Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Tətbiqi sosiologiya və sosioloji tədqiqatlar



Yüklə 200,89 Kb.
səhifə14/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   10   11   12   13   14   15   16   17   ...   59
SOSİOLOGİYA

15. Tətbiqi sosiologiya və sosioloji tədqiqatlar.
Ümumsosioloji biliklər sistemində tətbiqi sosiologiyanın və yaxud konkret sosioloji tədqiqatların da xüsusi yeri vardır. Belə ki, ümumnəzəri sosiologiyanın və xüsusi sosioloji nəzəriyyələrin elmi-praktik əhəmiyyəti o vaxt yüksək olur ki, bunlar bilavasitə ictimai gerçəkliyi əks etdirən sosioloji tədqiqatlara istinadən formalaşır və inkişaf edirlər. Hazırlanıb ortaya çıxarılan nəzəriyyələr, konsepsiyalar iki əsas suala cavab tapmalıdır: nə dərk olunur? Və necə dərk olunur? Bu suallara doğru cavabların tapılması tətbiqi sosiologiyanın tədqiqat metodları ilə gerçəkləşə bilər.
. Sosioloji tədqiqatların təşkili və aparılması gərgin əmək tələb edir. Bu, hər şeydən əvvəl tədqiqatın əsaslı surətdə hazırlanması deməkdir. Sosioloji tədqiqatların hazırlanması müxtəlif işlərin görülməsini, elmi prosedurların və əməliyyatların həyata keçirilməsini nəzərdə tutur. Tədqiqatın etibarlı nəzəri əsasını təmin etmək, onun ümumi məntiqini müəyyən etmək, məlumatların toplanması qaydalarını hazırlamaq və tədqiqat qrupunu formalaşdırmaq lazımdır. Hər bir sosioloji tədqiqatın məqsədi cəmiyyət həyatı üçün mühüm əhəmiyyət kəsb edən problemin təhlilini verməkdən ibarətdir. Sosioloq təkcə problemin şərhi ilə kifayətlənməməli, onun hətta sabahkı gün üçün inkişaf perspektivlərini də müəyyən etməlidir.
Sosioloji tədqiqatlar - idraki proses olub sosioloji biliklərin iki səviyyəsini aşkara çıxarır: nəzəri-metodoloji və empirik səviyyələr. O, induktiv və deduktiv təhlil metodlarını özündə təcəssum etdirir. Sosioloji tədqiqatların təşkili və aparılması dörd əsas mərhələdən keçir: Birinci mərhələ tədqiqata hazırlığı nəzərdə tutur. Buraya məqsədin proqramı, planın düşünülməsi, tədqiqat müddətinin, informasiyanın təhlil edilməsi üsullarının müəyyən edilməsi və s. daxildir. İkinci mərhələ ilkin sosioloji məlumatların toplanması prosesindən ibarətdir. Buraya müxtəlif mənbələrdən toplanmış məlumatlar (sənədlərdən çıxarışlar, tədqiqatçının qeydləri, rəyi, soruşulanlardan bəzilərinin fıkirləri və s.) aiddir. Üçüncü mərhələ soioloji tədqiqatların (anket sorğusu, müsahibə, kontent-analiz və s.) gedişi prosesində toplanmış məlumatların EHM-də işlənməsi üçün proqramın hazırlanması və EHM-də işlənməsini nəzərdə tutur. Dördüncü, sonuncu mərhələ toplanmış materialın təhlili, tədqiqatın yekunlarına həsr olunmuş hesabatın tərtibi, sifarişçi, yaxud idarəetmə subyekti üçün nəticələrin və təkliflərin hazırlanması mərhələsidir. Sosioloji tədqiqatın növləri qoyulan məqsəd və vəzifələrin xarakteri ilə, sosial proseslərin təhlilinin dərinliyi və s. ilə müəyyən olunur. Buna müvafıq olaraq sosioloji tədqiqatların üç əsas növünü fərqləndirirlər: axtarış, təsviri və analitik.
1.Axtarış sosioloji tədqiqatların ən sadə növü olub ən məhdud dairəli vəzifələrin həlli yollarının toplanmasına yönəlmişdir. O, adətən 20-100 nəfəri əhatə edən anket sorğusunu nəzərdə tutur. Axtarış tədqiqatı zamanı əsasən problemin dərindən öyrənilməsi baş verir.Bu işin gedişi zamanı məqsədlər dəqiqləşdirilir, fərziyyələr irəli sürülür, vəzifələr müəyyənləşir. Bu tədqiqat o zaman aparılır ki, problem ya az öyrənilmişdir, ya da ki, ümumiyyətlə tədqiq olunmamışdır. Axtarış tədqiqatı operativ sosial məlumatın əldə olunmasına imkan verir.
2.Təsviri tədqiqatlar sosioloji təhlilin daha mürəkkəb növü kimi çıxış edir. Onun köməyi ilə öyrənilən sosial obyekt haqqında bütöv təsəvvür yaradan empirik məlumatlar əldə olunur. Bu cür tədqiqatlar o zaman aparılır ki, təhlil obyekti böyük səciyyələrin məcmusu olub müxtəlif peşədən, yaş qrupundan, peşə səviyyəsindən olan insanları birləşdirən kollektiv olsun. Bu tədqiqat zamanı empirik məlumatların toplanmasında bir və ya bir neçə metodun köməyindən istifadə olunur. Bir neçə metoddan istifadə sayəsində əldə olunan məlumatlar daha dolğun və düzgün olur, daha dərin elmi nəticələr əldə olunması və əsaslandırılmış təkliflər irəli sürülməsi üçün imkan yaranır.
3. Analitik tədqiqatlar sosioloji tədqiqatların ən ciddi növü hesab olunur. O, təkcə öyrənilən hadisə və proseslərin elementlərinin təsviri ilə kifayətlənməyərək həmçinin onların əsasında dayanan səbəbləri də aşkara çıxarmağa imkan verir. Təsviri tədqiqatlar öyrənilən hadisənin səciyyəvi cəhətləri arasında əlaqəni axtardığı halda, analitik tədqiqatlar bu əlaqələrin səbəblərini aşkara çıxarmağa yönəlmişdir. Analitik tədqiqatlar bu və ya digər sosial hadisəni şərtləndirən çoxlu amillərin məcmusunu öyrənir. Adətən bu amilləri əsas və qeyri-əsas, daimi və müvəqqəti, nəzarət olunan və nəzarətdən kənar və s. adlandırırlar. Analitik tədqiqatlar kompleks xarakter daşıyır və özündən əvvəlki tədqiqat növlərinin məntiqi yekunu kimi çıxış edir.

Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin