

insan  yarandığı  gündən  indiyədək  özünün  tələbatlarını  ödənilməsi  üçün  təbiətə 

müraciət  edir.  Təbii  resurslar  tükənən,  tükənməyən,  bərpa  olunan,  bərpa 

olunmayan, real, potensial, sadə, mürəkkəb, bir məqsədli, müxtəlif məqsədli və s. 

bu kimi təsnifatlara bölünür. 

8.  Təbii  resurslar  bir  çox  sahələrə  bölünür.  Onların  ən  başlıcası  –  mineral 

resurslardır.  Mineral  –  xammal  resurslarının  ən  əsas  sahəsi  olan  –  faydalı 

qazıntılardır.  Faydalı  qazıntılar  sırasında  ən  başlıca  yer  –  mineral  yanacaq 

ehtiyatlarına  məxsusdur.  Mineral  yanacaq  ehtiyatları  içərisində  kömür 

özünəməxsus  yer  tutur.  Dünyada  15-30  trln  ton  kömür  ehtiyatı  aşkarlanmışdır. 

Kömür  ehtiyatının  90%  -  dən  çoxu  Şimal  yarımkürəsində  cəmlənmişdir.  Dünya 

ölkələri  arasında    ən  çox  kömür  ehtiyatına  malik  –  MDB,  ABŞ  və  ÇXR  –  dır. 

Ümumi  ehtiyatın  80%  -  i  bu  dövlətlərin  ərazisindədir.  EOÖ  –  dən  –  Hindistan, 

Botsvana, Latın Amerikasının bir çox ölkələri də kömür ehtiyatlarına malikdirlər. 

Dünyanın 83 ölkəsində kömür ehtiyatı kəşf edilmişdir.  

9.  Mineral  resurslardan  neft  və  qaz  yanacağ  növləri  istehsalında  xüsusi  yer  

tutur.  Neft  102,  qaz  isə  85  ölkədə  ehtiyatlara  malikdir.  Mövcud  30  nəhəng  neft 

yatağının  15  –  i  ran  körfəzi  sahillərində  yerləşir.  Bunlardan:  Səudiyyə 

Ə

rəbistandakı  Qavar  yatağını,    həmin  regionda  Es  –  Saffaniya  yatağını, 



Küveytdəki  –  El  –  Burkan  yatağını,  ran  slam  Respublikasındakı  –  Ağacari 

yatağını,  Alyaskadakı  Prado-Bey  yataşını  və  s.  göstərmək  olar.  Bu  ölkələrdən 

başqa neft hasilatına  görə - Rusiya, Meksika, Venesuela, Nigeriya, Litviya, ABŞ, 

Kanada,  Böyük  Britaniya  və  s.  fərqlənirlər.  Qaz  hasilatına  görə  isə  RF,  ABŞ, 

Kanada,  ran  körfəzi    ətrafi  ölkələri,  Böyük  Britaniya,  Hollandiya,  Türkmənistan  

və  s.  fərqlənir.  Dünyanın  nəhang  qaz  yataqları  Qətərdə    “Nord”  adlanır.  Bundan 

başqa  ranın  Cənubi  Pars  yatağını,  Niderlandın  Qraningen  əyalətindəki  Slokteran 

yatağını və s. göstərmək olar. Dünyadakı 20 nəhang qaz yatağından 9 – u RF – da 

yerləşir.  


10. Yer kürəsi alternativ enerji mənbələri ilə , yəni – geotermal enerji ilə də 

zəngindir.  Geotermal  enerji  mənbələri  2  tipə  bölünür:  1)  yeraltı  təbii  istilik 

mənbələri (qaynar sular, buxar) 2) dağ süxurlarının  daxili istiliyi. Geotermal enerji 

4  əsas  xasusiyyətcə  malikdir:  1)  onlar  tükənməyən  sərvətlərə  aiddir.  2)  bu  enerji 

mənbələri  çox geniş yayılmışlar. 3)  geotermal  enerji  böyük vəsait qoyuluşu tələb 

etmir. 4) bu enerji mənbələri ekoloji cəhətdən tam zərərsizdir. 

11. Torpaq resursları dünya torpaq fondunun təsərrüfat üçün yararlı hissəsidir. 

Ümumi sahəsi 149 mln km

2

 və ya 14, 9 mlrd ha – r. Ayrı-ayrı regionlar içərisində 



torpaq fondunun böyüklüyünə görə Afrika, MDB, Xarici Asiya, Şimali və Cənubi 

Amerika  fərqlənirlər.  nsanlar  torpaq  fondunun  strukturuna    təsir  etmiş,  onu 

tədricən    dəyişdirmişlər.  Bu,  əkilən  torpaqların  genişlənməsi,  otlaq  və  meşə 

sahələrinin    sıxışdırılması  ilə  izah  olunur.  Daha  çox  beçərilən  torpaq  sahələrinə 

dövlətlərdən:  ABŞ,  Hindistan,  RF,  ÇXR,  Kanada,  Qazaxıstan  və  s-dir.  Təbii 

çəmənlik  və  otlaq  sahələri  bütün  dünya  regionlarında  becərilən  torpaqlardan 

üstünlük  təşkil  edir.  Meşə  torpaqları  –  MDB;  Xarici  Avropa,  Şimali  Amerikada 

böyük sahə tutur.  

12.  Dünya  torpaq  fondununh  əsas  problemi  –  kənd    təsərrüfatına  yararlı 

torpaqların  deqradasiyasıdır.  Torpaqların  deqradasiyasına  –  onların  eroziyası, 

çirklənməsi, şoranalaşma, bataqlıqlaşma və s. aid edilir. Bəşəriyyət artıq buna görə 

2 mlrd ha  məhsuldar torpaq sahəsini itirmişdir. Səhralaşma – Yer Kürəsində helə 

insan  cəmiyətinin  formalaşdığı  dövrdən  əvvəl  mövcud  olmuşdur.  Hal  –  hazırda 

dünyanın  1/3  –  ni  tutan  arid  qurşaqda  8  mly  km

2

  sahəni  səhralar  tutur.  (Şimali 



Afrika və Asiyanın səhraları.) Bu sahənin yarıya qədəri dünyanın böyük səhrası – 

Saxaranın  payına  düşür.  Hazırda  da  məhsuldar  torpaqların  səhralara  çevrilməsi 

prosesi  davam  edir.  Səhralaşmanın  davam  etməsinin  başlıca  amillərindən    biri 

insan fəaliyyətidir. 

13. Yer kürəsinin ümumi su ehtiyatı 1386 mln km-dir. Onun yalnız 2,5% - i 

həyat  üçün  zəruri  olan  şirin  su  ehtiyatıdır.  Onların  böyük  həcmi  Antraktida  və 

Qrenlandiyanın buzlaqlarında çəmlənmişdir. Hər nəfərə dünyada 230 mln m

3

 – su 



düşür. Suyun tükənməyən sərvətlərə aid edilməsinə baxmayaraq, o, dünyada qeyri 

–  bərabər  paylanmışdır.  Müasir  dövrdə  sürətlə  artan  şəhərlərin,  sənayenin,  kənd 

təsərrüfatının su ilə təminatı müəyyən iqtisadi və ekoloji çətinliklərlə rastlaşır Bir 

çox  böyük  şəhərlər  üçün  “su  acılığı”  xarakterikdir.  Suyun  böyük  əhəmiyyəti  var. 

nsan susuz – 3- 4 gündən artıq qala bilməz, tarlaların  suvarılmasında, məişətdə, 

bütün coğrafi təbəqədə, proseslərdə su iştirak edir. 

14.  Dünya  Okeanının  tərkibinə  dənizlər,  körfəzlər,  boğazlar  daxildir.  Dünya 

okeanının    orta  dərinliyi  3794  m,    maksimal  dərinliyi  11022  m  –  dir.  (Marian 

çökəkliyi) . Dünya okeanı 4 hissəyə ayrılır: 1) Sakit  okean. 2) Atlantik okean. 3) 

Hind  okeanı.  4)  Şimal  Buzlu  okeanı.  Dünya  okeanının  mineral  ehtiyatları  2 

hissəyə:  onun  suyunda  və  dibində  olan  resurslara  ayrılır.  Dəniz    suyunun  əsas 

resurslarından  biri  xörək  duzu,  maqneziumdur.  Bundan  başqa,  kükürd,  brom, 

aliminium, mis, uran, gümüş, qızıl da vardır. Self zonasının əsas resursları neft və 

qazdır.  Bundan  başqa,  dəmir  filizi,  nikel,  qalay,  civə  kimi  faydalı  qazıntıları  da 

göstərmək  olar.  Dəniz  sahillərində  səpələnmiş  sərvətlər  də    Dünya  okeanı 

ehtiyatlarına aid edilir. (qalay, sirkon, almaz, kəhraba və s.) 

15.  Bitki  resurslarının  arasında  meşələrin  böyük  əhəmiyyəti  var.  Meşələr 

bərpa  olunan  resurslardır.  Son  200  il  ərzində  meşə  sahələri  2  dəfə  azalmışdır. 

Dünyanın  meşə  sahəsi    2  qurşaqda:  şimal  və  cənub  qurşaqlarında  yerləşir.  Şimal 

meşə  qurşağının  meşə  sahələri–  RF,  Kanada,  ABŞ  –  dir.  (iynəyarpaqlı  meşələr 

üstünlük  təşkil  edir.)  Cənub  meşə  qurşağının    97%  -  i  enli  yarpaqlı  meşələrdir. 

Cənubda  yerləşən    tropik  meşələr  76  dövlətin  ərazisində:  Afrikada,  Latın 

Amerikasında və Asiya dövlətlərindədir. Meşələr oksigeni bərpa edir, yeraltı suları 

və  torpağın  məhsuldarlığını  qoruyur.  Meşə    xammalından    müxtəlif  məhsullar 

(kağız, mebel, tikinti materialları və s.) əldə olunur. 

16.  qlim  resurslarına    tükənməyən  günəş  və  külək  enerjisi,  rütubət  daxildir. 

Günəş enerjisi müxtəlif kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. O müxtəlif 

göstəricilərlə  ölçülü  (coul,  kilokolori  və  kilovat).  Günəş  enerjisindən  bir  çox 

ölkələr  istifadə  edirlər.  (ABŞ,  Yaponiya,  Fransa,  taliya,  Brazilya  və  s.)  Küləyin 

enerji  potensialı  da  müxtəlif  cür  qiymətləndirilir.  Bu  potensial  300  mlrd  kvt/saat 

hesablanmışdır. Külək enerjisindən Çin, Hindistan, Misirdə 2000 il əvvəl istifadə 



edilib.  Hazırda  Fransa,  taliya,  Danimarka,  ABŞ    və  s.  ölkələr  külək  qurğuları 

sahəsində  təcrübə  yığmışlar.  qlim  resursları  kənd  təsərrüfatına    xidmət  edən, 

havanı, rütubəti, işiğı, istini özündə birləşdirən aqroiqlim resurslarını da əhatə edir.  

17.    stirahət,  müalicə,  turizm  məqsədləri  üçün  istifadə  olunan  rekreasiya 

resursları  istifadə  olunma  xüsusiyyətlərinə  görə  tanınırlar.  Reakreasiya  resursları 

estetik  və  müalicə  -  sağlamlıq  xüsusiyyətlərinə  də  malikdir.  Onları  təbii  və 

antropogen  –  rekreasiya  resurslarına  ayırırlar.  Təbii  –  rekreasiya  resurslarına  – 

okean, dəniz, çimərliklər, meşə örtüyü, mineral bulaqlar və s aiddir. Antropogen – 

rekreasiya resurslarına - Misir ehramları, Qədim Çin Səddi, Yunanıstan, Romanın 

qədim  abidələri,  Sankt  –  Peterburqdakı  –  Ermitaj,  Hindistanda  Tac  –  Mahal 

məqbərəsi,  və s. icəri – şəhər  misal ola bilər. 

18. Əhali məhsuldar qüvvələrin aparıcısi  elementi olmaqla ən qiymətli kapital 

hesab edilir. O istehsalla istehlak arasında körpü rolunu oynayır. Əhali dinamikası 

onun  təbii  artımını, doğum  və  ölüm  göstəricilərinin  fərqini  müəyyən  edir.  Dünya 

ə

halisinin sayı 7 milyarddan çoxdur. Hazırda dünya əhalisinin yarısının yaşı 25 – 



dən  az,  1  milyarddan  çoxu  15-24  yaşındadır.  Hazırda  dünya  əhalisi  ildə  89  mly 

nəfər artır. (1,33%). Proqnozlara görə, 2050 – ci ildə dünya əhalisinin sayı  7,3 – 

10,7  mlrd  nəfərə  çatacaqdır.  Əmək  ehtiyatları   dedikdə  -  əmək  prosesində iştirak 

edən (işləmək qabiliyyəti olan) insanlar baza düşürlər. (kişilər 17 – 65 yaş, qadınlar 

17-60 yaş) 

19.  Dünya  təsərrüfatı  bütün  ölkələrin  təsərrüfatlarının  məcmusu  olaraq  bir- 

birilə  sıx  əlaqədə  olan  sahələrdən  ibarətdir.  Dünya    təsərrüfatı  müxtəlif  ictimai  – 

iqtisadi  –  siyasi  amillərin  təsiri  altında  formalaşmış  və  çox  mürəkkəb  quruluşa 

malikdir.  O  ən  sadə  alətlər  istehsalından  başlayaraq  mürəkkəb  elektron 

texnikasından  robot  istehsalına  qədər  yol  keçmişdir.  Dünya  təsərrüfatının  əsas 

sahəsi – sənayedir. Dnnya sənayesində 500 mln nəfərdən artıq işçi qüvvəsi çalışır. 

(Çin,  ABŞ,  RF  və  s.)  Sənayedə  yanacaq  energetika,  metallurgiya,  maşınqayırma, 

kimya, tikinti, xalq istehlakı malları istehsalı dünya təsərrüfatının tanılan sahələri 

sayılır. 



20. Energetikaya – yanacaq növlərinin, elektrik enerjisi mənbələrinin axtarışı, 

mənimsənilməsi,  hasilatı,  emalı  və  nəql  edilməsi  daxildir.  Əsas  enerji 

daşıyıcılarına  –  neft,  qaz,    kömür,  atom  enerjisi  aiddir.  Yanacaq  –  energetikanın 

ə

sas sahələrindən biri neft sahəsidir. Onun emalından 2500 – dən artıq məhsullar 



alınır.  Neftin  geoloji  ehtiyatı  800  mlrd  tondan  çoxdur.  Bunun  70%  -  i  Yaxın  və 

Orta  Şərq  ölkələrinin  payına  düşür.  Neft  ehtiyatlarının  çoxu  EOÖ  ərazisindədir. 

Ə

n çox neft ixrac edən ölkələr Səudiyyə Ərəbistanı,  ran,  raq, BƏƏ, Küveyt, RF, 



ABŞ, Venesuela və s-dir. Yanacağın aparıcı sahələrindən biri də qaz sənayesidir.  

RF  –  da  33%,  Yaxın  və  Orta  Şərqdə  30%,  Şimali  Amerika  ölkələrində  5%    qaz 

ehtiyatı  müəyyən  edilmişdir.  ( ran,  Səudiyyə  Ərəbistanı,  ABŞ,  Əlcəzair,  və  s.). 

Kömür  yanacaq – energetika kompleksinin ən qədim sahələrindəndir. Ehtiyatı 30 

trln  t-dan  çoxdur.  Çində,  ABŞ  –  da,  CAR,  Böyük  Britaniya,  Kanada  və  s. 

Ölkələrdə istehsal edilir. Bunların payına ümumi istehsalın 60% - dən çoxu düşür. 

21.  Metallurgiya  ağır  və  yüngül    metallar  istehsalını  özündə  birləşdirir. 

Metallurgiya  iki  sahəyə  ayrılır:  qara  və  əlvan  metallurgiya.  Məhsul  istehsalında 

ölçüsünə  görə  qara  metallurgiya  üstünlük  təşkil  edir.  Qara  metallurgiyanın 

xammalı  olan  dəmir  filizi  ehtiyatı  dünyada  800  mlrd  ton  olmaqla  –  RF  –  da, 

Brazilya, Avstraliya, Kanada, Hindistan və s. ölkələrdə aşkarlanmışdır. Dəmir filizi 

hasilatında – Çin, Brazilya, Avstraliya, RF, Ukrayna, ABŞ və s. dövlətlər seçilirlər. 

Regionlar  arasında  –  polad  istehsalında    -  Xarici  Avropa,  AFR,  taliya,  Böyük 

Britaniya və s. tanınırlar. 

22.  Əlvan  metallurgiya  çuqun  və  polad  əridilməsi  kimi  dünya  sənayesinin 

qədim sahələrindən hesab edilir. Dünyada 70 – dən artıq əlvan metal növü istehsal 

olunur.  Hal – hazırda dünyanın 50- dən artıq ölkəsində alüminium istehsal olunur. 

Müasir  dünyada    ABŞ,  RF,  Çin,  Kanada,  Avstraliya,  CAR  ən  çox  alüminium 

istehsal edir. Mis konsentratı istehsalında Çili, ABŞ, Kanada, Çin, Peru tanınırlar. 

Dünyanın  100  dən  çox  ölkəsində  qızıl  hasil  olunur.  (CAR,  ABŞ,  Avstraliya, 

Kanada və s.) 

23.  Maşınqayırma  dünya  emal  sənayesinin  aparıcı  sahələrindəndir. 

Maşınqayırmanın metal emalı da daxil olmaqla 200-dən çox istehsal sahəsi var. O, 


ümumi  maşınqayırma,  nəqliyyat  maşınqayırması,  elektron,  elektrotexnika, 

cihazqayırma,  kənd  təsərrüfatı  maşınqayırması,  hərbi  –  texniki  və  s.  sahələrə 

ayrılır. Müasir maşınqayırmanın ən yeni sahəsi aviaraket – kosmik sənayesi sayılır. 

Raket  və  kosmik  aparatlar  istehsalı  ABŞ,  Rusiya,  Fransa,  Böyük  Britaniya  üçün 

səciyyəvidir. 

Robot 


texnikasında 

Yaponiya 

dünyada 

liderlik 

edir. 

Dəzgahqayırmada  Qərbi  Avropa  ölkələri,  Şimali  Amerika,  Yaponiya,  Çin; 



gəmiqayırmada 

– 

Koreya, 



Yaponiya, 

Çin, 


Almaniya, 

avtomobil 

maşınqayırmasında ABŞ, Yaponiya, AFR, Fransa, Koreya Respublikası və s. təşkil 

edirlər.  Dünyada    “Ceneral  -  Motors”  (ABŞ)  Yaponiyanın  “Toyota”,  “Nissan”, 

“Xonda”,  Almaniyanın  “Folksvagen”,  taliyanın  “F AT”,  Fransanın  “Reno”  və  s. 

avtomobil koorporasiyaları fəaliyyət göstərirlər. 

24.  Kimya  dünya  sənayesinin  ən  cavan  sahələrindəndir.  Kimyanı  başqa 

təsərrüfat  sahələri  ilə  kombinələşdirdikdə  koks  –  kimya,  neft  –  kimya,  meşə  - 

kimya  və  s.  kimi  istehsal  sahələri  yaranır.  Kimya  müxtəlif  mineral  sərvətlərdən, 

oduncaqdan,  sudan,  havadan,  istehsal  tullantılardan  geniş  istifadə  edir.  Kimya 

sənayesi    mədən,  əsas  sintez,  polimerlər  və  s.  kimyasından,  habelə  parfumeriya, 

kosmetika  məhsulları  verən  zərif  kimyadan  ibarətdir.  Mineral  kübrə  üzrə 

ixtisaslaşmış  regionlardan:  40%  -  Xarici  Asiya,  25%  -  Şimali  Amerika,  15%  - 

MDB,  12%  -  Qərbi  Avropa  –  dır.Kimya  sənayesi  üzrə  ixtisaslaşmış  ölkələrdən: 

Çin, ABŞ, Kanada, Hindistan,RF,AFR, Belarusiya, Fransa və s – dir. 

25.  Dünya  təsərrüfatının  aparıcı  sahələrindən  biri  də  tikinti  materialları 

sahəsidir.  Dünyanın  ayrı  –  ayrı  regionlrında  sement,  kərpic,  qips,  şüşə  və  s  verə 

bilən  müəssisələr  yaradılmışdır..  Bu  məhsullar  əsasında  iri  evtikmə  kombinatları, 

dəmir-beton,  şifer,  divar  blokları  və  s.  istehsal  olunmaqdadır.  Tikinti  materialları 

sahəsində  sement  istehsalı  aparıcı  sayılır.  Hazırda  RF  –  da  50  mlyn  ton, 

Azərbaycanda  1,3  myn  ton  çox  sement  istehsal  olunur.  Dünya  ölkələrindən  Çin, 

ABŞ, Fransa, Yaponiya, Kanada və s. fərqlənirlər. Digər istehsal sahələrindən biri 

də tikinti şüşələri müəssisələridir. (RF, Ukrayna, Mərkəzi Asiyada, Azərbaycan və 

s.) 


 

II kollokvium 

1.

  Dünya təsərrüfatının ən qədim sahələrindən biri hesab  edilən yüngül 



sənaye  insanların  gündəlik  tələbatının  ödənilməsinə  istiqamətlənən  məhsul 

növləri  verir.  Yüngül  sənaye  modanın,  zövqün,  bazarın  tələbatının  gedişini 

nəzərə alan ən dinamik sahə kimi özünü göstərir. Yüngül sənayenin tərkibi çox 

mürəkkəbdir.  Buraya  ipəyirmə,  toxuculuq,  göndəri,  xəz,  toxuma,  trikotaj 

xalça,ayaqqabı,  qalantereya,  zərgərlik  məmulatları,  farfor,  toxuma,  texniki 

parça,  baş  geyimləri,  balıqçılıqda  istifadə  olunan  torlar-  şəbəkələr  istehsal 

sahələri daxildir. Yüngül sənaye ona bitki xammalı-pambıq, kətan, çətənə, eləcə 

də  heyvandarlıq  xammaları  sayılan  gön-dəri,  xəz  –  dəri,  yun,  barama  verən 

kənd  təsərrüfatı  ilə  sıx  surətdə  bağlıdır.  Kənd  təsərrüfatından  başqa  yüngül 

sənaye üçün xammal bazası sayılan digər sahə- kimyadır. Üzvi kimya sintetik 

və  üzvi  materialları-  süni  ipək,  süni  dəri,  kimyəvi  lif,  və  s  –  ni  də  yüngül 

sənayeye  istiqamətləndirir.  Toxuculuq  sənayesi  həm  struktur,  həm  də  ərazi 

cəhətdən köklü surətdə dəyişikliyə məruz qalmışdır. Natural-ipək, yun,  pambıq 

parcalara  qarşı  kimyəvi  liflərdən  hazırlanan  parçalar  rəqabət  rolunda  çıxış 

etməyə başlamışdır. Hal – hazırda  qiyməti çox yüksək olan natural parçalar az  

miqdarda  buraxılır.  Yüngül  sənayedə    toxuculuq,  tikiş,  ayaqqabı  sahələri 

liderlik edərək  ümumi məhsulun 1/3 – ni verirlər. Yüngül sənaye məhsullarının 

–  45%-i  OÖ  –  lər  hesabına  əldə  olunur.  Kətan  parça  toxunmasının  fabrikləri 

Rusiya,  Fransada,  Belçikada,  Niderlandda,    Böyük  Britaniyada  cəmlənmişdir. 

Təbii  ipək  parça  toxunması  yenidən  sürətlənsə  də  onun  müəssisələrə  hələ 

qədimdən  Çində,  Yaponiyada,  Hindistanda  mövcud  olmuşdur.  Toxuculuq 

sənayesinin xüsusi növündə xalçaçılıq durur. Bu sahədə  EÖ – dən ABŞ, Böyük 

Britaniya,  Belçika  tanınsalar  da,  Hindistan  həm  istehsalçı,  həm  də  ixracatçı 

rolunda çıxış edir. 

2.

  Qədim  təsərrüfat  sahələrindən  sayılan  yeyinti  sənayesi  çoxsahəliliyi 



ilə  tanınır.  O,  əhalini  başlıca  ərzaq  məhsulları  ilə  təmin  edir.    stər  EÖ  –  də, 

istərsə  də  OÖ  –  də  yeyinti  məhsulları  istehsalı  gündən  –  günə  artır.  Yeyinti 

sənayesinin  unüyütmə,  şəkər,  ət,  ət  məhsulları,  süd,  süd  məhsulları,  qənnadi, 


konserv, yağ, vitamin, və s. istehsal edən 30 – dan artıq sahəsi vardır. Yeyinti 

sənayesi məhsulları kənd təsərrüfatı ilə daha çox əlaqəlidir. Yeyinti sənayesinin 

tərkibində ət istehsalı sahəsi çox böyük əhəmiyyəti kəsb edir.  Adambaşına ət 

istehsalı  40  –  kq-a  yaxındır.  Adambaşına  düşən  ət  istehsalının  kəmiyyət 

göstəricisi ayrı-ayrı ölkələrdə müxtəlifdir. Qərbi Avropa – 47% əti ixrac edərək 

burada Niderland, Fransa, Danimarka dövlətləri fərqlənirlər. Bu sahədə ABŞ – 

in  xüsusi  çəkisi    20%  olmaqla  dünyada  2  –  ci,  Okeaniya  isə  dünyada  3  –  cü 

yerdədir. AFR, Yaponiya və  taliya ət idxal edən ölkələrdir. Sakit okeana çıxışı 

olan ölkələr 70%, Asiya və Cənubi Amerika dəniz məhsullarının ¾-nü tədarük 

edirlər.  Balıq  və  müxtəlif  dəniz  məhsulları  verən  dünyanın  qabaqcıl  10 

ölkəsindən 9 – u Sakit okean hövzəsində yerləşir. Bu sahədə  Çin dünyada 1 – 

ci yeri tutmaqla ildə 26 min ton məhsul verə bilir. Dünyada 1000-dən artıq növ 

pendir  tədarükündə  Qərbi  Avropa  ölkələri  həmişə  qabaqcıl  yer  tutmuşlar. 

Fransada  600  növdən  az  olmayan  pendir  buraxılır.  Son  illər  dünyada  –  30 

milyard litrdən artıq üzüm şərabı istehsalına yarıdan çoxunu  taliya, Fransa və 

spaniya verməkdədi. 

3.

  ASK  –  nın  strukturu  3  aparıcı:  sferadan,  istehsal  və  infrastruktur 



sahələrdən ibarətdir. Bunlardan 1 –  cisi  ASK  –  nın  istehsal vasitələri  istehsalı 

sahəsini (traktor, digər müxtəlif maşınlar, kimya və s.), 2 – cisi kənd təsərrüfatı 

və  meşə  təsərrüfatını,  3-cüsü  kənd  təsərrüfatı  məhsullarının  toplanmasını, 

saxlanmasını,  emalını  və  onların  reallaşdırılmasını  əks  etdirir.  Kənd 

təsərrüfatının  inkişafı  ekstensiv  və  intensiv  yollarla  təmin  edir.  Ekstensiv  üsul 

ə

kin  sahələrinin  genişləndirilməsi,  əvvələr  istifadə  olunmamış  torpaq 



sahələrinin  istifadəyə  verilməsi,  heyvanların  sayının  çoxaldılması  nəticəsində 

ha  hesabı  məhsul  istehsalını  artırmaq  intensiv  inkişaf  yolu  adlanır.  Kənd 

təsərrüfatının  intensivliyinə  suvarma,  kimyalaşdırma,  elektrikləşdirmə, 

mexanikləşdirmədən  başqa,  əsas  istehsal  proseslərinin  avtomatlaşdırılması 

nəticəsində nail olmaq mümkündür.   

4.

  ET -in  nailiyyətlərindən  istifadə  edərək  kənd  təsərrüfatına  ha  hesabı 



ilə  daha  çox  məhsul  verə  bilən  bitki  sortlarının  daxil  edilməsi,  irriqasiya 

işlərinin  yüksək  səviyyədə  aparılması,  kənd  təsərrüfatı  sahələrinin 

sənayeləşdirilməsi  –  maşınlaşdırılması,  bitkilərin  qorunmasına  lazım  olan 

vasitələrdən istifadə mexanikləşdirmə, elektrikləşdirmə, eləcə də kimyalaşdırma 

– yüksək məhsuldarlı kənd təsərrüfatının inkişafı üçün başlıca şərtlərdən sayılır. 

Bunları  yalnız  güclü  sənayenin  mövcudluğu  şəraitində  həyata  keçirmək 

mümkündür.  Bu  sahədə  EÖ  seçilirlər.  Taxılçılıq  təsərrüfatının  inkişaf 

etdirilməsi üçün – 650 mln ha əkin sahəsi (45%) ayrılmışdır. Dünya regionları, 

taxılçılığın  kəmiyyət  –  keyfiyyət  göstəricilərində  bir  –  birindən  fərqlənirlər. 

Rusiyada,  Böyük  Britaniyada,  Fransada,  ABŞ  –  da  ümumi  əkin  sahəsinin  50-

60%  -  i,  Polşada,  Macarıstanda,  -  60-65%,  Almaniyada  –  70%-  dən  artığı, 

Yaponiyada  -90%  -  dən  artığı  taxılçılıq  üçün  ayrılmışdır.  Taxılçılıq  sahəsində 

buğda, çəltik və qarğadalı daha çox əkin sahəsinə malikdir. Hər il dünyada 2,6 

mlrd  tondan  artıq  taxıl  tədarük  olunur  ki,  burada  da  –  Çin,  ABŞ,  Hindistan, 

Rusiya, Fransa,  ndoneziya taxıl tədarük edirlər və s. ölkələr. Taxıl tədarükündə 

Cənubun xüsusi çəkisi – 55% - dən artıqdır. 

5.

  Buğda əkinləri üçün ayrılmış 230 mln ha – dan XX əsrin  sonu XXI 



ə

srin başlanğıcında 600 mln t məhsul toplanılmışdır. Dünyanın 70 – dən artıq 

ölkəsində  buğdanın  –  20-  dən  çox  növü  becərilsə  də,  üstünlük  onun  bərk  və 

yumşaq növlərinin əkilməsinə verilir. Bərk növlərdən makaron, vermeşil və s. 

ə

ldə edilməsində geniş istifadə olunur. Məhsul tədarükündə Çin liderlik edərək 



ildə  -  121  mln  t  kəmiyyət  göstəricisinə  malikdir.  Sonrakı  yerləri  –  Hindistan, 

ABŞ, RF, tuturlar. Qarğadalı Amerika bitkisi olub – 140 mln ha əkin sahəsinə 

malik olan tropik zonanın bitkisi sayılır. Onun 7 növü vardır. O, əsasən Şimali 

Amerikada,  Asiyada  becərilir.  Son  vaxtlar  Şin,  Brazilya,  Meksika,  Fransa, 

Argentina  qarğadalı  əkinləri  ilə  tanınmaqdadırlar.  Eyni  zamanda,  Yaponiya, 

Koreya Respublikası, Çin, RF, ən çox qarğıdalı məhsulu idxal edən ölkələrdir. 

ABŞ 

– 

da 



qarğadalı 

ə

kilməsi, 



becərilməsi, 

yığılması 

100% 

mexanikləşdirilmişdir. 



6.

  Əkinçilik sahəsinin biri də texniki emala malik olmaqla ondan yeyinti, 

yüngül sənayede və heyvandarlığın inkişaf etdirilməsində xammal kimi istifadə 


olunan texniki bitkilər hesab edilir. Onlardan, hərbi sənayedə də istifadə etmək 

olur. Bunlardan – şəkər qamışını və şəkər çuğundurunu, günəbaxanı, pambığı, 

kartofu, lifli kətanı, tütünü və s. göstərə bilərik. Texniki bitkilər təbii şəraitə çox 

həssas, daha çox əmək və kapital tutumlu, ixracat üçün yararlı xüsusiyyətləri ilə 

tanınırlar.  Bunlar  tərkib  və  keyfiyyətlərinə  görə  (yağlı,  şəkərli,  kökü  meyvəli, 

həyat  tonusunu  yüksəldən,  narkotik,  meyvə)  də  qruplaşırlar.  Ərzaq,  yüngül, 

hərbi  sənaye  üçün  məhsullar  alınmasında,  eləcə  də  heyvandarlığın  yemi  olan 

jımıx alınmasında pambıqçılığın xüsusi əhəmiyyəti vardır. Pambıq subtropik və 

tropik  qurşaqlarda  becərilir.  Hər  il  tədarük  olunmuş  pambığın  1/3  –  i  dünya 

bazarına  çıxarılır.  Bu  sahədə  ABŞ,  Özbəkistan,  Türkmənistan,  Yunanstan, 

Suriya, Misir, Qərbi Afrika ölkələri demək olar ki, “ixtisaslaşmışlar”. 

7.

  Heyvandarlıq  dünya  kənd  təsərrüfatının  ikinci  aparıcı  və  ən  qədim 



sahəsi  sayılır.  Onun  strukturu  mürəkkəb  olmaqla  iribuynuzlulardan, 

xırdabuynuzlulardan,  donuzculuqdan,  quşculuqdan,  maralçılıqdan,  atçılıqdan 

vəhşi  heyvanlar  saxlanılmasından,  arıçılıqdan,  ipəkcilik  və  balıqçılıqdan 

ibarətdir.  O,  illik  kənd  təsərrüfatı  məhsulları  istehsalının  1/5  –  ni  verir. 

ribiynuzlular  demək  olar  ki,  dünya  regionları  üzrə  bərabər  yerləşdirilmişlər. 

Lakin  məhsuldarlığı  regionlar  üzrə  qeyri  –  bərabərdir.  Avropada,  Şimali 

Amerikada  iribuynuzlu  mal  –  qaranı  südçülük-  ətçilik  və  südlük  istiqamətlisi 

saxlanılır. Ətlik istiqamətli növlər isə mülayim və suptropik qurşağın daha çox 

quraq  gecən  rayonlarında  bəslənilir.  (ABŞ,  Kanada,  RF,  AFR,  Avstraliya.) 

Xırdabuynuzlular  Çində,  Avstraliyada,  Hindistanda, 

randa,  Türkiyədə 

saxlanılır.  EÖ – də ətlik – yunluq və ətlik istiqamətli,  OÖ- də isə çoxməqsədli 

və yun alınması istiqamətində olan növlər bəslənilir.  

8.

  stehsalla – istehlak arasında əlaqə yaradan, hər bir yaşayış məntəqəsi 



arasında – kənd, rayon, şəhər, dövlət arasında körpü rolunu oynayan, təsərrüfat 

sahələrinin  işini,  əlaqələndirən,  sərnişin  və  hər  cür  yüklərin  daşınması 

ə

məliyyatını  həyata  kecirən,  daxili  və  xarici  bazarın  varlığını  təmin  edən, 



nəqliyyat maddi istehsalın sənaye və kənd təsərrüfatından sonrakı 3- cü aparıcı 

sahəsi  hesab  edilir.  Nəqliyyat  coğrafi  əmək  bölgüsünün  əsasını  təşkil  edir. 



nkişafı, insan həyatını nəqliyyatsız düşünmək absurtdur. Nəqliyyat dəmiryolu 

avtomobil yolu və boru kəmərləri yollarını birləşdirən – quru yolu, dəniz və cay 

yollarını  əhatə  edən  –  su  yolu,  elektrik  verlişi  xəttlərini  əks  etdirən-  elektron, 

eləcə də hava növlərinə ayrılır. Nəqliyyatın işi haqqında onun  yük və sərnişin 

dövriyyəsinə görə mühakimə yürütmək olar ki, bu da ton – kmlərlə hesablanır. 

Yük  dövriyəsi  –  müəyyən  zaman  kəsiyində  təyin  edilmiş  məsafəyə  daşınan 

yüklərin miqdarına deyilir.  

9.

  XXI əsrin başlanğıncında dəmir yol nəqliyyatını yük daşımada xüsisi 



çəkisi  –  14%,  avtomobil  nəqliyyatında  10%,  boru  kəməri  nəqliyyatında  12%, 

dəniz  nəqliyyatında  61%,  daxili  su  nəqliyyatında  3%  təşkil  etmişdir.  Sərnişin 

daşımasında  isə  dəmir  yolu  nəqliyyatı  –  10%,  avtomobil  nəqliyyatı-  80%,  su 

nəqliyyatı-1%, hava nəqliyyatı- 9% çəki ilə seçilirlər. Nəqliyyat növlərinin illk 

daşıdığı sərnişinlərin sayı 1,0 trln. nəfəri keçmişdir. Yük və sərnişin daşımaları 

daxili  və  kontinentlər  arası  sahələrə  bolünürlər.  EÖ  –də  yükdaşıma  ən  çox 

texniki  təminat  və  əlaqələr  səviyyəsini  yüksəkliyi  ilə  seçilir.  Eləcə  də  şəbəkə 

sıxlıqı, hərəkət etmə qabiliyyəti (sərnişin və nəqliyyatın) burada yüksəkdir. 

10.

 

Dünya  nəqliyyatı  ayrı-ayrı  regionlar  üzrə  də  fərqlənir.  Bu 



sahədə Şimali Amerikada inkişaf öz yüksəkliyi ilə seçilir. Dünya nəqliyyatının 

ümumi uzunluğunun 1/3 – i bunların ərazisindədir. Avtomobil yollarının və qaz 

kəmərlərinin  uzunluqları  isə  daha  çoxdur.  Burada  daxili  yük  daşımada 

avtomobil  nəqliyyatı,  dəmiryolu  nəqliyyatı  boru  kəmər  nəqliyyatı  xüsusi  çəki 

ilə fərqlənir. ABŞ – da və Kanadada nəqliyyat yollarının sıxlıq şıbıkısinin azlığı 

ilə nəticələnir. Xarici Avropa bir çox göstəricilərə - sıxlıq şəbəkəsinə, hərəkətin 

çoxluğuna  görə  Şimali  Amerikadan  irəlidədir.  Daxili  yükdaşımada  avtomobil 

nəqliyyat  dəmiryolu  nəqliyyatı,  su  nəqliyyatı  boru  kəməri  fərqlənir.  Xarici 

Asiya  regionunda  fərqli  cəhətlərdən  biri  odur  ki,  Burada  Yaponiya,  Çin, 

Hundistan  və  Pakistan,  Cənub-Qərbi  Asiya  daxili  nəqliyyat  sistemləri  bir  – 

birindən fərqlənirlər. 

11.


 

Dəmiryolu  nəqliyyatı  sənayedə  baş  vermiş  inqilab  dövründə 

yaranaraq bütün XIX əsr boyu və eləcə də XX əsrin 1-ci yarısında çox sürətlə 


inkişaf  etməyə  başlamışdır.  Dünyanınn  140-dan  çox  ölkəsində  dəmiryolu 

nəqliyyatı  vardırsa,  60-dan  artıq  ölkədə,  o  cümlədən  Yəmən,  Oman,  Niger, 

slandiya,  MAR  və  s.  ölkələrdə  dəmiryolu  nəqliyyatı  yoxdur.  Dəmiryolu 

nəqliyyatı böyük xalq təsərrüfatı əhəmiyyətinə malikdir, ona görə ki, o, çox yük 

daşıyır, istənilən istiqamətə hərəkət edə bilir və ən əsası o, ilboyu təbii şəraitdən 

asılı  olmayaraq  fasiləsiz  işləyir.  Dəmiryolların  ümumi  uzunluğu  1,3  mln  km-

dən  artıqdır.  Belə  maksimal  sıxlıq  Çexiya  və  Belçikada  da  müşhadiə  olunur. 

Son  vaxtlar  dəmiryollarının  elektrikləşdirilməsinə  xüsusi  fikir  verilir.  Belə  ki, 

sveçrə  və  Gürcüstanda  dəmiryolları  tam  elektrikləşdirilmişdir.  ABŞ  –  da  bu 

1,0% - dən artıq deyildir, 90

teplovozlar fəaliyyətdədir. Birinci onluğa daxil 



olan  ABŞ,  Çin,  Rusiya,Hindistan,Ukrayna,VAR  dəmiryollarının  ümumi  yük 

dövriyyəsinin 9/10-na malikdirlər. Ən uzun magistral dəmiryolu xətti RF – də 

çəkilmişdir.  

12.


 

Avtomobil  nəqliyyatı  “qapıdan  qapıya”  adlandırılaraq  qısa 

məsafələrə,  dağlıq  ərazilərdə  yükdaşımada  geniş  istifadə  olunmaqla  iqtisadi 

cəhətdən sərfəlidir. Dünyada ən uzun avtomobil yolu yan qolları ilə birlikdə - 

45,7  min  km  olan  Panamerikan  avtomobil  yolu  sayılır.Dünyanın  aparıcı  20 

ölkəsində  avtomobil  yollarının  ümumi  uzunluğunun  –  85%  -  i  cəmləşmişdir. 

Təkcə  ABŞ  dünya  avtomobil  yolları  şəbəkəsinin  –  26%  -  nə  malikdir. 

Avtomobil  yollarının  şəbəkə  sıxlığında  isə  Belçika,  Yaponiya,  Niderland, 

Almaniya,  sveçrə  olmaqla  seçilirlər.  Ən  az  şəbəkə  sıxlığı  Tropik  Afrikanın 

ölkələrindədir.  Dünya  avtomobil  parkalarında  –  600  mln  avtomobil  saxlanılır. 

Hər  1000  nəfərə  düşən    avtomobilin  sayına  görə  Bruney  (575  ədəd),  taliya 

(560),  ABŞ  (520),AFR  (500)qabaqdadırlar.  Təkcə  ABŞ  –  in  avtomobil 

parkalrında 215 mln avtomobil vardır. 

13.


 

Boru kəməri nəqliyyatı quru yolu nəqliyyatı sisteminə aid edilir. 

Onları  fərqləndirən  cəhət  isə  daşınan  yüklərin  məzmunu  ilə  müəyyən  edilir. 

Boru kəməri  nəqliyyatı maye və qaz halında olan yüklərin daşınmasında iştirak 

etməklə,  neft,  neft  emalı  məhsulları  və  qaz  nəql  edən  kəmərləri  göstərilən 

məhsulları istənilən məsafəyə nəql edirlər. Dünyada 1- ci neft boru xətti cəmi – 



6 km uzunluğunda olmaqla 1865-ci ildə ABŞ – da çəkilmişdir. Birinci Dünya 

Müharibəsindən  sonra  dünyada  neft  kəmərlərinin,  II  Dünya  müharibəsindən  

sonra  isə  böyük  sürətlə  qaz  kəmərlərinin  çəkilişi  işləri  həyata  keçirilmişdir. 

Dünyada boru kəmərlərinin boru uzunluğu 2,0 mln km-dən artıqdır. Magistral 

xətlər başlıca olaraq Cənubi-Qərbi Asiyada, Cənubi – Şərqi Asiyada, Afrikanın 

simasında, Latın Amerikasında, eləcə də MDB məkanında mövcuddur. Ölkələr 

üzrə magistral boru kəmərləri MDB, ABŞ, Kanada, Səudiyyə Ərəbistanı üçün 

xarakterdir.  Neft  boru  kəmərlərinin  sıxlığı  Niderlandda,  Belçikada, 

Almaniyada,  taliyada,  Böyük  Britaniyada,  qaz  kəmərlərinin  sıxlığı  isə 

Niderlandda, Almaniyada (275 km) daha çoxdur. 

14.

 

Hava  nəqliyyatı  bahalı  nəqliyyat  növü  olub  tez  xarab  olan  və 



çatdırılması tez gərək olan yüklərin, son vaxtlar isə sərnişin daşınmasında geniş 

istifadə  olunur.  Dünyada  15  mindən  artıq  hava  limanı,  o  cümlədən  1100 

beynəlxalq  hava  limanı  fəaliyyət  göstərir.  27  nəhang  hava  limanından  16  –  sı 

ABŞ  –  da,  ikisi  Böyük  Britaniyada  fəaliyyətdədir.  Birinci  onliğa  –  London, 

Frankfurd,  Paris,  Amesterdam,  Sinqapur,  Tokio,  Nyu-York,Banqkok  hava 

limanı  daxildir.  Nəhəng  təyyarə  parkları  ABŞ-da,  Kanadada,  Fransada, 

Avstraliya və Almaniyadadır. Su nəqliyyatı ən ucuz nəqliyyat sayılır. O ölkələr 

arasında daşımaların 75% - ə qədərini təmin edir. Okeanlarda və dənizlərdə 25 

min  gəmi  vardır.  Sinqapur, Şanxay,Nyu-York,  Filadelfiya,  Marsel,  London və 

sair kimi nəhəng limanlar formalaşmışdır. Su nəqliyyatı təbii yollardan istifadə 

edir.  O,  az  yanacaq  sərf  edir,  su  nəqliyyatında  hərəkət  sürəti  azdır,  daşımalar 

mövsümü  xarakterlidir.  Xarici  ticarətdə  dəniz  nəqliyyatının  rolu  hədsizdir. 

Atlantik  okeanı  yükdaşımada  liderlik  edir.  Çay  nəqliyyatı  daxili  yükdaşımada 

ə

həmiyyətlidir. Dünyada ABŞ ən böyük çay və göl flotuna malikdir. 



15.

 

Avropanın sahəsi – 10,5 mln kv km- dir. Əhalisi isə - 687 mln 



nəfərdən  çoxdur.  Əhalinin  ən  çox  sıxlığı  Monokoda,  əhalinin  ən  az  sıxlığı 

spaniyadadır.  Ən  çox  ömür  sürmə  Andorrada  qeyd  olunmuşdur.  Ən  az  ömür 

sürmə  Moldova  Respublikasındadır.  Əhalinin  orta  savadlılıq  göstəricisi  98% 

təşkil  edir.  Avropada  sahəsinə  görə  ən  böyük  dövlət  Ukraynadır.  Əhalisinin 



sayına  görə  isə  AFR  1  –  ci  yerdədir.  stər  əhalisinə,  istərsə  də  sahəsinə  görə 

kişik  dövlət  Vatikan  sayılır.  Ən  çox  əhalisi  olan  şəhər  Rusiyada 

yerləşir(Moskva). Avropada Rusiya da daxil olmaqla 44 ölkə, 1  mülk-Gibraltar 

yerləşir.  17  ölkə  -  Avstriya,  Albaniya,  Macarıstan,  Almaniya,  Yunanıstan, 

Danimarka  və  s.dövlətlərin  əhalisinin  milli  tərkibinin  90%  -  dən  çoxu  eyni 

millətdəndir.  Rusiya,  Böyük    Britaniya,  spaniya,  sveçrə,  və  digər  dövlətlər 

çoxmillətli hesab olunurlar. Ən çox yayılan dillər ingilis, alman, fransız, rus və 

s-dir. 


16.

 

Almaniya  Fedarativ  Respublikasının  sahəsi-357,0min  kv.km 



ə

halisi-83,25  mln  nəfərdən  çoxdur.  Paytaxtı  –  Berlin. qtisadi  inkişaf 

səviyyəsinə  görə  o,  dünyanın    ABŞ,  Çin  və  Yaponiyadan  sonra  4  –  cüsüdür. 

Ə

halisinin  sayının  iqtisadi,  elmi  –  texniki  potensialının  böyüklüyünə,  qərb 



sənaye  kompleksinin  inkişaf  səviyyəsinə  görə  Avropada  ona  tay  olan  ölkə 

yoxdur.  AFR  dünyada  elmi-tədqiqat və təcrübə  - kostruktur  işlərinə xərclənən 

ayırmaların miqdarına görə də, qabaqcıl yer tutur. AFR, NATO – nun, BMT – 

nin eləcə də Avropa Şurasının üzvüdür. Avropa mərkəzində yerləşməsini onun 

9 ölkə ilə : Niderland, Belçika, Çexiya, Lüksemburq, Fransa,  sveçrə, Avstriya, 

Polşa,  və  Danimarka  ilə  sərhədləşməsindən  aydın  görmək  olur.  Dünya 

Okeanına  birbaşa  çıxışının  olması  ölkənin  iqtisadi  inkişafının  zəminlərindən 

hesab  edilir.  Ərazinin  mülayim  iqlimi  insanların  yaşayışına,  xüsusilədə  kənd 

təsərrüfatına imkan verir.  Kömür ehtiyatına görə AFR Qərbi Avropada 1-ci yer 

tutur.  Ölkədə  80  –  ci  illərdən    dəmir  –  filizi  və  uran  istehsalı  dayandırmışdır. 

AFR  kalium  duzu  və  kalium  gübrəsi  əldə  edilməsində  dünyada  qabaqcıl 

yerlərdən biri tutur. 

17.

 

AFR  – də   emal  sənayesinin xüsusi çəkisi  yüksəkdir.  Son illər 



ə

n  çox  avtomobil,    aerokosmik,  neft  emalı,  atom  energetikası,  elektronika 

sahələri  vüsət  alır.  Son  illər  neft  emalı  –  35  dəfə,  avtomobil  sahəsi  12  dəfə, 

kimya – 7 dəfə atmışdır. Müasir Almaniya dəzgah, müxtəlif istehsal vəzifələri, 

avtomobil,  üzvi  kimya  məhsulları  ixracatına  görə  dünyada  ən  qabaqcıl 

yerlərdən  birini  tutur.  Ölkənin  bütün  iri  sənaye  kompaniyaları  transmilli 



korporosiyalar  kimi  fəaliyyət  göstərir.  Bunlardan  aviakosmik,  hərbi  sənaye, 

avtomobil sahəsi üzrə  “Daymler-Kraysler”,  “Folksvaqonverke”, elektrotexnika 

sahəsi  üzrə  “Siems”  avtomobil  üzrə  ixtisaslaşan  “BMV”,  “Opel”, 

konsernlərinin adlarını çəkə bilərik.  Ölkədə məşhur olan 4 böyük metallurgiya 

konserni  metal  əridilməsinin  90%  -  ni,  avtomobil  konsernləri  60%  sərnişin 

avtomobillərini,  neft  emalı  konserni  isə  70%  benzin  hasiletmə  qüvvəsinə 

malikdir. 

18.


 

Almaniya  ABŞ  –  dan sonra ən  çox kənd  təsərrüfatı  məhsulları 

idxal  edən  ölkə  hesab  olunur.  Bununla  yanaşı,  onun  ixracatdada  rolu  az 

deyildir.  Avropa  ittifaqında  da  ən  çox  süd  və  ət  məhsulları  istehsal  edən  ölkə 

kimi də tanınır. Taxıl tədarükündə isə Fransadan geri qalır. Kənd təsərrüfatında 

illik  ümumi  məhsul  istehsalının  60%-dən  artığını  heyvandarlıq  sahəsi 

verməkdədir.  Heyvandarlıqda  da  iribuynuzlular  və  donuzçuluğuin  payı  daha 

çoxdur. Əkin sahələri ümumi ərazinin 35%-dən çoxunu əhatə etmir. Bunun da 

çoxu  yem  bitkilərinin  becərilməsinə  aid  edilir.  Əhali  yerli  mənbələr  hesabına 

taxılla,  südlə,  yağla, kartofla  yaxşı  təmin  olunmuşdur.  Əkin  sahəsinin 70%  - i 

taxılçılıqda  istifadə  olunur.  Başlıca  ərzaq  bitkisi  buğda  becərilməsindən 

ibarətdir.  Arpa,çovdar,vələmir,  qarğadalı,  üzüm,  bağçılıq,tərəvəzçilik  inkişaf 

etdirilir.  Heyvandarlıqda  iribuynuzlular  donuzçuluq,  quşçuluq  inkişaf  edən 

sahələrdəndir. 

19.

 

Böyük  Britaniyanın  sahəsi  –  244,7  min  kv  km,  Əhalisi  –  60,6 



mln  nəfər  Paytaxtı-London  şəhəridir.  Böyük  Britaniya,  iqtisadi  inkişaf 

səviyyəsinə görə ABŞ, Çin,Yaponiya, AFR, Hindistan, Fransadan sonra 7 – ci 

yeri  tutur.  Son  illərə  qədər  14  müstəmləkə  və  asılı  sahələrə  nəzarət  etməkdə 

davam  edir.  Elmi  –  tədqiqat  işlərinə  və  təcrübə-konstruktur  araşdırmalarının 

ayırmalara  görə  dünyada  özünəməxsus  yer  tutur.  Son  illərdə  Nobel  mükafatı 

alanların sayına görə (70) o ancaq ABŞ – dan (179) geri qalır. Xidmət sferasına 

görə bir çox Avropa ölkələrini keçərək ABŞ – a yaxınlaşmaqdadır. Ölkə neft – 

qaz  hasilatında  tələbatı  ödəyəcək  miqdarda  məhsul  istehsal  edərək,  hətta  neftr 

məhsulundan  ixrac  da  etməyə  başlamışdır.  kinci  Dünya  Müharibəsi  qabaqa 


dünyaya  ilk  yeni  şəhərsalma  təcrübəsini  təqdim  etmişdir.  Ölkə  rəsmi  olaraq 

ə

razisinin  90%  -  dən  artığını  təşkil  edən  ən  böyük  adanın  adı  ilə  “ ngiltərə” 



adlanır.  Onun  tərkibində  ngiltərə,  Şotlandiya,  Uels,  Şimali  rlandiya  tarixi 

coğrafi  ərazilərlə,  habelə  5,5  mindən  artıq  ada  aiddir.  Ölkədə  dəmir  filizi  və 

kömür  yataqlarının  bir  –  birinə  yaxın  yerləşməsi  metallurgiyanın  güclü 

inkişafına imkan vermişdir. Böyük Britaniya kömür yataqları, neft ehtiyatı, qaz 

ehtiyatı,  dəmir  fiziliz,  qurğuşun,  qalay,  mis  ehtiyatı  daş,  duz,  kalium  duzu, 

volfram ehtiyatlara malikdir. 

20.

 

Ölkədə  maddi  və  qeyri  –  maddi  istehsal  sahələri  inkişaf 



etmişdir.  Yanacaq  energetika,  metallurgiya,  maşınqayırma,  kimya,  yüngül 

yeyinti  sahələri  ilə  yanaşı  kənd  təsərrüfatı,  nəqliyyat  xidmət  sahələri  sferası 

aparıcı  rol  oynamışlar.  qtisadi  inkişafının  xarakter  xüsusiyyətlərindən  biri 

orada  xırda  və  orta  müəssisələrinin  daha  çox  üstünlük  təşkil  etməsidir.  Emal 

sahəsinin  strukturunda  ən  çox  inkişaf  edən  növlər  kimyadan,  neft  emalından, 

elektron  sahəsindən,  optik  ləvazimatlardan,  rezin  –  texniki  məhsullardan  və 

plastik gütlələrdən ibarətdir. Ölkənin iqtisadi inkişafında yanacaq – energetika 

xüsusi yer tutur. Balansda – 30% kömür, - 62% neft və qaz, - 8% hidro və atom 

enerjisi  vardır.  Yerli  dəmir  filizi  ehtiyyatları  tükəndiyindən  –  80%  xammalı 

Kanadadan,  Brazilyadan,  sveçdən  almağa  məcbur  olur.  Britaniya  sənayesinin 

aparıcı sahələrindən biri də maşınqayırmadır.  stehsal səviyyəsində ABŞ – dan, 

Yaponiyadan,  Almaniyadan  və  Fransadan  geri  qalır.  Maşınqayırmanın  yüksək 

ixtisaslı kadrlarla təmin olunmuş standart olmayan, bahalı və yüksək keyfiyyətli 

növlərinin buraxılışı üzrə ixtisaslaşmışdır.  nkişaf edən təsərrüfatlardan biri də 

kimya  sənayesidir.  Onun  xammalını  neft  emalı  sahəsinin  məhsulları  təşkil 

etməkdədir. Göstərilən sənaye sahəsinin verdiyi məhsulun illik miqdarına görə 

ölkə  Avropada,  Almaniya  və  Fransadan  sonrakı  3-  cü  yeri  tutur.  Yüngül 

sənayenin  toxuculuq,  toxuma,  trikataj,  ayaqqabı  istehsalı  fabrikləri  inkişaf 

tapmışdır. Böyük Britaniya özünü müxtəlif çeşidli yeyinti, tikinti, meşə, sənaye 

sahələri  ilə  yanaşı  xidmət  sahəsi sferası ilə  də  Avropada tanınmaqdadır.  Kənd  

təsərrüfatı yüksək səviyyədə mexanikləşdirilməsilə tanınır. Heyvandarlığın payı 


80%  -  dən  artıqdır.  Südlük,  ətlik  –  südlük  istiqamətində  ixtisaslaşma  aparılır. 

Donuzculuq,  quşculuq  sahələri  inkişaf  tapmışlar.  Bitkicilikdə  taxılcılıq  aparicı 

sahədir. Arpa, vələmir, qarğadalı, şəkər çuğunduru da beçərilir. 

21.


 

 Asiyanın  Əhalisi  3761  min  nəfər  təşkil  edir.  Ən  çox  əhali  

sıxlıq Sinqapurdadır. Ən az əhali sıxlıq Monqolstanda, ən çox artım Yəməndə, 

ə

n  az  artım  isə  Gürcüstandadır.  Ən  az  ömür  sürmə  Əfqanıstanda  müşahidə 



edilir.  Asiyada  savadlılığın  orta  göstərici  71%-dir.  Regionda  Çin  ən  böyük 

ə

raziyə  və  əhaliyə  malikdir.  Ən  az  əraziyə  və  əhaliyə  malik  olan  dövlət  isə 



Maldiv  respublikasıdır.  Əhalisi  çox  olan  şəhərlər  Çin  və  Yaponiyadadır. 

Şə

hərlər  üzrə  hər  kv.km-də  maksimal  sıxlıq  Pekində  müşahidə  edilir. 



Adambaşına  düşən  Ümumi  Daxili  Məhsulun  ən  çox  göstəricisi  Yaponiyada  – 

33,2 min dollar, ən az göstəricisi isə Şərqi Timorda – 600 dollar təşkil edir. 

22.

 

Asiyada 48 dövlət, 2 xüsusi statusa malik olan ərazi vardır. Bu, 



Sakit  okeanda  Britaniya  ərazisindən  və  Fələstindən  ibarətdir.  darə  olunma 

formasına  görə  34  Respublika,  14  Manorxiya  dövləti  mövcuddur.  Asiya 

ə

halisinin  irqi,  milli  və  dil  tərkibi  çox  mürəkkəbdir.  Burada    bəşəriyyətin  4 



aparıcı  irqi  mövcuddur.  Bu  monqoloid,  avropoid,  avstraloid  və  neqroid 

irqləridir. Deyilənlərlə yanaşı regionda 1000 dən artıq xalq yaşayır ki, onlar da 

200  dən  artıq  dil  və  dialektə  malikdir.  Hindistan,  ndoneziya,  Flippin,  ran, 

Ə

fqanıstan  çox  millətli  dövlət  sayılır.  Banqladeş,  Yəmən,  Çin,  Koreya, 



Yaponiya azsaylı milli tərkibə malik olan dövlətlərdir. Dövlətlərdə aparıcı dillər 

dövlətlərin adına müfaviq gəlir.  slam,  ndiuzm, Buddizm dinləri aparıcı sayılır. 

23.

 

Çin  Xalq  Respublikasının.  Paytaxtı-Pekin,  Sahəsi-9560  min 



kv.km  Əhalisi–1315  min  nəfər.  Sahəsinin  böyüklüyünə  görə  dünyanın  3-cüsü 

olan  Çin  Mərkəzi  Asiyada  yerləşib.Okeanda  yerləşən  5000-  dən  artıq  adalar 

Çinə  aiddir.  Çin  dünyanın  15  qədər  dövləti  və  ərazisi  ilə  sərhədə  malikdir. 

Ə

razidə  dünyada  məlum  olan  yeraltı  sərvətlərdən  150-sinin  mövcudluğuna 



şə

rait  yaratmışdır.  Bu  əsasdan  da  Çin  dünyada  təbii  sərvətlərlə  zəngin  olan 

dövlət kimi tanınır. Kömür, qara və əlvan nadir metal filizləri, mədən kimyası, 

qeyri  filiz  ehtiyyatlarına  görə  dünya  əhəmiyyətli  kəsb  edir.  Ümumi  ərazinin 



1/20 – i kömürlü sahədir. Karbohidrogen ehtiyyatlarından eyni zamanda neftin 

və  qazın  olmasınıda  göstərə  bilərik.  ri  neft  yataqları  Çinin  qərbində 

müəyyənləşdirilmişdir.  Yanar  şistlə  və  filiz  ehtiyyatlarına  görə  Çin  fərqlənir. 

Oksid,  mis,  qalay,  civə,sürmə,  qızıl,gümüş  filizi  ehtiyyatları  vardır.  Mis  filizi 

ehtiyyatına  görə  Çin  dünyada  2  –  ci  yerdədir.  Daxili  sulardan  enerji 

alınmasında,  suvarmada,  gəmicilikdə  geniş  istifadə  olunur.  Əhalisinin  sayına 

görə  Çin  1  –  ci  yeri  tutur.  Ölkədə  dünya  əhalisinin  21%  -  dən  artığı 

çəmləşmişdir.  

24.

 

Çində  iqtisadiyyatın  sürətli  inkişafı  sənaye  məhsulları  növləri 



istehsalına  söykənir.  Sənayenin  yanacaq  –  energetika,  metallurgiya, 

maşınqayırma,  kimya,  neft  –  kimya,  tikinti,  meşə,  yeyinti,  yüngül  sənaye 

sahələri xalqın istehlakına müvafiq məhsullar istehsal etməkdədir.  llik sənaye 

istehsalına  görə    ABŞ-dan  geri  qalır.  Yanacaq  –energetika  balansında  kömür 

neft,  qaz  elektrik  enerjisi  əsas  yer  tutur.  Ölkədə  mövcud  kömür  yataqlar 

istehsalı  Çini  dünyada  1-ci  yerdə  saxlayır.  Cənubi  –  Çin  dənizinin  self 

zonasında  neft  hasil  olunmaqdadır.  Müasir  Çində  dənizin  self  zonasında  qaz 

yataqları 

aşkarlanmışdır. 

Elektroenergetika 

xüsusi 

yer 


tutur. 

ES,SES,AES,Geo ES,GES,QES,KES  növləri  istehlaka  xidmət  edirlər.  Qara 

metallurgiya  əhəmiyyətli  dərəcədə  məhsul  istehsalının  göstəricilərinin  tələb 

olunan  səviyyədə  olması  ilə  seçilir.  Son  illərdə  dəmir  filizi  istehsalını  polad 

ə

ridilməsinə görə dünyada 1 – ci yerə çıxmışdır. Maşınqayırma və metalemalı 



çoxçeşidliliyi  ilə  seçilir.  Elektronika,  Elektrotexnika,  avtomobilqayırma  sahəsi 

sürətlə inkişaf edir. Çinin həyatında nəqliyyat maşınqayırması xüsusi yer tutur. 

Çin  gəmiqayırma  sahəsində  dünyanın    birinci  –  10  dövləti  sırasına  daxildir. 

Dünyada  6-7  ci  yeri  tutmaqla  avtomobil    sahəsində  fərqlənir.  Kompyüter, 

məişət  aparatları,  televizor,  saat,  paltaryuyan  maşın,  məişət  soyuducusu, 

ventilyator (sərinləşdirici) məhsullar istehsalını dahada artırıb. Hər il 40-45 min 

ə

dəd televizor buraxılır. Bü dünyada 1 – ci yer deməkdir. Kimya sənayesi yerli 



xammallara əsaslanır. Tikinti materialları istehsalı böyük sənaye şəhərləri üçün 

xarakterdir.  Toxuculuq  yüngül  sənayenin  aparıcısıdır.  Çox  pambıq  parça 



toxuyan Çin dünyada 1-ci yeri tutur. Dünyada ayaqqabının – 40% - ni Çin verir. 

Ə

halisi  çox  olan  ölkə  üçün  yeyinti  sənayesinin  əhəmiyyəti  ölçüyə  gəlməzdir. 



Aparıcı  sahə  isə  taxıl  və  yağlı  bitki  xammalarının  emalından  alınan 

məhsullardır.  Çin  çayın  vətənidir.  Qara  çay  tədarükünə  görə  ancaq 

Hindistandan geri qalır. Yaşıl çay satışında isə o, yenə dünyada liderlik edir. 

25.


 

Çin  dünyanın  ən  çox  kənd  təsərrüfatı  məhsulları  istehsal  edən 

ölkələrdən  biridir.  llik  məhsul  istehsalında  heyvandarlığa  nisbətən  üstünlüyü 

ə

kinçilik  sahəsi  tutur.  Əhalinin  də  çox  hissəsi  bu  sahə  ilə  məşğuldur. 



Çəltik,buğda,qarğadalı,  darı,arpa,tərəvəz,pambıq,kətan,noxud,soya,paxla,çətənə 

və bağçılıq əkinçiliyin  əsas sahələridir. Çəltik üçün ümumi əkin sahəsinin 1/5 – 

i ümumən taxılçılıq üçün ½ - i ayrılmışdır. Taxılçılıqda əhəmiyyətinə görə 2-ci 

sayılan  buğda becərilməsidir.  Əkin sahələri  Böyük  Çin  düzənliyindən şimalda 

və  şimal-şərqə,  Xuanxe  və  Yansızı  çayları  hövzələrində.  Dünyada  əh  hündür 

yerdə  -  Tibetin  4000  m  hündür  ərazilərində  də  buğda  becərilir.  Onun  illik 

tədarükü  –m  121  mln  tondan  az  deyildir.  Bu,  dünyada  1-ci  yer  deməkdir. 

Heyvandarlığın  dunuzçuluq,  iribuynuzlular,  xırdabuynuzlular,  quşçuluq, 

baramaçılıq,  arıçılıq,  balıqçılıq  sahələri  bu  və  ya  digər  səviyyədə  özünə  yer 

tapmışdır. 

 

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə