Строительные нормы и правила



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə27/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   23   24   25   26   27   28   29   30   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

Avadanlıq üçün otaqlar 
7.96. Yaşayış, inzibati-məişət və istehsalat binalarında ventilyasiya avadanlığı üçün otaqların 
layihələndirilməsi zamanı МСН 3.02-01-in tələblərinə riayət edilməlidir. 
7.97. Sorucu sistemlər üçün olan otaqlar partlayış-yanğın və yanğın təhlükəliliyinə görə xidmət 
etdikləri otaqların kateqoriyalarına aid edilməlidir. Ejektorlara xarici havanı vuran ventilyatorlar, 
hava üfürücüləri və kompressorlar üçün otaqlar Д kateqoriyasına (ejektorlar bu otaqlardan kənarda 
yerləşdikdə), digər otaqlardan götürülən havanı vurduqda isə həmin otaqların kateqoriyasına aid 
edilməlidir. 


31 
В, Г və Д kateqoriyalı sahələrdə, ictimai və inzibati-məişət binalarının otaqlarında yerləşmiş 
texnoloji avadanlıqdan partlayış təhlükəli qarışıqları xaric edən yerli sorma sistemlərinin, həmçinin 
bənd 7.27-də göstərilən ümumi mübadilə sorucu ventilyasiya sistemlərinin avadanlığı üçün olan 
otaqların kateqoriyası ОНТП 24-ə uyğun olaraq hesablama ilə təyin edilməli və ya A və ya Б qəbul 
edilməlidir. 
Əsaslandırıldığı halda, ventilyatorlardan əvvəl yerləşdirilmiş yaş toztutuculu, partlayış təhlükəli 
toz-hava qarışıqlarını xaric edən yerli sorma sistemlərinin avadanlığı üçün otaqlar Д kateqoriyalı 
otaqlara aid edilməlidir. 
Yaşayış, ictimai və inzibati-məişət otaqlarının sorucu ümumi mübadilə ventilyasiya 
sistemlərinin avadanlığı üçün olan otaqlar Д kateqoriyasına aid edilməlidir. 
Partlayış-yanğın və yanğın təhlükəliliyinə görə müxtəlif kateqoriyalara aid edilən bir neçə otağa 
xidmət edən sorucu sistemlərin avadanlığı üçün olan otaqlar daha təhlükəli kateqoriyaya aid 
edilməlidir. 
7.98. Vurucu sistemlərin avadanlığı üçün olan otaqlar aşağıdakı kateqoriyalara aid edilməlidir: 
a) В kateqoriyasına, onlarda sistemlərdən birində tutumu 75 litr və daha yuxarı (kütləsi 60 kq və 
daha yuxarı) olan yağla filtrlər yerləşdikdə; 
b) В kateqoriyasına, sistem В kateqoriyalı otaqlardan götürülən havanın resirkulyasiyası ilə 
işlədikdə (havanın yanar qazlar və toz ayrılmayan otaqlardan götürüldüyü və ya havanın tozdan 
təmizlənməsi üçün köpüklü və ya yaş toztutucular istifadə edildiyi hallardan başqa); 
c) otaqların öz kateqoriyasına, bu otaqlardan götürülən havanın istiliyi hava ilə hava istilik 
utilizatorlarında istifadə olunduqda; 
ç) Д kateqoriyasına - bütün digər hallarda. 
Partlayış-yanğın və yanğın təhlükəliliyinə görə müxtəlif kateqoriyalara aid edilən bir neçə 
sahəyə xidmət edən vurucu sistemlərin avadanlığı üçün olan otaqlar, daha təhlükəli kateqoriyaya aid 
edilməlidir. 
7.99. A və Б kateqoriyalı otaqlara və bənd 7.27-də göstərilən sistemlərə xidmət edən sorucu 
sistemlərin avadanlığı üçün olan otaqlarda, həmçinin partlayış təhlükəli qarışıqların yerli sorma 
sistemlərinin avadanlığı üçün olan otaqlarda istilik məntəqələri, su nasosxanaları, təmir işlərinin 
aparılması, yağların regenerasiyası və digər məqsədlər üçün yerlər nəzərdə tutulmamalıdır. 
7.100. Ventilyasiya avadanlığı üçün otaqlar, onların xidmət etdikləri otaqların olduğu yanğın 
bölməsinin hüdudlarında yerləşdirilməlidir. Ventilyasiya avadanlığı üçün otaqların, yanğın 
bölməsinin yanğın əleyhinə divarının arxasında və ya I, II və IIIa odadavamlılıq dərəcəli binalarda 
yanğın əleyhinə zona daxilində yerləşdirilməsinə yol verilir. Bu zaman otaq yanğın əleyhinə divara 
bilavasitə bitişik olmalı, otaqda yanğın əleyhinə divarın müxtəlif tərəflərində olan otaqlara xidmət 
etmək üçün avadanlıq yerləşdirilməməlidir, yanğın əleyhinə divarla kəsişən havakəmərlərində isə 
odsaxlayıcı klapanlar nəzərdə tutulmalıdır. 
7.101. Partlayış təhlükəli qarışıqların quru təmizlənməsi üçün toztutucular olan otaqların 
insanların kütləvi olduqları otaqların altında (qəza hallarından başqa) yerləşdirilməsinə yol verilmir. 
7.102. Ventilyasiya avadanlığı üçün olan otaqların hündürlüyü avadanlığın hündürlüyündən ən 
azı 0,8 m artıq nəzərdə tutulmalı, həmçinin otaqda yükqaldırıcı maşınların hərəkəti nəzərə alınmalı və 
döşəmədən örtük konstruksiya çıxıntılarının altına qədər ən azı 1,8 m məsafə olmalıdır. 
Otaqlarda və iş meydançalarında avadanlığın kənara çıxan hissələri arasındakı, həmçinin 
avadanlıqla inşaat konstruksiyaları arasındakı keçidin eni, quraşdırma və təmir işlərinin aparılması 
nəzərə alınmaqla, 0,7 m-dən az olmayaraq nəzərdə tutulmalıdır. 
7.103. Sorucu sistemlərin avadanlığı üçün otaqlarda məhsuldarlığı 1 saatda havadəyişmənin ən 
azı
bir misli olan sorucu ventilyasiya nəzərdə tutulmalıdır. 
7.104. Vurucu sistemlərin avadanlığı üçün olan otaqlarda (tüstü əleyhinə vurucu ventilyasiya 
sistemlərindən başqa), bu otaqlarda yerləşmiş avadanlığı və ya ayrıca sistemləri istifadə etməklə, 1 
saatda havadəyişmənin ən azı
iki misli olan vurucu ventilyasiya nəzərdə tutulmalıdır. 


32 
7.105. Tezalovlanan və yanar maye və qazlarla olan boru kəmərlərinin ventilyasiya avadanlığı 
üçün olan otaqlardan çəkilməsi qadağandır. 
Yağış kanalizasiya borularından və yuxarı mərtəbədə yerləşən ventilyasiya avadanlığı 
otaqlarının suyunun yığılması üçün olan borulardan başqa digər kanalizasiya borularının vurucu 
sistemlərin ventilyasiya avadanlığı otaqlarından çəkilməsinə yol verilmir. 
7.106. Kütləsi 50 kq-dan çox olan avadanlığın və ya onun hissəsinin (ventilyatorların, elektrik 
mühərriklərinin) təmirinin təmin edilməsi üçün yükqaldırıcı maşınlar nəzərdə tutulmalıdır (texnoloji 
məqsədlər üçün nəzərdə tutulmuş mexanizmlər istifadə oluna bilmədikdə). 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin