Slovakiya milli üsyanı. Müstəqil dövlət elan olunduqdan sonra Slovakiyada Y.Tiso başda olmaqla rejim formalaşdı. Ölkə rəhbərliyi cəmiyyətin tədricən faşistləşdirilməsinin tə- rəfdarı idi. Lakin ilk dövrdə hakimiyyətdə katolik meyilli mötədil siyasətçilər üstünlük təşkil edirdilər. 1939-cu il Konstitusiyasına əsasən ölkə Slovakiya respublikası adlanırdı. Dövlət özünün ordusunu, polisini, jandarm idarəsini və dövlət aparatını da yaratmışdı. Slovakiya 1941-ci ilə qədər Avropada yarnmış ilk dövlət idi, bu da Hitlerə öz təbliğat məqsədlərini həyata keçirmək üçün lazım idi. Slovakiya 1939-1941-ci illərdə beynəlxalq aləmdə özünü qismən tanıda bilmişdi, onu həmçinin SSRİ də tanımışdı.
Slovakiya dövlətçiliyinin yaranması biləvasitə faşist blokunun müvəqqəti uğurları ilə bir vaxtda düşmüşdü. Protektoratdakı rejimlə müqayisədə burada qaydalar korporativ olaraq qalırdı. Ölkənin faşistləşməsinin güclənməsi ilə əlaqədar liberal və sol müxalifət fəallaşırdı. 1939-1943-cü illərdə Slovakiya KP-nın dörd Mərkəzi Komitəsi ləğv edilmişdi. Başda K.Şmidke, Q.Qusak və L.Novomeski olan beşinci MK Çexoslovakiya Kommunist parti- yasının Moskva rəhbərliyi ilə sıx əlaqə yarada bildi. İfrat radikal əhval-ruhiyyəni, yəni Sovet Slovakiyası uğrunda şüarı aradan götürdükdən sonra kommunistlər azad edilmiş Çexoslovakiya daxilində azad Slovakiya uğrunda mübarizəyə başladılar.
1943-cü ildən başlayaraq Slovakiyanın klerikal rejimi böhran keçirirdi. Bu dövrdə dağlarda partizan dəstələri, həmçinin Ukrayna partizan hərəkatı qərargahında hazırlıq keçmiş Slovakiya və Sovet komandirləri fəaliyyət göstərirdilər. Y.Tiso rejiminin böhranın artması ilə
əlaqədar Slovakiya ordusunda antifaşist əhval-ruhiyyə güclənirdi. 1943-cü ilin ikinci yarı- sında Slovakiya Kommunist partiyası geniş antifaşist cəbhəsi yaratmağa başladı. İlin sonunda onun səyi nəticəsində Müqavimət hərəkatının vahid mərkəzi kimi Slovakiya Milli Şurası (SMŞ) yaradıldı. 1943-cü il dekabrın 25-də milad sazişi deyilən sazişin imzalanması ilə an- tifaşist qüvvələr bir araya gələ bildilər. SMŞ-a qeyri-kommunist istiqamətli qruplaşmalar da daxil oldu.
Slovakiya Milli Şurası ölkənin yeni prinsipləri əsasında qurulmasının, çex və slo- vakların hüquq bərabərliyinin tərəfdarı idi. E.Beneşlə əməkdaşlıq edən başda V.Şrobar olmaqla başqa qruplaşma da var idi. Slovakiya kommunistləri silahlı üsyana hazırlıqda ordu- ya, başda general Qolian olan London mühacirəti mövqeyində duran zabitlərə arxalanırdılar. 1944-cü ilin yazında SMŞ-la milad sazişinin şərtləri ilə razılaşan hərbçilərlə saziş imzalandı. Lakin Slovakiyada praktiki olaraq Müqavimət hərəkatının aparıcı qüvvəsi Slovakiya Kom- munist partiyası deyil, faşist Almaniyasına arxalanmağın mənfi nəticələrini aydın dərk edən hərbçi antifaşistlər idi.
1944-cü ilin yayı üçün üsyan tədricən “yetişməyə” başladı. Bu dövrdə xeyli fəallaşan partizanlar bir sıra şəhərləri tutdular. Onların öhdəsindən gələ bilməyəm Y.Tiso kömək üçün
almanlara müraciət etdi. Avqustun 29-da alman qoşunlarının Slovakiya sərhədlərini keçməsi üsyanın başlaması üçün işarə oldu. Bansk-Bistritsa şəhəri üsyanın mərkəzi oldu. Üsyançıların radiostansiyası işə düşdü, SMŞ öz fəaliyyətini fəallaşdırdı. 1944-cü il sentyabrın 1-də SMŞ Müqavimət hərəkatının bütün qrupları adından “Slovakiya xalqının bəyənnaməsi”ni nəşr etdi. Zvolen-Banska – Bistritsa-Brezno azad ərazi üçbucağında Y.Tiso rejiminin devrildiyi və Xalq demokratik respublikasının yarandığı elan olundu.
Üsyan Çexoslovakiyada xalq-demokratik inqilabının başlanğıcı oldu. Yeni Slovakiya hökuməti – geniş sosial-iqtisadi dəyişikliklərə başlayan Səlahiyyətlilər Korpusu yaradıldı. London Mühacirət mərkəzi Slovakiyadakı hadisələrin gedişinə təsir etməyə çalışırdı. Bir çox məsələlərdə – azad edilmiş ərazilərdə hakimiyyət orqanları haqqında, Slovakiyada Beneşin nümayəndələri haqqında, slovakların ayrıca millət kimi tanınması və s. məsələlərdə üsyan- çılarla Beneşin tərəfdarları arasında mübarizə gedirdi. Nəticədə mühacirətdə olan hökumət Slovakiya Mili Şurasını Slovakiyada ali orqan kimi tanıdı. Sovet tərəfi üsyançılara xeyli kömək göstərdi. Azad olunmuş ərazilərə ÇKP-nin görkəmli üzvləri Y.Şverma, A.N.Asmolov və başqaları, həmçinin paraşüt briqadası, çoxlu miqdarda silah və döyüş sürsatı göndərildi. Bəzi məlumatlara görə arxa cəbhədə kömək edənləri nəzərə almadan partizanların sayı 80 min nəfərə yaxın idi. Başda Şmidke və Asmolov olmaqla partizan hərəkatının Baş Qərargahı yaradıldı.
1944-cü il sentyabrın 8-də üsyançılara kömək məqsədilə Qızıl Ordu Karpat-Dukelsk
əməliyyatına başladı. Komandanlığın əsas məqsədi üsyançılarla birləşmək idi. Almanların ciddi müqaviməti nəticəsində bu əməliyyat xeyli uzandı. Dukelsk keçidini nizami ordu üçün açmalı olan Şərqi Slovakiyada yerləşən iki antifaşist diviziyalarından istifadə etmək mümkün olmadı. Hər iki slovak diviziyası almanlar tərəfindən tərksilah edildi. SMŞ-in, Hərbi mərkəzin və partizan qüvvələrin fəaliyyətini tam əlaqələndirmək də mümkün olmadı. Üsyançılara qarşı 8 alman diviziyası göndərildi, oktyabrın ikinci yarısında Macarıstandakı alman qoşunlarının bir hissəsi də buraya atıldı.
1944-cü il oktyabrın 27-də üsyanın mərkəzi Banska-Bistritsa süquta uğradı. Üsyançı ordu faktiki olaraq buraxıldı, onun hissəsinə partizan mübarizəsi metodlarına keçmək təklif olundu, lakin bunu təşkil etmək mümkün olmadı. 6sgər və zabitlərin böyük bir hissəsi əsir düşdü, qalanları dağlara çəkildi. 1944-1945-ci ilin qışında orada 15 minə qədər partizan fəa- liyyət göstərirdi. Üsyan yatırıldıqdan sonra faşist terroru başladı. Slovakiya üsyanı antifaşist azadlıq mübarizəsində əhəmiyyətli yer tutur. Üsyançılar 2 ay ərzində 1,7 milyon əhali ya- şayan ərazini nəzarətdə saxladılar. Slovakiya Milli üsyanı müharibədən sonra Çexoslovaki- yada Slovakiyanın statusu məsələsinin həllinə kömək göstərdi. Çex və slovaklar Qızıl Ordu ilə birlikdə Slovakiyanın şimal-şərqindəki qış döyüşlərində iştirak etdilər, bir müddət sonra 1945-ci il aprelin 4-də Bratislava, aprelin 26-da Brno, sonunda isə demək olar ki, bütün Slovakiya torpaqları azad edildi.