Soyad: Höccətova Fakültə: Təhsil


Nitqin inkişafı zamanı baş vermiş problemlər



Yüklə 0,97 Mb.
səhifə3/4
tarix11.05.2023
ölçüsü0,97 Mb.
#111046
1   2   3   4
Xüsusi Təhsil

Nitqin inkişafı zamanı baş vermiş problemlər.
1 ayın sonunda yeməyə görə ağlamırsa.
4 ayın sonunda qiğıldamırsa və onunla danişan zaman gülmürsə.
7 ayın sonunda yaxın adamların səsini tanımırsa.
9 ayın sonunda vağ-vuğ etmirsə və böyüklərə baxaraq səsləri oxşatmırsa.
1 yaşın sonunda sadə əmirləri etmirsə gətir-göstər və s.
2 yaşın sonunda bədən üzvlərini göstərmirsə yaxın adamlarını şəkildə tapa bilmirsə.
2.5 yaşın sonunda böyük-kiçiyi fərqləndirmirsə.
3 yaşın sonu kiçik şeir və nağılın məzmununu anlamırsa məzmununu qısada olsa danışmırsa və suallara cavab vermirsə.
4 yaşında heç bir rəngi tanimirsa və şeir deyə bilmirsə.

Psixi və nitq proseslərinin formalaşdırılmasında bioloji və sosioloji amillərin birliyi prinsipi nitq sisteminin yaranmasına nitq mühitinin, ünsiyyətin, emosional əlaqə və digər faktorların göstərdiyi təsiri, müəyyən etməyə imkan verir. Nitq mühitinin mənfi təsiri dedikdə buna


valideynləri lal-kar olan, zəif eşidən uşağın ailəsində əsəbi vəziyyəti demək olar.Məktəbəqədər yaş dövründə uşaqların nitqi tez zədələnə bilən funksional sistem olduğundan və mənfi təsirlərə asan məruz qaldığından, məhz bu dövrdə bu və ya digər səbəblərdən nitq qüsurları daha çox özünü göstərir.
Məktəbəqədər yaş dövründə daha çox müşahidə edilən nitq qüsurları: l, r samitlərinin qüsurlu tələffüzü, nitq sürətinin ləng və ya tez olması, səslərin qarışdırılması və böyükləri yamsılamaq nəticəsində meydana çıxır.
Qeyd etmək lazımdır ki, nitqin pozulması, onun inkişafının ən böhranlı mərhələlərində 1 yaşla 2 yaş arasında, 3 yaşında və 6-7 yaşlarında baş verə bilər.
Tədqiqatlar göstərirki 6 yaşına qədər uşaqlarin 30 % dən coxu tələffüs qüsurlarına malikdir. Nitq qüsurlarını yaradan səbəblər hansılardı? Nitq qüsurlarını yaradan səbəblər bunlardı mərkəzi nitq aparatının zədələnməsi periferik nitq aparatında problemlər irsiyyət psixo-sosial amillər. Nitq qüsurlu uşaqlar bir qayda olaraq həyatindan küskün əhval-ruhiyyədə olurlar. Nitq qüsurları çox zaman uşaqlarda kompleks özünə inamsızlıq yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar baxçaya və ya məktəbə getmək istəmirlər. Elə psixika var ki nitqi elə nitq var ki psixikani geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitqi yoxdursa bu onun psixoloji aləminə təsir edir. Buna görədə uşaqla defektoloji-loqopedik iş apararılarkən mütləq onun psixoloji səviyyəsi bacarığı yaşı diqqəti və aktivliyi nəzərə alınmalıdır.

Nitq qüsurları 2 yerə ayrılır:


1 Şifahi nitq qüsurları
2 Yazılı nitq qüsurları
Şifahi nitq qüsurları bunlardır: Dislaliya,alaliya,dizartriya,rinolaliya,disfoniya afoniya,afaziya,kəkələmə,bradilaliya,taxilaliya.
Yazılı nitq qüsurları bunlardır: disleksiya,aleksiya,disqrafiya,aqrafiya.

Dislaliya-dis-pozğunluq laliya-nitq deməkdir. Nitq 5 yaşına kimi uşaqlarda tam formalaşıb bitir amma bəzi uşaqlarda bu yaş həddini keçmələrinə baxmayaraq onlarda səs tələffüzü qüsurları qalmaqda davam edir.Dislaliyanın 2 növü var: Sadə dislaliya və mürəkkəb dislaliya.


Sadə dislaliya 4 səsə qədər olan qüsurdu. Mürəkkəb dislaliya isə 4 və daha artiq səslərin qüsurlu teleffuzüdür.
Səs qüsurlarını aradan qaldırılmasının 3 üsulu var:
1 Yamsılama
2 Mexaniki (zondların kömeyi ilə)
3 Qarışıq ( hər iki üsulla)

Alaliya A-inkar şəkilçisi laliya –nitq deməkdir. Uşağın bətndaxili və ya erkən inkişaf dövründə baş beyin qabığının üzvi zədələnməsi nəticəsində nitqin olmamasidir. Alaliya 2 növə ayrılır motor və sensor. Motor alaliya- nitq hərəki analizatorunun fəaliyyətinin pozulmasıdır. Sensor alaliya ise nitqi qavrama analizatorunun fəaliyyətinin pozulmasıdır. Sensor alaliyalı uşaqlarda exolaliya (təkrarlanma) da özünü göstərir.


Afaziya – baş beynin lokal zədələnməsi nəticəsində nitqin tam və ya qismən itməsidir. Bu qüsur beyinə qan sızma beyin damarlarının trombozu beyin qan dövranının pozulması kəllə-beyin zədələnməsi nəticəsində yaranır.


Rinonaliya-( tın-tınlıq yəni burunda danişma) nitq aparatının anatomik-fizioloji qüsuru nəticəsində səs tələffüzünün və səs temprini pozulmasıdır.Rinolaliyanın 2 növü var:
1.Qapali rinolaliya
2.Açıq rinolaliya

Qapalı rinolaliyanında 3 növü var:


1.Ön qapalı rinolaliya- burun divarlarının əyriliyi burun boşluğunda olan polip şişlərin nəticəsidir.
2. Arxa qapalı rinolaliya- uşaqlarda ən çox adenoidlərin böyüməsi burun-boğaz şişlərinin nəticəsidir.
3. Funksional qapalı rinolaliya- burun boşluğunun normal keçidi zamanı burun tələffüzünün pozulmasıdır.

Açıq rinolaliya üzvi və funksional ola bilər. Üzvi açıq rinolaliyaya misal olaraq yumşaq və bşrk damağın parçalanmasını göstərmək olar. Funksional açıq rinolaliya zamanı yumşaq damaəın ləng artikulyasiyasi ola bilər.


Dizartriya- nitq aparatının inervasiyası çatıçmamazlığı nəticəsində nitq tələffüzünün pozulmasıdır.
Disfoniya-Səs tellərinin pataloji pozulmasıdır.
Afoniya-Səsin tam batmasıdır.
Bradilaliya-Nitq tempinin pataloji yavaşlaşmasıdır.
Taxilaliya-Nitq tempinin pataloji tezləşməsidir.
D
isleksiya oxu prosesinin qismən pozuntusu deməkdir. Həriflərin tanınmaması,hecalarda və hecaların sözlərdə birləşməsi ilə bağlı çətinliklər oxunun ləngiməsinə, sözün səs formasının səhv əks olunmasına, hətta ən sadə mətinin səhv başa düşülməsinə səbəb olur. Ağır dərəcəsi aleksiya adlanır. Aleksiya oxu prosesinin formalaşmamasıdır.
Disqrafiya yazı prosesinin qismən pozuntusu deməkdir. Ağır dərəcəsi aqrafiya adlanır. Aqrafiya yazı prosesinin formalaşmamasıdır.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin