E x e k r a t. Çox yaxşı bilirəm!
F e d o n. O bütünlüklə başını itirib, nə edəcəyini bilmirdi, sözün düzü mən də, başqa arxadaşlarımız da çaşqınlıq içindəydik.
E x e k r a t. Fedon, orada səndən başqa, ayrı kimlər var idi?
F e d o n. Afinalılardan—bu dediyim Apollodor, Kritobul atasıyla bir yerdə, Hermogen, Epigen, Esxin, Antisfen. Sonra, peanlı Ktesipp, Meneksen, yenə bir çoxları, Plaron məncə ağrındığına görə gələ bilməmişdi*.
E x e k r a t. Yadellilərdən başqa kimlər var idi?
F e d o n. Fivanlı Simmiy, Kebet, Fedond, Meqardan—Evklidlə Terpsion.
E x e k r a t. Kleombrotla Aristipp orada deyildilərmi?
F e d o n. Onlar o çağda orada ola bilməzdilər, deyilənə görə, onda Afinadan uzaqlarda, Egində imişlər.
Dostları ilə paylaş: |