182
cıla rımızın namusu tapdalanıb, körpələrimiz süngülərə keçirilib, dünya
susub. İki yüz ildi bu yerlərdə türk-müsəlman qanı tökülür, bizi yerli-dibli
yox etmək istəyirlər, varlığımızdan döndərmək istəyirlər. Dünya birlikləri
bu biabırçılıqlara susur, dinmir. Əlimizi, dilimizi tərpədib bir söz demək
istəyəndə, haqqımız uğrunda iş görmək istəyəndə bizə terrorçu deyirlər,
halbuki terrorun əsasını qoyanlar xristianlar özləri olub. Ötən əsrin 20-ci
illərində qan-qırğın üzərində İrəvan mahalı ərazisində rus istilaçılarının
hesabına terrorçu Ermənistan yaradıldı, dünya xaçpərəst birlikləri bu
dövlətin qanlar üstündə bərqərar olmasına rəvac verdilər, ancaq məsələyə
çox dərindən varanda biz xaçpərəstlərin hisslərini də, demokratiyasını
da, demokratiya adı altındakı gedişlərini də başa düşürük. Bu yaxınlarda
yetmişdən çox insanı həyatdan mərhum edən və neçələrini yaralayan
norveçli xristian qatilə 20 il iş kəsdilər, o dəmir barmaqlıqlar arxasından
dönə-dönə törətdiyi kütləvi qətliamdan peşman olmadığını etiraf edir və
bu qərara tam şüurlu surətdə gəldiyini dilə gətirir, amma bu terrorçuya
cəmi 20 il iş kəsdilər. Nəyə görə, çünki o xaçpərəstdir. Müsəlman aləminə
başdan-başa terrorçu kimi baxan inkişaf etmiş ölkələrin xristian birlikləri
niyə bu dəhşətə susdular? Bəs görəsən, bu düşüncə xaçpərəst ölkələrini
hara aparır? Qana, qırğına, dini düşmənçiliklərə… Onlar bu dar düşüncə
tərzi ilə dünya ilə nə etmək istəyirlər? Avropada ağıllı başlar yenə etiraf
etməyə başlayıblar ki, irqi ayrı-seçkilik günbəgün onların məkanlarında
alovlanmağa başlayıb. Bunun qarşısı alınmasa sonrakı illər çox dəhşətli
hadisələr baş verə bilər…
Dostları ilə paylaş: