Sual 22. Əmək və iqtisadi tərbiyə, peşəyönümünün mahiyyəti, məzmunu və sistemi Cavab: Əməyin sosiologiyası əməyi sosial-iqtisadi proses kimi öyrənir. Əməyin xarakteri, məzmunu, işçilərin peşə ixtisaas fərqi, əməyə müxtəlif münasibət və s. Bu önəmli elm sahəsinin araşdırdığı məsələlər arasında mühüm yer tutur. Şagirdlərin əmək tərbiyəsi və peşəyönümündə bu meyllər nəzərə alınmalıdır. Lakin bəzən şagirdlərin qabiliyyətləri, maraq və meylləri peşəse çimində nəzərə alınmır. Həmçinin valideynlərin fikri, perstejli peşələr anlayışı da təəssüf ki, burda rol oynayır.
Sosial tərbiyənin başlıca istiqamətlərini, ilk növbədə, cəmiyyətin tərbiyə imkanları baxımından araşdırmaq lazımdır. Bazar iqtisadiyyatı şəraitində sosial pedaqogikanın yeni aktual problemləri meydana çıxmış, bu və ya digər dərəcədə ənənəvi hesab olunan problemləri isə cəmiyyətin ictimai — siyasi və iqtisadi həyatı kontekstində yeni məzmun kəsb etmişdir. Bu nöqteyi nəzərdən sosial tərbiyənin aktual problemləri sırasında aşağıdaKıları xüsusilə qeyd etmək olar
-hərbi vətənpərvərlik tərbiyəsi və gənclərin Azərbaycan ordusunda hərbi xidmətə hazırlanması,
şəhər və Kənd həyat tərzi və tərbiyənin sosial pedaqoji məsələləri,
gənclərin ailə həyatına hazırlanması sosial pedaqojii problem kimi və s.
Bazar iqtisadiyyatışəraitində iqtisadi tərbiyə məsələləri çox aktualdır. Pedaqogika tarixində İqtisadi tərbiyə anlayışı ilə səsləşən önəmli fikirlər vardır, Lakin müasir dövrdə bu məsələ yeni məna kəsb edir və bazar iqtisadiyyatının prinsip və meyarları şagirdlərin dünya mənzərəsinin nüvəsini təşkil etməlidir. Bu işin ana xətti şagirdlərdə cəmiyyətin inkişaf meyllərinin iqtisadi qanunauyğunluqlarının xüsusiyyətləri, iqtisadi siyasətin mahiyyəti, böhran və s. Haqqında vətəndaş anlayışının formalaşması ilə bağlıdır. Onlara sahibkarlıq, işgüzarlıq və təsərrüfatçılıq hissinin aşılanması xüsusilə vacibdir. Bazar iqtisadiyyatı şəraitində birgə yaşayış qaydalarının öyrədilməsi də mühümdür. İctimai həyatın bu tip sahələrində insan (məsələn, alıcı-satıcı,) münasibətlərinin humanistləşdirilməsi, “alıcı” və ”satıcı” rolları üçün zəruri olan ünsiyyət mədəniyyətinin aşılanması, iqtisadi tərbiyənin özünəməxsus vəzifəsi kimi meydana çıxır. Bu köklü məsələnin həllində iqtisadi tərbiyə, əxlaq, dini və ekoloii tərbiyə ilə bilavasitə uzlaşır. Əxlaqi şüur, insaf və halallıqla köKlənən gündəlik iqtisadi münasibətlər, iqtisadi mədəniyyət — bunların hamısı birlikdə şagirdlərin iqtisadi dünya durumuna sivilizasiya ölçüləri ilə yeni məzmun bəxş edir.