Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Miqrasiyanın doğurduğu problemlər



Yüklə 200,89 Kb.
səhifə39/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   35   36   37   38   39   40   41   42   ...   59
SOSİOLOGİYA

40. Miqrasiyanın doğurduğu problemlər.
Beynəlxalq miqrasiya problemlərinin aktiv surətdə öyrənilməsinə 1960-cı illərin sonlarından başlanmışdır. İqtisadi artım modelləri çərçivəsində həyata keçirilən tədqiqatların əsas ideyası istehsalın amillərindən biri olan işçi qüvvəsinin beynəlxalq hərəkətinin iqtisadi artımın templərinə təsir göstərməsindən ibarət olub. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının əsas səbəbi isə onun ödənilmə səviyyəsinin müxtəlif ölkələr üzrə fərqli olmasıdır.
İşçi qüvvəsinin miqrasiyası iki qrup amillərin təsiri altında baş verir:
1.Qeyri-iqtisadi amillər, məsələn, siyasi-hüquqi (məsələn, 1975-ci ildə kommunistlərin qələbəsindən sonra Vyetnamdan qaçqın axmaları), dini, etnik, ailəvi amillər. Son onillikdə ekoloji, təhsil, mədəni və psixoloji amillərin də miqrasiyaya təsiri artıb.
2.İqtisadi amillər. İqtisadi amillərə aiddir:
Ölkələrin iqtisadi inkişaf səviyyələrində olan müxtəliflik işçi qüvvəsinin dəyərində kəskin fərqlərə gətirib çıxarır ki, nəticədə də işçi qüvvəsi əməyin ödəniş səviyyəsinin, yəni əmək haqqının daha yüksək olduğu ölkələrə doğru istiqamətlənir;
Ayrı-ayrı ölkələrin əmək resursları ilə fərqli səviyyədə təmin olunmaları;
Milli əmək bazarının vəziyyəti, məsələn, zəif inkişaf etmiş ölkələrdə milli əmək bazarı xroniki işsizlik şəraitində inkişaf edir ki, bu da insanlan digər ölkələrdə iş axtarmağa məcbur edir;
əmək resurslarının kəmiyyət və keyfıyyət xüsusiyyətlərinin milli istehsalın maddi-texniki bazasına uyğunsuzluğu.
İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının intensivliyi bir sıra amillərdən asılıdır. Onların sırasında aşağıdakıları göstərmək olar:
Dünya iqtisadi inkişafının qlobal xarakteri və ölkələrin qarşılıqlı asılılığının artması;
Elmi-texniki tərəqqinin inkişafı ixtisaslı işçi qüvvəsinə olan ehtiyacı artırır, yeni peşələrin yaranmasına səbəb olur və mövcud iş qüvvəsinə tələbin dəyişməsinə gətirib çıxarır;
İqtisadiyyatın struktur yenidənqurması, yəni, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması ilə müşaiyət olunan bazar iqtisadiyyatına keçid ölkənin xarici miqrasiya dövriyyəsinin kəskin artımına səbəb olur;
Kapital ixracı, transmilli şirkətlərin fəaliyyəti işçi qüvvəsinin kapitalla birləşməsinə şərait yaradaraq ya işçi qüvvəsini kapitala doğru yönləndirir, ya da kapitalı əməkdən bol olan ölkələrə köçürür;
Ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının və ümümilikdə dünya iqtisadiyyatının yerləşdikləri iqtisadi tsikl fazaları: yüksəliş fazasında işçi qüvvəsinə tələb artır, böhran fəzasında isə aşağı düşür;
Dünya təsərrüfatmda baş verən iqtisadi inteqrasiya prosesləri bu prosesə qoşulan ölkələr arasında işçi qüvvəsinin beynəlxalq miqrasiyasını stimullaşdırır və bu ölkələr öz növbəsində işçi qüvvəsini cəlb edən yeni mərkəzlərə çevrilirlər;
Beynəlxalq informasiya sisteminin genişlənməsi, həmçinin nəqliyyat vasitələrinin inkişafı və ucuzlaşması.
İşçi qüvvəsinin beynəlxalq miqrasiyası əmək resurslarını idxal və ixrac edən ölkələrin iqtisadi və sosial inkişafına həm müsbət, həm də mənfı təsir göstərə bilər.
Xarici işçi qüvvəsindən istifadə immiqrasiya ölkələrinə əhəmiyyətli müsbət nəticələr əldə etməyə imkan verir:
Yüksək mobilliyə malik işçi qüvvəsinin idxalı nəticəsində ölkə iqtisadiyyatında struktur (sahəvi və regional) dəyişikliklər yüngülləşir;
İmmiqrantlar adətən əmək resurslarının gəncləşməsinə səbəb olur, çünki adətən əhalinin daha mobil və daha əmək qabiliyyətli hissəsi miqrasiyaya cəlb edilir;
İşçilərin və mütəxəssislərin tədrisinə və ixtisaslarının artırılması üçün lazım olan vəsaitlərə qənaət edilir;
İmmiqrantlar daxili bazarın həcmini genişləndirir və onların istehlak məqsədi ilə istifadə etdikləri vəsait ölkə iqtisadiyyatının inkişafına yönəldilir, onların banklardakı hesablarında toplanan vəsaitləri isə əlavə yığım mənbəyi kimi çıxış edir;
Xarici işçi qüvvəsinə çəkilən xərc yerli işçi qüvvəsinə çəkilən xərcdən aşağıdır ki, bu da firmaya əmək haqqı xərclərini aşağı salmağa imkan verir;
İmmiqrantlar əmək haqlarının bir hissəsini vətənlərinə köçürürlər ki, bu da onların işlədikləri ölkədən onların mənsub olduqları ölkəyə əmtəə ixracı üçün şərait yaradır.
Bununla yanaşı, işçi qüvvəsinin beynəlxalq miqrasiyası immiqrasiya ölkələri üçün bir sıra problemlər də yaradır:
İşçi qüvvəsinin təklifınin artması və iş yerlərinin məhdudluğu səbəbindən milli əmək bazarında vəziyyət pisləşir;
əmək bazarında işçi qüvvəsinin təklifınin artması nəticəsində milli işçi qüvvəsinin dəyərinin aşağı düşməsi baş verir;
yerli əhali və immiqrantlar arasında münaqişələr üçün zəmin yaranır.
İmmiqrasiyanın iqtisadi effektlərini çox zaman mənfı təsvir edirlər və əsasən də iş yerlərinin azalmasını və yerli əhali arasında işsizliyin artmasını qeyd edirlər. Lakin bu problemi inkar etmədən qeyd etmək lazımdır ki, immiqrantlar özləri ilə yeni təcrübə, bilik və bacarıqlar gətirirlər. ABŞ, Kanada və Avstraliya immiqrasiya nəticəsində yaranmış ölkələrdir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin