4. Sintetik yuyucu vasitələr haqqında ümumi məlumat
Suyun səthi gərilməsini azaldan yuma və islatma qabiliyyətinə malik olan maddələrə yuyucu vasitələr deyilir. Bu vasitələrin tərkibində onların istismar xassələrini yaxşılaşdıran başqa maddələr də ola bilər.
Ən mühüm yuyucu vasitələr təbii sabun və sintetik yuyucu vasitələrdir. Sabunun tərkibi başlıca olaraq təbii və sintetik yağ turşularının natrium və kalium duzlarından, həmçinin qətran və naften turşularından ibarətdir. Bu duzlar suda həll olur və yuyucu təsiri ilə fərqlənir. Ölkəmizdə istehsal edilən yuyucu vasitələrdən ən geniş yayılanı yağlı sabunlardır ki, bunlar da yağlarla yeyici qələvilərin qarşılıqlı təsirindən alınır. Bunlar kalium və ya natrium duzlarının yağ turşuları ilə qarışığından, başlıca olaraq stearin C17H35COOH , palmitin C17H31COOH və oliendən C17H33COOH turşularından ibarətdir. Bərk yağların və onların yağ turşularının natrium qələvisi ilə qarşılıqlı təsirindən bərx sabun, maye yağların və yağ turşularının natrium qələvisi ilə qarşılıqlı təsirindən isə mazaoxşar sabun almır. Kalium qələvisindən istifadə etdikdə, hətta bərk yağlardan və onların yağ turşularından da mazaoxşar və maye sabunlar alınır. Natrium sabununun kimyəvi, quruluşunu ümumi düsturla R-COONa ifadə etmək olar, burada R /doymuş, yaxud doymamış / karbohidrogen radikalıdır ki, bunun da zəncirində 8-21 karbon atomu olur. Yağların hissələrə ayrılması, yaxud yağ turşularından sabun əmələ gəlmə reaksiyasi ümumi halda aşağıdam kimi ola bilər.
R-COOH+NaOH-> R-COONa +H20
Yağlı sabunlardan fərqli olaraq bir çox sintetik yuyucu vasitələr karbon duzlarında deyil, üzvü sulfat və yaxud kükürd turşulu efirlərdən ibarətdir. Onların kimyəvi quruluşu ümumi halda R-S03Na (sulfat) düsturları ilə ifadə olunur. Buradan karbohidrogen radikalının da yağlı sabunda olduğu kimi təxminən eyni uzunluqda
zənciri vardır. İstifadə üsullarına görə yuyucu vasitələr yüksək köpükyaradıcı (normalaşdırılmayan) və zəif köpükyaradıcı (normalaşdırılan) növlərə bölünürlər. Yüksək köpükyaradıcı xüsusiyyətə malik yuyucu vasitələr əl və aktivator tipli yuyucu maşınlarda, zəif köpükyaradıcı vasitələr isə avtomat və yarımavtomat tipli maşınlarda yuma üçün nəzərdə tutulub.
Kimyəvi təbiətinə və əsas yuyucu vəsaitin tərkibinə görə bütün yuyucu vəsaitləri 2 əsas qrupa bölürlər:
1. yağlar və onların əsasında alınan yağ turşularından, habelə əvəzedicilərdən hazırlanan sabunlar;
2. qeyri-yağ tərkibli xammallardan alınan sintetik yuyucu vəsaitlər.
Məişət sintetik yuyucu vasitələr təyinatından asılı olaraq aşağıdakı qruplara bölünür:
1. yun və ipək parçaları yumaq üçün vasitələr (1%-li məhlulun pH 7-8,5);
2. pambıq və kətan parçaları yumaq üçün vasitələr (pH 10-11,5);
3. müxtəlif parçaları, o cümlədən kimyəvi liflərdən olan parçaları yumaq üçün universal tipli vasitələr;
4. kobud və çox çirklənmiş parçaları, əsasən xüsusi geyimləri yumaq üçün vasitələr;
5. tualet məqsədləri üçün vasitələr (saç üçün şampunlar və s.);
6. qablar, avadanlıq, ev şeyləri yumaq üçün vasitələr
Yun, ipək və başqa qiymətli (nazik və rəngli) parçaları yumaq üçün ilk alkilsulfatlar (C12-C16) və natrium sulfatdan (elektrolit) ibarət yaxşı keyfiyyətli tozlar tətbiq edilir. Yun və ipək parçaları yumaq üçün maye preparatlarda elektrolitlər olmur. Onlara alkilamidlər və s. qatılır. Daha ucuz vasitələrdən alkilsulfatın müəyyən hissəsini (yarısına qədər) alkilarilsulfatlar əvəz edir. Sintetik liflərin tətbiqi ilə hazırlanan pambıq və kətan parçaları yumaq üçün olan yuyucu vasitələr alkilsulfat və alkilosulfanat əlavə etməklə ən çox alkilarilsulfonatlardan hazırlanır. Bu vasitələrin tərkibinə karboksilmetilsellüloza, alkiloamidlər, natrium tripolifosfat və 10-15%-ə qədər susuzlaşdırılmış soda daxildir.
Dostları ilə paylaş: |