Şəkil 5. Ağıriyli ardıcın illik həlqə xronologiyası.
Ardıcıl aparılan metod və üsullardan aydın olur ki, ilkin olaraq toplanan nümunələrin
oduncaq-həlqə görünüşlərini vizual olaraq dəqiq qiymətləndirmək qeyri-mümkündür. Əsas və
standart xronologiyanı müqayisə edərkən bu dəyişikənliklərin müəyyən bir hissəsini görmək
mümkündür (şək. 6). Qrafikdə açıq rənglə verilən xətlər (kəmiyyətlər) avtoreqressiv modelin tətbiq
olunması ilə aradan qaldırılan avtokorrelyasiyadır.