Sosialogiyanın predmeti və vəzıfələri


Sosial həyatda sosial nəzarət proseslərinin üç əsas tipi fəaliyyət göstərir



Yüklə 131,59 Kb.
səhifə22/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
Sosialogiyadan imtahan sualları

Sosial həyatda sosial nəzarət proseslərinin üç əsas tipi fəaliyyət göstərir:

1. Fərdləri öz cəmiyyətinin normativ gözləmələrini intemalizasiya etməyə sövq edən proseslər;

2. Fərdlərin sosial təcrübəsini təşkil edən proseslər;

3. Müxtəlif formal və qeyri-formal sosial sanksiyalar tətbiq edən proseslər.

  1. Qrupun öyrənilməsinin əsas istiqamətlərini təhlil edin

  2. Ailənin funksiyalarını araşdırın.

  3. Kəndin sosialogiyasını araşdırın.

Kənd tarixən təşəkkül tapan, daxilən diferensial olan nisbi müstəqil sosial-ərazi sistemidir. Sosiologiya kənddəki proseslərə ciddi əhəmiyyət verir; bu elmi maraq zəminində onun xüsusi sahəsi - kəndin sosiologiyası təşəkkül tapmışdır. Bu sahə kənd sosial-ərazi birliyinin meydana gəlməsi, fəaliyyəti və inkişafi qanunauyğunluqlanm, onun sosial-iqtisadi təbiətini, təkraristehsal stmkturunu, təbiətlə və maddi-əşyavi mühitlə əlaqəsini, həyat tərzini, tipologiyasını öyrənir. Kəndin sosiologiyasında əhalinin sosial təkraristehsalı prosesinin tədqiqi, onun şərait, məqsəd və nəticələrinə uyğun olan tədbirlər görülməsi mərkəzi problemlərdəndir. Kənd əhalisinin xarakter xüsusiyyəti onun kifayət qədər yüksək stabilliyidir: adamların mütləq əksəriyyəti kənddə fasiləsiz yaşayır (belə ki, doğulduğu gündən kənddə yaşayanlar təxminən 70 faizə yaxındır). Kənddə əhalinin yeni sosial kateqoriyaları (məsələn, fermerlər) formalaşmaqdadır. [92 - 93] Araşdırmalar göstərir ki, perspektivdə onlann rolu daha da artacaqdır. Lakin qeyd olunmalıdır ki, kənddə əməyin yeni, mütərəqqi formalanmn tətbiqi xeyli dərəcədə ləngiyir. Ona görə də «yeni yanaşma lazımdır; onun əsasında insanm cəmiyyətdəki vəziyyəti dayanmalıdır»'. Yalnız belə olduqda insanın, onun qabiliyyətlərinin, sosial fəallığının inkişafi təmin edilə bilər.

Sosiologiyada sosial irəliləyiş dedikdə sosial statusun yüksəlməsi başa düşülür. Bu 5Üiksəlmə ictimai təkraristehsahn (inkişafın) tələbatları ilə şərtlənir, insanlarm şəxsi mənafeləri ilə vasitələnir. Sosial irəliləyişdə cəmiyyət (kollektiv) tərəfindən işçinin qabiliyyətlərinin, fəallığının, təşəbbüskarlığının, işgüzar keyfiyyətlərinin və s. etirafi ifadə olunur. Sosial irəliləyiş prosesi özündə bunları birləşdirir: a) ixtisas, dərəcə, bilik cəhətdən məlum peşə hüdudlarında [93 - 94] yüksəlmək; b) daha yaradıcı işə keçmək; c) vəzifədə yüksəlmək, irəli çəkilmək; ç) fəxri adlar, mükafatlar almaq və s. Sosial irəliləyişdə motiv böyük rol oynayır: eqoist məqsədlər, yoxsa ictimai cəhətdən əhəmiyyətli məqsədlər izlənilir? Sosial irəliləyiş təkcə konkret işçinin şəxsi uğuru deyildir; o, elə bir şəraitdir ki, işə təşəbbüskar, yaradıcı münasibət istehsalın inkişafına, kollektivin geniş sosial təkraristehsalma kömək edirkənddə istirahət növləri çox da rəngarəng deyildir, əmək mobilliyi zəifdir, əmək və məişət daha sıx qovuşmuşdur; şəxsiyyətlərarası münasibətlər də spesifıkdir, sosial və milli cəhətdən homogen ailələr üstünlük təşkil edir, ünsiyyət anonimliyi, demək olar ki, yoxdur, ictimaiyyətin insanlann davranışı üzərində güclü sosial nəzarəti var, milli adətlər, ənənələr, yerli nüfuz sahibləri etiraf olunur. Urbanizasiya prosesini əks etdirən tipologiyalar geniş yayılmışdır. Bu tipologiyalann çıxış momenti müxtəlif tipli məskən strukturunun sosialiqtisadi məzmunundakı fərqlərdir. Məsələn, kənd əhalisinin sosial tərkibinin və həyat tərzinin spesifikasını öyrənmək vəzifələrinə uyğun olaraq, əhalinin fəaliyyət göstərdiyi müasir təsərrüfatların tiplərinə görə tipləşdirmə aparmaq olar. Bu halda müasir kəndin əsas sosial-struktur tipləri kimi həmin təsərrüfat tipləri, sənaye-inzibati tipləri ayırd edilir. Onlar kənd məskənlərinin qarışıq sosial-struktur tipləri ilə tamamlanır.



  1. Şaquli və üfiqi mobillik anlayışını müqayisəli təhlil edin.

Fərdlərin sosial stratifikasiya sistemində bir qrupdan digərinə keçməsi sosial mobillik adlanır. « Sosial mobillik» anlayışı sosiologiyaya 1927-ci ildə P. Sorokin tərəfindən gətirilmişdir. O, mobilliyi iki növə ayınr: üfüqi və şaquli. Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi sosial mobillik adlanır. P. Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini deyil, bütövlükdə sosial vəziyyətin dəyişməsini başa düşürdü.’ Sosial mobillik özünü müxtəlif formalarda göstərir. Üfüqi mobillik dedikdə, fərdin və ya sosial obyektin bir sosial vəziyyətdən onunla eyni səviyyədə olan digərinə keçidi başa düşülür. Məsələn, fərdin yaşayış yerini dəyişməsi, bir dini qrupdan digərinə keçməsi və s. Bu hallardan heç birin-də fərd özünə aid olan sosial statusu dəyişmir. Şaquli mobillik dedikdə isə fərdin aid olduğu təbəqədən fərqli təbəqəyə keçidi başa düşülür. Bu, fərdin sosial statusunu yüksəldən və [139 - 140] ya aşağı salan dəyişmədir. Əgər sex rəisi sonradan zavodun direktoru olarsa, bu, yüksələn mobilliyin təzahürüdür. Əksinə, sex rəisi sonradan adi mühəndis olarsa, belə yerdəyişmə enən mobilliyin göstəricisi hesab oluna bilər. Açıq statifıkasiya sistemləri üçün şaquli mobillik kifayət qədər adi hadisədir. Burada söhbət əlbəttə ki, aşağıdan elitaya doğru sürətli sıçrayışdan deyil, addım-addım yerdəyişmədən gedir (baba - fəhlə, ata - həkim, oğul şəhərə köçür və dissertasiya müdafiə edir). Qapalı sistemlərdə mobilliyin belə təzahürləri də istisna olunur. Məsələn, silk və zümrəli cəmiyyətlərdə çəkməçilərin, tacirlərin, təhkimli kəndlilərin onlarca nəsli, digər tərəfdən isə əsil-nəcabətli nəsillərin uzun şəcərə zəncirləri norma olmuşdur. Biz belə sosial varlığın yeknəsəkliyini tarixi mənbələrdə göstərilən küçə adlarına görə qiymətləndirə bilərik: qalayçılar küçəsi, tənəkəçilər küçəsi, xalçaçılar məhəlləsi və s. Ustalar nəinki öz status və peşələrini nəsildən-nəslə ötürür, həm də onların hamısı yan-yana yaşayırdı.

  1. Mədəniyyət institutlarının sosial cəmiyyətdə rolunu təhlil edin.


  2. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin