854) Bu sınıqlardan hansında klinik olaraq paresteziya müşahidə edilir?
A) Burun sümüklərinin sınığında
B) Tac çıxıntısının sınığında
C) Çənənin subkondulyar sınığında
D) Çənə cisminin ikitərəfli sınığında
E) Almacıq - əng kompleksinin sınığında
855) Ən çox sınmaya məruz qalan üz sümüyü hansıdır?
A) Əng
B) Çənə
C) Almacıq
D) Damaq
E) Burun
856) Çənənin ən çox sınmaya məruz qalan nahiyəsi hansıdır?
A) Kondilus
B) Tac çıxıntı
C) Bucaq
D) Cismi
E) Simfizial
857) Çənə sınıqlarında bimaksilyar şinalarla immobilizasiya neçə həftə davam
etməlidir?
A) 4-6 həftə
B) 2-4 həftə
C) 8-10 həftə
D) 3-5 həftə
E) 6-8 həftə
858) Xəstədə sağ tərəfli gicgah-çənə oynağı nahiyəsində ağrı və həssaslıq
müşahidə edilir açıq dişləm vardır,çənə sağa tərəf meyllənmişdir.Diaqnozu
müəyyən edin?
A) Çənənin sol bucaq nahiyəsinin sınığı
B) Çənənin sağ bucaq nahiyəsinin sınığı
C) İkitərəfli bucaq nahiyəsinin sınığı
D) Çənənin sol kondilus nahiyəsinin sınığı
E) Çənənin sağ kondilus nahiyəsinin sınığı
859) Aşağıdakılardan hansı Le – For II sınığı üçün xarakterik deyil ?
A) Beyin onurğa mayesi rinorreyası
B) Paresteziya
C) Dişləmin pozulması
D) Enoftalm
E) Dişləm pozulması və paresteziya
860) Mandibulyar anesteziya zamanı iynənin daha dərinə və arxaya yeridilməsi
hansı ağırlaşmaya səbəb ola bilər ?
A) Paresteziya
B) Üz sinirinin iflici
C) Hematoma
D) Trizm
E) İşemiya
861) Ən uzun təsir müddəti olan anestetik hansıdır?
A) Lidokain
B) Kokain
C) Bupivakain
D) Prilokain
E) Prokain
|