9. Soyuqluq təchizatı 9.1. Birbaşa və ya dolayı buxarlanma soyutması ilə normalaşdırılan meteoroloji şəraiti təmin
etmək mümkün olmadıqda, havanın soyudulması üçün təbii və süni soyuqluq mənbələrindən
soyuqluq təchizatı sistemi layihələndirilməlidir.
Soyuqluq mənbəyinin seçilməsi iqtisadi cəhətdən əsaslandırılmalıdır.
9.2. Soyuqluq təchizatı sistemi iki və ya daha çox sayda soyuducu maşın və ya qurğuları
nəzərdə tutmaqla layihələndirilməlidir; gücü tənzimlənən bir soyuducu maşının və ya qurğunun
layihələndirilməsinə yol verilir.
İstehsalat sahələrinin kondisiyalaşdırılma sistemləri üçün soyuqluq təchizatı maşınlarının sayı,
ən böyük gücə malik maşın sıradan çıxdıqda, parametrlərin yolverilən kənara çıxmaları ilə
əsaslandırılmalıdır.
9.3. Sutkaboyu işləyən birinci sinif kondisiyalaşdırılma sistemləri üçün ehtiyat soyuducu
maşınların nəzərdə tutulmasına yol verilir.
9.4. Soyuqluq təchizatı sistemlərinin avadanlığında və boru kəmərlərində soyuqluq itkiləri
hesablama ilə müəyyən edilməlidir, lakin soyuducu qurğunun gücünün 10 %-indən çox olmayaraq
qəbul edilməlidir.
9.5. Freonların qapalı buxarlandırıcıları olan soyuqluq təchizatı sistemlərinə birkonturlu su
(duzlu su) sxemi ilə birləşdirilmiş səthli hava soyuducularının (freonların buxarlandırıcıları) və
kontaktlı hava soyuducularının (forsunka kameraları) istifadəsinə aşağıdakı hallarda yol verilir:
a) açıq alov istifadə edilməyən otaqlar üçün;
b) buxarlandırıcılar bir soyuducu maşının freonının avtonom sirkulyasiya konturuna
qoşulduqda;
c) freonın kütləsi qəza nəticəsində sirkulyasiya konturundan xidmət edilən ən kiçik otağa
atıldıqda, cədvəl 3-də göstərilmiş yolverilən qəza qatılığından yuxarı olmadıqda.
Cədvəl 3
Freonun tipi
11
12
22
500
502
Yolverilən qəza qatılığı, q/m
3
570
500
360
410
460
Havasoyuducu bir qrup otağa xidmət etdikdə, bu otaqların hər hansı birində freonun q qatılığı
aşağıdakı düsturla müəyyən edilməlidir, q/m
3
:
e p e L V mL q , (8)
burada m - sirkulyasiya konturunda freonun kütləsi, q;
L e - baxılan otağa verilən xarici havanın sərfi, m
3
/saat;
V p - baxılan otağın həcmi, m
3
;
41
e
L - bütün otaqlara verilən xarici havanın ümumi sərfi, m
3
/saat.