Sosial tədqiqat, metod və metodologiya anlayışı



Yüklə 13,11 Kb.
tarix02.01.2022
ölçüsü13,11 Kb.
#38170
STM-2. Mühazirələr


Mövzu 1: Sosial tədqiqat, metod və metodologiya anlayışı.
  Sosial tədqiqat metodoloji nöqteyi nəzərdən 2 yerə bölünür: kəmiyyət və keyfiyyət tədqiqatları.
Ümumi mühitin mənzərəsini öyrənmək və açmaq üçün sosial tədqiqat həyata keçirilir.
Sosial tədqiqat belə təsnif olunur:
1. Təsviredici
2. İzahedici
3. Kəşfiyyat
4. Qiymətləndirici
5. Qərarverici
6. Eksperimental
  Tədqiqatın komponentləri bunlardır:
1. Məqsəd, 2.Tədqiqat sualı, 3.hipotez, 4.seçmə prosedur, 5.məlumatların toplanması, 6.strategiya, 7.təhlil, 8.hesabat
   Emprik sosiologiya, sosioloji informasiya, metodologiya, analiz, operasionallaşdırma kimi anlayışlardan sosioloji tədqiqatların metodikası fənnində istifadə olunacaq.
Fənnin predmetini qavramaq üçün metod və metodologiya anlayışlarını dərk etmək lazımdır.
Metodologiya- yeni bilik əldə etmək üçün istifadə olunan üsullar haqqında bilik sistemidir.
Bu elmdə metodologiya isə geniş mənada nəzəriyyədə onun predmetinin tədqiqi ümumi elmi və xüsusi metodlarından, dar mənada isə informasiya almaq metodları sistemindən onun analizindən və izahından ibarətdir. Bu prosesdə bizi maraqlandıran əsas məsələ yeni emprik biliklərin əldə olunması prosedurudur. Bu məlumatların əldə olunması üsulu müəyyən metodların köməyilə həyata keçirilir. Əsas məqsəd sosial hadisə və proses haqqında sosioloji informasiyanı toplamaq və təhlil etməkdir.
Sosioloji informasiyaya daxildir: sosial hadisələr, sosial proseslər, sosial birliklər, sosial institutlar, sosial qruplar haqqında olan emprik məlumatlar.
Bu sosioloji informasiya 2 istiqamətdə toplana bilər.
1. Hazır informasiya.
2. Sosioloqun özünün müşahidə etmək prosesində əldə etdiyi məlumatlardır.
  Sosioloji tədqiqatda elmi refleksiya anlayışından da istifadə olunacaq. Elmi refleksiya- məlumatların analizi metodologiyasının işlək tərəfinə görə müxtəlif informasiya tiplərinin, onun analizinin, mətninin və metodlarının mövcudluğudur.

  Məlumatların analizi metodologiyası bu hissələrə bölünərək həyata keçirilir:


1. Məlumatın tipləri - iş üsulu, yollar,metod müxtəlifliyi.
2. Tədqiqat sütuasiyası - birölçülü, çoxölçülü şkala, indeks formalaşdırma
3. Məlumat analizinin yüksələn strategiyası - təsviri hipotez, izahedici hipotez
4. Enən strategiya - analizin dili
5. Tipoloji analiz - səbəbiyyət analizi
  Sosioloji tədqiqatlarda digər diqqət etdiyimiz məsələ emprik postulatlardır(anlayış).
Yüklə 13,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin