983) Aşagıdakılardan hansı tökmə ştiftli dişin hazırlanmasına göstərişdir? A) Dişlərin patoloji sürtülməsi
B) Dişlərdə flüorozun olması
C) Diş tacının 1/3 və daha çox hissəsinin olmaması
D) Dişin depulpasiya olunmasından 3 il müddətin keçməsi
E) Dişin depulpasiya olunmasından 1 il müddətin keçməsi
984) Düz üsulla taxmanın mum modeli harda hazırlanır? A) Gümüş amalqamadan hazırlanmış modelin üzərində
B) Supergipsdən hazırlanmış modelin üzərində
C) Kombinəedilmiş modelin üzərində
D) Yığılma modelin üzərində
E) Bilavasitə ağız boşluğunda
985) Dişlərin sərt toxumalarının patoloji sürtünməsi zamanı diş boşluğunda hansı dəyişiklik əmələ gəlir? A) Dəyişmir
B) Böyüyür
C) Kiçilir
D) Dentikl əmələ gəlir
E) Pulpa nekrozlaşır
986) Taxmaların sementdən qopmasına səbəb nə olur? A) Termiki qıcıqlandırıcılar
B) Qeyri bərabər çeynəmə təzyiqi
C) Ağız boşluğunun pis gigiyenası
D) Maddələr mübadiləsinin pozulması
E) Düzgün qidalanmamaq
987) Hansı dişləmə güdül düzəltmək daha əlverişlidir? A) Düz dişləm
B) Ortoqnatik dişləm
C) Dərin dişləm
D) Progeniya
E) Proqnatiya
988) Güdül üçün boşluğun hazırlanması zamanı buraxılan səhvlər hansılardır? A) Dişi yonarkən sərt toxumaların qırılması
B) Yumşalmış dentinin pulpa üzərində saxlanılması
C) Boşluğun dəyirmi yaradılması
D) Boşluğun trapesvari yaradılması
E) Yaradılmış boşluğun divarlarının paralel olmaması
989) Sadalananlardan hansı güdülün hazırlanmasının I mərhələsi hesab olunur? A) Güdülün uyğunlaşdırılması və fiksə edilməsi
B) Ağız boşluğunda güdülün modeləşdirilməsi
C) Dayaq dişdə boşluğun hazırlanması
D) Modelin tökülməsi
E) Konstruksiyanın metaldan tökülməsi