Klaviatura. Qızğın klavişlər
Daxil etmə dilinin tənzimlənməsi
Windows əməliyyat sistemini idarə etmək üçün təkcə siçan qurğusu yetərli deyil. Ona görə də klaviatura qurğusuz Windows əməliyyat sistemini tam idarə etmək olmur. Ümumiyyətcə müasir kompyuteri idarə etmək üçün klaviatura da özünə məxsus rol oynayır.
Windows 7 əməliyyat sisteminin interfeysi
Windows əməliyyat sistemlərini digər əməliyyat sistemlərindən fərqləndirən ən böyük nailiyyət onun interfeysidir. Windows yüklənəndən dərhal sonra ekranda görünən onun interfeysidir. İnterfeys– Windows əməliyyat sisteminin qrafiki «örtüyüdür», hansı ki, onun köməyilə istifadəçilər əməliyyat sistemi ilə ünsiyyət yaradırlar. Windows əməliyyat sistemində işləyən zaman ekranda nə görürüksə, hamısı interfeysə aiddir.
İnterfeys– Windows əməliyyat sisteminin bütün daxili «idarəetmə vasitələrini»nı insana aydın olan qrafiki formaya çevirən məsələnin vasitəçisidir, tərcüməçisidir.
Windows-un interfeysi sadə və asan istifadə olunandır. Demək olar ki, onun bütün sirlərini praktik olaraq hər bir kəs interfeysin köməyilə başa düşə bilər.
Əvvəlcə Windows-un əsas obyektlərini qeyd edək.
Ekranın əsas sahəsini İşçi masa təşkil edir. Burada biz bəzədilmiş gözəl şəkillərlə bütün işçi alətlərimizi, məsələn, sənədləri, qovluqları, lazım olan proqramların nişanlarını və s. yerləşdirə bilərik.
Dostları ilə paylaş: |