zamanı yetkinlik həddinə çatmamış bitkilərin soğanaqları məhv olur. Əkin sahəsinin kənarında
bitən bitkilər isə qızılı-qırmızı rəngli çiçəklərinin dekorativliyinə görə uzaqdan diqqəti cəlb edərək,
əhali tərəfindən kütləvi surətdə toplanır. Bu səbəbdən toxumla çoxalan növün ozünübərpa
qabiliyyəti zəifləyir. Aparılan çoxillik monitorinqin nəticələri göstərir ki, yalnız yetkin fərdlərin
olduğu kiçik lokalitetlər davamsız olub, ildən-ilə bitkilərin sayının və arealının azalması ilə
səciyyələnir. Digər tərəfdən mal-qaranın otarılması və biçin prosesində antropogen amilin dolayı
təsiri nəticəsində
T.eichleri növünün təsadüf edildiyi bitki qruplaşmasının ikinci tip bitkiliklə, yəni
zəhərli alaqlarla əvəz olunması uygunlaşdığı bitki növlərinin itirilməsi ilə müşayət olunur [4].
Dostları ilə paylaş: