Üçüncü mərhələ soioloji tədqiqatların (anket sorğusu, müsahibə,
kontent-analiz və s.) gedişi prosesində toplanmış məlumatların EHM-də
işlənmə üçün proqramın hazırlanması və EHM-də işlənməsini nəzərdə
tutur.
Dördüncü, sonuncu mərhələ işlənmiş materialın təhlili, tədqiqatın
yekunlarına həsr olunmuş hesabatın tərtibi, sifarişçi, yaxud idarəetmə
subyekti üçün nəticələrin və təkliflərin hazırlanması mərhələsidir.
Sosioloji tədqiqatın növləri qoyulan məqsəd və vəzifələrin xarakteri ilə,
sosial proseslərin təhlilinin dərinliyi və s. ilə müəyyən olunur. Buna
müvafiq olaraq sosioloji tədqiqatların üç əsas növünü fərqləndirirlər:
Dostları ilə paylaş: |