Sosial fəlsəfə


Sosial idrakda həqiqət məsələsi. həqiqətin obyektiv və subyektiv tərəfləri



Yüklə 72,75 Kb.
səhifə8/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   4   5   6   7   8   9   10   11   ...   55
sosial fəlsəfə

6.Sosial idrakda həqiqət məsələsi. həqiqətin obyektiv və subyektiv tərəfləri.

Həqiqət haqqında ümumi nəzəri müddəalar sosial həqiqətə də aiddir. Lakin sosial reallığın spesifikliyi, burada həqiqətin bir sıra özünəməxsus cəhətlərini şərtləndirir. Hər şeydən əvvəl ictimai həyatda subyekt ilə obyektin sıx əlaqədə olması üzündən burada həqiqət obyekti ona subyektin fəal təsiri baxımından əks etdirir. Sosial obyekt insanların fəaliyyəti məhsulu olduğuna görə və özünə subyekti də daxil etdiyinə görə obyektiv həqiqətin məzmunu subyektdən kənar deyildir. Buradan aydın olur ki, sosial idrakda həqiqətin məzmununda obyektiv və subyektiv tərəflər özünəməxsus şəkildə qovuşur. Digər tərəfdən, burada həqiqətin məzmununda obyektiv ilə subyektiv əksliklər kimi çıxış edir. Obyektiv ilə subyektivin qarşılıqh münasibəti konkret ictimai biliklərdə spesifık şəkildə təzahür edir (məs.: dildə, psixiki hadisələrdə, hüquqi normalarda və s.).

Sosial idrakda, xüsusən də onun bəzi formalarında obyektiv həqiqətin digər bir xüsusiyyəti onun konkret-hadisə xarakteri daşımasıdır. Burada fərdi, konkret hadisələr qanunauyğunlugun özünəməxsus nümunəsi kimi çıxış edir. Çünki sosial tarix insan fəaliyyətinə aid hadisələrin bir-birini əvəz etməsindən ibarət prosesdir. Həmin hadisələrin mahiyyətini dərk etmək üçün onların arxasında gizlənən daxili münasibətləri aşkar etmək tələb olunur. Beləliklə, sosial həqiqətin dialektikası ümuminin, xüsusinin və təkcənin vəhdəti kimi çıxış edir.

Sosial idrakda obyektiv həqiqi biliyin spesifikliyini həm də onun sosial-tarixi şərtlənməsi baxımından aşkar etmək olar. Məlumdur ki, biliyin inkişafının və, deməli, obyektiv həqiqətin formalaşmasının əsasını praktika, insanların fəaliyyəti təşkil edir.




Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin