Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət və din münasibətləri



Yüklə 27,82 Kb.
səhifə2/2
tarix29.12.2021
ölçüsü27,82 Kb.
#48988
1   2
Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət və din münasibətləri

SSRİ-nin Avropa hissəsi və Sibir müsəlmanlarının Ruhani İdarə si (Ufa şəhərində);

  • Orta Asiya və Qazaxıstan müsəlmanlarının Ruhani İdarəsi (Daşkənd şəhərində);

  • Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi (Bakı şəhərində);

  • Şimali Qafqaz və Dağıstan Müsəlmanlarının Ruhani Idarəsi (Mahaçqala şəhərində).

    Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (ZMRİ) SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli 17 nömrəli qərarı ilə yaradılmışdı. 1944-cü ilin may ayının 25-28-də Cənubi Qafqaz müsəlmanlarının birinci qurultayı keçirilmişdi. Qurultay Axund Ağa Əlizadəni Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçmiş və ona “Şeyxülislam” dini titulunu vermişdi. O, inqilabdan əvvəlki illərdə Bakı quberniya dini məclisinin sədri olmuş Cavad Əlizadənin oğlu idi. Bu Ruhani İdarə Azərbaycan, Gürcüstan və Ermənistan SSR-də yaşayan müsəlmanlara və onların məscidlərinə dini rəhbərlik etmək üçün yaradılmışdı.

    Bir-birindən asılı olmayan həmin müsəlman dini mərkəzləri əhatə etdikləri ərazidə dini təşkilatların və ruhanilərin fəaliyyətini istiqamətləndirməyə başlamışdılar. Yeni yaradılmış ruhani idarələrinin rəhbərləri Sovet hakimiyyətinə loyal münasibət bəsləsələr də, öz dövrlərinin görkəmli din xadimləri olmuş, mövcud şəraitin tələblərilə kifayətlənməyi məsləhət görən, bəziləri isə mövcud şəraitdən maksimum yararlanmağa cəhd edən müdrik ruhanilər idi. Məsələn, ZMRİ-nin ilk sədri Axund Ağa Əlizadə 1944-cü ilin iyun ayının 1-də Bakıdakı Təzəpir məscidində birinci moizəsində dindarları Sovet hökumətinə hörmət bəsləməyə, dövlətin bütün qanunlarına riayət etməyə və beləliklə də, “dini hifz etməyə” çağırmışdı.

    ZMRİ yenidən yaradıldıqdan sonra onun Nizamnaməsi təsdiq edilmiş və rəhbərliyi (şeyxülislam, müfti, ruhani idarəsinin üzvləri - qazılar) seçilmiş, elə həmin dövrdə Cənubi Qafqaz respublikalarındakı müsəlmanların dini birliklərinin yenidən qeydə alınmasına başlanılmışdır.

    Hərbi təcavüz və işğaldan əvvəl təkcə Azərbaycan SSR-də 3 minədək, 1927-ci ildə isə 1669 məscid fəaliyyət göstərdiyi halda, 1944-cü ildə ZMRİ-nin səlahiyyəti dairəsində cəmi 22 məscid və bir ədəd müqəddəs yer (Göy imam - Gəncə imamzadəsi), habelə 70-dək din xadimi qeydə alınmışdı. Yalnız 1941-1945-ci illər müharibəsindən sonrakı illərdə dindarların Həcc ziyarətinə getməsinə icazə verilmişdir.

    Onu da qeyd edək ki, bu dövrdə SSRİ ərazisində, xüsusilə də Azərbaycan SSR-də xristian dini icmalar müsəlmanlara nisbətən daha sərbəst olmuş, az sıxışdırdmış və onlara dövlət tərəfindən loyal münasibət bəslənilmişdir.

    Deyildiyi kimi, çar hökuməti 1823-cü ildə Cənubi Qafqazda şiə müsəlmanlarının şeyxülislamı, 1832-ci ildə isə sünni müsəlmanlarının müftisi vəzifəsini təsis etmiş və 1872-ci ildə bunların nəzdində iki müstəqil - sünni və şiə ruhani idarələri yaratmışdı.

    1944-cü ilin may ayında təsis edilən ZMRİ ölkəmizin müsəlman əhalisi arasında dini cərəyan ayrı-seçkiliyinə son qoyulduğunu nəzərə almış və hər iki müsəlman dini cərəyanına mənsub məscidlərə dini rəhbərliyin birgə həyata keçirilməsini vahid İdarədə cəmləşdirməyi mümkün hesab etmişdir.Azərbaycan, Gürcüstan və Ermənistan SSR-də müsəlmanların şiə və sünni təriqətlərinə mənsubluğu üzrə say nisbəti nəzərə alınmaqla, ZMRİ Heyətinin 7 üzvündən 4-nün şiə, 3-nün isə sünni nümayəndələri olması məqsədəuyğun hesab edilmişdi. İdarənin sədri vəzifəsini çoxluq təşkil edən şiə nümayəndəsi tutmuş və ona “şeyxülislam” vəzifəsi verilmişdi. Sünnilərin nümayəndəsi isə ruhani idarəsi sədrinin müavini vəzifəsini tutmuş və ona da “müfti” rütbəsi verilmişdi. Müfti şeyxülislamın müavini kimi ZMRİ-də yalnız maliyyə-təsərrüfat işlərinə nəzarət edirdi. Dini-məzhəb məsələlərində isə tam müstəqil idi.

    Keçmiş SSRİ məkanında yuxarıda adları çəkilən dörd böyük ruhani idarəsi yaradılsa da, bunlar dövlət strukturu olmadıqlarından, dövlətin yürütdüyü siyasətə qarışa bilməzdi. Dini təşkilatlarla dövlət orqanları arasında münasibətləri tənzimləmək və dini ayinlərdə sovet qanunvericiliyinə riayət olunmasını əməli cəhətdən təmin etmək zərurəti bu işlə məşğul olan dövlət orqanlarının yaradılması ehtiyacını yaratmışdı. Bununla əlaqədar, 1943-cü ildə SSRİ Xalq Komissarları Soveti yanında Rus-Pravoslav Kilsəsi İşləri üzrə Şura, 1944-cü ilin may ayının 19-da isə SSRİ Xalq Komissarları Sovetinin 572 nömrəli qərarı ilə digər regionlarda başqa dinləri əhatə edən Dini Ayin İşləri üzrə Şura təşkil edilmişdi.

    SSRİ hökuməti yanında Dini İşlər Şuralarının müttəfiq respublika, muxtar respublika və vilayətlərdəki müvəkkilləri yuxarıda göstərilən vəzifələri əməli surətdə həyata keçirməklə məşğul olurdular. Bu Şuıraların Azərbaycan SSR-də müvəkkilliyi 1944-cü ilin iyul ayının 9-da təşkil edilmişdi. Dini İşlər Şuralarmın Azərbaycan SSR üzrə ilk müvəkkili Bəybala Şahbazbəyov olmuşdur. Bu sahədəki işləri səmərəşdirmək və mərkəzləşdirmək məqsədilə SSRİ Nazirlər Sovetinin 8 dekabr 1965-ci il tarixli qərarına əsasən, Rus-Pravoslav Kilsəsi İşləri üzrə Şura və Dini Ayin İşləri üzrə Şuranın əsasında SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurası yaradılmışdı. Dini İşlər Şurası haqqında əsasnamədə göstərilirdi ki, o, SSRİ dövlətinin din sahəsində siyasətinin ardıcıl surətdə həyata keçirilməsini təmin etmək məqsədilə yaradılmışdır. Şuranın başlıca vəzifələri vətəndaşların “vicdan azadlığı”nı təmin edən SSRİ Konstitusiyasına və başqa sovet qanunlarına riayət edilməsinə, bütün ölkə ərazisində din haqqında sovet qanunlarının, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları və SSRİ Nazirlər Sovetinin qərarlarının düzgün tətbiq olunmasına nəzarət etmək idi. Şura yerli sovet orqanlarınm təqdimatı əsasında dini təşkilatları qeydə almaq və qeydiyyatdan çıxarmaq hüququna malik idi.

    Onu da qeyd etmək lazımdır ki, nə Dini İşlər Şurası haqqında Əsasnamədə, nə də qanunvericiliyin müvafiq bəndlərində ölkədə fəaliyyət göstərən dini təşkilatların mülkiyyətinin və əmlakının milliləşdirilməsi nəticəsində bu təşkilatların və ruhanilərin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklər baş vermişdi. Məscid, kilsə, sinaqoq, digər ibadət yerləri və ruhanilər dövlətin maddi yardımından tamamilə məhrum olunmuş, yalnız dindarların maddi yardımı ilə dolanmağa məcbur edilmişdilər. Çünki dinin dövlətdən ayrıldığını elan edən dekretə görə, din və onun təşkilatları dövlətin maliyyə dəstəyinə ümid bəsləyə bilməzdi. Bunların vəsaiti dindarların verdiyi könüllü nəzirdən və vətəndaşların sifarişi ilə dini ayinləri icra etməyə görə aldıqları haqdan ibarət idi. Sovet quruluşunun son illərində Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin məscidlərdən aldığı könüllü ianənin miqdarı əvvəlki dövrlərə nisbətən qat-qat çox idi. Əgər 1961-ci ildə Ruhani İdarəsinin illik mədaxili 35,2 min manat idisə, 1984-cü ildə 400 min manatdan çox olmuşdu.

    Sovet hakimiyyəti illərində məscidlərin sayının azalması təkzibedilməz faktdır. Bunun səbəbləri aydındır. Şəxsiyyətə pərəstiş dövründə inzibati-amirlik rejimindən doğan təzyiq, ruhani və dindar- ların düşmən sinif nümayəndələri adlandırılaraq amansız təqiblərə məruz qalmaları və s. nəticəsində vicdan azadlığı prinsipləri kobud surətdə pozulmuşdu. Əhalinin qorxudulması yolu ilə dindarlıq hissi bir növ adamların daxilinə qovulub gizlədilmişdi. Artıq din onların əməli işlərində təzahür etmirdi. Məscidlərin, kilsələrin, sinaqoqların əsassız olaraq bağlanması və dağıdılması, din xadimlərinin güllələnməsi, dindarların təqib edilməsi kimi qəddarlıqlar dindarlığın zahirən “azalmasma” səbəb olmuşdu. Yəni vətəndaşların böyük bir hissəsı öz dini hisslərini gizlətməyə məcbur olmuş, adamların dindarlığı onların daxilinə gömülmüşdü.

    Məhz belə siyasət nəticəsində əhalinin din sahəsindəki bilikləri olduqca məhdudlaşdırılmışdı. Əhali din haqqında yalnız ümumi və təhrif olunmuş məlumatlar əldə edirdi. Müsəlmanların (bu daha çox İslam dininə mənsub olanlarda müşahidə olunurdu) dini ayinləri icra etmək sahəsindəki fəaliyyət dairəsi də xeyli daralmışdı. Nəticədə cəmiyyətdə müxtəlif dini ayinləri yerinə yetirmək üçün müəyyən bir sinif - sovet dövrünün molla sinfi formalaşmışdı və əhali artıq özlərinin bacarmadığı dini ayinləri müəyyən pul qarşılığında həmin mollalara icra etdirməyə başlamışdılar.



    Sovet hakimiyyəti dövründə Azərbaycan SSR-də İslam dininin tədqiqi, digər dinlərin araşdırılması və öyrənilməsində də, bir növ, ayrı-seçkilik mövcud idi. Nəticədə Azərbaycan SSR-də Zərdüştiliyin və orta əsrlərdə Xristianlığın tarixinə dair xeyli ciddi elmi işlər meydana gəlmişdi. Lakin İslam dini haqqındakı nəşrlər əks təbliğat xarakteri daşıyırdı və onları sanballı elmi araşdırmalar sırasına daxil etmək olmazdı. Çünki həmin əsərlərdə yalnız Azərbaycanda İslam dini və ənənələrinin tənqidinə həsr olunmaqla yanaşı, belə bir rəy də aşılanırdı ki, guya İslam dini mentaliteti azərbaycanlılar üçün yaddır və əhaliyə ərəblər tərəfindən zorla qəbul etdirilmiş və yayılmışdır.

    Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, Şeyxülislam Axund Ağa Əlizadə 1954-cü ildə vəfat etdikdən sonra, region müsəlmanlarının həmin ildə çağırılmış III qurultayında Sabirabad məscidinin axundu Möhsün Həkimzadə şeyxülislam seçilmişdir. O, 1966-cı ildə vəfat etmiş, şeyxülislam vəzifəsi iki il boş qalmışdı. 1968-ci ildə Cənubi Qafqaz müsəlmanlarının IV qurultayında isə bu vəzifəyə Bakıdakı Təzəpir məscidinin axundu Molla Əliağa Süleymanzadə seçilmişdi. O, 1976-cı ildə vəfat edənədək şeyxülislam vəzifəsini daşımışdır. Cənubi Qafqaz müsəlmanlarının 1977-ci ildə çağırılmış VII qurultayı Göyçay məscidinin axundu Mir Qəzənfər İbrahimovu Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yeni sədr və şeyxülislam seçmişdi. Sovet gerçəkliyinə hörmətlə yanaşan M.Q. İbrahimov 1979-cu ildə vəfat etdikdən sonra onun yerinə hazırkı Şeyxülislam Allahşükür Paşazadə (Cənubi Qafqaz müsəlmanlarının 1980-ci ildə çağırıllmış VIII qurultayında) sədr seçilmişdir.
    Yüklə 27,82 Kb.

    Dostları ilə paylaş:
  • 1   2




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin