Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə33/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   29   30   31   32   33   34   35   36   ...   118
 
GĠRĠġ 
 
Juniperus foetidissima Willd. (ağıriyli ardıc) Azərbaycanın ―Qırmızı Kitab‖ına daxil edilmiş 
qiymətli  nadir  bitki  növlərindən  biridr.  Azərbaycanın  Şəki,  Qəbələ,  Quba,  Samux,  Cəbrayıl, 
Zəngilan,  Ağdaş, Şamaxı,  Altıağac rayonlarında  və Naxçıvan MR Şahbuz rayonundakı  meşələrdə 
yayılmışdır.  Şahdağ,  Altıağac  Milli  Parklarında,  Türyançay,  Şahbuz  və  Eldar  şamı  Dövlət  Təbiət 
Qoruqlarında  mühafizə  olunur.  Aşağı  dağ  qurşağından  orta  dağ  qurşağınadək  rast  gəlinir.  Bəzi 
yerlərdə  dəniz  səviyyəsindən  1800  m  yüksəkliyədək  qalxır.  Quru  yamaclarda  seyrək  meşə  əmələ 
gətirir, bundan başqa daşlı və çınqıllı yamaclarda, uçurumlarda və qayaların üzərində dağınıq halda, 
tək-tək  və qrupla çürüntülü-karbonatlı,  boz-qəhvəyi torpaqlarda  bitir.  Ardıc-yabanı püstə və ardıc 
seyrək meşəliyinin əsas bitki növlərindən biridir [5, 6]. Çox az hallarda bu meşəliklərdə dominant 
olur.    Bozdağ  silsiləsində  geniş  yayılmışdır.  Vaxtilə  ardıc  meşələri  bu  ərazidə  daha  geniş  areala 
malik olmuş və antropogen amillərin təsiri nəticəsində sıradan çıxmışdır. İndi isə bu meşələrə kişik 
massivlər şəklində keçilməz relyefli əlçatmaz dərələrdə rast gəlmək olar. Meşələrin bitmə şəraitinin 
dəyişilməsi  və  insanın  fəaliyyəti sayəsində arid seyrək  meşəliklərin  sahəsi  xeyli azalmışdır.  Ardıc 
meşələri məhv edilən sahələr isə əsasən yovşanlı yarımsəhralara çevrilmişdir [1].  
Mövcud  şərait  qoruq  ərazisindəki  biosenozların  ekoloji  vəziyyətini    müasir    ölçülər  
baxımından    qiymətləndirmək    zərurətini    yaratmışdır.  Burada  meşələr  əsasən  dikliyi  20-50

olan 
yamacların  şimal  cəhətində  yayılmışdır.  Qoruq  1958-ci  ildə  yaradılmışdır.  Ərazisi  22488  hektar 
təşkil  edir.  Qoruq  ərazisində  60  növə  qədər  quraqlığadavamlı  ağac  və  kol  bitkilərinə  rast  gəlinir. 
Seyrək meşəlikdə çoxmeyvəli, ağır iyli və qırmızı ardıc, kütyarpaq püstə, iberiya palıdı, adi göyrüş, 
adi nar, sarağan, qaratikan və d. ağac və kollar daha çox yayılmışdır. 
Müasir  qloballaşma,  urbanlaşma,  sənayeləşmə,  qlobal  istiləşmə,  müxtəlif  təbii 
kataklizmalar,  radioaktiv  qəzalar  və  digər  bu  kimi  xoşagəlməz  hadisələr  canlı  aləmin 
biomüxtəlifliyi üçün də bir sıra ekoloji problemlərin meydana gəlməsinə zəmin yaradır  [4]. Yerüstü 
ekosistemlərə  müxtəlif  təsirlərlə  bağlı  qlobal,  regional  və  lokal  problemlərin  öyrənilməsində 
oduncaq-həlqə  məlumatları  xüsusi əhəmiyyət daşıyır.  Ağacların  illik  halqalarının  biologiyası ətraf 
mühitdə gedən iqlim, geomorfoloji və ekoloji dəyişkənlikləri müəyyən etməyə imkan verir. Müasir 
dövrümüzdə  dendroxronoloji  metodlardan  meşə  ekosistemlərinin    məkan-zaman  dinamikasının 
öyrənilməsində  və uzun zaman dövründə  iqlim-ekoloji amillərin  bərpasında geniş  istifadə olunur. 
Dendroxronoloji  tədqiqatların  meşə  ekosistemlərinin  və  ətraf  mühitin  dəyişməsinə  və 


transformasiyasına  təsir  edən  müxtəlif  təbii  və  antropogen  amillərin  qiymətləndirilməsindəki  rolu 
olduqca əhəmiyyətlidir [7,8]. 
Azərbaycanda  bu  sahədə  tədqiqatlara  son  illərdə  başlanmışdır  [2].  Tərəfimizdən  tədqiqat 
ərazisindən  oduncaq-həlqə  nümunələri  götürülmüş  və  standart  dendroxronoloji  metodlar  tətbiq 
etməklə  illik-həlqə  xronologiyası  yaradılmışdır.  Bu  xronologiya  vasitəsilə  ərazidə  aparılacaq 
dendroiqlim  analizlərində  geniş  istifadə  oluna  bilər.  Ağacın  artımı  bir  çox  genetik  və  təbii  mühit 
amillərinin qarşılıqlı əlaqəsindən asılıdır. Təbii ekoloji mühit bitkini qida maddələri, su, fotosintez 
və  metabolik  proseslərə  lazım  olan  günəş  radiasiyası  ilə  təmin  edir.  Genetik  amillər  isə  bu 
resursların  istifadə  olunma  potensialına  nəzarət  edir.  Bu  resursların  çox  və  ya  az  olması  bitkinin 
illik  inkişaf  dərəcəsini  müəyyən  edir  [15].  Bu  səbəbdən  demək  olar  ki,  çox  hallarda  illik  halqa 
xronologiyaları ilə makroiqlimdə (xüsusilə temperatur və yağıntı) baş verən dəyişkənliklər arasında 
yüksək korrelyasiya müşahidə olunur [13]. 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin