NƏTICƏ Abşeronda introduksiya olunmuş ağac və kol bitkisinin 8 növünün Cercıs siliquastpum,
Laburnum anagyroides, Colutea arborescens, Pistacia mutica, Cotınus coggygria, Rhus cariaria,
Crataegus pentagyna, Frangula alnus mövsümü inkişaf xüsusiyyətlərinin öyrənilməsi aşağıdakı
nəticələrə gəlməyə əsas verib.
Üzərində tədqiqat aparılan ağac və kol növlərini movsümü inkişaf ritminə görə şərti olaraq 2
qrupa bölmək olar: inkişafını tez başlayıb tez qurtaranlar (Frangula alnus, Crataegus pentagyna,
Cercıs siliquastpum, Laburnum anagyroides) və inkişafını gec başlayıb gec sona çatanlar (Cotınus coggygria, Rhus cariaria və digər növlər). Öyrənilən növlərdə fenofazasının başlanması havanın
temperaturu və rütubətin nə dərəcədə olmasından asılıdır.