Mexaniki qarışıqlardan suların təmizlənməsi Maşınqayırma müəssisələrində suyun mexaniki qarışıqlardan təmizlənməsi xüsusiyyətindən, qatılılığından və tərkibindən asılı olaraq süzülmə, durulma, mexaniki hissəciklərdən ayrılması (mərkəzdənqaçma qüvvəsinin təsiri altında) və filtrdən keçirmə ilə aparılır.
Süzülmə - çirkab suların emalının birinci mərhələsidir ki, həm çirkab sularında 25 mm qədər olan iri ölçülü qarışıqlardan, həm də prosesin sonrakı emalında təmizləyici avadanlığın normal işinə mane olan liftdən təmizləyir.
Çirkab suları çərçivə konstruksiyalarından və lifti tutucularından keçirməklə süzürlər.
Çirkab sularını kiçik qatılığlı nazik dispersli mexaniki qarışıqlardan təmizləmək üçün filtrlərdən istifadə edilir. Filtirləmə fiziki, kimyəvi və bioloji metodlarla təmizləmədən sonra tətbiq edilir.
Çünkü bu metodların əksəriyyətində təmizlənən mayenin mexaniki qarışıqlarla çirklənməsi müşahidə edilir.
Maşınqayırma sənayesindəçirkab suların təmizlənməsi üçün istifadə olunan filtrlər 2 sinifə bölünürlər:
dənələri - bir biri ilə bağlanmayan məsaməli materiallardan hazırlanan
mikrofiltrlər – bir birinə bağlanan məsaməli materialdan hazırlanmış.
Filtrlərin quruluşuna aşağıdakı tələblər irəli sürülür:
a) filtrləmə filtr materialınının hissəciyinin ölçüsünün azalması istiqamətində getməlidir;
b) təmizlənən mayenin sərfi 15%-dan çox dəyişməməlidir (filtirdə
dəyişməz təzyiqdə);
c) filtrlərin layihəndirilməsi zamanı çirkli maddələrdən təmizləmək üçün müəyyən qurğulardan istifadə etmək lazımdır;
d) filtr materialları yüksək fiziki-mexaniki xassələrə (elastikliyə, sadəliyə, kimyəvi möhkəmliyə) və ucuz qiymətə malik olmalıdır.
Dənəvari filtrlərdəfiltr materialı kimi kvars qumlarından,
xırdalanmış şlaklardan (filizdən metal əridildikdən, habelə daş kömür yandıqdan sonra qalan qalıq), çınqıldan, antrasitdən (daş kömürün əla növü) və s. istifadə edilir.
Dənəvari filtirləri bir qatlı və çox qatlı hazırlayırlar.