GĠRĠġ Bitkilərin bioekoloji xüsusiyyətlərinin öyrənilməsində çiçəkləmə və meyvəvermə
mərhələsinin tədqiq edilməsi mühüm yer tutur. İntroduksiya edilmiş ağac və kol bitkilərinin
çiçəkləmə və meyvə vermə xüsusiyyətlərinin öyrənilməsi mövcud şəraitdə həmin bitkilərin
becərilməsi və çoxaldılması üçün qiymətli məlumatlar verir. Eyni zamanda bitkilərin yerli şəraitə nə
dərəcədə uyğunlaşdiqlarini, introduksiya prosesinin effektliyini qiymətləndirməyə imkan verir [2].
Palıd cinsinə daxil olan növlərin əksəriyyəti uzunömürlü, çətiri böyük, dekorativ görünüşlü,
güclü inkişaf etmiş kök sisteminə malik olan ağaclardir. Palid növləri meşəsalmada,
yaşıllaşdırmada, torpaq sürüşmələri və erroziyanın qarşısının alınmasında istifadə edilə biləcək çox
qiymətli bitkilərdir.
Palıd növlərinin çiçəkləmə və meyvəvermə xüsusiyyətlərini bir çox tədqiqatçılar müxtəlif
vaxtlarda öyrənmişlər [5, 6].
Biz də Abşeronun quru subtropik iqlim şəraitində, yaşıllaşdırma üçün perspektivli sayılan
bəzi palıd növlərinin çiçəkləmə və meyvəvermə xüsusiyyətlərini öyrənmişik.