Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 18.28 Kb.
tarix13.06.2017
ölçüsü18.28 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №10

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Azərbaycan dili və nitq mədəniyyəti

Rəhbər:Qəhrəmanova Çinarə

Sərbəst işin mövzusu:Ünsiyyət mədəniyyəti,danışıq etikası




BAKI-2015

Nitq mədəniyyətinin əsas müddəalarından biri danışıq etikası ilə bağlıdır. Etika insanların bir-birinə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışığı və əxlaq normalarını özündə ehtiva edir.

Etikaya görə əxlaq cəmiyyətdə, insanlar arasında qarşılıqlı münasibətləri nizamlayır. Etika mövcud adət-ənənələrə tənqidi yanaşmaqla insanlara cəmiyyətdə ictimai rəyə əsaslanıb əxlaq normalarını könüllü yerinə yetirməyi aşılayır. Etik normalar əxlaqi keyfiyyətlərin toplusudur. Xalqımızın görkəmli şəxsiyyətləri, yazıçı və mütəfəkkirləri insanın təhsili, tərbiyəsi, mənəvi-əxlaqi keyfiyyətləri haqqında qiymətli fikirlər söyləmişlər.

N. Tusi yazırdı: “Böyüklər danışarkən kinayə işlətməməli,... nalayiq sözlər söyləməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarananda onu obrazlı, məcazi ifadələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisdə münasib danışmağı bacarmalıdır” . Müraciət formalarından düzgün və yerində istifadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Əvvəllər, XVIII və XIX əsrin birinci rübündə Azərbaycanda xanlıqlar zamanı xan, xanım, bəy, bəyim, ağa sözləri müraciət formaları kimi çox işlək olmuşdur. Məşədi, hacı, kərbəlayi, seyid, şeyx, axund, molla sözləri dini müraciət formasını təşkil etmişdir və indi də qalmaqdadır. Xalqımızın milli ənənələrinə, təfəkkür tərzinə, etik görüşlərinə uyğun olaraq son 70 ildə yoldaş, müəllim, bəy sözləri, indi isə cənab sözü rəsmi və qeyri-rəsmi müraciət formaları kimi istifadədədir. Söz təkcə adlandırma və ünsiyyət funksiyasını deyil, həm də müraciət funksiyasını yerinə yetirir.



Ünsiyyət dеdikdə biz nitq və nitqdən kənar təsirin köməyi ilə həyata kеçirilən qarşılıqlı münasibəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə еtmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirinə dеyilir.
Ünsiyyət müxtəlif vasitələrlə həyata kеçirilir. Onların içərisində nitq xüsusi yеr tutur. Ünsiyyətin еksprеssiv mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası – bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır. Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli, ünsiyyət hər şeydən əvvəl obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü ünsiyyət prosesinin məhsuludur.

Psixologiyada ünsiyyətin müxtəlif və çoxsaylı tipologiyası var. Bunlar aşağıdakılardan ibarətdir:

-işgüzar ünsiyyət

- diaqnostik ünsiyyət

- tərbiyəvi ünsiyyət

- intim- şəxsi ünsiyyət.

Işgüzar ünsiyyət еlə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa aydın saziş, söhbətin həllini nəzərdə tutur. Məsələn, həmkarlar, rəis və tabеçilikdə olan şəxs və s. Burada tərəfdaşların hər birinin statusu müəyyən olunur.

İşgüzar ünsiyyət mədəniyyətinin mühüm elementlərindən biri kollektivdəki qarşılıqlı münasibətlərdir. Bu münasibətlərin əsasını humanizm, ədalət, xeyirxahlıq və inam təşkil etməlidir. Onlar demokratik əsasda və istehsalın, kollektivin tələblərini qarşılıqlı surətdə dərk etmək əsasında formalaşmalıdır. Əgər hər hansı bir şəxs müdir və ya hansısa başqa bir vəzifədədirsə, bu münasibətlər əsasında bu rəhbərlərin aşağıdakı davranış qaydaları durmalıdır:

1. Yaddan çıxarmamaq lazımdır ki, bu şəxs yalnız işdə müdir olmalıdır, başqa hallarda isə həmsöhbət olmağa çalımalıdır;

2. Tabeçiliyində olanları dinləməyi öyrənməli, onların yeni ideyalar və tövsiyyələr söyləmək arzularını, istəklərini mükafatlandırmalı və onlara qarşı diqqətli olmalıdır;

3. Tabeçiliyində olanlardan müəyyən qaydaları gözləməyi tələb edərək özü də onu gözləməlidir.

4. Tabeçiliyində olanların zəif cəhətlərini bilmək, lakin onu gözə soxmaq lazım deyil;

5. İnandırma zamanı bütün imkanlar və vasitələr qurtarmamış hakimiyyətindən istifadə etməməlidir;

6. Qışqırmamalıdır. Qışqıran adam pis eşidilir. İşgüzar söhbətlərdə söyüşə və təhqirlərə yol verməməlidir;

7. İmkan daxilində yumor hissini itirməməlidir və gərginliyi aradan qaldırmaq üçün ondan istifadə etməyi bacarmalıdır;

8. Ehtiyac olmadığı hallarda hakimiyyətdən istifadə etməyə qaçmamalıdır. Yaxşı iş üçün həmişə təşəkkür etmək lazımdır.

9. Nöqsanı yaxşı olar ki, dərhal göstərə. Onu öyüd üçün, məsləhət üçün toplamaq lazım deyildir;

10. Əgər təklif həmin şəxsi təmin etmirsə, onu kobud formada rədd etməməlidir. Nəzakətlə faydasız təklifin qəbul edilə bilməməsini deməli və təklif üçün təşəkkür etməlidir;

11. Vəziyyətdən və şəraitdən asılı olmayaraq tabeçilikdə olanların ciddi, obyektiv xarakteristikasını verməlidir;

12. Savadlı, səriştəli rəhbərlik rəhbərlərin tabeçilikdə olanlara obyektiv yanaşmasına əsaslanmalıdır;

13. Əməkdaşların xüsusilə də kənar şəxslərin iştirakı ilə tabeçiliyində olanların nöqsanlarını göstərmək pis təsir bağışlayan cəza tədbiridir və çalışmaq lazımdır ki, bu şəraitdə nöqsanların göstərilməsindən qaça bilsin;



14. Rəhbər öz günahlarını tabeçiliyində olanların üzərinə yıxmamalıdır. Əksinə kənar şəxslərin yanında tabeçiliyində olan işçilərin günahını öz üzərinə götürməlidir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə