1960-cıillarinikinciyarısı–80-ciillardamadaniyyat.N.S.Xruşşovun siyasi meydan- dan getməsi, hakim partiya bürokratik aparatının qələbəsi ölkənin mədəni həyatında müha- fizəkar istiqamətin artmasına, stalinsizləşdirmə kursunun dəyişdirilməsinə gətirib çıxardı. Mə- tbuatda İ.Stalin repressiyalarını ifşa edən məqalələr yoxa çıxdı. Senzuranın yenidən sərtləş- dirilməsi nəticəsində ziyalıların gizli və xarici məlumatları əldə etməsi çətinləşdir. Xarici demokratik formanı saxlamaq şərti ilə mədəniyyət sahəsinə inzibati və ideoloji təzyiq daha da artmışdır. 1960-cı illər Sovet cəmiyyətində Qərbdə əsərləri nəşr edilən yazıçılar A.D.Sin- yavski və Y.M.Daniel üzərindəki açıq siyasi məhkəmə işi, hüquq müdafiəçiləri A.Qinzburq, Y.Qalanski, A.Marçenko və başqalarının həbs edilməsi, A.Soljenitsinin əsərlərinin xaricdə çap olunması ilə bağlı yazıçıya qarşı qaralama kampaniyası kimi hadisələr diqqəti cəlb edir. SSRİ-də siyasi və ideoloji senzuranın şiddətlənməsi bir çox mədəniyyət və incəsənət xadiminin könüllü, yaxud məcburi surətdə ölkəni tərk edərək xaricə mühacirətə getməyə sövq etmişdir. Onlar arasında yazıçılar A.Soljenitsin, V.Voynoviç, V.Aksenov, şairlər İ.Brodski, N.Korjavin, A.Qapiç, rejissorlar Y.Lyubimov, A.Tarkovski, rəssamlar E.Neizvestnı, M.Şem- yakin, O.Sepkov, balet artistləri P.Nuriyev, M.Barışnikov və b. vardır. Hakimiyyət belə mədəniyyət xadimlərinin adını silərək onların yaradıcılığına uzun müddət qadağa qoymuşdur. Ümumiyyətlə, N.Xruşşov “mülayimləşməsi” dövründən sonrakı mədəniyyətin inkişafı ziddiyyətli xarakter daşıyır. Düzdür bu mərhələdə yeni məktəb, ali təhsli müəssisəsi, kinoteatr və mədəniyyət evləri açılır, elmi tədqiqat instutları yaranırdı. 1960-1970-ci illərdə ölkənin məktəblərində oxuyan şagirdlərin sayı 24,5 faiz artmışdır. Şəhər və kəndlərdə tikilən yeni məktəblərin hesabına onların miqdarı 140 mini keçmişdir. Müəllimlərin də sayı durmadan artırdı. 1960-1991-ci illərdə ölkənin ümumən təhsil məktəblərində onların sayı 44,9% art- mışdır. 1984-cü ilin aprelində məktəbin yenidən qurulmasına dair Qanun qəbul edildi. Qa- nuna əsasən şagirləri fiziki əməyə hazırlamaq məqsəsilə məktəblər ümumi peşə hazırlığını ar- tırdı. Məktəblərdə icbari kompyuter hazırlığı dərsləri tətbiq olundu. İslahata əsasən orta mək- təblər 1984-cü ildən yenidən onbirillik təhsil müddətinə keçdi. İbtidai siniflər isə dördillik təhsilə keçdi. 1960-cı illərin sonundan SSRİ-də ümimu icbari orta təhsilin tətbiq edilməsilə 3- 4 illik təhsil müddəti olan orta peşə texniki məktəbləri yarandı.1960-1987-ci illərdə texniki- peşə məktəblərinin sayı 1,9 dəfə, onlarda təhsil alan şagirdlərin sayı isə 3,3 dəfə artmışdır. Məktəblərin kəmiyyət artımının göstəriciləri diqqəti cəlb etsə də, bu hələ məktəbin keyfiyyət səviyyəsinin yüksək olması anlamına gəlmirdi. Təsadüfi deyil ki, artıq 1985-1986-cı illərdən
başlayaraq məktəb islahatı axsamağa başladı və tədricən kağız üzərində qalmışdır.
1960-1980-ci illərdə ali məktəblərin keçdiyi yol da mürəkkəb və ziqzaqvari olmuşdur. Ali məktəblərin şəbəkəsi artmış, bir çox institutlar univerisitetlərə çevrilmişdir. Çalışan gənc- lərin ali məktəblərə qəbul olmasına şərait yartmaq məqsədilə 1969-cu ildə fəhlə fakültələri hazırlıq kursları adı ilə yenidən açıldı. Axşam və qiyabi təhsilin şəbəkəsi də genişləndirildi. 1960-1980-ci illərdə bu yolla təhsil alan tələbələrin sayı 64,3 % artdı.1985-ci ildə ölkədəki universitetlərin sayı 69-a çatdı. Artıq 1980-ci illərin ortalarında SSRİ-nin xalq təsərrüfatında 33 milyon mütəxəssis çalışırdı. Lakin onların böyük əksəriyyətinin hazırlıq səviyyəsi dövrün tələblərinə cavab vermirdi. Başqa bir tərəfdən mütəxəssislərin sayının real həyata müvafiq olmadan artırılması onların işlə təmin edilməsini çətinləşdirirdi. Odur ki, çoxlu gənc mütə- xəssis ixtisası üzrə çalışmırdı.
1960-1980-ci illərdə 95 faizdən çox dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi- texniki tərəqqi mərkəzləri mədəni inkişafın mühüm sahələrindən biri olaraq qalırdı. 1980-ci illərin sonunda SSRİ-nin elm sahəsində 4,4 milyon adam çalışırdı ki, onların da 1,52 milyon nəfəri elmi və pedaqoji kadrlardır. Hər il ölkədə istehsalatın perspektivli istiqamətləri ilə bağlı olan 85 min ixtira qeydə alınırdı. Atom və qaz enerjisi, kvant elektornikası, lazer texnikası və
d. sahələrdə əldə edilən nəticə xüsusi qeyd oldunmalıdır. 1965-ci ildə təyyarəçi-kosmonavt A.A.Leonov dünyada ilk dəfə gəmidən açıq kosmosa çıxmışdır. Ay, Venera planetlərini təd-
qiq etmək üçün ilk avtomat stansiyalar göndərilmişdir. İstedadlı sovet tədqiqatçıları V.A.Ko- telnikovun radiotexnika və elektronika, V.A.Kirillinin termodinamika, A.Y.İşlinskinin tətbiqi mexanika və avtomatika sahəsindəki elmi işləri bütün dünyada tanınmışdır. Akademik P.L.Kapitsa fizika elmindəki kəşflərinə görə 1978-ci ildə Nobel mükafatı almışdır. Lakin ölkə iqtisadiyyatının mərkəzi plan-bölgü mahiyyəti, zəif maddi texniki baza və qalıq prinsipi ilə maliyyələşdirmə elmi texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqinin xarici ölkələrlə müqayisədə geri qalmasına səbəb olmuşdur. Alimlərin hesablamalarına görə yeniliklərin tət- biqi ilə müqayisədə SSRİ Qərbdən 15-25 il geri qalırdı. Hətta 1970-ci illrədə ölkə əvvəllər kosmosun mənimsənilməsi sahəsində əldə etdiyi birinciliyi itirmişdir. Təyyarəquraşdırma, kompüterləşmə və b. sahələrdə də bu gerilik açıq nəzərə çarpırdı. 1980-cı ilin ortalarında SSRİ-də 50 milyon nəfərdən çox adam sənaye, tikinti və nəqliyyat sahəsində səanye texnolo- giyasına qədərki dövr üçün səciyyəvi olan əl əməyi ilə məşğul olurdu. Maddi istehsalatda ça- lışanların kəmiyyətcə artması əmək məhsuldarlığının aşağı düşməsini şərtləndirən əsas sə- bəblərdən biridir.
Humanitar və ictimai elmlər sahəsində partiya nəzarəti və ideologiyalaşdırma daha sərt xarakter almışdır. 1960-cı illərin ikinci yarısından faktiki olaraq sovet cəmiyyəti tarixinin Sta- lin sxemi bərpa edilmişdir. Sovet tarixçi və filosofları üçün bir çox mövzu və elmi istiqamət qadağan olunmuşdur. 1967-ci ildə A.M.Nekriçin müharibənin ilk aylarında sovet ordusunun məğlubiyyətindən bəhs edən “22 iyun 1941-ci il” kitabının amansız tənqidi deyilən fikri təstiq edir. 6sərin müəllifi partiyadan xaric edilərək ölkəni tərk etməyə məcbur olmuşdur. 1970-ci illərdə M.Gefter, K.Tarnovski, P.Volobuyev kimi tarixçilər yeni istiqamətin təmsilçiləri kimi Stalin ehkam və stereotiplərindən fərqli olaraq 20-ci əsrin əvvəllərində Rusiyanın sosial- iqtisadi inkişafının xüsusiyyətlərini, Oktyabrın şərtlərin yeni konsepsiyada şəhr etmişdir. Yeni istiqamətin tərəfdarlarına qarşı partiyanın repressiya tədbirləri sərt olmuşdur.
1960-cı illdə bədii ədəbiyyatın liberal demokratik təmsilçiləri A.T.Tvardovskinin rəhbərlik etdiyi “Yeni dünya” (“Novıy mir”) ədəbi-publisistik jurnalı ətrafında qruplaşmışdır. 6vvəllər qadağan olunan M.Bulqakovun “Usta və Marqarita” (“Master i Marqarita”), B.Pas- ternakın “Həkim Jivaqo” (“Doktor Jivaqo”) romanları ilə oxucu tanış olmaq imkanı qazandı. Oxucu 1969-cu ildə Ven. Erofeyevin “Moskva-Xoruzcuğazlar” (“Moskva-Petuşki”), 1971-ci ildə A.Bitovun “Puşkin evi” (“Puşkinskiy dom”) kitabları ilə tanış oldu.1965-ci ildə M.A.Şo- loxov, 1970-ci ildə A.İ. Soljenitsin, 1987-ci ildə İ.A.Brodski ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. A.Ananev, A.Çakovski, Y.Bondarev, V.Bıkov, A.Karpov və b. yazıçıların yaradıcılığında hadisə və faktların reallığı və dəqiqliyi ön plana çıxmışdır. Sovet adamının acılı-şirinli taleyi, Böyük Vətən müharibəsi mövzuları bəhs edilən dövrdə yazıçıların qələmə aldığı əsas məsələlərdir. 1960-1970-ci illərin ədəbiyyatında kənd nəsri istiqaməti, adamların torpaqdan soyuması, kənd məişətinin dağıdılması və s. məsələlərdə öz əksini tapmışdır. F.Ab- ramov, V.Oveçkin, V.Belov, V.Astafyev, V.Rasputin, V.Şukşin kənd nəsri ədəbiyyatının başlıca nümayəndələridir.
1980-ci illərin sonlarında SSRİ-də əvvəllər qadağan olunmuş gümüş əsrin şairlərinin, mühacirətdə olan sovet müəlliflərinin və rus yazıcılarının əsərləri çap olunmağa başladı. Nikolay Qumilyov, Mixail Bulqakov, Osib Mandelştam, Andrey Platonov, Boris Pasternak, İvan Bunin, Vasili Qrossman, Yevgeni Zamyatin, İosif Brodiski, Vladimir Nabokov, Vla- dimir Voynoviç, Andrey Sinyavski, Sergey Dovlatov xarici ölkələrdə çap edilmiş əsərləri ilə sovet oxucusunun görüşünə gəldi.
Ümumiyyətlə, SSRİ-də yenidənqurma dövründə ictimai həyatın demokratikləşməsi, bədii yaradıclığa ideoloji nəzarətin qaldırılması, “dəmir pərdənin” aradan götürülməsi nəticə- sində sovet və dünya mədəni əlaqələrinin artması müşahidə olunurdu. Mədəni siyasətdəki aş- karlıq yenidənqurmanın vacib istiqamətlərindən birini təşkil edirdi. Bu siyasəti ölkə rəh- bərliyi, xüsusilə Mixail Qorbaçov və onun yaxın silahdaşı Aleksandır Yakovlev müdafiə edirdi. Eyni zamanda hakimiyyətin bu siyasətinin həyata keçirilməsində sovet liderinin həyat yoldaşı Raisa Qorbaçovanın rəhbərlik etdiyi 1986-cı ildə təşkil olunan Sovet Mədəniyyət Fondu mühüm rol oynamışdır. Bütün bunlar ölkənin yeni rəhbərliyinə yenidənqurmanın baş-
lıca hərəkətverici qüvvəsi kimi cıxış etməyə başlayan demokratik əhval-ruhiyyəli ziyalıların hakimiyyətin kursunu müdafiə etmələrinə, dünya ictimaiyyətinin rəğbətini qazanmağa şərait yaratmışdır.
Məhz bilavasitə yenidənqurmanın elan etdiyi siyasətə müvafiq olaraq əvvəllər qadağan edilən əsərlərin çap edilməsi sovet oxucusuna ölkədə uzun illər mövcud Sovet siyasi sisteminin faciəvi səhifələrini, repressiyaların miqyasını anlamağa kömək etmişdir. Məsələn, 1987-ci ilin dekabrında rus ədəbiyyatının ən faciəvi əsərlərindən biri olan Anna Axmatovanın “Dua” (“Rekviem”) poeması çap olunmuşdur. 1987-ci ildə yazıçı Anatoliy Rıbakovun hələ 60-cı illərdə yazıb başa çatdırdığı cəmiyyətin stalinizm dövründəki eybəcərliklərindən bəhs edən “Arbat uşaqları” (“Deti Arbata”) romanı işıq üzü görmüşdür. 1988-ci ildə isə Stalin ter- rorunun özbaşınalığı haqqında Varlam Şalamovun “Kolım hekayələri” (“Kolımskix rasska- zov”) faciəvi əsəri nəşr edilərək sovet oxucusuna çatdırlmışdır. 1990-cı ildə Aleksandr Sol- jenitsenin “Arxipelaq QULAQ” romanı çap edildi ki, bu da sovet tarixinin Stalin repressi- yasının bəddi tədqiqinin ən parlaq əsərlərindəndir. Şəxsən məhbus həyatı yaşamış müəllif belə bir nəticəyə gəlir ki, ölkədə tuğyan edən terror təsadüfi olmayıb, kommunist rejiminin bər- qərar etdiyi məqsədli tədbirlər sistemidir.
1960-70-ci illər kino sənətinin inkişafında mühüm mərhələdir. Bu dövrdə bir çox klassik xarici və rus ədəbi əsərlərini ekranlaşdırmaq mümkün olmuşdur. “Müharibə və sülh (“Voyna i mir”), “Karamazov qardaşları” (“Bratya Karamazovı”), “Hamlet” (“Qamlet”) buna
əyani misaldır. Rejissorlar S.Gerasimov, V.Şukşin, E.Ryazanov, N.Mixalkov və b. çəkdiyi səhnə əsərlərində dərin əxlaqi və fəlsəfi problemlər əks etdirilmişdir. Kinorejissor L.İ.Qay- dayın kinokomediyaları bütün ölkədə çoxlu tamaşaçı rəğbəti qazanmışdır.
1986-cı ildə ekrana çıxan rejissor Tenqis Abuladzenin “Tövbə” (“Pokayanie”) flmi hər bir sovet vətəndaşının Stalin repressiyası üçün məsuliyyət daşıdığını nümayiş etdirmişdir. Bu isə adamların sovet cəmiyyətinin humanist ideyaları uğrunda arzularını və məsuliyyətini bir daha yada salır. Filmə rekord sayda, yəni 13,6 milyon nəfər tamaşaçı baxmışdır.
1960-80-ci illərində ənənəvi sovet teatrından fərqlənən teatrlar fəaliyyət göstərirdi. Belə yenilikçi teatrların sırasına quruluşçu rejissor A.Efrosun A.S.Puşkin adına teatrı, Y.Lyubi- movun baş rejissoru olduğu Taqankadakı teatr, O.Yefremov, sonra Q.Volçekin baş rejissoru olduğu “Sovremennik” teatrı və Q.Tovstonoqovun başçılıq etdiyi Leninqrad Böyük Dram teartı daxildi. Teatr səhnəsində N.O.Qritsenko, M.A.Ulyanov, İ.M.Smoktunovski, Y.V.Ya- kovlev kimi böyük sənətkarlar parlamışdılar.
1960-cı illərdə simfonik musiqi sahəsində bəstəkarlar D.Şostokoviç, V.Muradeli, D.Kabalevski, A.Şnitke, Q.Popov, B.Çaykovski, A.Eşpay və başqaları çalışaraq çoxsaylı musiqi əsərləri yaratmışdırlar. Eyni zamanda S. Tulikov, M.Fradkin, A.Paxmutova və b. təmsil etdikləri mahnı estradası janrı geniş yayılmışdır. Opera sənəti sahəsində R.K.Şedrinin “Ölü canlar” (“Mertvıe duşi”), K.V.Molçanovun “Sakit üfüqlər” (“Zori zdes tixie”), A.P.Petrovun “Petr I” əsərləri opera səhnələrinin repertuarını bəzəmişdir. “Berezka” rəqs ansanblının, İ.Moiseyevin rəhbərlik etdiyi Xalq rəqs ansanblının şöhrəti Sovet İttifaqının sərhədlərini aşaraq bir çox xarici ölkələrdə yayılmışdır.
1960-70-ci illərdə istedadlı rəssamlar İ.Qlazunov, M.Saryan, V.Şipov bir çox dəyərli
əsərlər yaratmışlar. Rəssamlar T.Yablonskaya, D.Jilinskinin yaradıcılığnda məişət janrı möv- zusu ön planda olmuşdur. Rəsmi hakimiyyətin 1974-cü ildə buldozerlərlə dağıtdığı rəssam- ların sərgisini təmsil edən qeyri-formal incəsənət nümayəndələri fəaliyyətlərini davam etdir- mişlər. D.Burdin, M.Şkud və b. 553 metrlik Mərkəzi Televiziya qülləsi ən yaxşı memarlıq işi kimi diqqəti cəlb edir. 1988-ci ildə Moskva və Leninqrdadda əvvəllər “sosialzim realizmi”nə zidd olduğu üçün əsərləri qadağan edilən Pavel Filonov və Kazimir Maleviçin fərdi sərgiləri təşkil olundu.
1970-ci illərdə demokratikləşmənin və mədəniyyətin kütləviliyi elementlərini özündə birləşdirən rok musiqisi meydana gəlmişdir. İlk vaxtlar mədəniyyətin əleyhinə olduğu qəbul edilən rok musiqisi 80-ci illərin ikinci yarısından incəsənətin bir növü kimi qəbul edilmişdir. Bəhs edilən dövrdə B.Qrebenşikovun “Akvarium”, A.Makareviçin “Maşina vremeni” rok
qrupları ölkədə çox populyar idi. M.Kim, A.Dolski, S.Nikitin kimi müəllif mahnıları –
bardovun yeni nəsli meydana gəlmişdir.
Yenidənqurma dövründə xarici ölkələrdə mühacirət həyatı yaşayan bir sıra incəsənət xadimi SSRİ-yə dönərək vətəndaşlıq almışdır. Məsələn, görkəmli dirijor, dahi violonçel ifa- çısı Mistislav Rostropoviç və onun həyat yoldaşı məşhur opera müğənnisi Qalina Vişnevska- ya 1990-cı ilin yanvarında ölkəyə qayıdaraq vətəndaşlıq almışdır. Artıq fevral ayında Moskva konservatoriyasının Böyük zalında Rostropoviçlərin tarixi konserti iştirakçıları valeh etmişdir. 1960-1980-ci illərdə SSRİ-də mədəniyyətin inkişafı ziddiyyətli və ikili xarakterdə olmuşdur. Ölkənin mədəni elitası siyasi hakimiyyətin müəyyən etdiyi ölçüdə təhsil, elm,
ədəbiyyat, incəsənət, mənəvi həyatı inkişaf etdirməyə səy göstərmişdir. Sıravi sovet vətən- daşlarının ölkə və dünya mədəniyyətinin nümunələrindən bəhrələnmək imkanı artmışdır. 6halinin kinoteatrlara, muzey və mədəniyyət ocaqlarına gedişi kütləvi hal almışdır. Bununla bərabər, inzibati-amirlik idarəetmə forması, mədəniyyətin qalıq prisipi ilə maliyyələşdiril- məsi, cəmiyyətdəki ikili əxlaq prinsipi mənəvi həyatın böhranına, elm, təhsil, bədii yara- dıcılığın səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.