Windows NT Work Station - Windows NT ƏS-nin versiyasıdır və lokal kompüterlərdə və işlək stansiyalarda işləmək üçün nəzərdə tutulub
Bu sistem tamamilə 32-mərtəbəli əməliyyat sistemidir və olduqca mühafizəli və etibarlıdır Windows NT dəki tətbiqi proqramlar çoxməsələli rejimdə işləyir Amma MS-DOS və 16-mərtəbəli Windows proqramların heç də hamısı Windows NT-də işləmir
Windows NT Work Stationdən böyük həcmli verilənlərə malik olan mühəndis, elmi, statistik məsələlərin yerinə yetirilməsində istifadə olunur
Windows 2000 əməliyyat sistemləri ailəsi Windows NT texnologiyası əsasında yaradılıb və özündə olan çoxlu sayda təkmilləşdirmələrə və əlavələrə görə fərqlənir Windows 2000 çoxməqsədli əməliyyat sistemi olmaqla birsəviyyəli (odnoranqovıx) və kliyent-serverli şəbəkəni dəstəkləyir
Windows 2000 ailəsi dörd proqram məhsulundan təşkil olunub:
Microsoft Windows 2000 Professional - stolüstü kompüterlər üçün nəzərdə tutulan baza əs olmaqla biznesdə tətbiq olunur Bu əməliyyat sisteminin bir neçə sadələşdirilmiş istifadəçi interfeysi mövcuddur Əməliyyat sistemində Windows 98 və Windows NT Workstation əməliyyat sistemlərinin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir Bu əməliyyat sistemi 2 prosessoru dəstəkləyir
Windows 2000 Professional ın əsas imkanları aşağıdakılardır:
Windows 2000 Professional- etibarlı , yüksək keyfiyyətli, universal, çoxaxınlı olmaqla Internet istifadəçilərinin tələblərini nəzərə alan qrafiki istifadəçi interfeysi olan çoxməsələli 32 mərtəbəli əməliyyat sistemidir
Windows 2000 Professional Windows NT40 Workstation ƏS nin yeni versiyasıdır Bu ƏS-nə Windows 98-in ən yaxşı imkanları daxil edilib Əs-nin bir neçə xarakteristikasını qeyd edək
ƏS-nin işi stabildir və onun idarəsi rahatdır;
NTFS 5 fayl sistemi əvvəlkilərə nisbətən yüksək dərəcədə mühafizə olunub
əməliyyat sisteminin yeni texnologiya və yeni aparat qurğuları ilə işi təmin olunub Məsələn, universal ardıcıl şin (USB Universal Serial Bus), sürətli interfeys (IEEE1394), sürətləndirilmiş AGP (Accerated Graphics Port) qrafiki portu və s
Microsoft Windows 2000 Server - dörd prosessora kimi və əməli yaddaşın həcmi 4 Qb kimi nəzərdə tutulan çoxməsələli şəbəkə Əs-dir ƏS-nin tərkibinə daxil olan, çox saylı Internet və Web xidmətləri mürəkkəb Web-tətbiqi proqramlar yaratmağa imkan verir Həmçinin buraya işçi qruplara səmərəli xidmət və server fayllardan, çapdan, Web-serverlərdən və kommunikasiya serverlərlərindən birlikdə istifadə üçün funksiyalar daxildir
Microsoft Windows 2000 Advanced Server-səkkiz prosessora kimi işləyə bilən və ikitərəfli klasterizasiyaya malik server ƏS-dir Bu ƏS klasterli sistemlər yaratmağa və böyük verilənlər bazasının quraşdırılmasının errektiv həllinə imkan verir Ümumiyyətlə bu ƏS Web və biznes tətbiqi proqramları üçün nəzərdə tutulub Intel Physical Address Extensions (PAEs) texnologiyasını nəzərə almaqla işlənmiş aparat vasitəsi fiziki yaddaş ölçüsündən çoxa ünvanlanmağa imkan verir
Microsoft Windows 2000 DataCenter Server - yüksək etibarlılıq tələblərinə cavab verən və əlavə olaraq klasterləşmə imkanı olan və 16-dan 32 prosessora kimi nəzərdə tutulan ƏS-dir Bu yeni və olduqca güclü funksional imkanları olan server ƏS-dir Bu əməliyyat sistemi böyük müəssisələr üçün nəzərdə tutulub
2001-ci ildə yaradılan əməliyyat sistemi Windows XP (Windows experience ) adlandırıldı Bu əməliyyat sisteminin Windows XP Server, Windows XP Professional və Windows XP Home versiyaları mövcuddur
Bu əməliyyat sistemində ən böyük yenilik əməliyyat sisteminin özündə CD-R və CD-RW disklərində yazmağı dəstəkləməsidir
Windows XP-nin normal işi üçün 256 Mb əməli yaddaş, 800 MHs tezlikli prosessor və 2 Qb-a kimi disk sahəsinin olması vacibdr
2003-cü ilin yayında yeni server ƏS olan Windows Server 2003 yarandı ki, bunun da aşağıdakı dörd versiyası mövcuddur
Dostları ilə paylaş: |