A5.2.3 Müvafiq alətin seçilməsi
16. SEQ alət və metodlarının seçilməsi daha sonra plan və ya proqramın hazırlanması və qərar
qəbulu zamanı istifadə edilə biləcək məlumatın keyfiyyəti baxımından birinci dərəcəli
əhəmiyyətə malikdir.
17. Bu bölmənin giriş hissəsində qeyd edildiyi kimi, sistemli və ətraflı təhlilin aparılması üçün
vahid ən yaxşı metodologiya mövcud deyil. Lakin əslinə baxanda SEQ-in yerinə yetirilməsi üçün
SEQ tapşırıqlarına cavab verən ən sadə alətlərdən istifadə edilməlidir. Əlbəttə, bir çox hallarda
məlumatın əldə olunması, ətraf mühitə təsirlərin proqnozlaşdırılması üçün daha mürəkkəb
metodlardan istifadə etmək lazım gəlir (məsələn, yol tikintisi proqramlarının hazırlanması üçün
nəqliyyat simulyasiya modelləri). Lakin "mümkün qədər sadə" qaydası yenə də keçərli və
həddən artıq mürəkkəb təhlillərdən yayınmaq baxımından vacibdir.
18. Həmçinin yadda saxlamaq vacibdir ki, seçilmiş metodlar potensial təsirlərin zaman və məkan
xüsusiyyətlərinin adekvat şəkildə nəzərə alınması məqsədi ilə mövcud məlumatlara və miqyasa
uyğunlaşdırılmalıdır. Metodların səbəb-nəticə əlaqələri haqqında məlumatların çatışmazlığından
irəli gələn qeyri-müəyyənliklərin, çatışmayan məlumatların, yaxud konkret sahə və ya ərazinin
inkişafına əhəmiyyətli təsir göstərə biləcək, naməlum inkişaf tendensiyalarının nəzərə alınmasına
imkan verməlidir.
19. Müxtəlif metodların istifadəsi ilə əldə olunmuş məlumatın nəzərdə tutulan qərara aidiyyəti
olmalıdır, məlumat güzəştli qərarların müqayisəsinə yardım etməlidir. Alınmış məlumat
həmçinin ətraf mühitə təsirlərin azaldılmasından və müsbət təsirlərin maksimum dərəcədə
artırılmasından ibarət daha optimal nəticənin əldə edilməsinə kömək edəcək praktikada həyata
keçirilə biləcək inkişaf alternativləri təklif etməlidir.
A5.3 ƏSAS ANALİTİK ALƏTLƏRİN İCMALI
20. Bu bölmədə SEQ çərçivəsində istifadə edilən biləcək analitik metodlar və alətlər haqqında
daha ətraflı xülasəyə yer verilir. Bu metodologiya layihələrin ətraf mühitə təsirlərinin
qiymətləndirilməsi, siyasətlərin qiymətləndirilməsi və sağlamlığa təsirlərin qiymətləndirilməsi
metodlarına əsaslanır İstifadənin asanlaşdırılması üçün bu xülasə A4.2 Bölməsində nəzərdən
keçirilən, ətraf mühitin mühafizəsi haqqında hesabatın əsas mərhələləri və tapşırıqlarına müvafiq
alt bölmələrə ayrılmışdır. Bu alətlər menyusu müfəssəl deyildir və, plan yaxud proqramın
hazırlanması, məntiqi, eləcə də nəzərdən keçirilən təsirlərin xarakteri nəzərə alınmaqla, konkret
layihənin konteksti daxilində adaptasiya oluna bilər.
Tətbiq dairəsinin müəyyən edilməsi
114
21. Əhatə dairəsinin müəyyən edilməsi qiymətləndirilməli olan mühüm məsələləri müəyyən edir.
Bir qayda olaraq, əhatə dairəsinin müəyyən edilməsi prosesində uzun problem və narahatlıqlar
siyahısı potensial əhəmiyyətli məsələlərin qısa siyahısı ilə əvəz olunur.
22. Konkret plan və ya proqramın ətraf mühitə təsir dərəcəsinin, eləcə diqqət tələb edən, yaxud
təklif edilən fəaliyyətin icrası zamanı meydana çıxa biləcək məsələlərin müəyyən edilməsi üçün
aşağıdakı metodlardan istifadə edilə bilər:
Plan və ya proqrama müvafiq ekoloji məqsədlərin və vəzifələrin müəyyən edilməsinə
kömək etmək məqsədilə siyasətlərin nəzərdən keçirilməsi və hüquqi ekspertiza.
Şəxsi təcrübə və presedentlərin müqayisəsi əsasında SEQ çərçivəsində nəzərə alınmalı
olan mümkün təsirləri müəyyən edə bilən kollektiv ekspert qiymətləndirmələri.
Müəyyən problemlərin plan və ya proqrama aidiyyəti olub-olmadığının müəyyən
edilməsi üçün sadə bir üsul olan çek-listlər (yaddaş siyahıları). Çeklistlər potensial
təsirlərin diqqətdən kənarda qalmamasına yardım edir.
SEQ çərçivəsində əsas məsələlərin müəyyən edilməsinə yaddaş siyahılarından daha
sistemli qaydada yardım edən təsir, təzad və ya sinergizm matrisləri.
Ətraf mühitə qarşı SEQ çərçivəsində ələ alına biləcək müvafiq təhdidləri, eləcə də ətraf
mühitlə bağlı fürsətləri aşkara çıxara biləcək SWOT təhlili
Məkanla bağlı əsas problemləri və qiymətləndirmənin coğrafi sərhədlərini müəyyən edə
bilə GIS və layların üst-üstə yerləşdirilməsi sxemi
Əsas birbaşa və dolayı təsirləri, eləcə də qiymətləndirmənin sistemlə bağlı sərhədlərini
müəyyən edə bilən qərar ağacları və təsir sxemləri.
“Beşikdən qəbirəcən” yanaşması əsasında bütün faydalı və ziyanlı fəaliyyətləri, eləcə də
ekoloji nəticələrin qiymətləndirilməsi məqsədilə sistem sərhədlərinin düzgün müəyyən
edilib-edilmədiyini təsbit edə bilən istismar dövrü qiymətləndirməsi.
23. Çox vaxt SEQ çərçivəsində ətraf mühitə plan və ya proqramla əlaqədar təsirlərin bütün
növlərinin nzəərdən keçirilməsi, ya gərəkli, ya mümkün olmur, ya da tələb olunmur, bununla
belə, bəzi təsirlərin nə üçün nəzərə alınmadığı hər zaman aydınlaşdırılmalıdır. Əvəzində SEQ
məqsədlərinin həyata keçirilməsi üçün göstəricilərdən və ya yolgöstərici suallardan istifadə
etməklə, qiymətləndirmənin aparılması yetərli ola bilər (Bax: Haşiyə A4.2).
Kontekst və ilkin məlumatların təhlili
24. İlkin vəziyyətin təhlilinin məqsədi planın və ya proqramın icrasının nəticələrinin
qiymətləndirilməsi üçün istinad nöqtəsinin müəyyən edilməsidir. Adətən belə təhlil ətraf mühitin
cari vəziyyətinin, eləcə də plan və ya proqramın icrası baş tutmayacağı halda bu vəziyyətdə
ehtimal olunan dəyişikliyin təsvirini nəzərdə tutur. Bu baxımdan qarşıda duran başlıca məsələ
hazırlanan plan və ya proqramın, eləcə də strateji ekoloji qiymətləndirmənin aid olduğu sektor və
ya ərazi daxilində ətraf mühitin vəziyyətindəki dəyişiklik tendensiyalarının təhlili və
ekstrapolyasyasıdır. Əsas SEQ alətlərinin icmalı Başlıca cari problemlərin, uzunmüddətli
115
tendensiyaların əks etdirilməsi zərurəti, eləcə də plan yaxud proqramın hazırlanması və SEQ
prosesi üçün ənənəvi zaman və resurs məhdudiyyətləri nəzərə alınmaqla, ilkin vəziyyətin təhlili
adətən artıq mövcud məlumatlar əsasında aparılır.
25. Məlumatların əldə edilməsi üçün çoxsaylı vasitələr mövcuddur məsələn:
Yerli səviyyədə ətraf mühitin keyfiyyətinin araşdırılması. Bu alətdən çox vaxt layihə
səviyyəsində ətraf mühitə təsirlərin qiymətləndirilməsi üçün müvəffəqiyyətlə istifadə
olunur və onun yalnız yerli, spesifik plan və proqramların strateji ekoloji
qiymətləndirməsi üçün tətbiqi praktiki baxımdan tamamilə mümkündür. Belə
araşdırmalar yalnız cari vəziyyət haqqında təsəvvür yaradır və uzun müddətli
tendensiyaların qiymətləndirilməsinə imkan vermirlər, bunun özü də onların SEQ
çərçivəsində istifadəsini məhdudlaşdırır.
Ekoloji məqsəd və standartların həyata keçirilməsi işinin gedişatı haqqında hesabatlar
artıq mövcud ekoloji məqsəd və vəzifələrin icrası ilə əlaqədar nailiyyətlər və maneələr
haqqında faydalı təsəvvür yarada bilər. (Çox vaxt ətraf mühitin vəziyyəti haqqında
hesabatın və ya ətraf mühitin monitorinqi sisteminin bir hissəsi olan) belə hesabatlar
adətən ölkədə qəbul edilmiş müəyyən öhdəliklərə müvafiq konkret daxili göstəricilərə
əsaslanır.
Ətraf mühitin ilkin vəziyyət göstəricilərinin dəyişmə tendensiyası adətən toplu
göstəricilərə əsaslanır və əsas hərəkətverici amilləri, təzyiqləri, vəziyyətləri, təsir
növlərini və cavab tədbirlərinin səciyyəvi xüsusiyyətlərini ölçməyə kömək edir. Avropa
Ətraf Mühitin Mühafizəsi Agentliyi və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT)
kimi təşkilatların bənzər ilkin göstəricilərin istifadə edildiyi beynəlxalq müqayisəli
araşdırılmalarından müəyyən faydalı göstəricilər əxz oluna bilər.
Əhalini sağlamlıq vəziyyəti ilə bağlı araşdırmalar hazırlanan olan və ya proqramın aid
olduğu sektor və ərazilərdə mövcud problemləri müəyyən etməyə kömək edir. Məsələn,
nəqliyyat sisteminin inkişafı planın strateji ekoloji qiymətləndirilməsi çərçivəsində
havanın çirklənməsi, səs-küy yollarda baş verən qəza hallarının və s. həddən artıq
olmasının əhaliyə təsir tendensiyası təhlil edilə bilər; adətən hesab olunur ki, bu məsələlər
nəqliyyatın mövcudluğu ilə birbaşa əlaqəlidir. Lakin nəqliyyat sisteminin inkişaf planının
strateji ekoloji qiymətləndirməsi ürək-qan-damar sistemi xəstəlikləri, psixo-sosial
sağlamlıq vəziyyəti, yaxud artıq çəki kimi daha geniş və dolayı sağlamlıq təsirlərini
ortaya çıxara və onların nəqliyyatla əlaqədar problem (məsələn, yetərsiz fikziki aktivlik,
yeni zamanda piyada və ya velosipedlə gəzintilərin azlığı və s.) olub-olmadığını araşdıra
bilər. Mürəkkəb səbəb-nəticə əlaqələrin mövcudluğu ilə əlaqədar olaraq, belə dolayı
təsirlərin qiymətləndirməsi ehtimallara əsaslanır. Belə hallarda qiymətləndirmə əldə
edilmiş qənaətlərin bütün məhdudiyyət və qeyri-müəyyənliklərini etiraf etməlidir.
Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə.
26. Ətraf mühitin mühafizəsi haqqında hesabat plan və ya proqramın və onların rasional
alternativlərinin icrasının ehtimal olunan mühüm ekoloji nəticələrini müəyyənləşdirməli, təsvir
etməli və qiymətləndirməlidir (maddə 7). SEQ proses əhatə dairəsinin müəyyən edilməsi
116
mərhələsində icra edilməyə başlayan, məqsədəuyğun alternativlərin hazırlanmasında və
müəyyən edilməsində potensial əhəmiyyətli rol oynayan prosesdir. Əsas alternativlərin
nəticələrinin müqayisəsi həlledici əhəmiyyətə malikdir, bu müqayisə vasitəsi ilə SEQ ətraf
mühitin mühafizəsi və davamlı inkişaf məsələlərinə daha çox diqqət çəkməklə plan və ya
proqramların hazırlanması prosesinin keyfiyyətinə təsir edə bilər. Alternativlərin hazırlanması
məqsədini daşıyan əsas alətlərə aşağıdakılar daxildir:
Əsas alternativləri müəyyənləşdirə və ya hazırlaya bilən kollektiv ekspert
qiymətləndirmələri, məsələn, seminarlar və ya konfranslar vasitəsi ilə.
Dəqiq coğrafi sərhədləri olan alternativlərin hazırlanmasına və optimallaşdırılmasına
yardım edə biləcək GIS və layların üst-üstə yerləşdirilməsi
Gələcək inkişafa təsir edən ən qeyri-müəyyən və vacib hərəkətverici qüvvələri əks
etdirən versiyaları təsvir edən ssenarilərin hazırlanması .
Təklif olunan variantların (ekstremal ssenarilərdən başlamaq mümkündür) əsas
xüsusiyyətlərinin illüstrasiya edilməsinə, həyata keçirilə bilməyəcək təkliflərin istisna
edilməsinə imkan verən, seçilmiş variantları birləşdirməyə ya optimalalşdırmağa kömək
edən simulyasiya
Fərqli materiallara və enerji axınlarına (məsələn, tullantıların idarə edilməsi və ya
enerjidən istifadənin tənzimlənməsi sahələrində) əsaslanan alternativlərin müəyyən
edilməsinə kömək edən istismar dövrü qiymətləndirməsi
27. Alternativlərin formalaşdırılması SEQ çərçivəsində ekoloji amillərin plan və ya proqramların
hazırlanması prosesinə inteqrasiyasında həlledici məqamdır. Birinci addım təklifin məqsədlərinə
cavab verən bir sıra rasional alternativlərin müəyyən edilməsi və onların ekoloji aspektlərinin
icmalının hazırlanmasından ibarətdir. Alternativlərə heç bir fəaliyyətin yerinə yetirilməməsi
variantı da daxil olmalıdır. Məcburi olmasa da, praktikada həyata keçirilə bilən ən yaxşı ekoloji
variantın da daxil edilməsi faydalı olardı. Praktikada həyata keçirilə bilən ən yaxşı ekoloji
variant ətraf mühitə təsir edən güzəştli qərarların dəqiqləşdirilməsinə, eləcə də seçim üçün əsasın
müəyyən edilməsinə kömək edir.
28. A4.2 bölməsində qeyd edildiyi kimi, bütün alternativlər öz xüsusi təsirlərinə və plan yaxud
proqramın müvafiq məqsədlərinin həyata keçirilməsində göstərdikləri töhfəyə əsasən təhlil edilə
və qarşılıqlı surətdə müqayisə oluna bilərlər. Beləliklə, alternativlərin hazırlanması adətən
onların nəticələrinin qiymtələndirilməsi ilə sıx bağlı olur (müvafiq olaraq, bu iki iş eyni
mərhələdə yerinə yetirilir və A4.2-ci bölmədə nəzərdən keçirilirlər), eyni zamanda alternativlərin
hazırlanması üçün istifadə olunan bəzi analitik metodlar həmçinin nəticələrin
proqnozlaşdırılması üçün istifadə oluna bilərlər (və aşağıda sadalanan alətlərdən bəziləri
yuxarıdakı siyahıda sıralanan alətlərlə üst-üstə düşür). Ən çox istifadə olunan alətlər sırasına
aşağıdakılar daxildir:
Gözlənilən təsirlərin miqyasını və xarakteristikasını təhlil edə bilən kollektiv ekspert
qiymətləndirməsi.
117
Təklif edilən variantların ətraf mühitə və insanların sağlamlığına təsirlərinin əsas
növlərini, eləcə də onların birləşmələrini və müvafiq ətraf mühitin və əhalinin
sağlamlığının qorunması məqsədləri ilə ziddiyyətlərini təsvir etməyə kömək edən təsir,
təzad və sinergizm matrisləri.
Ətraf mühitin vəziyyətində ehtimal olunan dəyişiklikləri, başqa sözlə, ətraf mühitin
vəziyyətində yaranmış təzyiq nəticəsində ortaya çıxan tendensiyaları təsvir edə bilən
tendensiya təhlilləri və ekstrapolyasiya.
Təşəbbüslərin həyata keçirilməsinin müəyyən bir əraziyə təsirlərini, eləcə də kumulyativ
və sinergik təsirləri müəyyən etməyə kömək edən GIS və layların üst-üstə yerləşdirilməsi
Təklif edilən variantlar çərçivəsində daxil olan və məxaric olunan resurs axınlarını
hesablamağa kömək eədn istismar dövrü qiymətləndirmələri.
29. Qərarın qəbulu üçün əsas alternativlərin müqayisəsinin n sadə üsulu onların müsbət
təsirlərinin (mənfəətlərini) və mənfi təsirlərinin (problem və ya risklər) təsviri və onlar haqqında
aydın təsəvvürün əldə edilməsidir. Belə müqayisə hər bir halda qısa-qeyri-texniki icmalın bir
hissəsi kimi tələb olunur. Variantların müqayisəsini asanlaşdıran digər texnikalar aşağıdakılardır:
Təklif edilən alternativlərin və ya onların müvafiq ekoloji məqsədlərinin təsirlərini təsvir
edən matrislər
Təklif edilən alternativləri və ya onların təsirlərinin təsəvvür edilməsinə imkan yaradan
GIS və layların üst-üstə yerləşdirilməsi
Alternativ variantları bir neçə meyara əsasən qiymətləndirə və bu ayrı-ayrı
qiymətləndirmələri bir ümumi qiyətmətləndirmədə birləşdirə bilən çoxmeyarlı təhlil.
Təklif edilən strategiyanın icrasından irəli gələn mənfəət və onun müəyyən müddət
ərzində həyata keçirilməsi üçün tələb olunan xərclər arasında nisbəti öyrənməyə imkan
verən xərc-gəlir təhlili
Təklif olunan alternativlərin material və enerji axınlarına təsirini təsvir edə bilən istismar
dövrü qiymətləndirməsi.
Ətraf mühit şərtlərinin simulyasiyası ilə təsirlənin həcmini müəyyən edə bilən proqnoz
modelləşdirməsi
30. Strateji səviyyədə həyata keçirilən bütün təhlillərdə qaçılmaz surətdə ortaya çıxan qeyri-
müəyyənliklər nəzərə alınmaqla, hər zaman həssaslı təhlilinin aparılması tələb olunur. Belə təhlil
ehtimalların dəyişməsinin səbəb olduğu təsirləri sınaqdan keçirməyə və beləliklə,
qiymətlədirmənin düzgünlüyünü dəyərləndirməyə imkan verir.
31. A5.1 Əlavəsində seçilmiş metodlar haqqında daha ətraflı məlumat verilir. Aşağıda А5.1
cədvəlində bu metodların spesifik xüsusiyyətləri əks olunur.
118
Cədvəl A5.1: Əsas analitik vasitələrin icmalı SEQ prosesi çərçivəsində tətbiqi
SEQ prosesi çərçivəsində
tətbiq
Əsas xüsusiyyətlər
Analitik alətlər
Prob
le
ml
ərin
v
ə t
əsi
rl
ərin mü
əyy
ən
edilm
əsi
Ko
nte
ks
t v
ə i
lkin
m
əl
um
atlar
ın t
əhlili
Alternativ
lə
rin
ha
zı
rla
nma
sı
na y
ard
ım
T
əsirl
ərin
qiym
ətl
əndirilm
əsi
Q
ərar
q
əbu
lu
m
əqs
ədi il
ə va
ri
an
tla
rı
n
müqayis
əsi
M
əlum
ata olan
tə
lə
bat
V
əsait v
ə vax
tla
ba
ğl
ı t
əl
əbl
ər
İctim
ai
yy
ət üç
ün
şə
ffa
fl
ıq
Qe
yr
i-
m
üə
yy
ənl
ik
lə
ri
n ö
hd
əsin
də
n g
əl
ə bilm
ək
Sa
ğla
ml
ıq prob
le
ml
ərini
n h
əll edil
ə bil
m
əsi
Ekoloji, hüquqi və siyasi
ekspertiza
0
$
XX
SWOT təhlili
0
$
XX
Yaddaş siyahıları
0
$
X
Matrislər
0
$
X
Qərar ağacları, təsir sxemləri
0
$
XX
Layların üst-üstə yerləşdirilməsi
və GIS
00
$$
X
Tendensiyaların təhlili və ya
ekstrapolyasiya
0
$
X
Kollektiv ekspert
qiymətləndirməsi
0
$
XX
Modelləşdirmə
00
$$
X
Ssenarilərin hazırlanması
00
$$
XX
İstismar dövrü qiymətləndirilməsi
00
$$
Xərc-gəlir təhlili
00
$$
Çoxmeyarlı təhlil
00
$$
X
Açar:
Tətbiq
Tətbiq edilə bilər
Məlumata olan tələbat 0
Daha
az
00
Daha
çox
Vəsait və vaxt tələbi $
Daha
aşağı
$$
Daha
yuxarı
İctimaiyyət üçün şəffaflıq
Aşağı
Orta
Yüksək
Qeyri-müəyyənliklərin öhdəsindən gələ
bilmək
Qabil
Sağlamlıq problemlərinin həll edilə bilməsi
X Aşağı
XX
Yüksək
119
A5.4 ƏSAS İCTİMAİ İŞTİRAK ALƏTLƏRİNİN İCMALI
32. Protokolda ictimaiyyətin məlumat və konsultasiyalarda iştirak imkanının təmin edilməsi
üçün ən vacib tələblər müəyyən edilir (bax: Bölmə A4.3). Bu müddəalar ətraf mühitə təsirlərin
qiymətləndirilməsi üçün irəli sürülən tələbləri xatırlada bilər. Lakin qeyd etmək vacibdir ki, bəzi
strateji ekoloji qiymətləndirmələrin miqyası, əhatə dairəsi və səviyyəsi SEQ çərçivəsində
praktiki ictimai iştirak tədbirlərini ƏMTQ-dən əsaslı surətdə fərqləndirə bilər.
33. Böyük ehtimalla SEQ çərçivəsində ictimaiyyətin iştirakı müxtəlif əhali təbəqələrinin cəlb
edilməsini nəzərdə tutacaq. Bəzi SEQ-lərin mürəkkəb mahiyyəti sadəcə problemlərin aşkara
çıxarılmasına deyil, problemin həllinə yönəlmiş debatların təşkili metodlarından istifadəni tələb
edir. SEQ-in bu aspektinin inkişaf etdirilməsi yaxın bir neçə il üçün çətin vəzifə təşkil edəcək.
34. Həddən artıq inkişaf imkanı yaratmaqla ictimaiyyəti çaşdırmamaq üçün seçilmiş metodlar
imkan dairəsində ictimaiyyətin eyni vaxtda həm SEQ, həm də plan, yaxud proqramın
hazırlanması prosesi çərçivəsində iştiraka cəlb edilməsinə imkan verməlidir. Bu alətlər
aşağıdakılardan ibarət ola bilər:
Məlumatın təmin edilməsi.
Rəylərin toplanması.
Aidiyyəti olan ictimaiyyət nümayəndələrinin birgə problem həlli prosesinə cəlb edilməsi.
35. İctimai iştirakın təmin edilməsi üçün çoxsaylı alətlər mövcuddur və bu müxtəlif metodlar çox
vaxt cüzi dərəcədə adaptasiya olunduqlarına görə bir-birlərindən fərqlənirlər. Ən çox istifadə
olunan alətlər A5.2 cədvəlində ümumi cizgilərlə təsvir olunur və A5.2 Əlavəsində ətraflı surətdə
müzakirə olunur.
36. Həssas qrupların və fərdlərin qeyri-adekvat resursları və potensialı onların iştirakını
məhdudlaşdıra bilər, buna görə bütün ictimaiyyətin iştirakını asanlaşdırmaq məqsədi ilə
ictimaiyyətin cəlb edilməsi üçün münasib metodun seçilməsinə diqqət yetirilməlidir. Həssas
qrupların seçilmiş alətdən istifadəsi çətin olarsa, SEQ-də yalnız daha çox resurslara malik
qrupların və fərdlərin iştirak riski ilə yanaşı onların mövqelərinin bütövlükdə ictimaiyyətin
problemlərini əks etdirməməsi təhlükəsi də yaranır.
120
Cədvəl A5.2: Əsas ictimai iştirak alətlərinin icmalı
İmkan verir...
Əsas xüsusiyyətlər
İctimai iştirak alətləri
M
əlumat
ın t
əmin
ed
il
m
əsi
R
əyl
ərin t
opl
an
mas
ı
Mü
şt
ər
ək pr
ob
le
m
h
əlli
Ad
ət
ən t
ət
bi
q üç
ün
tə
lə
b ol
un
an x
ərc
Pro
bl
eml
əri h
əll etm
ək b
acar
ığ
ı
R
əy
in bi
ld
ir
il
m
əsi
ni
n asanl
ığ
ı
Rəylərin bildirilməsinə dəvət
üçün bir sıra çap materialları
$
Təqdimatlar və sərgilər
$
Əməkdaşların iştirakı ilə təqdimat
və sərgilər
$$
Məlumat xidməti üçün qaynar
xətt
Dostları ilə paylaş: |