Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə44/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   40   41   42   43   44   45   46   47   ...   118
Colutea  komarovii  Takth.,  Celtis  caucasica  Willd.,  Celtis  taurnefortii  Lam.,  Crataegus  pontica 
C.Koch. , Juniperus foetidissima Willd., Punica granatum L., Pistacia mutica Fisch.et Mey., Pyrus 
salicifolia    Pall.,  Quercus  araxina  (Trautv.)  Grossh.,  Rhus  coriaria  L.,  Rosa  nizami  Sosn.    və  s. 
göstərmək olar.  
Bildiyimiz  kimi  gecə  və  gündüzün  uzunluqları  arasındakı  fərq  bitkilərdə  yarpaq 


tökülməsinə,  çiçəkləmə,  budaqlama,  yarpaq  parçalanması,  piqment  əmələ  gətirmə  və  s.  kimi 
hadisələrə  təsir  edir.  İşığın  düşmə  vaxtı  ilə  əlaqədar  olaraq  bitkilər  qısa  və  uzun  gün  bitkilərinə 
ayrılır [18].  
Fərqli  coğrafi  bölgələrdə  yayılmış  bitkilər  öz  inkişafları  boyunca  yaşadıqları  yerin  işıq 
vaxtına ekoloji olaraq uyğunlaşmışlar.  
Aparılan tədqiqatlar nəticəsində öyrənilən bitkilər içərisində işıqsevən və kölgə sevən bitki 
qrupları ayırd edilmişdir (cədvəl 1).  
İşığa qarşı münasibətinə görə öyrənilən bitkilərdən 31 növü işıqsevən, qalan növlər isə kölgə 
sevəndir.  Kölgəli  yerdə  bitən  Albizia  julibrissin  Durazz.,  Diospyros  lotus  L.,  Euonymus  velutina 
Fisch.et  Mey.,  Crataegus  pontica,  Punica  granatum,  Pterocarya  pterocarpa  (Michx.)Kunth  ex 
Ilyinsk., Rosa nizamiStаphylea colchica Strv.  kimi növlər üzərində aparılan  müşahidələrin  nəticəsi 
göstərmişdir ki, bu bitkilərin  inkişafında zəifləmələr, o cümlədən çiçəkləmə  faizinin aşağı düşməsi, 
yan budaqların sayının artması, yarpaqların nazikləşməsi baş verir.  
Aparılan  müşahidələr  nəticəsində  məlum  olmuşdur  ki,  insan  fəaliyyəti  ilə  bağlı  işlərin 
bitkilərə  təsiri  həmin  bitki  qruplaşmalarının  strukturunun  pozulmasına  gətirib  çıxarır  və  bu  da  öz 
növbəsində  nadir  növlərin  normal  böyüyüb  inkişaf  etməsinə  mənfi  təsir  edir  və  onların  təbiətdə 
arellarının daralmasına səbəb olur [20]. 
 
Cədvəl 1 
 
Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol  
bitkilərinin işığa görə münasibəti 
 
 
№ 
 
Növ 
 
şıqsevən  
 
Kölgəsevən 





 Albizia julibrissin 

 

 Alnus subcordata 

 
3  
 Buxus colchica 
 


 Buxus hyrcana 
 


Calligonum aphyllum 

 
6  
Calligonum bakuense 

 
7  
Castanea sativa 

 
8  
Celtis caucasica 

 

 Celtis taurnefortii 

 
10  Colutea komarovii 

 
11  Corylus colurna 
 

12  Cotoneaster saxatilis 
 

13  Crataegus pontica 

 
14  Danaea racemosa 
 

15  Diospyros lotus 

 
16  Euonymus velutina 

 
17  Ficus hyrcana 

 
18  Gleditsia caspica 

 
19  Hedera pastuchowii 
 

20  Ilex hyrcana 
 

21  Juniperus foetidissima 

 
22  Laurocerasus officinalis 
 

23  Padus avium 

 
24  Parrotia persica 
 

25  Platanus orientalis 
+ 
 






26  Punica granatum 

 
27  Pistacia mutica 

 
28  Populus hyrcana 

 
29  Pterocarya pterocarpa  

 
30  Pyracantha coccinea 

 
31  Pyrus boissieriana 

 
32  Pyrus grossheimi 

 
33  Pyrus hyrcana 

 
34  Pyrus salicifolia 

 
35  Quercus araxina 

 
36  Quercus castaneifolia 

 
37  Rhus coriaria 

 
38  Rosa nizami 

 
39  Ruscus hyrcanus 
 

40  Stаphylea colchica 

 
41  Taxus baccata  
 

42  Vitis sylvestris 
 

43  Zelkova carpinifolia 

 
  
 
Temperatur.  İşıq  enerjisi,  günəşdən  gələn  günəş  şuasının  yerə  düşməsindən  sonra  istilik 
enerjisinə çevrilir. Bu şualar torpağa düşdükdən sonra onların geriyə dönən  hissəsi istilik şəklində 
üzə çıxır. Bu səbəbdən yerə yaxın olan hissə ilıq, daha üst qatlar isə sərin olur. Isti, kalori ilə ölçülür 
və 1 q suyun istiliyinin 15,5°C-dən 16,5°C-yə qədər yüksəlməsi üçün lazım olan istilik 1 kaloriyə 
bərabərdir. Yaz və qış mövsümlərində istilik ritmi dəyişir. Əsasən, bitkilər üçün önəmli olan onların 
bitmə  yerindəki  istilikdir.  Istiliyin  dəyişməsinə  səbəb  olan  amillərdən  biri  torpağın  quruluşu  və 
rəngidir.  Açıq  rəngli  çılpaq  torpaqlar  işığı  çox  qüvvətli  bir  şəkildə  geri  qaytarır,  tünd  rəngli 
torpaqlar isə bitki örtüyü ilə zəngin olduğundan günəş şualarını daha çox udur. Bu baxımdan tünd 
rəngli torpaqda daha çox istilik olur.  
Apardığımız bir təcrübədə bir günlük istilik dəyişmələri öyrənilmişdir. Tədqiqat, iyul ayında 
27  növ  nadir  bitki  üzərində  aparılmışdır  (cədvəl  2).  Tədqiq  olunan  bütün  bitkilərdə  ən  yüksək 
temperatur  saat  13-14  radələrində  torpağa  ən  yaxın  məsafədə  olduğu  qeyd  edilmişdir.  Torpaq 
səthindən  uzaqlaşdıqca  temperaturun  miqdarında  azalmalar  qeyd  edilmişdir.  Qeydə  alınan 
temperaturun  torpaq  səthinə  ən  yaxın  olan  sahədə  növdən  asılı  olaraq  25-33°C  arasında  olduğu 
məlum olmuşdur. 
Apardığımız müşahidələr göstərmişdir ki, növdən asılı olaraq torpaq səthindən bitkinin təpə 
hissəsinə qədər olan yüksəklikdə istilik dərəcəsi, torpaq səthinə yaxın olan sahədən 5-9°C az olur.  
Temperaturun  yüksəlməsi  bitkilərdə  zülalın  dağılmasına  və  amiakın  toplanmasına  səbəb 
olan amillərdəndir. Temperaturun daha yüksək olması hüceyrənin qurluşunu pozur [6]. 
Bildiyimiz  kimi,  Abşeron  yarımadası  may  mövsümündə  torpağın  quru  olması  ilə  digər  
bölgələrdən  fərqlənir.  Belə  ki,  illik  yağıntıların  miqdarı  200-300  mm,  buxarlanma  isə  təxminən 
1000 mm-ə qədər olur. Bu baxımdan, Abşeron yarımadasında olan bitkilərin bu iqlim amilinə qarşı 
uyğunlaşmaları mühüm hadisələrdən biridir. Quru  isti yay aylarında Abşerona introduksiya olunan 
bitkilər çox böhranlı bir vəziyyətdə olurlar [5,19].  
Öyrənilən  bitkilər  üzərində  apardığımız  müşahidələr  göstərmişdir  ki,  ех  situ  şəraitində  bu 
bitkilərin bir hissəsinin yarpaqlarında saralmalar və tökülmələr müşahidə edilir. Buna misal olaraq 
Parrotia persica (D.C)C.A.Mey., Alnus subcordata C.A.Mey., Populus hyrcana Grossh., Platanus 
orientalis L., Corylus colurna L., Albizia julibrissin, Pterocarya pterocarpaCastanea sativa Mill., 
Euonymus  velutina,  Pyrus  grossheimi  Fed.,  Pyrus  hyrcana  Fed.,  Staphylea  colchica  və  s.  növləri 
göstərmək olar. Istiliyin artması ilə əlaqədar quraqlığın davam etdiyi zaman ərzində tədqiq olunan 
bitkilərədə  böyümə  dayanır.  Sonradan  istiliyin  azalması  ilə  əlaqədar  həmin  bitkilərdə  yenidən 
yarpaqlama baş verir.  


Cədvəl 2 
 Bəzi ağac və kol bitkilərinəd günlük istilik dəyişmələri (iyul, 2007) 
 
№ 
Növ 
Torpaq səthindən olan hündürlük (gövdə) 

orta 
Təpə 
 
 
temperatur, °C
 
1  

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin