494) Tam tökmə qapaqlar üçün dişin sərt toxunmasında yaradılan çıxıntının diş ətinə olan münasibətinin neçə halı vardır? A) 5
B) 2
C) 1
D) 3
E) 4
495) Tam tökmə qapaqlar altına yonma zamanı diş boynu nahiyəsində dişin sərt toxumasında nə yaradılır? A) Üçbucaq
B) Kələ-kötürlülük
C) Çökəklik
D) Pillə
E) Kvadrat
496) Bərpaedici stomatologiyanın əsas prinsipi hansıdır? A) Toxumaları zədələməməsi və materialın bioloji uyğunluğu
B) Metalların bioloji uyğunluğu, toxumaların zədəsinin azalması, çox yararlıq, estetik
tələbatın tam ödənilməsi
C) Materialın biouyğunluğu və estetika
D) Estetik tələbat və toxumaların zədələnməməsi
E) Materialın bioloji uyğunluğu
497) Stomatoloji praktikada adgeziya nədir? A) İki sərt cismin (materialın) qızdırıkaraq bir – birinə yapışdırılması
B) İki sərt cismin (materialın) bir - birinə söykənməsi
C) İki sərt cismin (materialın) səthindəki mexaniki retensialar hesabına onların
dayanıqlığı
D) İki sərt cismin (materialın) bir - birinə üçüncü maye (amorf) halda olan materialla
birləşməsi
E) İki sərt cismin (materialın) bir - birinə üçüncü bərk materialla bərkidilməsi
498) Adgeziv keramik restavrasiyanın üstün cəhətlərinə hansı aid deyil? A) ikincili kariesin yaranmasının qarşısının alınması
B) Metal işlədilməməsi və qalvanozun olmaması
C) Estetik tələbatın yüksək səviyyədə ödənilməsi
D) Diş toxumalarının dehidratasiyasının, rəngdəyişməsinin qarşısının alınması
E) Patoloji sürtülmənin olması
499) Materiallardan hansı daha çox yararlı hesab edilməklə orqanizm üçün biouyğun və gigiyenik hesab olunur? A) Qiymətli metal
B) Keramika
C) Kompozit
D) Adi (sadə) metal
E) Akril