25
aerozollar və ya kəskin duyulan xoşagəlməz iylər olmadıqda, müsbət disbalans nəzərdə tutulmalıdır.
Tambur-şlüz olmadıqda disbalansın təmin edilməsi üçün hava sərfi,
mühafizə olunan otaqla
(qapılar bağlı olduğu halda) müqayisədə 10 Pa təzyiq fərqini yaratmaqla müəyyən edilməlidir, lakin
mühafizə olunan otaqda olan hər qapıya görə 100 m
3
/saatdan az olmamalıdır. Tambur-şlüz olduqda
disbalansın təmin edilməsi üçün hava sərfi tambur-şlüzə verilən hava sərfinə bərabər qəbul edilir.
7.51. Mexaniki sistemlərlə təchiz edilmiş ictimai, inzibati-məişət və istehsalat binalarında qış
dövründə vurulan və sorulan hava sərfləri arasında balans təmin edilməlidir.
İstehsalat binalarında, qış dövründə, texniki-iqtisadi əsaslandırıldıqda, hündürlüyü 6 m və daha
az olan otaqlarda 1 saatda havadəyişmənin bir mislindən çox olmayan həcmdə, hündürlüyü 6 m-dən
çox olan otaqlarda isə 1 m
2
döşəmə sahəsinə 6 m
3
/saat hesabı ilə mənfi disbalansa yol verilir.
7.52. Vurulan havanı elə yönəltmək lazımdır ki, hava çirkli zonadan daha az çirkli zonaya
yönəlməsin və yerli sorma sistemlərinin işini pozmasın.
7.53. Vurulan hava istehsalat otaqlarının işçi zonasına havapaylayıcılardan aşağıdakı kimi
verilməlidir:
a) işçi zonaya və ya ondan yuxarıya verilən üfüqi şırnaqlarla, o cümlədən burulğanlı
ventilyasiyada;
b) döşəmədən 2 m və daha artıq hündürlükdə verilən maili (aşağıya) şırnaqlarla;
c) döşəmədən 4 m və daha artıq hündürlükdə verilən şaquli şırnaqlarla.
İstehsalat otaqlarında izafi istiliyin kiçik qiymətlərində vurucu havanın, yuxarı
zonada
yerləşdirilmiş havapaylayıcılardan, yuxarıdan aşağıya istiqamətdə şaquli, üfüqi və ya maili (aşağıya)
şırnaqlarla buraxılmasına yol verilir.
7.54. Böyük nəmlik ayırmaları olan, istilik-nəmlik nisbəti 4000 kC/kq və daha az olan otaqlarda
vurulan havanın bir hissəsi binanın qoruyucu konstruksiyalarında nəmliyin kondensasiya olunan
zonalara verilməlidir.
Toz ayırmaları olan otaqlara vurulan hava yuxarı zonada yerləşdirilmiş havapaylayıcılardan
şırnaqlarla yuxarıdan aşağıya istiqamətdə verilməlidir.
Toz ayırmaları olmayan müxtəlif təyinatlı otaqlara vurulan havanın, xidmət olunan və ya işçi
zonada yerləşdirilmiş havaqızdırıcılardan şırnaqlarla aşağıdan yuxarıya
istiqamətdə verilməsinə yol
verilir.
Yaşayış, ictimai və inzibati-məişət binalarının otaqlarına vurulan hava yuxarı zonada
yerləşdirilmiş havapaylayıcılardan verilməlidir.
7.55. Vurulan hava, zərərli ayırmalar mənbələrinin yanında yerləşən, yerli sorma sistemlərinin
quraşdırılması mümkün olmayan daimi iş yerlərinə verilməlidir.
7.56. Otaqlardan ventilyasiya sistemləri vasitəsi ilə havanın xaric edilməsi havanın daha çirkli
və ya daha yüksək temperaturu və ya entalpiyası olduğu zonalardan nəzərdə tutulmalıdır. Otaqlarda
toz və aerozol ayrılmaları olduqda ümumi mübadilə ventilyasiya sistemləri vasitəsi ilə havanın xaric
edilməsi aşağı zonadan nəzərdə tutulmalıdır.
Çirklənmiş hava, insanların daimi olduqları yerlərdə onların nəfəs aldıqları
zonadan
ötürülməməlidir.
Resirkulyasiya havasının qəbulediciləri otağın xidmət olunan və ya işçi zonasında
yerləşdirilməlidir.
Zərərli və ya yanar qaz və ya buxar ayırmaları olan istehsalat otaqlarında çirklənmiş hava
yuxarı zonadan 1 saatda havadəyişmənin bir mislindən az olmayaraq, hündürlüyü 6 m-dən artıq olan
otaqlarda isə 1 m² otaq sahəsinə 6 m³/saatdan az olmayaraq xaric edilməlidir.
7.57. Otağın yuxarı zonasından ümumi mübadilə ventilyasiya sistemləri vasitəsi ilə havanın
xaric edilməsi üçün hava qəbuledici deşiklər aşağıdakı kimi yerləşdirilməlidir:
a) tavanın və ya dam örtüyünün altında, lakin izafi istiliyin, nəmliyin və zərərli qazların xaric
edilməsi üçün nəzərdə tutulmuş deşiyin alt səviyyəsinə qədər döşəmədən 2
m-dən az olmayan
məsafədə;
26
b) tavanın və ya dam örtüyünün səviyyəsindən, partlayış təhlükəli qaz,
buxar və aerozol
qarışıqlarının (hidrogenlə havanın qarışığından başqa) xaric edilməsi üçün nəzərdə tutulmuş deşiyin
üst səviyyəsinə qədər 0,4 m-dən az olmayaraq məsafədə;
c) tavanın və ya dam örtüyünün müstəvisindən hidrogenlə havanın qarışığının xaric edilməsi
üçün nəzərdə tutulmuş deşiyin üst səviyyəsinə qədər, hündürlüyü 4 m və daha az olan otaqlarda 0,1
m-dən az olmayaraq və ya hündürlüyü 4 m-dən artıq olan otaqlarda otağın hündürlüyünün 0,025
hissəsindən az olmayaraq məsafədə (lakin 0,4 m-dən artıq olmayaraq).
7.58. Ümumi mübadilə ventilyasiya sistemləri vasitəsi ilə otaqların aşağı zonasından havanın
xaric edilməsi üçün nəzərdə tutulmuş
hava qəbuledici deşikləri, döşəmədən deşiyin alt səviyyəsinə
qədər 0,3 m-ə qədər məsafədə yerləşdirilməlidir.
İşçi zonada yerləşdirilmiş aşağı yerli sormalardan keçən hava sərfi bu zonadan havanın xaric
edilməsi kimi nəzərə alınmalıdır.
Dostları ilə paylaş: