DRAM: Dynamic Random Access Memory (Dinamik RAM)
Ən populyar yaddaş növüdür.
SRAM: Statik RAM
Daha yüksək sürət ilə, daha bahalı yaddaş növüdür. SRAM-ın periodik olaraq yenilənmə ehtiyacı olmadıgı halda, DRAM üçün periodiki yenilənmə vacibdir.
Bəzi RAM xüsusiyyətləri:
Access Time
“Access Time” prosessorun yaddaşdan məlumatı oxumaq üçün lazım olan minimum zamandır. Nanosaniyə ilə ifadə edilir.
Latency/Gecikmə
RAM-ın nə qədər yavaş ola biləcəyinin ölçüsüdür. Aşağı gecikməli RAM-lar yüksək gecikməli RAM-lardan daha sürətlidir, çünki prosessora daha tez cavab verə bilirlər. CL “Low Latency/Aşağı gecikmə” səviyyəsini ifadə edir.
RAM Paketləri:
SIMM – Single İnline Memory Module: Tək sıralı yaddaş moduludur.
DIMM – Dual İnline Memory Module: İki sıralı yaddaş moduludur. SDRAM-ların başlanğıcı DIMM modulu olmuşdur. Notebook-lar üçün So-DIMM (Small Outline DIMM) adlandırılan növləri istifadə olunur.
DIMM RAM çipləri PCB üzərində tək bir üzdə olarsa bu modul “Single Sided” olaraq adlanır. PCB-nin hər iki üzündə də RAM çipləri varsa bu DIMM modulu “Double Sided” RAM olaraq ifadə edilir. “Double Sided” RAM modulları digərlərinə nisbətən daha qalındır və bəzi anakartlarda digər slotlara da RAM yerləşdirilə bilməsinə mane ola bilər. Bəzi anakartlar “Double Sided” bir DIMM modulunu qəbul etməyə bilir. Anakartların hansı RAM modullarını dəstəklədiyi anakart kitablarında və rəsmi internet səhifələrində yazılmış olur.
Dostları ilə paylaş: |