3) Hetçinson, Furnye və Pflyüger dişlərinə hansı hallarda təsadüf olunur?
A) Yerli hipoplaziyada
B) İçməli suyun tərkibində mikroelementlərin olmaması zamanı
C) Sistem hipoplaziyada
D) Endemik flüorozda
E) Endemik ur xəstəliyində
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
4) Hetçinson, Furnye və Pflyüger dişlərində patoloji proses hansı nahiyəni əhatə edir?
A) Minanı
B) Sementi və dentini
C) Mina və dentini
D) Dentini
E) Sementi
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
5) Hansı yaşda uşaqlarda tetrasklin sırasından olan preparatlar təyin etmək məsləhət deyil?
A) 6 aydan - 1 yaşadək
B) 1 yaşdan - 2 yaşadək
C) 6 yaşdan - 12 yaşadək
D) 6 aydan - 12 yaşadək
E) 1 yaşdan - 6 yaşadək
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
6) Flüoroz zamanı baş verən patoloji dəyişikliklər hansı hüceyrələrin funksional dəyişikliyi nəticəsində yaranır?
A) Epitel hüceyrələrinin
B) Osteoklastların
C) Ameloblastların
D) Sementoblastların
E) Osteoblastların
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |