Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə85/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   81   82   83   84   85   86   87   88   ...   118
MÜZAKĠRƏ VƏ NƏTĠCƏLƏR 
 
Hal-hazırda  sarmaşan  bitkilərin  bütün  aspektlərdə  öyrənilməsi  davam  etməkdədir.  Bu  maraq 
təkcə onların gözəl xarici görkəmə və dekorativ əlvan çiçəklərə malik olması, becərilmələrinin ucuz və 
asan başa gəlməsi və s. ilə yanaşı eyni zamanda tərkibində bioloji fəallığa malik maddələrin olmasi ilə 
də əlaqədardır. Bu maddələr həm kəskin soyuqdəymələrdə, yüksək hərarətdə, dəri-zohrəvi və bir sıra 
digər  xəstəliklərin  müalicəsində  istifadə  olunan  antimikrob,  antiparazitar  və  s.  xassəli  preparatların, 


 
 
 
 
həmçinin  beyin  hüceyrələrinin  işinin  tənzimlənməsində  rol  oynayan  benzopirin,  diazepam  və  s. 
tərkibinə daxildir [4]. 
Xüsusilə  xalq  təbabətində  sarmaşan  bitki  preparatlarından    geniş  istifadə  edilir.  Məsələn: 
kirkazonun  (Aristolochia  L.)  bir  çox  növləri  soyuqdəymə  əleyhinə,  sidikqovucu  vasitə  kimi,  oynaq 
ağrıları  zamanı  tətbiq  olunur.  Yarpaq  və  budaqlarindan  alınmış  şirəni  turş  şərabla  qarışdırıb  ilan 
sancdığı əraziyə sürtdükdə zəhərin aktivliyini azalır. 
Hələ  qədimdən  daşsarmaşığının  (Hedera  L.)  bütün  orqanlarından    xalq  təbabətində  istifadə 
olunduğu  məlum  idi.  Bitkinin  meyvələrinin  qurudulub  üyüdülmüş  tozundan  insan  orqanizmində 
ümumi zəiflik, halsızlıq əlehinə, təzə yarpaqlarının pörtlədilməsi irinli yaraların müalicəsində istifadə 
olunmuşdur. 
Başqa bir
 
sarmaşan bitki olan maya sarmaşığı (Humulus L.)
 
təkcə pivə istehsalında deyil, eyni 
vaxtda  bitkinin  hamaş
 
meyvələri  sakitləşdirici  vasitə  kimi,  həmçinin  mədə  yaralarının  müalicəsində 
tətbiq olunur. 
Çin  limoncuğu    (Schizandra  chinensis  (Turcz.)  Baill.)  daha  geniş  sahələrdə  istifadə  olunan 
sarmaşan bitkidir. Hələ vaxtilə bitkinin qiymətli dərman xüsusiyyətlərini nəzərə alan  çin imperatorları 
əhalidən vergi borcları qarışılığinda çin limoncuğu meyvələrini alarmışlar. Bitkinin meyvə şirəsindən 
şərq ölkələrinin əhalisi susuzluğa qarşı ən effektli vasitə kimi istifadə etmişlər. 
Uzaq Şərqdə ovçulara və səyahətçilərə məlum idi ki, bir ovuc limoncuq onlari bir gün aclıq və 
susuzluqdan  mühafizə  edə  bilir.  Xüsusilə  gözün  görmə  qabiliyyətinə  limoncuq  daha  müsbət  təsir 
göstərərək görməni 1,5 – 2 dəfə artırır, əsəb sisteminin fəaliyyətini stimullaşdırır, tənəffüsü gücləndirir, 
qan təzyiqini aşağı salır.  
Sarmaşan  bitkilərin  həm  tibbi  və  həm  də  təsərrüfat  əhəmiyyəti  dünya  alimləri  tərəfindən 
kifayyət  qədər  öyrənilməsinə  baxmayaraq,  keçmiş  SSRİ  məkanında,  o  cümlədən  Azərbaycanda  bu 
qrup bitkilərdən yalnız şaquli yaşıllaşdırma elementi kimi istifadə olunmuşdur. Yalnız üzüm tənəyinin 
yarpaqlarının  və  giləmeyvələrinin  bir  sıra  xəstəliklərin  o  cümlədən  soyuqdəymədə,  ürək  və  böyrək 
xəstəliklərində  və  s.  istifadəsi  Azərbaycan  xalqına  da  qədimdən  məlum  idi.  Üzüm  meyvələrinin 
tərkibində 16-20% qlükoza və fruktoza şəkəri, müxtəlif turşular, dabbaq maddələri, vitaminlərin olması 
ondan istifadənin təyinatını çox genişləndirmişdir. Beləki qədimdən  bəri ondan doşab (bəhməz), ircal, 
mürəbbə, halva, kişmiş, mövüc, sirkə, spirt, şərab və başqa materiallar hazirlamaqla onlardan həm qida 
həm də müalicə məqsədilə istifadə olunmuşdur.  
Bundan  əlavə  böyürtkənin  (Rubus  L.),  maya  sarmaşığının  və  s.  xalq  təbabətində  müxtəlif 
məqsədlərlə  istifadəsi  də  Azərbaycan  xalqına  qədimdən  məlum  idi.  Böyürtkənin  bir  sıra  növləri,  o 
cümlədən  qanqırmızı  böyürtkən  (R.  Sanguineus  Friv.),  Qafqaz  böyürtkəni  (R.  Caucasicus  Focke.) 
Azərbaycanın əksər ərazilərində geniş yayılmışdır. Böyürtkən növləri canlı çəpərlərin yaradılmasında, 
dağ yamaclarında yarğanların, uçqunların, çay sahillərinin bərkidilməsində əvəzedilməz bitki olmaqla 
yanaşı ekoloji cəhətdən təmiz giləmeyvə də verir. 
Xalq  təbabətində  böyürtkən  və  moruq  mürəbbəsindən  soyuqdəymə  və  boğaz  ağrılarında 
müalicə vasitəsi kimi  geniş istifadə olunur. Həmçinin dişlərdə sinqa xəstəliyinin və sümük boşluğunun 
müalicəsində  tətbiq  edilir.  Yarpaqlarından  isə  pörtlədilmiş  halda  irinli  yaraların  üzərini  bağlamaqla 
müalicəsində, tüklərin qara rəngə boyadılmasında istifadə olunur.  
Böyürtkən  həm  də  arıçılıqda  bal  verən  bitki  kimi  tanınmışdır.  Hesablamalara  görə  1  ha 
böyürtkən sahəsindən 20-25 kq bal əldə etmək mümkündür [3]. 
Ərazinin zərərli atmosfer havasından və səs-küydən qorunmasında sarmaşan bitkilərin rolu: 
Məlum  olduğu  kimi  bitkilər  becərildikləri  ərazinin  atmosfer  havasının  oksigenlə 
zənginləşdirilməsində  əvəzedilməz  rol  oynayır  ki,  bu  da  digər  canlılar  –  insanlar  və  heyvanlar  üçün 
zəruridir.  Yaşayış  sahəsinin,  istirahət  və  sağlamlıq  zonalarının  ətrafında  mütləq  bitkilər  əkmək  üçün 
yerlər    saxlanılır.  Burada  əkiləcək  bitkilər  ərazini  nə  qədər  tez  yaşil  kütlə  ilə  istismar  etsələr  orada 
havanın  təmizlənməsi  və  oksigenlə  zənginləşməsi  bir  o  qədər  intensiv  olar.  Bu  baxımdan  sürətlə 


 
 
 
 
böyüdüyündən    və  becərildiyi  ərazini  qısa  vaxtda  yaşıl  kütlə  ilə  örtdüyündən  sarmaşan  bitkilər 
əvəzedilməz bitkilərdir.  
Qeyd  edilməlidir  ki,  bütün  bitkilər  havanın  oksigenlə  zənginləşdirilməsində  az  –  çox  rol 
oynayır.  Ancaq  sarmaşan  bitkilərin  üstünlüyü  ondadır  ki,  onlar  digər  ağac  və  kol  bitkilərinin  bitə 
bilmədiyi  ərazidə    (binaların  divarlarının  səthində,  dəmir  beton  dirəklərin  səthində,  pəncərə  və 
eyvanlarda və s.)  müvəffəqiyyətlə böyüyüb inkişaf edə bilirlər. Bu da əlavə torpaq və habitus sahəsi 
tutmadan  yaşıllıqların  həcminin  çoxalması  deməkdir.  Məsələn:  Beşyarpaq  qızüzümü  (
Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin