Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə65/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   61   62   63   64   65   66   67   68   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

827 


 

Dedi:-Filip yenə bizi aldadır, 

O, Əkbitən üstə gəlir, yoldadır, 

Gizli gəlir özü, yəqin daldadır, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

Tunq düşündü, bu, üçyanlı hücumdur, 



Bu bicləmə təzə yoldur, qurumdur, 

Filip yolu düz yox, burun-burundur, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

O yardımla inandırır İranı, 



İran tutsun bəlkə böyük Turanı, 

Bölüşülsün bu ölkənin hər yanı, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

Tunqər yenə yiyələnir yarağa, 



Filip kimi gizli gedir qabağa, 

“Yol” göstərsin çağrılmamış qonağa, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

                 *** 



 

Görüşüllər Yastıdağın belində, 

Fələk bizdən qan qoparır, tanrı can. 

Ikisinin enli qılınc əlində, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

Filip: 



-Gileylənir Haçasaqqal Tunqərdən, 

Tunq: 


-Bildim, ona sən yardıma gəlmisən, 

Filip: 


-Sən İranı özününkü bilmisən, 

Tunq: 


-Sənsə onu iki yerə bölmüsən, 

Yarı sənin, yarı mənim etmisən, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

Sənin qəsdin İran deyil, Turandır, 



Iran deyib oynamağın yalandır, 

Ver geriyə, toplumunu dayandır, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

-Tunq, yenə də kobud-kobud danışma, 



Sən İranla bizim işə qarışma, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

828 


 

Birə kimi cumub bizə daraşma, 

Bu bicləmə sənə, mənə yaraşmaz, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

-Bizə vuruş yaraşıqdır, vuruşaq, 



Bicləmədə, gücdə bir də yarışaq, 

Istəyisən vuruşmadan barışaq, 

Ikimiz də biz İrandan yapışaq, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

 

-Bax, İrana təzə yiyə tapılıb, 



Min ildir ki, İran belə çapılıb, 

Qapıları o tay bu tay çırpılıb, 

Ürəyinə iti xəncər sapılıb, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

Iranı yox, sən Turanı güdürsən, 



Irana yox, sən Turana gedirsən, 

Yağlı yalan içrə batıb, itirsən, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

Qayıt burdan, yoxsa səni üzərəm, 



Əllərini, qıçlarını kəsərəm, 

Qan tökərəm, al qanında üzərəm, 

Quzğun kimi leşin üstə gəzərəm, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

                 *** 



 

Dindi qılınc, bağlanıldı ağızlar, 

Qandan doymur niyə qancıl adamlar. 

Danqıldadı, gumbuldadı toppuzlar, 

Qandan doymur niyə qancıl adamlar. 

 

Yaxalaşdı Balasqlarla Oğuzlar, 



Çəngələşdi qan pipikli xoruzlar, 

Didişdilər boz qurdlarla quduzlar, 

Qandan doymur niyə qancıl adamlar. 

 

Ilk zərbədə Filip geri çəkildi, 



Qan boynundan yaxasına töküldü, 

Son zərbədə onun beli büküldü, 

Bir də vurdu, dəmir döşlük söküldü, 

Qandan doymur niyə qancıl adamlar. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

829 


 

 

Biri dedi:-Baş aparma çox da sən, 



Toplumunla dörd tərəfdən bənddəsən, 

Dayan yapım xəmirindən kündə mən, 

Qandan doymur niyə qancıl adamlar. 

 

Kimsə dalda Tunqa neçə ox atır, 



Sinəsinə onun iki ox batır, 

Tunq onları əlləriylə bərk tutur, 

Birdən birə o oxları bərk dartır, 

Sinəsini iki yerdən o yırtır, 

Qandan doymur niyə qancıl adamlar. 

 

Tunqun halı bir azcana dəyişir, 



Nərə çəkir öz-özündə bərkişir, 

O yenidən acıqana dirəşir, 

Vurur, oxçu öz qanına bələşir, 

Qandan doymur niyə qancıl adamlar. 

 

                 *** 



 

Vuruşurlar, didişillər toplumlar, 

Qan tökülməz başbaşılar bir olsa. 

Dalğalanır, aşır canlı divarlar, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Vuruşlarda beş-beş, on-on düşən kim, 



Ağrısından quru yeri eşən kim, 

Gün altında qalıb leşi bişən kim, 

Dalı üstə gəbərərək şişən kim, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Yenə təzə toplum çıxır qarşıdan, 



Bu toplumun Tusər durur başında, 

Düyünlənib, nifrət qoşa qaşında, 

Tusdur, Tusər, igid, qırx beş yaşında, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

 

Tus: 



-Tunqər, Tusam, Tusər, məni sən tanı, 

Atlıların gəldi, tutdu İranı, 

Mən də belə tutacağam Turanı, 

Arxamızda bizim Balasq dayanır, 

Qan tökülməz başbaşılar bir olsa. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

830 


 

 

-Balasqeli yönəldibsən bizə sən, 



Gizlənibsən, çıxmayıbsan üzə sən, 

 Çevrilibsən lap utancaq qıza sən, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Döyüşlərdə başbaşıdır bicləmə, 



Gürz oynatma boşdur, ona güc demə, 

Bu döyüşdə olacaqsan heçləmə, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Sən Turparı yandırmısan sınaqda, 



O, şah olub bizdə, şahdır nə vaxtdan, 

Sir-sifəti çapıq, yanıq, yamaqda, 

Gec-tez İran çıxacaqdır yasaqdan, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

-Siz Hindeldən bizə qaçqın gəldiniz, 



Yalvar-yaxar yer aldınız, qaldınız, 

El oldunuz, diyar adı aldınız, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Başraq tutub indi bizi vurursuz, 



Yürüş edib bizə qarşı durursuz, 

Nahaq yerə öz-özüzü yorursuz, 

Boş-boşuna böyük İran qurursuz, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Vergi, xərac üstə düşüb bu dava, 



Istəmirdi belə olsun el-oba, 

Xuruş, Daryaş, Tusdan qalıb bu hava, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

                 *** 



 

Tunq yeridi irəliyə qılıncla, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

Gedir hərdən bu, irəli, o, geri, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Çəkib qılınc Tus qaldırdı tutağı, 



Ancaq bizuc deşdi onun qırtlağın, 

Qan qızartdı qarış-qarış otlağı, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

831 


 

Ancaq Tusər yıxılmadı atından, 

Ta demədi bir söz İran adından, 

Sanki çıxdı İran, Turpar yadından, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Ancaq vurdu Tunqa enli qılıncı, 



Vurdu üç yol, qola dəydi üçüncü, 

Turq sarsıldı, çıxdı önə qoruncu, 

Dedi:-Dayan, bəsdir vurdun yabançı! 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Tunq bir azdan gəldi yenə özünə, 



Qan sıçradı sağ qolundan üzünə, 

Bir qaranlıq kölgə gəldi gözünə, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Gürzü atdı, dəydi Tusun qoluna, 



Tus əl atdı kəhərinin yalına, 

Dalı üstə aşdı atın dalına, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Iranlılar bunu gördü qıraqdan, 



Silkələnib bərk yapışdı yaraqdan, 

Vuruşdular, toz sovruldu torpaqdan, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Yaralılar sola, sağa çevrilir, 



Biri ölür, ilan kimi qıvrılır, 

Üçü ölür, biri yenə dirilir, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Yetim qalmış atlar yanda otlayır, 



Səsdən qulaq batır, beyin çatlayır, 

At ölülər üzərindən adlayır, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Tanrı baxır, deyir, Turqər, gəl bura, 



Adam leşi burda dönüb hasara, 

Ana gəzir ölüsünü avara, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Iniltilər səs deyildir, duadır, 



Bağırtılar dua deyil, əzadır, 

Üz-gözünü cırmaqlayan anadır, 

Neçə yüz min qancıl qovur bir qılınc. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

832 


 

 

              *** 



 

Gecə olcaq yaraq yığır onbaşı, 

Kim yaralı, hərə bir cür yaralı. 

Ölənlərin ulduzları axışır, 

Kim yaralı, hərə bir cür yaralı. 

 

Turanlılar Balasqelə üz tutur, 



Bu ölkəni dənləməyə can atır, 

Suqırağı bir şəhərə Tunq çatır, 

Kim yaralı, hərə bir cür yaralı. 

 

Çilçilatdan düşür Tunqər, daranır, 



Onda Turqər öyüd ruhu oyanır, 

Gözlərində hər yer nura boyanır, 

Kim yaralı, hərə bir cür yaralı. 

 

Deyir:-Toplum, dayan, girmə şəhərə, 



Bu, dərs olsun qoy Filipə son kərə, 

Toplum durur, dönür canlı çəpərə, 

Kim yaralı, hərə bir cür yaralı. 

 

Deyir:-Xalqın günahı yox, yazıqdır, 



Bunca adam qırmaq, soymaq artıqdır, 

Şər tanrısı gedən deyil, sırtıqdır, 

O düşməndir, düşmən içdən qırıqdır, 

Bizə qalan beş min sağlam tutuqdur, 

Kim yaralı, hərə bir cür yaralı. 

 

 



         Sərtüz söylənci 

 

Bir gün Sərtüz gəlib çıxdı Başevə, 



Çətin işdir bu dünyanı düzəltmək. 

Yazı gəldi yazdıqları üstünə, 

Çətin işdir bu dünyanı düzəltmək. 

 

Bir adamı düzəltmək də lap ağır, 



Tərs adamın boğazından od yağır, 

Yazılardı düz adamın yarağı, 

Çətin işdir bu dünyanı düzəltmək. 

 

Xeyirlə Şər hər söz başı vuruşur, 



Adamların hər işinə qarışır, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

833 


 

Onlar tez-tez yaxalaşır, barışır, 

Ikilikdi bu dünyanın duruşu, 

Çətin işdir bu dünyanı düzəltmək. 

 

Şər Xeyirdən hər bir işdə güclüdür, 



O, xeyirdən əl-ayaqlı üzlüdür, 

Xeyir haqdır, ancaq qıztək nazlıdır, 

Yolu yaman kələ-kötür, tozludur, 

Çətin işdir bu dünyanı düzəltmək. 

 

Düz adamın sakit olur ürəyi, 



Bilir axır gələcəkdir istəyi, 

Işlək olur Şərin dili, biləyi, 

Bilir bu cür gəlir baxtı, çörəyi, 

Çətin işdir bu dünyanı düzəltmək. 

 

Düz güc verir dua kəsi, qurbana, 



O gözləyir dünya nura boyana, 

Şər deyir ki, mən bağlıyam yamana, 

Çətin işdir bu dünyanı düzəltmək. 

 

Odur ki, tərs zirəng olur, düz aciz, 



Bunca daim vuruşurlar tərslə düz, 

Iki yerə bölünmüşük bunca biz, 

Çətin işdir bu dünyanı düzəltmək. 

 

Sərtüz yazır, bağlan böyük tanrıya, 



Tanrı çətin işdə sənə yarayar, 

Tapır özün tanrısını arayan, 

Çətin işdir bu dünyanı düzəltmək. 

 

Tərs qabarır, bu dünyanı pisləyir, 



Düz oturub haqq-ədalət gözləyir, 

O da özün hərdən-birdən pisləyir, 

Köməyinə tanrısını səsləyir, 

Çətin işdir bu dünyanı düzəltmək. 

 

                 *** 



 

Qulaq asır Başev belə Sərtüzə, 

İnsanlarda güclü inam tanrıdır. 

O danışır, Başev baxır, qımışır, 

Insanlarda güclü inam tanrıdır. 

 

Iti gözü, gur saqqalı, sərt üzü, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

834 


 

Yamsılayır tərs adamı, tərs düzü, 

Qulaq asır dediyinə tək özü, 

Insanlarda güclü inam tanrıdır. 

 

İnammazın yolu tərsdir, dönümdür, 



Dönümlərin sonu yersiz ölümdür, 

Inammasan tanrı sənə qənimdir, 

Insanlarda güclü inam tanrıdır. 

 

Məqsədinə çatır kim ki beciddir, 



Bütün yollar ona açıq-keçitdir, 

Yolda qalır kim ağırdır, kim kütdür, 

Amandadır kim ki bir az kobutdur, 

Insanlarda güclü inam tanrıdır. 

 

Tunqər qulaq asır sanki Sərtüzə, 



Düşünür ki, nə verəcək bu bizə, 

Çöldən alır bizi soxur dəhlizə, 

Oturmuşuq, gör, kim ilə üz-üzə, 

Insanlarda güclü inam tanrıdır. 

 

Sərtüz bunu duyur sanki, danışmır, 



O, Başevin işlərinə qatışmır, 

Bilir burda hələ inam çatışmır, 

Heç kəs onun ətəyindən yapışmır, 

Insanlarda güclü inam tanrıdır. 

 

Turq yoxdursa, demək Sərtüz əfəldir, 



Turq Sərtüzə qol-qanaddır, təməldir, 

Yarıtanrı Turqa tanrı əzəldir, 

Sən varsansa mən də varam, məsəldir, 

Insanlarda güclü inam tanrıdır. 

                *** 

 

Sərtüz küsür, Subölənə qayıdır, 



Tanrılaşır sınıq ürək yamayan. 

Orada da inammıllar Sərtüzə, 

Tanrılaşır sınıq ürək yamayan. 

 

Biri durur qəsddən salır hay-haray, 



-İnanmayın, -deyir-böyük Ahura, 

Inanmayın hər gözələ, çopura, 

Inanmırıq biz bu kəşfə, uğura, 

Inanmayın bu möhtəşəm qotura, 

Tanrılaşır sınıq ürək yamayan. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

835 


 

 

Sərtüz gedir Turpar şahın yanına, 



Orada da o yük olur qapana, 

Orada da toxunullar şanına, 

Bir üşüntü gəlir onun canına, 

Tanrılaşır sınıq ürək yamayan. 

 

Təkcə Tusdur onu evdə saxlayan, 



Yazısını alıb tez-tez yoxlayan, 

Ümüd verən ona, ümüd bağlayan, 

Tanrılaşır sınıq ürək yamayan. 

 

Tusun qəsdi çox gizlidir, dərindır, 



Baş çıxartmaq ondan çox-çox çətindir, 

O düşünür,”Bizə gərək bu dindir, 

Bu, tanrıdan göndərmədir; yəqindir”, 

Tanrılaşır sınıq ürək yamayan. 

 

Tus düşünür, “o, İrana xas olar, 



O türklükdən dönər, burda fars olar, 

Bu, İranın sabahına şans olar, 

Bununla da çox toy olar, yas olar”, 

Tanrılaşır sınıq ürək yamayan. 

 “Mən Sərtüzü Tunqa qarşı qoyaram, 

Yazıları dəyişərəm, yayaram, 

Onun qalın dərisini soyaram, 

Tanrılaşır sınıq ürək yamayan. 

 

Yazıq Tunqun saya gəlməz günahı, 



Turpar kimdir, məhv edərəm o şahı, 

Tunqun üstə mən ataram günahı, 

Tanrılaşır sınıq ürək yamayan. 

 

Sərtüzün də gələcəyi bəllidir, 



Sərtüz məğrur, bir az, bir az yellidir, 

Deyərəm ki, sərtdir, acı dillidir, 

Yazıları qızıl, özü dəlidir, 

Tanrılaşır sınıq ürək yamayan. 

 

Odur, Sərtüz burda qalsa yaxşıdır, 



Türk olmasın, fars-türk olsa yaxşıdır, 

Tək İrana nəfəs qatsa yaxşıdır, 

Tanrılaşır sınıq ürək yamayan. 

 

                 *** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

836 


 

Sərtüz qaldı, rahatlandı Parsada, 

Yazı gərək uça, çata yerinə. 

Bu yazılar tanrı sözü, öyüdü, 

Yazı gərək uça, çata yerinə. 

 

Tus: 



-Deynən, Hində doğulmuşam, gəlmişəm, 

Suböləndə sağalmışam, gəlmişəm, 

Sonda bura yığılmışam, gəlmişəm, 

Yazı gərək uça, çata yerinə. 

 

Deynən, mən heç Türk dilini bilmirəm, 



Türklə, nuğla heç üz-üzə gəlmirəm, 

Adamları el, elata bölmürəm, 

Yazı gərək uça, çata yerinə. 

Sərtüz dedi:-Niyə belə deyirsən? 

Acıqansan bu dünyayla məgər sən? 

Belə olsa qoy Turana dönüm mən, 

Yazı gərək uça, çata yerinə. 

 

-Öldürərlər səni, “türkdür” deyərlər, 



“Türkəm” desən səni tez-tez döyərlər, 

“Farsam” desən tez-tez səni öyərlər, 

Yazı gərək uça, çata yerinə. 

 

Sərtüz Tusun məqsədini anladı, 



Hərdən-birdən başbaşını danladı, 

Gedib hərdən Turpar şahı yanladı, 

Yazı gərək uça, çata yerinə. 

 

Tus Sərtüzə yağlı sözlər söylədi, 



Pişikgözü ona qorunc eylədi, 

Yazmalarda ona uğur dilədi, 

Sərtüz bildi, bunlar yeni hiylədi, 

Yazı gərək uça, çata yerinə. 

 

 

Odur, Sərtüz oturmadı Parsada, 



Uzaqlara səfər etdi arada, 

Gecə, gündüz, tənha, atlı, piyada, 

Yazı gərək uça, çata yerinə. 

 

Tanrı dedi, Sərtüz, Tusdan ayıq ol, 



Təriflərə, təkliflərə soyuq ol, 

Çöldə atlı olsan, suda qayıq ol, 

Yazı gərək uça, çata yerinə. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

837 


 

 

Yazı dilin nə Tus nə fars dilidir, 



Tanrı dili türk, muğ, oğuz dilidi, 

Döyüşlərdə bu dil toppuz dilidir, 

Yazı gərək uça, çata yerinə. 

 

                   *** 



 

Sərtüz: 


-Gözdən qoymur məni zalım Pişikgöz, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

Döyüşlərdə bu dil toppuz dilidir, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

Tusər deyir, mən Tusərəm, Tus deyil, 



Tus ölübdür, çox-çox qabaq, əlli il, 

Tus olammaz hər avara, hər səfil, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

-Mən gəlmişəm bu işləri arayam, 



Elin tanrı işlərinə yarayam, 

Din yolunda qatışıqı darayam, 

Sağalmayan yaraları sarıyam, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

Yeni tanrı gətirmişəm, yeni din, 



Yox olacaq yer üzündən qəzəb, kin, 

Üztut olsun, tanrım, dünya səninçin, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

Dinlə boş-boş arzu, xəyal gedəcək, 



Bər-bəzəkli yazı, misal gedəcək, 

Dində ağsaq, çolaq, topal gedəcək, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

Mənə güc ver tanrım, qoçaq olum mən, 



Hərdən-birdən sənə qonaq olum mən, 

Yer üzündə saysız ocaq olum mən, 

Yaralara dərman, dolaq olum mən, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

 

Məni burda pisləyən var, qovan var, 



Hələ şərdən bərk yapışan avam var, 

Çox halala qarşı duran haram var, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

838 


 

Buna qarşı məndə dönməz xitam var, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

Varsan, yenə yaradıram mən səni, 



Yaratmısan bu iş üçün sən məni, 

Yaratmısan odu, suyu, çəməni, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

Icazə ver mən yollanım Babilə, 



Yazdığımı mən çevirim çox dilə, 

Yerləşdirim hər elata, hər elə, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

Babam Sərtüz, yazdı, yaynıq etmədi, 



Ocaq, dua sorağına getmədi, 

Çox söz əkdi, tək-tək sözü bitmədi, 

Yazmaq yersiz nə var pozmaq deməkdir. 

 

Mən Sərtüzəm, göndərişəm səmadan, 



Iki dəfə doğulmuşam anadan, 

Bəlkə tanrı oldum mən də sonradan, 

Kömək elə özün məni yaradan, 

 

              *** 



 

Haçasaqqal çox izlədi Sərtüzü, 

Qadağalar güclü edir adamı. 

O izlədi, bu da qaçaq dolandı, 

Qadağalar güclü edir adamı. 

 

Gəlib Turqdan Sərtüz imdad istədi, 



Yazmaq üçün xəlvət həyat istədi, 

Görüşlərdə qurban, sovqat istədi, 

Qadağalar güclü edir adamı. 

-Evlən,-dedi-Turq-qoy başın qarışsın, 

Yerdə qoşa ulduzlarız barışsın, 

Bu acılar səndən tamam sovuşsun, 

Qadağalar güclü edir adamı. 

 

Bir də bilki sən özün də tanrısan, 



Tanrılartək sən də təmiz arısan, 

Onlar ayrı, sən onlardan ayrısan, 

Qadağalar güclü edir adamı. 

 

Ahur yoxdur, ancaq üzdə var adı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

839 


 

Sən Ahura verdin yeni həyatı, 

Sən doğusan tanrılıqda, o, batı, 

Dünya nədir, həm doğudur, həm batı, 

Qadağalar güclü edir adamı. 

 

                  *** 



 

Turq Sərtüzlə yenə gəldi Başevə, 

Şagird gərək ustasından zor ola. 

-Mən Sərtüzün şagirdiyəm Turq-dedi,  

Şagird gərək ustasından zor ola. 

 

Sərtüz dedi:-Həm şagirdsən, həm usta, 



Yarıtanrı bir ustasan bu yaşda, 

Ölsəm, sənə çatacaqdır “Avesta”, 

Şagird gərək ustasından zor ola. 

 

Dedi:-Turqər bilir yazı sirrimi, 



Təkcə odur bilən mənim yerimi, 

O istəyir, gəzir mənim xeyrimi, 

Ölsəm, Turan qazsın mənim görumu, 

Şagird gərək ustasından zor ola. 

 

Bəzən məni anlamıllar, küsürəm, 



Acığımdan yolu, çölü gəzirəm, 

Tək qalmaqdan, tənhalıqdan bezirəm, 

Bu əzaba Turqa görə dözürəm, 

Şagird gərək ustasından zor ola. 

 

Dua, üztut eli bizə bağlayır, 



O dualar bizi diri saxlayır, 

Pislər üzdə gülür, içdən ağlayır, 

Şagird gərək ustasından zor ola. 

 

Küsüşmələr, küsmək qalsın bir yana, 



Xeyir-dua gəlsin doğma Turana, 

Sən inansan, hamı sənə inanar, 

Şagird gərək ustasından zor ola. 

 

Ağüz gəldi, öpdü onun əlindən, 



Batdı Sərtüz göz yaşının gölündə, 

Bir neçə söz eşidildi dilindən, 

Şagird gərək ustasından zor ola. 

 

Dedi:-Türkəm, Turanlıyam, Muğam mən, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin