Statik elektriklənmənin yaranma səbəbləri və onun yaratdığı yanğın təhlükəsi



Yüklə 28,44 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü28,44 Kb.
#34785
1   2   3
New Microsoft Word Document (4)

Wmin - mühitin alışmasının minimum enerjisi, Vt.san.

Rezin sənayesində statik elektriklənməyə əmək şəraitini pisləşdirən faktor kimi də baxmaq lazımdır. Kalandr xətlərində kleyləyici maşınlarda və s. proseslərdə işçilərin daimi elektrik zərbələrinə məruz qalması onların psixikasına pis təsir edir və müəyyən hallarda onların zədələnməsinə səbəb olur.

Statik elektriklənmə kompleks təhlükə törətdiyindən istehsal proseslərinin müxtəlif sahələrində onun təhlükəli hallarından müdafiə üçün müxtəlif metod və vasitələrdən istifadə olunur.

Rezin qarışıqlarının partlayış inqrediyentləri yüksək dielektrik xassəsinə malik olur. Daşınma və emal zamanı onlar elektriklənərək boşalma alışması üçün impuls rolunu oynayırlar.

Karbohidrogen yanacaqları aşağı xüsusi həcmi elektrik keçiriciliyinə malik olub, intensiv elektriklənməyə meyllidir. Bu yanacaqlar əmələ gələn elektrostatik yükləri özündə saxlaya bilər. Elektrostatik yüklərin xüsusi sıxlığı böyük olduqda elektrik sahəsinin gərginliyi boşalma qiymətlərinə qədər yüksələ bilər. Əgər karbohidrogen yanacağı üzərində yanacaq buxarlarının hava ilə tez alışa bilən qarışığı varsa onda statik elektrik boşalması partlayış və yanğına səbəb ola bilər.

Bir yerdən başqa yerə ötürülmə, doldurulma və ya boşaldılma zamanı tez-tez partlayış və yanğın təhlükəsi baş verir ki, bunun da səbəbi əvvəllər məlum deyildi. Lakin yeni tədqiqat göstərir ki, neft məhsulları ilə iş zamanı baş verən partlayış və yanğınların başlıca səbəbi statik elektriklənmədir.

Müəyyən olunmuşdur ki, müəyyən şəraitdə, hətta yanacaq dayanıqlı halda olduqda belə statik elektrik yükləri əmələ gəlir. Əgər vaxtında onun qarşısını almaq üçün lazımi tədbirlər görülməzsə partlayış və yanğın təhlükəsi yaranır. Yanacaqda statik elektriklənmənin əmələgəlmə səbəbləri aşağıda göstərilmişdir.

Yanacaq hərəkətdə olarkən:

a) maye yanacağın ötürücü borunun bərk səthinə, çənin divarına və filtrə sürtünməsindən;

b) yanacaq hissəciklərinin bir-biri ilə sürtülməsi və ya yanacağın başqa mayedən (məsələn, sudan və s.) keçməsi zaman;

v) xırda çilənmiş yanacaq damcılarının havadan və ya buxar hava qarışığından keçdiyi zaman (yanacağın çilənməsi).

Dayanıqlı halda isə yanacaqda statik elektriklənmə aşağıdakı hallarda əmələ gəlir:

a) yanacaqdan bərk asılqan hissəciklər çökdükdə:

b) yanacaqda maye asılqan hissəciklərin, məsələn, su damcılarının və ya digər kimyəvi maddələrin çökməsi həmçinin maye yanacaq təbəqəsi içərisindən hava qabarcıqlarının, yüngül karbohidrogenlərinin buxarlarının və s. keçməsi zamanı:

Əgər yanacaqla toxunan material katod xassəsinə malikdirsə onun səthində elektrokimyəvi proses baş verir.

Əgər material anoda xas olan xassəyə malikdirsə onda onun səthində oksidləşmə prosesi baş verir. Elektrokimyəvi reaksiyalar yanacaqla hidroksil və hidroksonium ionlarının miqdarının dəyişməsinə, bu isə öz növbəsində yanacağın PH-nin dəyişməsinə səbəb olur.

Təcrübələr vasitəsi ilə müəyyən olunmuşdur ki, yanacağın bir yerdən başqa yerə ötürülməsi zamanı statik elektriklənmə yanacağın xüsusi elektrik keçirməsindən asılı olur (cədvəl 4.4)
Cədvəl 4.4

Yanacağın xüsusi elektrik keçiriciliyi pSm/m (piko Simens/metr)

Keçiricilik 7 kv olduqda 10 dəq. müddətində yanacaq vurulması zamanı statik boşalmasının miqdarı, V(volt)


1 10-1

1

5 10-1

35

1,0

1100

5,0

500

1

2

10

600

50

550

1 10-2

250

Cədvəl 4.4-ün davamı

5 10-2

2,0

1 103

0,0

Statik elektrik yüklərinin yox olma (azalması) sürəti də yanacağın xüsusi elektrik keçiriciliyindən bilavasitə asılıdır.

Elektrik keçiriciliyi nə qədər aşağı olursa, statik elektrik yüklərinin yox olması da bir o qədər ləng gedir.

Müxtəlif növ reaktiv və aviasiya yanacaqları müxtəlif statik elektriklənmə qabiliyyətinə malikdir.

Statik elektriklənmə sürətinə bir neçə istismar faktorları, məsələn, vurulma sürəti, yanacaqda mexaniki qarışıqların, suyun. Havanın olması və temperatur təsir edir.

Bütün bərabər şəraitlərdə yanacağın ötürülmə və tökülmə sürəti nə qədər çox olarsa statik elektrik yükləri bir o qədər çox əmələ gələr. Yanacaqda mexaniki qarışıqların olması statik elektriklənmənin əmələgəlmə sürətinə hiss olunacaq dərəcədə təsir edir. Yanacaq nə qədər təmiz olarsa. Statik elektrik boşalması da bir o qədər az olar.

Müəyyən olunmuşdur ki, yanacaqda həll olmuş və ya disperslənmiş su iştirak etdikdə, onda statik elektrik boşalmaları hiss olunacaq dərəcədə artır.

Əksər hallarda yanacaq 100C-dən 400C-ə qədər qızdırıldıqda yanacağın statik elektriklənməyə meyli zəifləyir.

Yanacaq saxlandıqda oksidləşmə nəticəsində onda potensial qatranın miqdarı artır və yanacaq vurulması zamanı onun statik elektriklənməyə meyli kəskin şəkildə artır.


Yüklə 28,44 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin