www.vivo-book.com
379
– Hə, elədir, – deyə o, minnətdarlıqla mənim sözümü təsdiq
elədi. – Lakin o iyrənc sözləri onun gözəl səsi ilə eĢitmək... bağıĢla
məni, Pol. – Onun səsi yenə eĢidilməz oldu və mən onun öskürərək
boğazını arıtladığını eĢitdim. Sonra o, yenə sözünə davam etdi, onun
səsi bu dəfə daha güclü olsa da, elə əvvəlki kimi kədərli idi. – O istəyir
ki, mən pastor Donaldsonu evimizə çağırım və mən bilirəm ki, o
arvadımı, az da olsa, sakitləĢdirə bilər, amma onu evimizə necə dəvət
eləyə bilərəm, axı? Bir özün təsəvvür elə... tutalım o bizim evimizdə
oturub arvadımla birlikdə müqəddəs kitabı oxuyarkən, arvadım
qəfildən onu ədəbsiz bir adla çağırır, təsəvvür eləyirsənmi? O, belə
eləyə bilər, keçən gecə məni də söyüb. Qulaq as, gör mənə nə deyib –
mənə deyir ki – “Ey, minet, “Liberti” jurnalını mənə ver”. Pol, o, belə
ədəbsiz sözləri harada eĢitmiĢ olar? Bu sözləri axı o, haradan bilir?
– Bilmirəm. Hal, bu gün axĢam evdə olacaqsanmı?
– O özünü yaxĢı hiss edəndə və özünə nəzarəti itirmədiyi və
kədərdən fikri dağılmıĢ olmadığı vaxtlar Hal Murs özünün xüsusi
sarkazm hissi ilə seçilirdi. Məncə, çoxları onun qəzəb və nifrətindənsə,
daha çox onun bu keyfiyyətindən qorxub çəkinirdilər. Onun ,adətən,
acı və iynəli olan sarkastik sözləri adamı arı kimi sancırdı. Həmin gün
onun sarkazmının bir hissəsi də mənim üstümə tökülmüĢdü. Bu, bir
qədər gözənilməz olsa da, onun iynəli sözlərini eĢitmək, əslində, məni
sevindirmiĢdi. Deməli, o, təslim olmamıĢdı, hələ də mübarizə
aparmaqda davam edirdi.
www.vivo-book.com
380
– Yox, – deyə o cavab verdi. – Melinda ilə mən bu axĢam rəqs
eləməyə gedəcəyik. Biz do-si-do rəqsini oynayacağıq və sonra da
skripkaçıya deyəcək ki, o, xoruzun penisidir və abort qurbanıdır.
Mən gülməyini boğmaq üçün əlimi ağzıma sıxdım. Allaha
Ģükürlər olsun ki, gülmək istəyim çox tez keçdi.
– BağıĢla məni, – deyərək o, üzrxahlıq etdi. – Son vaxtlar çox az
yatıram. Bu da məni deyingən edir. Əlbəttə ki, biz evdə olacağıq. Niyə
soruĢursan ki?
– Məncə, bu vacib deyil.
– Sən bizə gəlmək fikrində deyildin, düzdümü? Əgər keçən gecə
növbədə olmusansa, deməli, bu gecə də növbədə olacaqsan. Bəlkə sən
öz növbəni kiminləsə dəyiĢmisən?
– Yox, növbəmi heç kimlə dəyiĢməmiĢəm, – deyə cavab verdim.
– Bu gün növbədəyəm.
– Ġstənilən halda bu yaxĢı fikir olmazdı, özü də onun belə
vəziyyətində.
– Bəlkə də düz deyirsən. Xəbərlərə görə çox sağ ol.
– Dəyməz. Melinda üçün dua elə, Pol. Mən ona dua edəcəyimə
söz verdim, amma düĢündüm ki, onun üçün duadan daha artığını edə
bilərəm. Bekvudzdakı Ġlk Ġsaya AlqıĢ, Allah Hər ġeyə Qadirdir
Kilsəində deyildiyi kimi – “Özünə yardım edənə, Allah da yardım
edər”. Mən dəstəyi asıb Cenisə baxdım.
– Melli necədir?
www.vivo-book.com
381
– Elə də yaxĢı deyil. – Mən Hal Mursun danıĢdıqlarını,
Melindanın söyüĢ söyməsi də daxil olmaqla Cenisə danıĢdım, bircə
“minet”, “xoruzun penisi və abort qurbanı” hissələrini buraxdım. Mən
öz söhbətimi Hal Mursun “çökür” sözü ilə bitirdim və arvadım üzündə
kədərli bir ifadə ilə baĢını yırğaladı. Sonra o mənim üzümə daha
diqqətlə baxaraq dedi:
– Sən nə haqda düĢünürsən? Sən, deyəsən, nəsə yaxĢı olmayan
bir Ģey haqqında düĢünürsən. Bu sənin üzündə yazılıb.
Yalan danıĢmaqdan söhbət belə gedə bilməzdi; biz bir-birimizə
qətiyyən yalan danıĢmırdıq. Mən sadəcə ona dedim ki, bunu bilməsə
daha yaxĢıdı, ən azından hələlik.
– Sənin buna... buna görə sənin problemlərin ola bilərmi? – onun
səsində aĢkar duyulan təlaĢ hiss olunmurdu, əksinə o, məncə, sadəcə
maraqlanırdı. Onda ən xoĢuma gələn cəhət də elə bu idi.
– Bəlkə də, – deyə cavab verdim.
– Bu xeyirxah iĢdimi?
– Bəlkə də, – deyə mən təkrar etdim. Mən hələ də yerimdə
dayanıb bir barmağımla telefonun diskini boĢ-boĢuna fırladır, o bir
barmağımla isə rabitə düymələrini basıb saxlamıĢdım.
– Ġstəyirsən ki, sən zəng eləyəndə mən buradan gedim? – deyə
Cenis soruĢdu. Ağıllı arvad olum və sənin söhbətinə maneə olmayım?
Qab-qacağı yuyum? PapıĢlar toxuyum?
Mən baĢımı yırğaladım.
www.vivo-book.com
382
– Mən bunu bir az baĢqa cür deyərdim, amma...
– Nahara bizim qonaqlarımızmı olacaq, Pol?
– Ümid edirəm ki, olacaq, – deyə cavab verdim.
9
Mən Brutus və Din ilə dərhal danıĢa bildim, çünki onların hər
ikisinin də evində telefon xətti vardı. Harrinin evində isə telefon xətti
yox idi, ən azından o vaxtlar, lakin mən onun ən yaxın qonĢusunun
telefon nömrəsini bilirdim. Təxminən iyirmi dəqiqə sonra, Harriyə
növbəti ödəniĢ qəbzi gələndə, “öz hissəsini ödəyəcəyinə” utancaqlıqla
vəd edərək mənim zəngimə cavab verdi. Mən ona cücələri payızda
sayarıq deyəndən sonra, soruĢdum:
– YaxĢı de görüm, nahara bizə gələ bilərsənmi? Brutus ilə Dində
olacaqlar, Cenis isə özünün məĢhur doğranmıĢ kələm salatını
hazırlayacağına söz verib... mən hələ onun daha məĢhur alma piroqunu
demirəm.
– Nahar xatirinə, elə-belə nahar? – Harrinin səsindəki Ģübhə
tonunu asanlıqla hiss etmək olurdu.
Mən ona dedim ki, onlarla danıĢmaq istədiyim bir məsələ var,
amma bu haqda telefonda bir kəlmə belə deməsək yaxĢıdı. Harri də
www.vivo-book.com
383
nahara gələcəyinə söz verdi. Mən telefonun dəstəyini yerinə asıb
pəncərəyə yaxınlaĢdım və fikirli-fikirli bayıra baxmağa baĢladım. Biz
gecə növbəsində olmağımıza baxmayaraq, nə Brutusu, nə də Dini
yuxudan oyatmıĢdım, elə Harrinin də səsi yenicə yuxusundan ayılmıĢ
adamın səsinə oxĢamırdı. Belə çıxırdı ki, dünən gecə baĢ verən
hadisələrdən sonra problem yaĢayan təkcə mən deyildim və mənim
baĢımda qurduğum planın dəlisovluğunu nəzərə alsaq, bunun belə
olması, bəlkə də yaxĢı idi.
Mənim qonĢuluğumda yaĢayan Brutus on ikiyə on beĢ dəqiqə
iĢləmiĢ gəldi. Din ondan on beĢ dəqiqə sonra göründü və Harri isə iĢ
paltarını geyinmiĢ vəziyyətdə Dindən on beĢ dəqiqə sonra gəlib çıxdı.
Cenis mətbəxdə bizim qarĢımıza soyuq mal ətindən buterbrod, kələm
salatı və buzlu çay qoydu. Hələ bir-iki gün bundan əvvəl biz artırmada
oturub nahar edə və xəfif küləkdən həzz ala bilirdik, lakin tufandan
sonra havanın temperaturu təxminən on beĢ dərəcə aĢağı düĢmüĢdü və
indi dağdan əsən külək adamı bıçaq kimi kəsirdi.
– Sən də gəlib bizimlə otura bilərsən, – deyə mən arvadıma
səsləndim.
O, baĢını bulayaraq dedi:
– Sizin burada nə iĢlər çevirdiyinizi bilmək istəmirəm. Nə qədər
az bilsəm, bir o qədər rahat olaram. YaxĢısı budur, mən öz yeməyimi
salonda yeyim. Bu həftə xanım Ceyn Ostin mənim qonağım olacaq, o,
çox gözəl müsahibdir.
www.vivo-book.com
384
– Ceyn Ostin kimdir? – deyə Harri, arvadım gedəndən sonra,
soruĢdu. Sənin, yoxsa Cenisin qohumlarındandır? Xalaqızındır?
QəĢəngdirmi?
– O yazıçıdır, ay axmaq, deyə Brutus ona izah elədi. – Betsi
Ross ilk bayrağa ulduzlar tikən vaxt artıq o, axirət dünyasına çoxdan
köçmüçdü.
– Ay səni. – Harri bir az pərt oldu. – Mən kitab oxumağı o qədər
də çox sevmirəm. Əsasən, radioqəbuledicilər üçün təlimat kitablarını
oxuyuram.
– Yenə nə düĢünmüsən, Pol? – deyə Din soruĢdu.
– Gəlin Con Koffi ilə Mister Cinqlzdan baĢlayaq. – Mənim də
gözlədiyim kimi, onların üzündə təəccüb ifadəsi göründü. Onlar yəqin
düĢünürdülər ki, mən ya Delakrua, ya da Persi haqqında danıĢmaq
istəyirəm. Bəlkə də hər ikisi haqqında. Mən Din ilə Harriyə tərəf
baxdım. Con Koffinin Mister Cinqlza etdiyi hər nə idisə, çox sürətlə
baĢ verdi və bitdi. Mən hətta bilmirəm ki, siçanın nə halda olduğunu,
onun necə ağır xəsarətlər aldığını görə bilməniz üçün ora vaxtında çata
bildiniz, ya yox.
Din baĢını buladı.
– Amma mən döĢəmədə qan izləri gördüm.
Mən Brutusa tərəf döndüm.
– O, it oğlu it Persi, ayaqqabısını siçanın üstünə basaraq onu
əzmiĢdi, – deyə o dilləndi. Siçan onda ölməliydi, amma ölmədi. Koffi
www.vivo-book.com
385
ona nəsə elədi. Onu necə sağaltdı. Mən dediklərimin necə səsləndiyini
bilirəm, amma mən hər Ģeyi öz gözlərimlə gördüm.
Onda mən dedim:
– O məni də sağaldıb. Mən bunu necə etdiyini görməsəm də, onu
hiss etdim. – Mən onlara öz sidik yollarımın infeksiyası haqqında
danıĢdım – infeksiyanı necə geri qayıtdığını, özümü necə hiss etdiyimi
(pəncərədən, mən onlara ağrı məni diz çökməyə məcbur edəndə
yıxılmamaq üçün əlimlə yapıĢdığım odun cərgəsini də göstərdim),
Koffinin mənə toxunuĢundan sonra bu xəstəliyin necə birdən-birə
məndən əl çəkdiyi haqqında onlara danıĢdım. Xəstəlik o toxunuĢdan
sona bir də geri qayıtmadı.
Mənim hekayəm elə də uzun çəkmədi. Mən söhbətimi bitirəndə,
onlar öz sendviçlərini çeynəyə-çeynəyə fikirli halda oturmuĢdular.
Sonra Din dedi:
– Onun ağzından nəsə qara Ģeylər çıxdı, lap mığmığalara
bənzəyirdilər.
– Hə, elədir, – deyə Harri də onunla razılaĢdı. – Əvvəlcə onların
rəngi qara idi, sonra isə rəngləri ağardı və qeyb oldular. – O, fikirli-
fikirli ətrafa baxdı. – Sən bu haqda danıĢmasaydın, mən az qala bütün
bunları tamam unudacaqdım, Pol. Bu, bir az gülməli deyilmi?
– Burada gülməli və təəccüblü heç nə yoxdur, – deyə Brutus
etiraz etdi. – Məncə, insanlar çox vaxt onlara aydın olmayan Ģeyləri
unudurlar. Mənası ona aydın olmayan bir Ģeyi yadda saxlamaqla insan
www.vivo-book.com
386
nə əldə edir? Pol, bəs o sənə nə eləmiĢdi? O səni sağaldandan sonra da
qara mığmığalar uçuĢurdumu?
– Hə. Məncə, havada uçuĢan o Ģeylər özü elə xəstəlikdir...
ağrıdır... xəsarətdir. O, bütün bu dediklərimi öz içinə çəkir, sonra isə
onları yenə açıq havaya üfürür.
– Orada da onlar məhv olub gedir, – deyə Harri dilləndi.
Mən bir söz demədən çiyinlərimi çəkdim. Mən bilmirdim sonra
onlar məhv olur ya yox. Heç bunun əhəmiyyəti olduğuna da əmin
deyildim.
– O sənin içindəki ağrını əmib çıxardımı? – deyə Brutus soruĢdu.
O zaman mənə elə gəldi ki, o, siçanın içindəki ağrıları sorub çıxarır.
Ağrıları... bəlkə də ölümün özünü, dəqiq bilmirəm.
– Yox, – mən dedim. O mənə sadəcə toxundu. Və mən bunu hiss
etdim. Ġçimdən elə bir nəsə keçərək məni silkələdi. Elə bil, məni
elektrik cərəyanı çarpdı, amma ağrısız. Amma onda mən ölüm
ayağında deyildim, sadəcə, içimdə ağrılar vardı.
Brutus baĢını yırğaladı. ToxunuĢ və nəfəs. Lap, o meĢəlikdə
sərgərdan gəzərək Ġncildən dualar oxuyanların dedikləri kimi.
– Ġsaya həmd olsun, Rəbbimiz Hər ġeyə Qadirdi, – mən dedim.
– Mən bilmirəm ki, bunun Ġsaya nə dəxli var, – Brutus dedi. –
Lakin, məncə, Con Koffi çox qüdrətli bir insandır.
– YaxĢı, – deyə Din dilləndi. – Əgər siz bütün bunların baĢ
verdiyini iddia edirsinizsə, onda mən inandım. Allah sirli üsullardan
www.vivo-book.com
387
istifadə etməklə öz möcüzələrini bizə göstərir. Bəs bunun bizə nə dəxli
var?
Hə, bu elə-belə sual deyildi. Mən dərindən nəfəs aldım və nə
etmək istədiyimi yerli-dibli onlara izah edim. Onlar karıxmıĢ halda
oturub qulaq asırdılar. Hətta kosmosdan gələn yaĢıl adamlar haqqında
hekayələri jurnallardan oxumağı xoĢlayan Brutus da təəccüblənmiĢ
görünürdü. Mən söhbətimi bitirəndə, ətrafa dərin bir sükut çökmüĢdü
və heç kim öz buterbrodunu daha çeynəmirdi. Nəhayət, Brutus Hovel
sakit və düĢüncəli bir tərzdə dedi:
– Əgər bizi tutsalar, hamımız iĢimizi itirəcəyik, Pol. Əgər iĢ,
sadəcə, bununla bitsə, özümüzü dünyada ən xoĢbəxt adamlar saya
bilərik. Məncə, biz üstəlik “A” blokunun sakinləri arasına düĢəcəyik,
orada çantalar tikəcək və hamama cüt-cüt gedəcəyik.
– Hə, – deyə mən cavab verdim. Bu, baĢ verə bilər.
– Mən sənin nələr hiss etdiyini, az da olsa, təsəvvür edirəm, –
deyə Brutus davam etdi. – Sən Murslar ailəsini bizdən daha yaxĢı
tanıyırsan, Murs sənin həm rəisin, həm də köhnə dostundur. Mən yaxĢı
baĢa düĢürəm ki, sən onun arvadının vəziyyəti ilə bağlı narahatlıq
keçirirsən...
– O sənin öz həyatında rastlaĢmaq istəyəcəyin ən yaxĢı qadındır,
– deyə mən cavab verdim, – və Melinda onun hər Ģeyidir.
– Lakin səninlə Cenisdən fərqli olaraq biz onu elə də yaxından
tanımırıq, – Brutus dedi. – Elə deyilmi, Pol?
www.vivo-book.com
388
– Əgər onu tanısaydınız, siz də onu mənim kimi sevərdiniz, –
mən dedim. – Ən azından, əgər siz onu xəstəlik öz ağuĢuna almazdan
öncə tanısaydınız, o sizin çox xoĢunuza gələrdi. O, hər zaman
cəmiyyət üçün bir Ģeylər etmək üçün var qüvvəsi ilə çalıĢardı, gözəl
dost və mömin bir insandır. Bundan əlavə o, çox Ģən və hazırcavabdı,
əlbəttə ki, xəstələnməmiĢdən əvvəl. O, elə Ģeylər danıĢardı ki, siz
qarnınızı tutub uğunardınız. Lakin bunların heç biri onu xilas etmək
istəməyimin səbəbi deyil, əlbəttə ki, əgər onu xilas etmək hələ də
mümkündürsə. Onun baĢına belə bir bəlanın gəlməsi ədalətli deyil, heç
ədalətli deyil. Nə gözlər üçün, nə qulaqlar, nə də ürəyinə qəbul etmək
üçün, yox, ədalətli deyil.
– Çox kübarca, amma düĢünmürəm ki, səni belə havalandıran
Ģeyin məhz bu olduğuna mən Ģübhə edirəm, – deyə Brutus dilləndi.
Məncə, bütün bu həyəcan Delin baĢına gələnlərlə əlaqəlidir. Sən
nəyəsə görə müvazinət yaratmaq istəyirsən.
O, haqlı idi. Əlbəttə, haqlı idi. Mən Melinda Mursu baĢqaları ilə
müqayisədə daha yaxından tanıyırdım. Amma elə də yaxından yox ki,
bu uĢaqlardan onun üçün öz iĢ yerlərini təhlükəyə atmalarını xahiĢ
edim... bəlkə də öz azadlıqlarını da. Ya da həm iĢ yerlərini, həm də
azadlıqlarını. Mənim iki övladım var və mən istəməzdim ki, arvadım
məktub yazaraq uĢaqlarıma atalarının nəyəsə görə... məhkəmə
qarĢısına çıxmalı olduğunu bildirsin, nəyə görə axı? Bunun adının nə
www.vivo-book.com
389
olacağını mən dəqiq bilmirəm. Böyük ehtimalla, həbsxanadan
qaçmağa təhrik etmə və yardıma görə.
Lakin Delakruanın ölümü mənim həyatımdakı ən dəhĢətli, ən
mənfur hadisə oldu, özü də yalnız iĢ həyatımda deyil, ümumiyyətlə,
həyatımda və mən bunda iĢtirak etmiĢdim. Biz hamımız bunda iĢtirak
etmiĢdik, çünki Persi Uetmorun “E” bloku kimi bir yerdə iĢləməyə
tamamilə yararsız birisi olduğunu anlayandan sonra da onun bizimlə
qalıb iĢləməsinə imkan vermiĢdik. Biz bu oyunun iĢtirakçıları
olmuĢduq. Hətta rəis Murs da bu oyunun iĢtirakçısı olmuĢdu. “Persi
kollektivdə olsa da, olmasa da, onun beyni onsuzda biĢiriləcək” – deyə
o mənə söyləmiĢdi və bəlkə də, Delakruanın elədiklərini göz önünə
gətirsək, onun bu sözləri kifayət idi. Lakin nəticədə nə oldu, Persi
onun beynini biĢirməklə yetinmədi, bundan çox-çox irəli getdi: o,
kiçik fransızın gözlərini oyuqlarından çıxardı, onun üzünü yandırdı. O
bunu nə üçün elədi? Ona görə ki, Del altı nəfəri qətlə yetirmiĢdi? Yox.
Ona görə ki, Persi qorxusundan Ģalvarını isladanda, balaca fransız
ehtiyatsızlıq edərək onu lağa qoymuĢ, ona gülməyə cürəti çatmıĢdı.
Biz hamımız dəhĢətli bir aktın iĢtirakçıları olmuĢduq. Persi isə bu
hərəkətinə görə cəza almaqdan canını qurtaracaqdı. O, xoĢbəxt və
dəniz qabarması kimi sakit bir Ģəkildə bir müddət sonra Briar Ricə
keçəcəkdi və öz qəddarlığını təkmilləĢdirməsi üçün dəlilərlə dolu bir
sığınacaq onun ixtiyarında olacaqdı. Bunun qarĢısını almaq üçün bizim
www.vivo-book.com
390
əlimizdən bir Ģey gəlməzdi, lakin əllərimizi batırdığımız bu çirkabı
necəsə yuyub təmizləmək üçün bəlkə də hələ gec deyildi.
– Mənim getdiyim kilsədə bunu müvazinət yaratmaq deyil,
günahlarını yumaq adlandırırlar, – mən dedim. – Lakin, məncə, hər iki
sözün mənası eyni anlama gəlir.
– Sən doğrudanmı düĢünürsən ki, Koffinin bir köməyi dəyə
bilər? – Din mülayim və xilaskar bir səslə soruĢdu. – Sadəcə... nə?...
onun beyindəki ĢiĢi əmib çıxaracaq? Sanki... elə bil, bu ĢiĢ deyil,
Ģaftalı çəyirdəyi imiĢ?
– Məncə, o bunu edə bilərdi. Əlbəttə, mən tam əmin deyiləm,
lakin onun mənə... və Mister Cinqlza elədiklərindən sonra...
– Hə, Mister Cinqlz xurd-xəĢil olmuĢdu, – deyə Brutus təsdiq
elədi.
– Səncə, o, kömək eləməyə razılıq verərmi? – deyərək Harri
fikrə daldı.
– Əgər bacaracağı bir iĢsə, demək razı olacaq, – mən dedim.
– Niyə? Axı Koffi onu heç tanımır!
– Çünki o, baĢqa Ģey bacarmır, bu onun iĢidir. Ona gərə ki, Allah
onu bunun üçün yaradıb.
Brutus nəzərlərini ətrafda gəzdirdi, sanki bu hərəkəti ilə
aramızda kiminsə çatıĢmadığını bizə baĢa salmağa çalıĢırdı. –
– Bəs Persi necə olsun? Sən elə bilirsən o, kənardan durub
sakitcə bizə baxacaq? – deyə o məndən soruĢdu və mən fikrimdə Persi
www.vivo-book.com
391
ilə bağlı qurduğum planı onlara danıĢdım. Mən söhbəti bitirəndə, Harri
ilə Din təəccüblərindən gözləri bərəlmiĢ halda mənə baxırdılar,
Brutusun üzündə isə mənim söylədiklərimə valeh olduğunu göstərən
bir təbəssüm vardı.
– Çox dəlisov bir plandır, Pol qardaĢ – deyə o dilləndi. – Məni
lap heyrətə saldı!
– Hə, lap əla iĢ olacaq! – Din az qala pıçıltı ilə dedi, sonra
gülərək uĢaq kimi əllərini bir-birinə vurdu. – Hə, uĢaqlar, deyirəm
atları yəhərləyin, hey-eyyy-hey-eyy! – Yadınıza salmaq istəyirəm ki,
mənim planımın Persi haqqında olan bu hissəsi ilə bağlı Dinin öz
maraqları vardı, çünki Persinin bacarıqsızlığı ucbatından Din az qala
həyatını itirəcəkdi, yəqin xatirinizdədir, Persi mal kimi yerində
dayanıb, sadəcə, baxırdı.
– Hə, bunu bildik, bəs sonra? – Harri dedi. O, qaĢqabaqlı olsa da
gözləri onun içindəkiləri büruzə verirdi: onun gözlərində parıltı vardı,
bir Ģeyə inandırılmasını arzulayan adamın gözlərində olduğu kimi. –
Bəs sonra nə olacaq?
– Belə bir atalar sözü var, “ölülər sirr verməzlər”, – deyə Brutus
mırıldandı və mən onun zarafat etdiyinə əmin olmaq üçün cəld onun
üzünə baxdım.
– DüĢünürəm ki, o, dilini dinc saxlayacaq, – deyə mən cavab
verdim.
www.vivo-book.com
392
– Eləmi? – deyərək Din Ģübhə ilə mənə baxdı. O, eynəyini
çıxarıb ĢüĢələrini silməyə baĢladı. – Onda məni buna inandır.
– Birincisi, o, əslində, nə baĢ verdiyini bilməyəcək, çünki bizi öz
arĢını ilə ölçəcək və bunun, sadəcə, bir zarafat olduğunu düĢünəcək.
Ġkincisi və daha vacibi, o bu haqda kiməsə bir söz deməyə qorxacaq.
Mən elə hər Ģeyi bu məqama görə hesablamıĢam, buna arxayınam. Biz
ona deyəcəyik ki, əgər o, məktublar yazmaq və telefon zəngləri
eləmək fikrinə düĢsə, onda biz də məktublar yazmalı və telefon
zəngləri etməli olacağıq.
– Hə, edam haqqında, – deyə Harri tez dilləndi.
– Bir də, Uorton Dinə hücum edəndə, onun qorxusundan
quruyub mal kimi baxması haqqında, – deyə Brutus əlavə etdi. –
Məncə, Persinin ən çox qorxduğu Ģey insanların bu haqda
öyrənməsidir, – deyərək o, fikirli-fikirli baĢını yırğaladı. – Bu, iĢimizə
yarıya bilər. Amma Pol... səncə, Koffini missis Mursun yanına
aparmaqdansa, missis Mursu buraya gətirmək daha yaxĢı olmazdımı?
Biz elə sənin dediyin üsulla Persini zərərsizləĢdirə bilərdik, sonra da
Koffini missis Mursun yanına aparmaq əvəzinə, missis Mursu
tuneldən keçirərək buraya gətirərdik.
Mən baĢımı buladım.
– Biz bunu edə bilmərik. Bundan sonra min il də yaĢasaq, bunu
edə bilmərik.
– Rəis Mursa görə?
www.vivo-book.com
393
– Məhz ona görə. O, elə inadkardır ki, dirəĢərsə, ġübhəkar
Fomadan Janna d’Ark düzəldər. Əgər Koffini onun evinə aparsaq, biz
onu qəfil yaxalamıĢ olarıq və bəlkə o, karıxıb Koffinin bu iĢə heç
olmasa cəhd eləməsinə razı olar. Əks təqdirdə...
Ora getmək üçün biz, səncə hansı maĢından istifadə etməliyik? –
deyə Brutus maraqlandı.
– Mən, əvvəlcə, bizim furqonu götürmək haqqında düĢünürdüm,
amma sonra fikrimdən vaz keçdim, çünki onunla biz nəzər-diqqəti
çəkmədən həbsxananın həyətindən çıxa bilmərik. Bir də ki iyirmi mil
radiusda hamı bu maĢını yaxĢı tanıyır. Məncə mənim “ford”umu
götürsək daha yaxĢı olar.
– Bir də düĢün – deyərək Din barmağı ilə eynəyini ehmalca
yuxarı qaldırdı. – Sən Con Koffini lüt soyundurub onun bədəninə
donuz piyi də sürtsən və dabançəkəndən də istifadə eləsən, onu öz
maĢınına mindirə bilməzsən. Sənin gözlərin ona elə öyrəĢib ki, onun
necə nəhəng bir adam olduğunu artıq görmürsən.
Mənim bu sözə verəcək cavabım yox idi. Həmin səhər mənim
diqqətimin böyük bir hissəsi Persi probleminin üzərində, qalan hissəsi
isə bizim üçün daha balaca problem olan Azğın Billi Uortonun
üzərində cəmləĢmiĢdi. Mən yalnız indi baĢa düĢmüĢdüm ki, bizim
nəqliyyatla bağlı problemimiz mənim düĢündüyümdən daha mürəkkəb
imiĢ.
|