Sözü ingiliscədən tərcümədə


Windows əməliyyat sistemində qrup fayllarını işarə eimək üçün şablon­lar­dan (pattern) istifadə etmək olar



Yüklə 49,39 Kb.
səhifə3/11
tarix11.05.2023
ölçüsü49,39 Kb.
#111205
1   2   3   4   5   6   7   8   9   10   11
əməliyyat sistemləri

Windows əməliyyat sistemində qrup fayllarını işarə eimək üçün şablon­lar­dan (pattern) istifadə etmək olar. Şablonda qlobal simvollardan (şablonun simvoları) istifadə etməklə faylın adı və ya genişlənməsi işarə olunur. Bu * (ulduz) ? (sual işarəsi) simvollarıdır.
Faylın adında (genişlənməsində) * – ulduz işarəsi onu göstərir ki, bu mövqedən başlayaraq adın (genişlənmənin) sonuna kimi ixtiyari mümkün işarə ola bilər. Məsələn, *.DOC – genişlənməsi .DOC olan bütün fayllar, METOD.* – adı METOD olan (METOD.DOC, METOD.EXE, METOD.TXT və s.) istənilən fayl, AZ*.DOC – genişlənməsi DOC olan, adı AZ –la başlayan fayllar, *.* – bütün fayllar.
Faylın adında və ya genişlənməsində ? – sual işarəsi onu göstərir ki, bu mövqedə yalnız bir ixtiyari mümkün işarə ola bilər. Windows ƏS-də faylın adında və ya genişlənməsində bir neçə ? - sual işarəsi ola bilər. Məsələn, PROG?.EXE – PROG ilə başlayan adın beşinci mövqeyi istənilən simvol ola bilər (PROG1.EXE, PROGA.EXE, PROGD.EXE və s.).
Qlobal simvollardan (* və ya ?) faylların axtarışında, yerdəyişməsində, köçü­rül­mə­sində və silinməsində çox geniş istifadə olunur. Faylların ad və geniş­lən­mə­sində böyük və kiçik hərflər eyni qəbul olunur. Yəni maa.txtMAA.TXT eyni faylı təyin edir. Bu eyniliyi UNIX tipli ƏS-ləri üçün qəti şəkildə demək olmaz.
Qeyd etmək lazımdır ki, MS DOS əməliyyat sistemində MS DOS qurğularını işarə etmək üçün məlum adlardan istifadə olunur ki, faylları adlandırarkən bunlardan istifadə etmək olmaz. Bu adlardan MS DOS–un əmrlərində informasiyanın kompüterin qurğuları ilə giriş və çıxışını təşkil etmək üçün istifadə olunur. Məsələn, PRN adi printeri göstərir, buna görə də MS DOS–un əmrlərində faylın adı yerinə PRN göstərdikdə uyğun verilənlər çapa çıxır. MS DOS qurğularının adları aşağıdakılardır:


Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin