Sıra sayı Mövzular Mühazirə


FAYLLARIN YERLƏŞMƏ CƏDVƏLİ



Yüklə 0,77 Mb.
səhifə24/103
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#34839
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   103
sistem proqramlasdirmasi ve emeliyyat sistemleri aze

FAYLLARIN YERLƏŞMƏ CƏDVƏLİ

Kompüterlə iş prosesində diskin məzmunu dəyişir. Yəni yeni fayllar əlavə olunur, lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. Bu əməliyyatları yerinə yetirmək üçün fayllar arası diskin paylanmasına fasiləsiz nəzarət olunmalıdır. Fayl sistemi kompüterdə faylların saxlanmasını və onların idarəsini təmin edir. Bir çox fayl sistemləri var: NTFS, FAT16, FAT32, CDFS, UDF və s. MS DOS-da bu məsələ faylların yerləşmə cədvəlinin (FAT - File Allocation Table) köməyi ilə həll olunur. Hər bir fayl üçün FAT-da elementlərin zənciri yaradılır. Bunların hər biri sabit uzunluqlu sahəni göstərir ki, diskdə faylın bir hissəsi burada yerləşir. Faylın adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi olur. Faylın silinməsində FAT-ın elementləri və onlara ünvanlanan verilənlər sahəsi boşalır ki, bu sahədən digər fayllar üçün istifadə etmək mümkündür.



Fayl sisteminin (FS) əsas anlayışlarından biri klasterdir.

Klaster (ing. cluster) — diskdə olan minimal məlumat ölçüsüdür. Məsələn, sizin faylınızın həcmi 1 bayt təşkil edir, klasterin ölçüsü isə 8 Kb-dır. Nəticədə faylın diskdəki həcmi 1 bayt yox 8 Kb olacaq. Əgər fayl 8.1 Kb-dırsa o diskdə 16 Kb (iki klaster) həcm tutacaq. Burada FAT 32 (File Allocation Table) və NTFS (New Technology File System) fayl sistemlərindən hansının sizin kompüter üçün uyğun olduğunu aydınlaşmağa çalışaq.

Birinci növbədə hər şey sizin kompüteri hansı məqsədlə istifadə etdiyinizdən və onun nə qədər operativ yaddaşının olmasından asılıdır. Nəzərə almaq lazımdır ki, NTFS yüklənən servislərinin sayına və təhlükəsizlik sisteminə görə FAT-a nisbətən daha güclü kompüter tələb edir. Əgər sizin kompüterinizin operativ yaddaşı 128 Mb-dan azdırsa, siz NTFS barədə düşünməyə bilərsiniz. Fayl sistemi kimi FAT 32 sizin üçün sərfəli seçimdir. FAT 32-nin əsas üstünlüyü sürətli olması və daha az yaddaş tələb etməsidir. Əgər sistem yalnız FAT 32-də çalışırsa, bu zaman NTFS üçün tələb olunan drayverlər və servislər yaddaşı yükləməyəcək. FAT 32-də çalışan diskin həcmi 8 TB qədər ola bilər. Bir faylın maksimum həcmi isə 4 Gb. FAT 32 fraqmentasiyaya daha meyllidir (xüsusilə disk 80% dolduqdan sonra). Bu da diskin işini əməlli çətinləşdirə bilər.

Üstünlükləri:

1. Operativ yaddaşa olan tələbatın azlığı.

2. Orta və kiçik həcmli fayllarla işin effektli olması.

3. Defraqmentasiyası üçün yaxşı utilitlərin olması.

Mənfikləri:
1. Sistem səhvlərindən müdafiənin zəifliyi.

2. Böyük həcmli disklərlə işin ləng olması.

3. Fraqmentasiya zamanı diskin işinin ləngiməsi.

4. Çoxlu fayl olan kataloqlarla zəif işləməsi.

5. Kiçik həcmli klasterləri dəstəkləməməsi.

NTFS-in üstünlüyü isə onun təhlükəsizliyidir. NTFS sistemi FAT 32-yə nisbətən daha gec dağılır. Məsələn, sistemdə bir neçə prosses fəaliyyətdə olarkən kompüterin sönməsi zamanı və s. bu kimi hallarda NTFS daha dözümlüdür və demək olar ki hər dəfə sistem səhvsiz bərpa oluna bilir. Həmçinin NTFS-in öz şifrələnmə sistemi var ki, bu da məlumatın saxlanmasında arxayınlıq yaradır.

Üstünlükləri:
1. Kiçik həcmli fayllarla işin sürətli olması.

2. Səhvlər zamanı sistemin rahatlıqla bərpa olunması.

3. Məlumatın effektli qorunması.

4. Böyük məlumat massivləri və kataloqlarla işin sürətli olması.

5. Klasterin həcmi çox kiçik təyin edilə bilər.

Mənfilikləri:


1. Operativ yaddaşa tələbatın çox olması.

2. Sistem kiçik və sadə bölmələr üçün effektli deyil. (1 Gb-a qədər)

3. Klasterlərin doldurulması alqoritmi ideal deyil və fraqmentlənməklə nəticələnir.

4. Adi üsullarla (Windows-daxili imkanlarla) defraqmentasiyanın mümkünsüz olması.

Nəticədə görünür ki, hər iki sistemin mənfilikləri və müsbət cəhətləri var. Lakin, müasir kompüterə sahib olanlar üçün NTFS-in bir neçə mənfiliyini silmək olar. Demək, günümüzün kompüterinə sahib olan hər kəs, sisteminin təhlükəsizliyini təmin etmək üçün NTFS-dən istifadə edə bilər.

Əgər NTFS quraşdırmaq istəsəniz, onu təmiz diskə quraşdırın və ya vinçesteri birbaşa bu sistemdə formatlayın. FAT-da olan diski NTFS-ə çevirməyin. Bu faylların güclü fraqmentlən­məsi ilə nəticələnir.

Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkün olur. Çatışmayan cəhəti isə ondadır ki, faylların silinməsi, yaradılması və tutumunun dəyişdiril­mə­sində diskin fraqmentasiyasıdır (boş sahələrin yaradılması). Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur. Fraqmentasiyanı aradan qaldırmaq üçün DEFRAG proqramından istifadə olunur.

Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan böyük bir sahəni tutur.Yaddaş verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü 512 bayt təşkil edir.

Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən təyin olunur. Böyük ölçülü klasterlərdən istifadə diskin fraqmentasiyasını azaldır. Bundan başqa bu FAT-ın ölçüsünün kiçilməsinə və sürətin artmasına səbəb olur. Digər tərəfdən isə olduqca böyük ölçülü klasterlər disk sahəsindən qeyri-effektiv istifadəyə gətirir. Məntiqi diskin ölçüsü böyük olduqda klasterin də ölçüsü böyük olur. Klasterin ölçüsünün kiçildilməsini sərt diskin bir neçə məntiqi disklərə bölmək ilə həyata keçirmək olar.

Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 bit olur. Aşağıdakı cədvəldə MS-DOS və Windows ƏS üçün FAT16 və FAT32 fayl sistemindən istifadə edərkən müxtəlif ölçülü disk sahələri üçün klasterlərin ölçüsü göstərilib.

Cədvəl 1.

FAT 16







Klasterin ölçüsü



Məntiqi diskin ölçüsü




ƏS-nin tipi




2 Kbayt




0128 Mbayt


MS - DOS





4 Kbayt




128-256 Mbayt




8 Kbayt




256-512 Mbayt




Windows




16 Kbayt




5121 Qbayt




32 Kbayt




12 Qbayt




FAT 32

0260 Mbayt







0,5 Kbayt




260 Mbayt



 

 

Windows






4 Kbayt




8 Qbayt




8 Kbayt




816 Qbayt




16 Kbayt




1632 Qbayt




32 Kbayt




32 Qbayt

2 Tbayt


 

Etibarlığı təmin etmək üçün yükləyici yazıdan sonra bir-birinin ardınca FAT -ın iki surəti yerləşir. Amma MS-DOS FAT -ın ikinci surətindən istifadə etmir. Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 ola bilər.

FAT -da faylların yerləşməsi, diskdəki boş sahələr, xarab bloklar və diskin formatının kodu haqqında məlumatlar yerləşir. FAT-ın birinci iki elementinin birinci baytında diskin formatının kodu, digər 2 və ya 3 baytda isə FFh yerləşir. Disklərin formatlarını işarə etmək üçün aşağıdakı kodlardan istifadə olunur.

F0h DS (Double Sided-ikitərfli)/HD(High Density-yüksək sıxlıqlı)-3.5 düym 18 sektorlu disket;

F8h sərt disk;

F9h DS/QD (Quadraple Density-dördqat sıxlıqlı)-5.25 və ya 3.5 düym, 9 sektorlu disketlər

Diskin hər bir klasterinə FAT-ın eyni nömrəli elementi uyğundur. FAT-ın sıfır və birinci elementləri diskin formatının kodu üçün istifadə edildiyindən cədvəl elementlərinin nömrələn­məsi 2-dən başlayır. Rahatlıq üçün klasterlərin də nömrələnməsi 2-dən başlayır.

FAT12-nın hər bir elementinin kodu 3, FAT16-nınkı isə 4 onaltılıq rəqəmdən təşkil olunur. Beləliklə, aşağıdakı kodlardan istifadə olunur:

(0)000h klaster boşdur;

(0)003h(F)FEFhfaylın növbəti klasterinin nömrəsi;

(F)FF7h zədəli klaster;

(F)FF0h(F) FF9h ehtiyat klasterlər.

Şəkildən göründüyü kimi kataloqda pr1.txt faylının birinci klasterinin nömrəsi yerləşir. Bu nömrə eyni zamanda FAT-a giriş noqtəni təyin edir. Burada yerləşən FAT-ın elementi eyni zamanda faylın növbəti klasterini və FAT-ın növbəti elementini göstərir. Bu, cədvəl elementində faylın sonunu göstərən işarə olana kimi davam edir.

Qeyd edək ki, FAT fayl sistemi MS-DOS və Windows 9x ƏS-də istifadə olunur. Windows NT və Windows 2000 ƏS-də isə NTFS (NT File System) - NT fayl sistemindən, UNIX əməliyyat sistemində isə onun versiyasından asılı olaraq bir neçə fayl sistemlərindən istifadə olunur. Daha bir HPFS fayl sistemi mövcuddur ki, bu da FAT-ı OS/2 və Windows NT ilə əvəz etmək üçün nəzərdə tutulmuşdur.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin