Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə122/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   118   119   120   121   122   123   124   125   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Bolqarıstan Xalq Respublikasının siyasi va sosial inkiúafı. Sovet qoşunlarının Bolqarıstana daxil olduğu İkinci Dünya müharibəsinin sonarından başlayaraq 1944-1948-ci illəri əhatə edən Xalq demokratik inqilabı dövrü mühüm siyasi, sosial və iqtisadi dəyişikliklərdən sonra öz yerini sovet nümunəsi üzrə sosializm cəmiyyəti quruculuğuna, yəni “real sosializm” uğrunda mübarizəyə verdi. İndi Bolqarıstanın qarşısında duran əsas vəzifə bilavasitə sosializm qurmaq idi. Sosializmə yaxınlaşdıqca sinfi mübarizənin kəskinləşməsinə dair İ.Stalinin nəzəriyyəsinə əsaslanan Bolqarıstan rəhbərliyi Moskvadan idarə olunan cəza sisteminin ölkədə tətbiqinə başladı. Çoxlu sayda görkəmli partiya və dövlət xadimləri, sıravi partiya üzvləri cəzalandırıldı. Sosial demokratlarla birləşdikdən sonra Kommunist partiya- sında təmizlənmə aparıldı.
1949-cu ildə G.Dmitrov SSRİ-də məlum olmayan səbəblər üzündən öldü. Köhnə
kommunist, İ.B.Titonun dostu Yuqoslaviya və Bolqarıstanın vahd cənubi Slavyan dövlətində birləşdirilməsi tərəfdarı olan G.Dmitrovun ölümü ilə Bolqarıstanda repressiyalar son həddə çatdı. 1949-cu ildə BKP MK-nın Siyasi Bürosunun keçmiş üzvü, Baş nazirin müavini Trayço Kostov və “onun qrupunun” məhkəmə “tamaşası” başlandı. T.Kostov Bolqarıstanı amerikan və ingilis müstəmləkəsinə çevirmək cəhdində, “İ.B.Tito və faşist güruhu” ilə əlaqəyə girərək ölkənin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini ləğv etmək, Bolqarıstanı Yuqos- laviyaya və ilk növbədə, Priney vilayətini yuqoslav Makedoniyasına birləşdirmək cəhdlərində və digər cinayətlərdə günahlandırılaraq ölüm cəzasına məhkum edildi. Bu ittihamlar həqiqətdən çox uzaq idi və saxta sənədlərə əsaslanırdı. T.Kostov üzərində qurulmuş məhkəmə G.Dmitrovun ölümündən sonra hakimiyyət uğrunda gedən mübarizənin hadisələrindən yalnız biri idi. Partiyaya rəhbərlik edən möhkəm stalinist Vilko Çervenkov 1950-ci ildə həm də hökumətə başçılıq etməyə başladı.
BKP-nin həyata keçirdiyi təmizləmə nəticəsində 1951-ci ilin aprelinə qədər onun üzvlərinin sayı 100 min nəfərə qədər azaldı. Partiyadan çıxarılanların çoxu əmək düşərgə- lərinə göndərilmişdi ki, onların arasında MK-nın 13 üzvü, Siyasi Büronun 6 üzvü və 10 nazir var idi. Bütün bu repressiyalar həm daxili, həm də xarici siyasi vəziyyəti mürəkkəbləşdirdi. ABŞ-ın Bolqarıstandakı səfirliyinin keçmiş tərcüməçisi üzərində məhkəmə işinin qurulması və onun Amerikanın xeyrinə cəsusluqda günahlandırılması 1950-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsi ilə nəticələndi.
İ.Stalinin ölümündən sonra SSRİ-də baş vermiş dəyişikliklər BKP rəhbərliyini əvvəlki siyasi xəttinə yenidən baxmağa məcbur etdi. 1953-cü ilin sentyabrında V.Çervenkov Yu- qoslaviya, Yunanıstan və ABŞ-la əlaqələrin nizama salınmasına hazır olduğunu elan etdi. 1954-cü ildə əmək düşərgələri ləğv edildi, bir sıra kateqoriyalardan olan fəhlələrin maaşları artırıldı, gündəlik tələbat mallarının qiymətləri aşağı salındı.
1954-cü ilin fevral-martında çağırılmış BKP-nin VI qurultayı baş katib vəzifəsini ləğv edib, onun yerinə 3 nəfərdən ibarət katiblik yaratdı. Qurultay 1951-ci ildən Siyasi Büronun üzvü olan Todor Jivkovu (1911-1998) BKP MK-nın birinci katibi seçdi. Jivkov Todor Kriston 1911-ci ildə Pravesdə kəndli ailəsində anadan olub, Botevqradda orta məktəbi bitirmişdir. Nəşriyyatda çalışıb. İkinci Dünya müharibəsində antifaşist müqavimət hərəkatının iştirakçısı kimi Yanko partiya ləqəbilə tanınıb. 1948-ci ildən Bolqarıstan KP MK-nın üzvü, 1954-cü ildən Birinci katibi, 1971-ci ildən eyni zamanda Dövlət Şurasının sədri olmuşdur. M.S.Qor- baçov yenidənqurmasının əleyhdarı kimi tarixə düşmüşdür. 1989-cu il noyabrın 10-dan qansız inqilab nəticəsində hakimiyyətdən uzaqlaşdırılmışdır. 1992-ci ildə dövlət xəzinəsini zərərə uğratdığı üçün 7 il azadlıqdan məhrum edilsə də, 1996-cı ildə Ali Məhkəmənin qərarı ilə azad edilmişdir. 1998-ci ildə vəfat etmişdir. Ölümündən sonra ona qarşı qaldırılan cinayət əməlləri iddiaları ləğv edilmişdir.
1956-cı ilin aprelində BKP MK plenumu Sov. İKP-nin XX qurultayının ardınca “şəxsiyyətə pərəstişi” rəhbərlik üsulu və metodu kimi tənqid etdi və partiyadaxili həyatın “Le- nin prinsiplərinin” bərqərar edilməsini, həmçinin əmək kollektivlərinin və ictimai təşkilatların müstəqillik təşəbbüskarlığının inkişaf etdirilməsini qeyd etdi. Yaranmış vəziyyətdə kadr dəyişikliyi oldu, V.Çervenkov Baş nazir vəzifəsindən istefa verdi. Onun yerini “V.Çervenkov terrorunun” qurbanı A.Yuqov tutdu, V.Çervenkov onun müavini təyin edildi. Eyni zamanda özünü N.S.Xruşşovun sədaqətli tərəfdarı kimi göstərən T.Jivkovun mövqeyi xeyli möh- kəmləndi.
1956-cı ilin aprel plenumu “sosializm qələbəsinin” zəmini kimi, sənayeləşdirmənin sürətli inkişafı, kənd təsərrüfatının kooperativləşdirilməsinin başa çatdırılması vəzifələrini ön plana çəkdi. BKP MK-sı daxili və xarici vəziyyəti nəzərə alaraq, sosial sahəyə diqqət veril- məyə başladı. Kooperativ üzvlərinə Torpaq əmək kooperativləri təsərrüfatlarında (T6KT)
əldə etdikləri əlavə gəlirlərlə yanaşı təqaüd almaq hüququnun verilməsi, təqaüdlərin və minimum əmək haqlarının artırılması, iş həftəsinin 48 saatdan 44saata endirilməsi və s. nəzərdə tutulurdu. Bu tədbirlərin həyata keçirilməsini 1956-cı ilin oktyabrında Macarıstanda başlanmış həyacanlar sürətləndirdi. Bolqarıstanda açıq narazılığın olmamasına baxmayaraq,
hakimiyyət orqanları Daxili İşlər Nazirliyi qoşunlarını döyüş hazırlığına gətirdi, xüsusi fəhlə dəstələri yaratmağa başladı. Partiya yığıncaqlarında dövlət idarəlrindən “düşmən elementləri” təmizləmək şüarları səslənirdi.
“İqtisadi inkişafın sürətləndirlməsi” siyasətinin uğursuzluğu 50-ci illərin sonlarında ölkə rəhbərliyində ziddiyyətləri kəskinləşdirdi. Sov.İKP-nin XXII qurultayında N.S.Xruşşovun İ.Stalinin fəaliyyətini XX qurultay ilə müqayisədə daha kəskin tənqid etməsi Bolqarıstan rəhbərliyində açıq qarşıdurma üçün bir siqnal oldu. BKP MK-nın plenumlarında və müşa- virələrdə buraxılmış bütün səhvlər şəxsiyyətə pərəstiş dövrünün lideri V.Çervenkovun ün- vanına yazıldı, 1961-ci ildə o, baş nazirin müavini vəzifəsindən azad edildi, 1962-ci ildə BKP MK-nın üzvlüyündən çıxarıldı və partiya sıralarından xaric edildi.
“Kollektiv” rəhbərlikdə qüvvələr nisbətinin pozulması T.Jivkov və A.Yuqov arasında qarşıdurmaya şərait yaratdı. Qurultaya hazırlıq ərəfəsində keçirilmiş MK-nın iclasında A.Yuqov SSRİ-nin təklif etdiyi Bolqarıstanın 20 illik iqtisadi inkişaf planını, həmçinin SSRİ- nin Kuba və Çinə qarşı siyasətini tənqid etdi. T.Jivkov təcili Moskvaya uçaraq Sovet rəhbərliyinin və şəxsən N.S.Xruşşovun onun tərəfini saxlamasına nail oldu, A.Yuqov Nazirlər Sovetinin sədri vəzifəsindən və Mərkəzi Komitənin tərkibindən azad edildi.
1962-ci ilin noyabrında BKP-ni VIII qurultayı ölkənin inkişafına dair 20 illik (1961- 1980-cı illər) perspektiv planın, yəni sosializm quruculuğunun başa çatdırılması və tədricən kommunizmə keçmək planın təsdiq etdi. Qurultaydan sonra T.Jivkov hökumətin başçısı seçildi, hətta N.S.Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması T.Jivkovun vəziyyətinə təsir etmədi, ona görə ki, 1964-cü ilə qədər o hakimiyyətini xeyli möhkəmlətmişdi. T.Jivkovun hakimiyyətdə möhkəmlənməsi 1965-ci ildə rejimdən narazı olan bir sıra zabitlər üzərində məhkəmə işi qurulmasına şərait hazırladı. Sofiya qarnizonun rəisi general-mayor S.Anet, bir qrup keçmiş hərbçi və partizan tədricən avtoritar liderə çevrilən T.Jivkovu hakimiyyətdən uzaqlaşdırmağa cəhd etsələr də buna müvəffəq olmadılar. Qəsdin üstü açıldı və iştirakçılar məhkəmə məsuliyyətinə cəlb olundu.
Bolqarıstanda T.Jivkovun avtoritar liderliyinin formalaşması, partiya və dövlət elitasının özlərini “sahib” kimi aparması, inzibati-amirlik iş metodunun bərqərar olması ölkə- də dissident hərəkatını doğurdu. Sosial-Demokrat P.Dertliyev, filosof J.Jelev, şairə B.Dmit- rova, yazıçı-satirik R.Ralin Bolqarıstanda dissident hərəkatının tanınmış nümayəndələri kimi mövcud kommunist rejiminə qarşı mübarizə aparmışdır. Ümumiyyətlə, 1945-ci ilə kimi Bolqarıstanda mövcud olan “Tərbiyə-əmək yataqxanaları” adlandırılan düşərgələrdən təqribən 23,5 min nəfər şəxs keçmişdir.
1971-ci ildə Bolqarıstanın yeni Konstitusiyası qəbul edildi. Ali hakimiyyət orqanı- Dövlət Şurası yaradıldı. 1971-ci ildə T.Jivkov özündə qnunverici və icraedici orqanların funksiyalarını birləşdirən, bütövlükdə ölkənin daxili və xarici siyasətinə rəhbərlik edən Dövlət Şurasının sədri oldu. Yeni Konstitusya BXR-nı sosialist dövləti, BKP-ni isə hakimiyyətin və cəmiyyətin rəhbər qüvvəsi elan etdi. Qanunvericilik yolu ilə təsbit edildi ki, BXR yeni mər- hələyə – inkişaf etmiş sosializm cəmiyyəti mərhələsinə daxil olmuşdur. Bu mərhələdə məhsuldar qüvvələrin inkişafına və istehsal münasibətlərinin təkmilləşdirilməsinə, istehsalın ixtisaslaşdırılmasına, elmi-texniki tərəqqinin nailiyyətlərinin isttehsalata tətbiqinə, Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) üzvü olan ölkələr ilə inteqrasiyanın dərinləşdirilməsinə xüsusi
əhəmiyyət verilməsi planlaşdırlırdı. Dövlətin rəsmi başçısı seçiləndən sonra T.Jivkov Baş nazir vəzifəsinə S.Todorovu təyin etdi. S.Todorov 1989-cu ilə qədər müxtəlif vəzifələrdə olmasına baxmayaraq partiya və dövlət rəhbərliyində öz mövqeyini qoruyub saxlaya bilmişdi. İstisna yalnız 1977-ci ildə olmuşdur ki, bu ildə də bir sıra partiya funksionerləri öz vəzi- fələrindən və 38,5 min. üzv BKP sıralarından xaric edilmişdi. Bu aksiya əslində preventiv, yəni öncədən qarşısını alma xarakteri daşıyırdı, liberallaşma meylinin qarşısını almaq üçün atılmış addım idi. Bu əslində cəmiyyətin liberallaşmasının qarşısını kəsmək idi. Heç də təsadüfi deyildir ki, 1977-ci ilin dekabrında gənc yazıçıların üçüncü milli konfransında T.Jivkov öz nitqində ilk dəfə açıq şəkildə dissidentlik haqqında söz açdı. Baxmayaraq ki, bu dövrdə narahatlıq üçün hər hansı bir əsas yox idi, belə ki, həyat səviyyəsinin yüksəlməsi, xü-
susilə sosial sahədə görülən tədbirlər, elm, mədəniyyət, təhsil və idman sahəsində qazanılmış nailiyyətlər bolqar cəmiyyətinin daha çox birləşməsinə şərait yaradırdı.
80-ci illərin əvvəllərində Bolqarıstan bir sıra beynəlxalq miqyaslı problemlərlə üzləşdi. 1981-ci ildə Bolqarıstanın xüsusi xidmət orqanlarının papa II İohan Pavelə sui-qəsd etməkdə iştirak etməsi, həmçinin qeyri-qanuni silah və narkotik maddələrin ticarətilə məşğul olması iddiası ilə ABŞ Bolqarıstanı “terroru maliyələşdirən dövlətlər sırasına” daxil etdi.
1984-cü ildə terror Bolqarıstanın özünün başı üzərini aldı. T.Jivkov ölkəni gəzərkən Plovdiv şəhərinin dəmir yol vağzalında və Varna şəhərinin aeroportunda, digər şəhərlərin kü- çələrində 30 adamın həyatına son qoyan bombalar partladı. Heç kim bu terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmədi. Sübut olmasa da terror aktları Bolqarıstanda müsəlman
əhalisinin zorakı assimilyasiyasından, yəni “bərpa prosesindən” narazı olan qüvvələrin işi olduğu ehtimal edilirdi. Belə ki, 1984-cü ildə Bolqarıstan hakimiyyəti bolqar türklərinin assimilyasiyasına başladı. Bəyan edilirdi ki, Bolqarıstanın bütün müsəlman əhalisi etnik bolqar kökündən gəlir və osmanlıların hakimiyyəti dövründə zorla islamlaşdırılmışdır. Odur ki, millətin “bərpa prosesinə” kömək etmək məqsədilə müsəlmanlar öz slavyan adların qəbul etməyə borcludur. Dövlət səviyyəsindəki kampaniyaya əsasən türk dilindəki nəşrlər və radio verilişləri ləğv edilir, şəhər və kəndlərin türk adları bolqar adları ilə əvəz olunurdu. Hətta Varna ətrafında türk dilli müştərilərə xidmət etmirik yazılan elanlar belə asılmışdır. Milis və təhlükəsizlik orqanları əməkdaşları türkləri təqib edir, kitabxana və kitab mağazalarından türk dilindəki ədəbiyyatı müsadirə edirdi. 1985-ci ildə Pavel-Bani ətrafındakı 11 kənddə 2000 türk qəbri dağıdılmışdır. Bolqar türkləri hakimiyyətin assimilyasiya siyasətinə qarşı müqaviməti toqquşmaya səbəb oldu. 1985-ci ildəki qarşıdurma nəticəsində 50 nəfər müsəlman türkü öldürüldü, bir çox adam əmək düşərgələrinə göndərildi.
Bolqar türklərinə qarşı dövlət səviyyəsində tətbiq edilən bu milli ayrı-seçkilik siyasəti nəticəsində T.Jivkovun kommunist rejiminin dağılması sürətləndi. Bu şəraitə məhəl qoy- mayaraq yaranmış vəziyyəti “sosializmin inkişafının dönüş mərhələsi” kimi xarakterizə edən ölkə rəhbərliyi 1987-ci ildə islahatların yeni paketini hazırladı. Lakin islahatdakı natamamlıq, xüsusilə SSRİ-də baş verən hadisələrin təsiri həyatın bütün sahələrində, o cümlədən siyasi sahədəki dəyişikliklərin qarşısını ala bilmədi.
Ölkədəki gərginliyi aradan qaldırmaq üçün T.Jivkov 1988-ci ildə MK adından parti- yanın rəhbər orqanlarını vaxtaşırı yeniləşdirmək məqsədilə mandat sisteminin tətbiqi, mövcud seçki mexanizminin dəyişdirilməsi, birdən çox namizədin qeydə alınması və s. təkliflərlə çıxış etdi. Beləliklə də, T.Jivkov başda olmaqla partiya və dövlət rəhbərliyi ölkədə demokratik yeniləşdirməyə hazır olduqlarını nümayiş etdirdi. Lakin patiya və dövlət rəhbərliyinin planında ölkədə müxalifətin fəaliyyətinə yer verilməsi nəzərdə tutulmurdu.
1989-cu ilin sonunda Paris şəhərində Avropa təhlükəsizlik və əməkdaşlıq konfransının işə başlaması ərəfəsində Bolqarıstanın müsəlman liderləri müsəlman əhalisinin hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq elan etdilər. Baş verənləri şərh edən T.Jivkov bildirdi ki, kapitalist Türkiyəsinə meyl edən etnik türklər ölkəni tərk edə bilərlər. Avqust ayına kimi təmkinli davranan Türkiyə hakimiyyəti sərhədi bağlayan vaxt artıq 344 min nəfər Bolqarıstanı tərk etmişdi. Türkiyə ilə Bolqarıstan arasında baş vermiş qarşıdurmada ABŞ Türkiyəni müdafiə etdi, Bolqarıstan isə təcrid vəziyyəti ilə qarşı-qarşıya qaldı. Yaranmış vəziyyətdə ölkənin ictimai-siyasi sistemini təkmilləşdirməsi sahəsində iş aparıldığını sübut etməklə Bol- qarıstan rəhbərliyi üçün beynəlxalq aləmdə itirilmiş nüfuzu özünə qaytarmaq olduqca vacib idi. Bu məqsədlə hökumət ekoloji forumun Sofiyada keçirilməsinə nail oldu. Lakin 1989-cu ilin oktyabrında ekoloji forum keçirilən zamanı Bolqarıstanın hüquq-mühafizə orqanlarının
əməkdaşları xarici jurnalistlər qarşısında nümayişçiləri döydülər. Bu hadisə hakimiyyətin yuxarı dairələrində onsuz da gözlənilən qarşıdurmanı kəskinləşdirdi. 1989-cu il noyabrın 10- da T.Jivkov BKP MK-nın Baş katibi və Dövlət Şurasının sədri vəzifələrindən istefa verdi. Keçmiş xarici işlər naziri P.Mladenov BKP MK-nı Baş katibi seçildi. Yeni Baş katib inzibati- amirlik sisteminin dağılmasını və ölkədə vətəndaş cəmiyyətinin yaradılmasını partiyanın əsas vəzifəsi elan etdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin