Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial-psixoloji ideyaların inkişafı: I dövr



Yüklə 93,9 Kb.
səhifə18/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   14   15   16   17   18   19   20   21   ...   51
Sosial psixologiya (1)

Sosial-psixoloji ideyaların inkişafı: I dövr

Sosial psixologiyanın inkişafı tarixini üç dövrə bölürlər:
I. Fəlsəfə və psixologiya sahəsində sosial-psixoloji biliklərin inkişafı (e.ə. VI əsr – XIX əsrin ortaları).
II. Fəlsəfə və psixologiya zəmnində nisbətən müstəqil bilik sahəsi kimi təsviri sosial psixologiyanın formalaşması (XIX əsrin 50-60 cı illəri – XX əsrin əvvələri).
III. Sosial psixologiyanın eksperimental elm kimi inkişafı.
Sosial psixologiyanın inkişafının eksperimental dövrünü də iki mərhələyə ayırmaq olar :
a) 1918-1945-ci illər. Bu illər V.Mak-Donqollun “Sosial psixologiyaya giriş və E.Rossun “Sosial psixologiya” dərslikləri nəşr olunmuşdur.
b) İkinci mərhələ sosial psixologiyanın müasir inkişaf proseslərini əhatə edir. O, ikinci dünya müharibəsindən sonra başlayır və bir çox yeni xüsusiyyətlərlə xarakterizə olunur.
Qədimdə ayrı-ayrı xalqların adət və ənənələri, etnopsixologiyaları müəyyən sosial-psixoloji funksiyanı yerinə yetirirdi: onlar böyüklə kiçik, qadınla kişi arasında ünsiyyət formlarını nəinki mənəvi, həm də sosial-psixoloji cəhətdən tənzim edirdilər. O dövrün görkəmli mütəfəkkirlərinin Platon, Aristotel, Hobbs, lokk, Helvetsi, Hegel, Feyerbax və başqalarının traktatlarında da sosial-psixoloji görüşlər açıqlanırdı.
İntibah dövründə insanı artıq dünyanın modeli kimi dəyərəndirilər. Şəxsiyyət anlamı əmələ gəlirdi. “Mən” obrazı ədəbiyyat və incəsənət əsərlərində geniş təsvir olunurdu. Bu kökdə də, sosial-psixoloji təfəkkür tipi tədricən formalaşırdı və inkişaf edirdi.
Azərbaycanda psixoloji fikrin çox qədim tarixi vardır. İlk sosial-psixoloji təsəvvürlərin təşəkkülü xalqın qədim adət-ənənə, mərasim və ayinləri. əyləncə və oyunları ilə bağlı olmuşdur. Ailə və məişət (toy, yaş və s.) mərasimlərində kütləvi sosial-psixoloji hadisələrin maraqlı xarakteristikalarına təsadüf edilir.
Azərbaycan şifahi xalq ədəbiyyatındakı Keçəl, Küpəgirən qarı, Kosa obrazları uzun müddət həm də xalqın müəyyən sosial etalon və stereotiplərini ifadə etmişdir. Azərbaycan lətifələrində elin-obanın müxtəlif sosial-psixoloji hadisələr haqqındakı ictimai rəyi özünün prlaq ifadəsini tapmışdır. Molla Nəsrəddin, bəhlul-danəndə xalqın “Sosial-psixoloji hafizəsində” “insan sərrafı” kimi məşhurlaşmışdılar; onlar necə deyərlər, əsl praktik sosial psixoloqlar idilər.
Azərbaycan nağılları və dastanlarında müxtəlif sosial-psixoloji hadisələr geniş təsvir olunmuşdur. Vəzir, vəkil və başqa obrazlar, əgər müasir terminlərlə desək, elin-elatın referent qruplar haqqında təsəvvürlərini ətraflı xarakterizə etmək imkanı verir.
Hələ e.ə. II-I minilliklərdə “Avesta”da ruh və psixi hadisələr haqqında müxtəlif məzmunlu təsəvvür və idayalar öz əksini tapmışdır.
“Kitabi-Dədə Qorqud” dastanlarında insanın müxtəlif emosional halətləri təsvir edilmiş, davranış normalarında özünü biruzə verən xəyanət, həsəd, qorxaqlıq, fərarilik kimi mənfi emosional sifətlər tənqid edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanları insanların qarşılıqlı münasibətlərinin sosial-psixoloji təhlili baxımından diqqəti daha çox cəlb edir.
“Kitabi-Dədə Qorqud” nəinki tayfadaxili və tayfalararası münasibətlərin psixoloji təhlili, həm də müxtəlif sosial-psixoloji fenomenlərin, xüsusilə stress şəraitində qrup üzvləri arasında münasibətlərin təsviri baxımından da əhəmiyyətlidir. Düşmənlərin qazan xanın arvadı Burla xatunu əsir alması səhnəsi...
Orta əsrlərdə Azərbaycanda sosial-psixoloji ideyaların inkişafında mahiyyətcə yeni mərhələ başalyır. Azərbaycan psxiologiyasında şəxsiyyət anlamı (Nizami Gəncəvi), ünsiyyət prosesində doğruçuluq, təvazökarlıq, mərdlik (Xəqani) kimi mənəvi keyfiyyətlər sosial-psixoloji konteksdə təhlil olunur. Psixoloji maska (Nizami), qrupdaxili təlqin və referent qrup (M.Fizuli) fenomenləri kəşf olunur. Xarakterik sosial-psixoloji məziyyətləri təhlil edilir. (N.Tusi, A.Bakıxanov).
XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Azərbaycan sosial-psixologiyasında maarifçilik ideyaları, ünsiyyət psixologiyası, qadın təhsili uğrunda mübarizə kökündə Gender psixologiyası məsələləri işıqlandırıldı. (A.Bakıxanov, M.F.Axundov, S.Şirvani, H.Zərdabi, M.T.Sidqi, M.Nəvvab, C.Məmmədquluzadə, Ü.Hacıbəyov və başqaları). Məmməd Tağı Sidqinin “Nümunəyi əxlaq” əsərində (1894) uşaq tiplərinin sosial-psixoloji xarakteristikasının verilməsi dünya sosial-psixologiyası tarixində nadir hadisələrdən biri idi.
Sosial-psixoloji ideyaların I dövrü üçün belə nəticəyə gəlmək olar: I dövrdə sosial-psxioloji ideyalar ayrıca bir problem çərçivəsində deyil, daha çox ümumi psixoloji səpkidə şərh olunur. Bundan başqa, həmin ideyalar dövrün görkəmli mütəfəkkir, alim və sənətkarlarının əsərlərində sistem şəklində əks olunmuşdur.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin