ŞÖBƏ MÜDİRİ Əmək funksiyası


FAKÜLTƏ DEKANININ MÜAVİNİ



Yüklə 422,48 Kb.
səhifə3/9
tarix14.12.2023
ölçüsü422,48 Kb.
#176968
1   2   3   4   5   6   7   8   9
Документ Microsoft Office Word (4)

FAKÜLTƏ DEKANININ MÜAVİNİ
 
Əmək funksiyası. Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir. Tədris prosesinə, tələbələrin tədris-istehsalat təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir, müəllimlərin tədris məşğələlərində iştirak edir, onlara metodiki köməklik göstərir, semestr imtahanlarının keçirilməsində iştirak edir. Kafedralarda elmi-tədqiqat işlərinin müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir. Dekanlıqda, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir. Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə olan tələbləri; ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkil olunmasını; ali məktəb pedaqogikasını və psixologiyasını, tədris plan və proqramlarının tərtibini; tədris-tərbiyə sahəsində xarici ölkələrdə qazanılmış son nailiyyətləri; tələbələrin tərbiyəsi və istirahəti üçün tədbirlərin təşkili işini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: fakültənin profilinə uyğun baza təhsili, ən azı 3 il elmi-pedaqoji təcrübəsi.[9]
Dekan vəzifəsinə görə verilən haqdan 10% aşağı haqq ödənilir.
 


AZƏRBAYCAN DÖVLƏT RƏSSAMLIQ AKADEMİYASI
QEYDİYYAT MONITORINQ VƏ MƏZUN MƏRKƏZI

Yüklə 422,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin