Строительные нормы и правила



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   2   3   4   5   6   7   8   9   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

havanın resirkulyasiyası - otağın havasının xarici hava ilə qarışdırılaraq həmin və ya digər 
otaqlara verilməsi; bir otağın hüdudlarında yelpik ventilyatorlarla havanın qarışdırılması, o cümlədən 
qızdırıcı aqreqatlarla (cihazlarla) qızdırılma (soyudulma) ilə müşayiət olunması resirkulyasiya hesab 
edilmir;
xidmət edilən zona - dayanan və ya hərəkət edən insanların daimi olduqları otaqlarda 2 m 
hündürlükdə, oturan insanların olduqları otaqlarda isə 1,5 m hündürlükdə olan məkan; 
insanların kütləvi olduğu sahə - sahəsi 50 m
2
və daha çox olan və 1 m
2
sahəsində 1-dən çox 
insanın daimi və ya müvəqqəti olduğu (qəza vəziyyətlərindən başqa) otaq (teatr və kinoteatrların zal 



və foyeləri, iclas və müşavirə zalları, mühazirə auditoriyaları, restoranlar, vestibüllər, kassa zalları, 
istehsalat otaqları); 
isitmə - bağlı otaqlarda (orta təminatsızlığı 50 saat/il olan) normalaşdırılan temperaturun 
saxlanılması; 
istilik tutumlu soba - sutkaboyu iki dəfədən çox olmayaraq yandırılmaqla otaqda havanın 
normalaşdırılan temperaturunu təmin edən soba
işçi zona - dayanaraq iş görülərkən döşəmə və ya işçi meydança səviyyəsindən 2 m 
hündürlükdə, oturaraq iş görülərkən isə 1,5 m hündürlükdə olan məkan; 
kollektor - iki və daha çox mərtəbənin havakəmərlərinin birləşdirildiyi havakəmərinin hissəsi
qoruyucu hörgü qatı - sobanın və ya tüstü kanalı (borusu) divarının binanın yanan və ya çətin 
yanan materialdan olan konstruksiyası ilə toxunma yerində qalınlaşdırılması; 
nəfəsalma zonası - işçinin sifətindən 0,5 m radiusda olan fəza; 
odadavamlı havakəməri - normalaşdırılmış odadavamlılıq hədli divarları olan kip havakəməri
partlayış təhlükəli qarışıq - yanar qazların, buxarların, tozların, aerozolların və ya liflərin 
normal atmosfer şəraitində (760 mm civə süt. təzyiqdə və 20C temperaturda) hava ilə elə qarışığıdır 
ki, alovlanma zamanı yanma prosesi yanmamış qarışığın bütün həcmi boyu yayılır və 5 kPa-dan 
yuxarı partlayış təzyiqi yaranır. Texnoloji proseslərdə ayrılan maddələrin partlayış təhlükəliliyi 
layihələ tapşırığına əsasən qəbul edilməlidir

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin