Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 200,89 Kb.
səhifə7/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   2   3   4   5   6   7   8   9   10   ...   59
SOSİOLOGİYA

Təbii-elmi qoyuluş. Həmin metodologiyanın nümayəndələri bundan çıxış edirlər ki, təbiət elmlərinin metodologiyasından cəmiyyətin tədqiqi zamanı istifadə etmək olar, lakin bu istifadənin dairəsini məhdudlaşdırmaq lazımdır. Təbiət elmlərinin metodları əsasında sosial hadisələri öyrənməyin imkanlarını və sərhədlərini müəyyən etmək lazımdır, önəmlidir.
Metodoloji pessimizm. Mənası budur ki, təbiət elmlərinin metodologiyasını cəmiyyətin tədqiqinə tətbiq etmək olmaz, buna görə də sosiologiya elm statusundan imtina etməli və sosial-fəlsəfi refleksiyanın forması olaraq qalmalıdır.
Sosiologiyanın metodologiyasının prinsipial spesifikliyi doktrinası. Bu nöqteyi-nəzərin nümayəndələri ondan çıxış edirlər ki, obyektiv dünyada bir-birinə əks olan iki reallıq mövcuddur: cəmiyyət və təbiət. Sosial reallığı təbiət elmlərinin metodlarının köməyi ilə adekvat şəkildə tədqiq etmək olmaz. Sosiologiyanın təbii-elmi metodologiyadan fərqli olan öz metodologiyası vardır.
Sinkretik təsəvvürlər. Bu təsəvvürə görə təbiət elmlərinin metodlarından və sosioloji metodlarının özündən istifadə olunması mümkündür.

7. Sosioloji qanunlar və onların səciyyələndirilməsi.
Cəmiyyət həyatının bütün sahələrinin, eləcə də onları öyrənən elmlərin hər birinin özünəməxsus qanunları və qanunauyğunluqları vardır. Qanun ictimai-sosial həyatın mahiyyətinin təzahür formasıdır. Qanun hadisələrin daxili və sabit əlaqə və münasibətlərini ifadə etməklə onların ahəngdar fəaliyyətini şərtləndirir. Qanun və qanunauyğunluq arasında üzvi əlaqə olsa da,onları bir-birindən fərqləndirmək lazımdır. Sözsüz ki, qanunauyğunluq qanunun həyati təzahürü, onun dinamikasıdır. Başqa sözlə, qanunun fasiləsiz gerçəkləşməsi qanunauyğunluğa çevrilir.
Sosial qanunların fəaliyyət mexanizmini üzə çıxarmaq, onları hərtərəfli tədqiq etmək çox mürəkkəb iş olsa da, çox vacibdir. Bu proses sosial hadisənin, bütövlükdə ictimai həyatda sosial sistemlərin fəaliyyətində yerini və rolunu, təzahür xüsusiyyətlərini müəyyənləşdirmək, onun sosail genezisini aşkara çıxarmağı, müxtəlif sosial əlaqələri real faktlar əsasında öyrənməyi nəzərdə nəzərdə tutur.
Sosial qanunların öyrənilməsi əsasında insanlar, sosial toplumlar həyat fəaliyyətləri üçün uyğun şərait və şərtlər yaradır, bununla da müvafiq sosial qanunların praqmatikasına nail olurlar. Sosial qanunlar dialektik və dinamik səciyyə daşıyırlar.
Sosial qanunları bir neçə təsnifatda vermək olar. Fəaliyyət müddətinə görə ümumi və spesifik qanunlar fərqləndirilir. Bütün ictimai sistemlərdə fəaliyyət göstərənlər qanunlar ümumi, ayrı-ayrı sosial sistemlərdə fəaliyyət göstərənlər isə spesifik adlanır.
Ümumiləşdirmə dərəcəsinə görə sosial qanunları belə qruplara ayırmaq olar; sosial sahələri bütövlükdə səciyyələndirən qanunlar və sosial sahənin ayrı-ayrı ünsürlərinin (siniflərin, qrupların, millətlərin və s.) inkişafını müəyyənləşdirən qanunlar. Təzahür üsuluna görə qanunları dinamik və statik qanunlara bölmək olar. Dinamik qanunlar sosial dəyişikliklərin istiqamətini, amilləri və formalarını müəyyənləşdirir, konkret şəraitdə hadisələrin ardıcıllığı arasındakı zəruri əlaqələri göstərir. Statik qanunlar tədqiq edilən hadisələrdə hər bir obyektin davranışını deyil, ümumiyyətlə bütövlükdə obyektlərə xas olan müəyyən xassə və ya əlamətləri səciyyələndirir.
Dinamik qanunlar 2 yerə - səbəbiyyət və funksional qanunlara bölünür. Səbəbiyyət dinamik qanunları sosial hadisələrin inkişafının qəti müəyyən olunmuş əlaqələrini göstərir (məsələn, bir sosial-iqtisadi formasiyadan digərinə keçmə zamanı istehsal üsulunun rolunu ifadə edir. Funksional qanunlar bir sosial-iqtisadi formasiyadan digərinə keçmə zamanı istehsal üsulunun rolunu ifadə edir. Funksional dinamik qanunlar isə sosial hadisələr arasındakı praktiki müşahidə olunan və sabit təkrarlanan qarşılıqlı asılılıqları ifadə edir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin